ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə37/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   33   34   35   36   37   38   39   40   ...   95

- 99 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
şəklini çəkmək istəyir. Uzaqdan bir neçə dəfə cəhd etsə də, portret istədiyi kimi 
alınmır. Uğursuzluqdan məyus olan Ananiya özündə cəsarət tapıb Xilaskara 
yaxınlaşıb dərdini deyir. Davamı isə məlumdur: İsa su, dəsmal, sonra… 
skaner… gətizdirir və s.
154
 
   
Kilsə rəvayətlərindəki uyğunsuzluq erməni ikonoqrafiyasında da özünü  göstərir: Həvari Faddey 
erməni gerçəkliklərinə zidd olaraq, İsa Məsihin “portretini” nədənsə, rəssam  Anan/Ananiyaya 
deyil, hökmdar V Abqara təqdim edir. Digər təsvir isə Genuyadakı Müqəddəs Varfolomey 
erməni kilsəsində saxlanılır. Ermənilərin iddiasına görə, bu, İsa Məsihin V Abqara hədiyyə etdiyi 
portretidir.
155
 Lakin ekspertlərin rəyinə əsasən, təsvirin arxa hissəsindəki ərəb və İran mənşəli 
qədim parça qalıqları onun XV əsrdə tikildiyini göstərir. Portretdə Məsihin saqqalının haça 
şəklində olmasını isə üzünü dəsmalla silən İsanın saqqalının yaş olması ilə əlaqələndirirlər. 
Beləliklə, Ananiya Edessaya qayıdır. Movses yazır ki, 
“Bu məktubu və 
Xilaskarın surətinin təsvirini Anan - Abqarın çaparı gətirdi və onlar 
Edessa şəhərində indi də saxlanılır”.
156
 Abqar cavab məktubunu oxuyur və 
portretə baxan kimi qarşısında səcdə qılır. Bu vaxt Rəbbin qüdrəti və portretin 
kəraməti ilə şəfa tapır. Beləliklə, ermənilər yer üzündə ilk dəfə olaraq, İsa 
Məsihin ikonasını əldə edirlər. İsa Məsih qeybə çəkiləndən sonra – eramızın 40-
cı ilində həvari Faddey Edessaya gəlir, Abqarı və ailə üzvlərini xaç suyuna salır, 
az keçməmiş dövlətin bütün əhalisi xristianlığı qəbul edir. Movses Xorenatsi 
bu barədə belə yazır: 
“Xilaskarımızın Rəbb məkanına çəkilməsindən (qeyb 
olmasından) sonra onikilərdən biri olan həvari Foma oradan (Yerusəlimdən) 
yetmişlərdən birini  (həvarilərin şagirdlərindən)  Edessaya göndərdi ki, 
Abqara şəfa versin və Rəbbin sözü ilə müjdələsin. O (həvari Faddey) gələn 
kimi  (Edessaya)  Tubi adlı bir kəsin, gəzən söhbətlərə görə, Baqratuni 
154 
 Фаст Г. Образ Христа в художественном творчестве. http://magazines.russ.ru/sib/2007/2/fa11.html
155 
  Балаян К. “Генуэзская реликвия - самый древний портрет Иисуса”. http://smartexplorer.ru/articles/
effekt-neo/genuezskaya-relikviya-samyy-drevniy-portret-iisusa
156 
 Хоренаци M. “История Армении”, перевод с древнеармянского языка, введение и примечания Гагика 
Саркисяна. Ер.: “Айастан”, 1990


- 100 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
nəslindən olan yəhudi əsilzadəsinin evində qaldı”.
157
 Sonra Həvari Edessa 
hökmdarı ilə görüşdü. 
“Abqar həvaridən soruşdu: “Sən həqiqətənmi mənə 
şəfa verə bilən şəxssən?” Faddey cavab verdi: “Əgər İsanın Rəbbin oğlu 
olduğuna inanırsansa, sənin arzun yerinə yetəcək”. Əvvəla, İsa Məsih 
özünü “Rəbbin oğlu” adlandırmamışdı. Bu anlayış yunan-roma panteonunda 
Baş ilahinin oğulları 
(yarıtanrı-yarıinsan səslənən Herakl) mifologeminin təsiri 
altında yaranmışdı. İncili səhifələsək, yalnız Yəhyanın Müjdəsində İsa belə 
bir sual qoyur: 
“Çünki mən demişəm: Mən Rəbbin oğluyammı?” (10:36). 
İncilin digər mətnlərində onu bu adla yalnız həvarilər çağırırlar. Bunun 
əksinə olaraq, Müjdələrdə 83 dəfə özünü “insan oğlu”, 14 dəfə isə “Davudun 
oğlu” 
(Davud peyğəmbərin nəslindən olan) adlandırır. Ceyms Hastinqin 1909-
cu ildə nəşr olunmuş “Bibliya lügəti” əsərində göstərilir ki,
 “sami dillərində 
“İlahinin oğlu” konsepsiyası bir qayda olaraq, fiziki və ya metafiziki 
deyil, mənəvi münasibətləri, bağlılığı göstərir”.
158
   Tədqiqatçıların ümumi 
qənaətinə görə, İsa özünü nə Məsih 
(mehdi, gözlənilən xilaskar), nə də “Rəbbin 
oğlu” adlandırmışdı. Bu ifadə sonralar, yunan mədəniyyətinin 
(oxu: yunan 
mifologiyasının dinə müdaxiləsinin – A.Q.) təsiri altında yaranmışdı. 
 
 “Müqəddəs Veronika”. Roje van der Veyden (XV əsr, Hollandiya); “İsa Qolqofaya 
qalxarkən”. Tabaçetti Covanni Enriko (XVI əsr, İtaliya) 
Movses Xorenatsinin qələmindən çıxan bu hekayə - “Uca Rəbbin qüdrəti 
ilə” kətan dəsmal üzərinə proyeksiya olunan və “erməni Mesopotamiyasına” 
aparılan rəngli portret əhvalatı kontrafakt material olaraq, xristian dinində 
157 
 Yenə orada
158 
 
 Hastings James. “Dictionary of the Bible”. New York: C.Scribner’s Sons, 1909


- 101 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
“Müqəddəs Veronikanın yaylığı” ilə bağlı rəvayəti xatırladır. İncil mətnlərinə 
düşməyən, lakin böyük mənəvi-əxlaqi mahiyyət kəsb edən həmin rəvayətə görə, 
Qolqofaya – edama aparılan İsa Məsih çiynində daşıdığı çarmıxın ağırlığından 
büdrəyib yıxılır və izdihamın içərisindən çıxan Berenika 
(Veronika) adlı şəfqətli 
bir qadın dərhal ona tərəf əyilərək heç kimdən qorxub-çəkinmədən kətan yaylığı 
ilə Məsihin üzündəki qanı və təri silir 
(bəzi variantlarda yaylığı İsaya uzadır)
Və bu zaman parça üzərinə Hz.İsanın surəti həkk olunur. “Veronika” adının 
anaqram olması, adi söz oyunu nəticəsində yaranması ehtimalı da vardır. Çünki, 
“həqiqi təsvir” ifadəsi latın dilində “ikona vera” 
(vera+ikona) kimi səslənir. 
Bir məsələyə dini müstəvidən aydınlıq gətirək. İsa Məsih öz təsvirini çəkdirə 
bilərdimi və ya ümumiyyətlə, mühafizəkar yəhudi kimi buna imkan verərdimi? 
Cavab birmənalıdır: Yox! Səbəbini izah edək. Əvvəla, populyarlaşmış 
mifologemin əksinə olaraq, Hz.İsa xristian dininin yaradıcısı olmamışdır. 
Xristianlığın müstəqil din olaraq banisi İsa Məsihi görməyən, onun haqqında 
xəyali görüşlərini və yuxularını danışan yeganə həvari, vaxtilə yəhudi ruhanisi 
kimi Yerusəlim Sinedrionunun 
(Ali Dini Məclisin) üzvü olan Pavel (Şaul, Savl, 
Paul) olmuşdu. O, xristianlığın təməlini Yunanıstanın Efes şəhərində yaratdığı 
ilk kilsədə qoymuşdu. Müasir tədqiqatlara əsasən, İsa iudaizmin mühafizəkar 
yesey məzhəbinə tapınan etnik yəhudi idi. Məsələn, Lukanın Müdjəsində 
göstərilir ki, onun valideynləri 
(Məryəm və Yusif) “Rəbbin bütün qaydalarına 
əməl edirdilər” (2:39), “O özünkülərin (yəhudilərin) yanına gəldi, lakin 
özünkülər Onu qəbul etmədilər” (1:11). Digər xalqlardan olan bütpərəstlərə 
müraciətində isə demişdi: 
“Siz (bütpərəstlər) nəyə səcdə etdiyinizi bilmirsiniz. 
Biz (yəhudilər) isə nəyə səcdə etdiyimizi bilirik. Axı, xilas yolu yəhudilərdən 
gəlir”  (Yəhya, 4:22). Müjdələrin əsasında deyə bilərik ki, İsa doğulduğu 
vaxtdan edam gününədək mömin iudaist 
(yəhudi) olaraq qalmışdı. Dağüstü 
moizələrində Tövrat qaydalarını müqəddəs tutur 
(Matta, 5:17), Yerusəlim 
məbədlərində  dini söhbətlər aparır 
(Luka, 21:37), Peysax bayramını (Yəhya, 
7:2, 10),  Xanuk od bayramını (Yəhya, 10:22) keçirir, Yerusəlim məbədini 
ziyarət edirdi 
(Yəhya, 7:14). İsa əməllərində, hətta geyimində də iudaizm 
qaydalarına ciddi əməl edirdi. Üst geyimində sitsit 
(yetkinlik yaşına çatdıqdan 
sonra yəhudinin paltarından asılan yun qotaz) asırdı (Luka, 8:43, Matta, 14:36).
 Beləliklə, aydın olur ki,
  Tövratın hökmləri İsa Məsih üçün də pozulmaz 
qanun idi. Tövrat isə nəinki insanın təsvirini, həttə insanabənzər oyuncaqlar 
yaratmağı, saxlamağı da qadağan edir. Tövratın “Dvarim” kitabında bildirilir

“Qadağaları pozma, istənilən görkəmə bənzəyən qadın və ya kişinin
yerdəki hər hansı canlının, torpaqda sürünənlərin, göydə uçan qanadlı 


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə