ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə41/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   37   38   39   40   41   42   43   44   ...   95

- 110 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
çətindir.
175
 O da çox maraqlıdır ki, Rusiyanın ciddi “Наука и жизнь” jurnalında 
erməni astrofiziki V.Qurzadyanın və Ermənistan tarix muzeyinin əməkdaşı 
R.Vardanyanın yeni kəşfi ilə bağlı materialda Böyük Tiqranın tacındakı 
səkkizguşəli ulduzun   adi rəmz deyil, Allah sən saxla, Halley kometasının 
təsviri (!) olduğuna əminlik bildirilmişdir. Bu isə onu “sübuta yetirir” ki, qədim 
erməni astronomları nəinki planetlərin Günəş ətrafında dövr etmələrini, hətta 
kometalar kimi nadir kosmik obyektlərin uçuş trayektoriyalarını da dəqiq 
müəyyən edə bilirmişlər...
176
.  
1. 
 2. 
 3. 
“Böyük Ermənistan”hökmdarı II Tiqranın (1-2) və onun oğlu II Artavazdın (3) XX əsrin 
əvvəllərində və sonunda hazırlanmış saxta sikkələri 
 “Səlcuq qartalları” görkəmcə fərqlidir. Quyruğu yelpikvaridir, qanadları 
əksər təsvirlərdə gövdəyə sıxılaraq aşağıya doğru uzanır. Bəzən qartal 
başlarında kəkil təsvir edilir. Bu əlamət isə Avropanın heraldika qartallarında 
yoxdur. Belə “kəkilli” və ya “buynuzlu” qartal başı tiplərinə qədim Altay 
xalqlarının incəsənətində, xüsusilə eramızın V əsrinə aid Pazırıq mədəniyyəti 
nümunələrindəki fantastik zoomorf varlıqların təsvirlərində rast gəlinir. Vaxtilə 
Herodot şimal-şərqdə, arimaspların 
(təkgözlülərin) məskənində “keçilməz 
dağlarda” aslan bədənli, qartal başlı mifik varlıqların yaşadıqlarını və qızıl 
sərvətləri qoruduqlarını yazırdı. Səlcuq imperiyasında bu təsvir həm də Allahın 
rəmzi idi. Təsadüfi deyildir ki, həmin dövrə aid ikibaşlı qartal təsvirlərinin bir 
çoxunda mifik quşun sinəsində ərəb əlifbası ilə Allahın gözəl adlarından biri – 
“əl-Əzim” 
(Əzəmətli) sözü yazılmışdır.
177
 Qərbi Azərbaycan – indiki Ermənistan 
Respublikası ərazisindəki maddi-mədəniyyət nümunələri üzərində ikibaşlı 
qartal təsvirlərinin səlcuq mənşəli olduğunu sübuta yetirən Niyaz Xalitov onu 
da qeyd edir ki, məhz XIII əsrdən sonra bu rəmz türklərin vasitəsilə Qafqazda – 
175 
 Корона Армянского Царства и династия Асан-Джалалянов”  http://www.gandzasar.ru/armenian-crown-
the-gandzasar-code.htm
176 
 “Комета Галлея на монетах Армении”, Наука и жизнь,  №3, 2005 
177 
 Ранчугова Н. “Действительно ли двухглавый орел – средневековый монархический символ?”  http://
omskmark.moy.su/publ/essayclub/symbols_russia/2012


- 111 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Ermənistanda, Svanetiyada da 
(Gürcüstanda) geniş yayılmışdı.
178
 
Alimlərin qənaətinə görə, ikibaşlı qartal rəmzinin vətəni qədim Şumer 
dövlətidir. Sonralar bu təsvirdən Hett dövləti də istifadə etmişdi. Onun 
səlcuq dövlətçilik rəmzləri sırasında da yer tutmasının səbəblərinin izahında 
iki variant mövcuddur. Onlardan birinə əsasən, səlcuqlar Anadoluya, vaxtilə 
Hett dövlətinin mövcud olduğu ərazilərə gəldikdən sonra bu rəmzi qədim 
abidələrdə görmüş, bəyənmiş və mənimsəmişlər. Digəri isə səlcuqlarla şumerlər 
və hettlər arasında daha qədim əlaqələrin mövcudluğunu iddia edir. Və ikinci 
variantın obyektivliyini təsdiq edən fakt qədim türklərin səlcuq yürüşlərindən 
xeyli əvvəl də ikibaşlı qartal rəmzindən geniş istifadə etməsi, bu rəmzin mifik 
obrazlardan biri olmasıdır. Əski türk 
inanclarına əsasən,    
 
     
və s. damğa işarələri paralel olaraq, 
Tanrını, Günəşi və mifik Toğrul 
quşunu təcəssüm etdirirdi. Bu zaman 
 işarəsi təkbaşlı qartalın,   damğası 
isə ikibaşlı Toğrulun qrafik ifadəsi 
sayılırdı.
  Hazırda arxeoloqlar Cənubi 
və Şimali Qafqazda, Anadoluda, 
Mərkəzi Asiyada da qədim türklərə 
aid edilən və üzərində əsasən yırtıcı 
quş təsvirləri olan xeyli sayda unikal 
artefakt müəyyənləşdirmişlər.  
Qədim türk mifoloji təsəvvürlərinə 
əsasən
,  ikibaşlı qartal rəmzinin 
kökündə əski türklərin əfsanəvi 
Toğrul quşu haqqında mif dayanır. 
Bəzi mülahizələrə görə, “toğrul” 
sözünün kökündə “toğ” və ya “doğ” 
kəlməsi dayanır və bu, “ölüb-dirilən”, 
“yenidən dünyaya gələn” anlamını 
verir. Məsələn, Anadolu türkcəsində 
“doğan”, “ağdoğan”, “bozdoğan” 
zoonimləri həmin etimologiya ilə bağlıdır. “Toğrul” dövlət rəmzi, nağıllarda 
deyildiyi kimi, “dövlət quşudur”. Tanrı ilə Orta dünya arasında vasitəçi olan 
bu quş Həyat Ağacının zirvəsində yaşayır, onu mühafizə edir. Toğrul quşu 
178 
 Халитов Н, Халитова Н. “Двухглавый орёл в исламском и тюрко-татарском средневековом искусстве”, 
http://nhalitov.ru/article/2012/04/23/dvuglavyy-oryol-v-islamskom-i-tyurko-tatarskom-srednevekovom-
iskusstve
Konyadakı Keramika Muzeyində kaşı lövhə 
nümunələri. Səlcuqlar dövrünə aid kaşı 
lövhədə qartalın sinəsinin üzərində Allahın 
müqəddəs adlarından biri yazılmışdır 
(Türkiyə, Konya Keramika Muzeyi)


- 112 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
eyni zamanda döyüşçülərin mühafizəçisidir. Onların diləklərini yerinə 
yetirər, qanadları üstünə alıb istədikləri məkana çatdırardı. Əfsanələrə 
əsasən, bu quşun tüklərində də sehrli hikmət vardı: o, iki lələyini bir-birinə 
sürtəndə xeyirxah cin peyda olar və üç arzunu gerçəkləşdirərdi. Qədim 
türk dastanlarında deyilir ki, Oğuz Xaqan ilk ömür-gün yoldaşını zirvəsinə 
Toğrul quşu qonmuş ağacın koğuşunda tapmışdı. Türk hökmdarları Toğrulu 
özlərinə dövlət rəmzi 
(dövlət quşu) seçmişdilər. Onun təsvirlərinin ən müxtəlif 
variantları və damğa işarələri türk hökmdarlarının və sərkərdələrinin – Bilgə 
xaqanın, Kül Teginin, Atillanın, Çingiz xanın, Səlcuqların, Səfəvilərin, Qızıl 
Orda xanlarının və s. taclarını, qalxanlarını, bayraq başlıqlarını bəzəmişdi.
179
İkibaşlı qartalın, bütövlükdə isə qartal rəmzinin slavyan-ari, xristian mənşəli 
olmasını iddia edən bəzi rus araşdırmaçıları dini və ekstremizm xarakterli 
saytlarda absurd və məntiqə uyğun gəlməyən dəlillər irəli sürürlər. Məlum 
olur ki, ikibaşlı qartalın türk xalqlarına qətiyyən aidiyyatı yoxdur. Belə ki,
 
köçəri tayfaların adətlərinə görə, onlar məğlubiyyətə uğratdıqları düşmənlərin 
simvollarını öz bayraqlarına həkk edərdilər. Odur ki, Səlcuqların bayraqlarındakı 
əjdaha, şir və ikibaşlı qartal təsvirləri, əslinə qalsa, onların çinlilər, iranlılar 
və bizanslılar üzərində qələbələrinin təcəssümüdür. XII-XIII əsrlərdə səlcuq 
bayraqlarındakı ikibaşlı qartal rəmzi isə “kafir” Bizansın məğlubiyyətinə 
işarədir”.
180
Fəzlullah Rəşidəddin “Cəmi ət-Təvarix” əsərində yazır ki, Çingiz xanın 
atası Yesugey bahadır ilə keraitlərin 
(kereylər, gəraylar, karalar) başçısı On xan 
həm mehriban qonşu, həm də yaxın dost idilər. Onlar qardaşlaşmış və bir-
birinə “andı” 
(bax: “And damğası”) deyirdilər. Salnaməçi bildirir: “On xanın 
əsl adı türkcə “Toğoril”, karaitlər arasında isə “Tunqrul” idi. Onlar bu 
adla indiyədək hes kəsin görmədiyi, lakin Qərb yerlərindəki Anka quşu 
qədər məşhur olan quşu çağırırdılar. Belə deyirlər ki, bu quş şahinə 
(şonqar, doğan) bənzəyir, amma dimdiyi və caynağı polad kimi möhkəmdir. 
Hər dəfə şığıyanda iki yüz, üç yüz quşu yerə salır. İnsanlar deyirlər: 
“Biz bu quşu görməsək də, ona (varlığına) inanırıq. Ovçular və köçərilər 
şahiddirlər ki, bəzən göydən yerə yüz, iki yüz (ölü) quş düşür, hamısının da 
başı bədənindən ayrılıb, qanadları yolunub, ayaqları qırılıb. Bunlar qatilin 
möhkəm caynaqları olan dəhşətli quş olduğunu söyləməyə əsas verir”.
181
Qızıl Orda dövlətinin və Kazan xanlığının tarixindən bəhs edən “Dəftər-i 
179 
 Колтыпин А.  Двуглавый орел в культуре разных народов, http://www.dopotopa.com/dvuglaviy_orel.html
180 
 Геральдика православных церквей, http://providenie.narod.ru/0000854.html
181 
 Фазлаллах Рашид-ад-дин.  Сборник летописей, “Джами Ат-Таварих”, http://www.vostlit.info/Texts/
rus16/Rasidaddin_2/kniga2/frametext5.html


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə