ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə45/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   41   42   43   44   45   46   47   48   ...   95

- 122 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
iclası keçirilmiş, “Voskanapat” (
Bakı), “Aparaj” (Şuşa), “Mrkastan” (İrəvan
və “Meç Kağak” (
Tiflis) komitələrində “özünümüdafiə” məsələləri müzakirə 
edilmişdi. Türk kəndlərinin əhatəsində olan erməni yaşayış məntəqələrini 
“təhlükədən xilas etmək üçün” “Daşnaksutyun” Partiyasının silahlı dəstələrini 
yerlərə göndərmək qə rara alınmışdı. Yelizavetpol və İrəvan quberniyasında 
“özünümüdafiə” dəstələrinin hərbi əməliyyatlarına başlamaq üçün təcili olaraq 
Nikol Duman (
Nikol Ter-Hovannisyan) İrəvana, Xanasori Vardan (Sarkis 
Mehrabyan) isə Şuşaya ezam edilmişdilər. Tadevos Amiryan (“Gic Tatos”, yaxud 
“Dəli Tatos”) da Nikol Dumana kömək üçün Bakıdan İrəvana göndərilmişdi.
191
 
Erməni silahlı dəstələrinə bir qığılcım lazım idi ki, bunu bəhanə edib qırğınlara 
başlasınlar. 1905-ci il fevralın 19-da İrəvan şəhərində daşnaklar azərbaycanlılara 
rəğbət bəsləyən və eyni zamanda, ermənilərə nifrət edən Urazov soyadlı 
rus millətindən olan quberniya həkimini axşam saatlarında qubernator 
dəftərxanasının yaxınlığında xəncərlə qətlə yetirmişdilər ki, azərbaycanlılar 
ayağa qalxsınlar və bununla da qırğınlara start verilmiş olsun. Fevralın 20-
də səhər ermənilər şayiə yayırlar ki, guya Bazar meydanında azərbaycanlılar 
erməniləri doğrayırlar. Şəhərdə böyük çaxnaşma yaranır. Erməni tarixçisi 
Hraçik Simonyan yazır ki, “Daşnaksutyun” Partiyası öz gənc üzvlərinə 20 tüfəng 
və 10 tapança verərək tapşırır ki, digər erməni silahlıları ilə birgə küçələrdən 
keçən türklərin üzərinə atəş açsınlar. İğtişaşlar iki gün davam edir. Qırğınlar hər 
iki tərəfdən 100-ə yaxın ölü və yaralının olması ilə nəticələnir.  
“Daşnaksutyun” Partiyasının növbəti hədəfi Naxçıvan qəzası idi. 1905-ci 
il mayın 5-də Naxçıvan qəzasının Cəhri kəndində üç nəfər müsəlmanın ağır 
yaralanması və mayın 7-də bir nəfər müsəlmanın Tumbul kəndində öldürülməsi 
ilə milli zəmində toqquşmalar yenidən qızışmışdı. Mayın 8-də İrəvanın 
vitse-qubernatoru Baranovski, İrəvan şəhər qlavası Ağamolov, Peterburqdan 
qayıdan Naxçıvan şəhər qlavası Cəfərqulu xan Naxçıvanski birlikdə Naxçıvana 
gəlirlər. Qırğınların yatırılması üçün Tiflisdən general Əlixanov-Avarski də 
Naxçıvana göndərilir. Ermənilər mayın 10-12-də Naxçıvan şəhərində iğtişaşlar 
törədirlər. Erməni silahlıları Naxçıvan bazarında müsəlmanları gülləbaran 
etməyə başlayırlar. Şəhərin bütün küçələrində tüfəng və tapançalardan atəş 
açılır. Öldürülən və yaralananların sayı 100-ü ötür. İğtişaşlar ətraf kəndlərə də 
yayılır. Lakin ermənilər Naxçıvanda məqsədlərinə çata bilmirlər. M.S.Ordubadi 
yazır ki, ermənilərin məqsədi İrəvandan Naxçıvana qədər yol üstə yerləşən 
müsəlman kəndlərini dağıtmaqla İrəvan ermənilərini Naxçıvanda hazır əsgəri 
qüvvələrlə birləşdirməkdən, Naxçıvandan Zəngəzura kimi yol boyunda 
191 
 Simonyan H. Azataqrakan paykari uğinerum (ermənicə).  I kitab, Yerevan: Hayagitak, 2003


- 123 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
olan köyləri dağıdıb, Zəngəzur könüllüləri ilə Naxçıvandakı əsgəri qüvvələri 
birləşdirməkdən, daha sonra isə Qarabağ erməniləri ilə əlaqə yaratmaqdan 
ibarət olmuşdu. 
Ermənilər Naxçıvan məğlubiyyətindən sonra iğtişaşları yenidən İrəvanda 
davam etdirmişdilər. Qubernator Tizenhauzen göstəriş verir ki, qayda-qanun 
yaradılması üçün şəhər ətrafındakı Kənəker qəsəbəsindən qoşun gətirilsin. 
Bundan xəbər tutan Nikol Duman “Daşnaksutyun” Partiyasının möhürü 
ilə Tizenhauzenə xəbərdarlıq məktubu göndərərək yazır ki, əmrini geri 
götürsün, əks təqdirdə onun silahlı dəstələri əsgər kazarmalarına hücum edib 
bütün əsgərləri öldürəcəklər. Tizenhauzen qorxusundan verdiyi əmri geri 
götürmüşdü.
192
 Mayın 23-də ermənilərin Qarsaçay bağçasında müsəlman 
gənclərinə hücumu ilə İrəvanda növbəti qırğınlar başlayır. Mayın 31-də 
İrəvanda qırğınlar dayandırılsa da, ermənilər ətraf müsəlman kəndlərinə hücum 
etməyi qərara alırlar. Elə həmin axşam ermənilər İrəvan qəzasının Qırxbulaq 
mahalındakı Gözəcik kəndinə hücum edirlər. İyunun 2-də 10 min nəfərlik 
erməni alayı Məngüs kəndinə hücum edir. Dağıdılmış 12 müsəlman kəndinin 
əhalisi Təzəkəndə qaçır. Ermənilər iyunun 3-də Güllücə kəndinə hücum edirlər. 
Silahsız əhali Tutiyə, Damagirməz, Kamal kəndlərinə qaçır. Qırğınlar 18 gün 
davam edir. Nəhayət, ermənilər Gözəcik, Güllücə, Məngüs, Damagirməz, 
Tutiyə, Kamal və Məsimli kəndlərini darmadağın edir, əhalinin əmlakını talan 
edirlər ki, bir daha azərbaycanlılar geri qayıda bilməsinlər.
193
 
İyunun 3-də Abaran, Şörəyel, Pəmbək və Aleksandropoldan gələn silahlı 
dəstələrin köməyi ilə ermənilər Eçmiədzin 
(Üçkilsə) qəzasının Üşü kəndinə 
hücum edirlər. İyunun 8-də müsəlmanlar kəndi tərk edirlər. İyunun 9-da 
ermənilər Pərsi, Nəzrəvan, Kiçikkənd, Kötüklü, Qoşabulaq, İrku, Əngirsək, 
Təkiyə kəndlərini dağıdırlar. İyunun 10-da ermənilər Eçmiədzində 10 kəndi də 
darmadağın edirlər. M.S.Ordubadi 1905-ci ildə indiki Ermənistan ərazisində 
ermənilərin törətdikləri soyqırımını belə səciyyələndirmişdi: “İrəvan mahalı bir 
yanar dağa, vulkana dönüb nəcib islam millətini yandırmaqda, boğmaqda idi”. 
1905-ci il oktyabr ayının sonlarında Dərələyəzin azərbaycanlılar yaşayan 
kəndləri ermənilər tərəfindən yandırılıb talan olunmuş, dinc əhali isə kütləvi 
şəkildə qətlə yetirilmişdi. 1905-ci il oktyabrın 27-də Şərur-Dərələyəz qəzasının 
6 erməni kəndindən 700-ə yaxın silahlı erməni Hors kəndinə hücum etmiş, 40 
azərbaycanlını öldürmüş, 255 evi yandırmış və kəndin mal-qarasını aparmışdılar. 
Oktyabrın 30-da həmin kəndə yenidən hücum etmiş, 53 azərbaycanlını 
192 
  Yenə orada
193 
 К событиям в Эриванской губернии. Газ. “Каспий”, 5 июня 1905 г., № 105


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə