ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə5/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   2   3   4   5   6   7   8   9   ...   66

şeyin sirrini biləcək və təbiət qüvvələri üzərində hökmranlıq 
edəcəkdir... 
Bir  qrup  qədim  insan  Araz  çayından  topladığı  daşlan 
Günəşli  düşərgəsinə  gətirərək  ondan  yeni  aləti  necə 
hazırlayacağı  barədə  düşünürdü.  Bir  qədər  vaxt  keçdikdən 
sonra onlardan biri daş alət hazırlamağa başladı. Elə bil onun 
ürəyinə  dammışdı  ki,  o  bu  gün  daha  münasib  alət 
hazırlayacaq  və  bunun  əsasında  onların  əmək  fəaliyyəti 
müəyyən  qədər  yaxşılaşacaqdır.  Daşın  üzündən  bir  neçə 
qəlpə  qopardı  və  onun  o  biri  üzündən  də  qəlpə  qoparmaq 
üçün zərbə səthləri hazırlamağa başladı. Sonra isə bu səthdən 
ayrı-ayrı qəlpələr qoparmağa başladı. Daşın təbii olaraq hər 
iki  üzünün  səthini  qopardı.  Onun  üçün  işlək  ağız  və  əldə 
yaxşı tutmaq üçün dəstək hazırladı. Nəticədə hər iki üzdən 
işlənmiş  və  yaxşı  işlək  ağıza  malik  əl  çapacağı  alındı. 
Əvvəlcə belə əmək alətini hazırlamaq üçün qədim insan bir 
neçə saat, sonralar isə daha az vaxt sərf etdi. Çünki, o, belə 
alət  hazırlamağın  sirrini  öz  əmək  fəaliyyəti  nəticəsində 
öyrənmiş  oldu.  Əl  çapacağının  hazırlanması  və  ondan 
istifadə  olunması  qədim  insanların  həyatında  mühüm  rol 
oynadı.  Əl  çapacağı  vasitəsilə  qədim  insanlar  ovçuluq 
sahəsində mühüm irəliləyişlər etmiş oldular. İndi artıq onlar 
bu alət ilə ov edir, ovlanmış heyvanları parçalayır və Günəşli 
yaşayış  düşərgəsinə  gətirirdilər.  Düşərgədə  ovlanmış 
heyvanların  dərisini  soyur,  ətini  yeyir,  sümüklərini  də  elə 
Günəşli düşərgəsinə tullayırdılar. 
Alət  hazırlanarkən  daşlardan  çoxlu  qəlpələr  və 
tullantılar  qopurdu.  Həmin  qəlpələr  və  qopuqlar  da 
düşərgədə qalırdı. Qədim insanlar bəzən heyvan sümüklərini 
və  alət  hazırlayarkən  qopan  hissəciklərini  toplayıb 
düşərgənin müəyyən yerinə qoyurdular. Qədim əcdadlarımız 
heyvan  ovlayarkən  daş  alətlərdən  istifadə  etməklə  yanaşı 
ayrı-ayrı  qaya  parçalarından  və  iri  ağaclardan  da  istifadə 
edirquər. 
'17 


Qədim zamanlarda ovçuluqla məşğul olmaq o qədər də 
asan  deyildi.  Çünki  heyvanlar  sürətlə  qaçır  və  onlara  iri 
daşlarla  zərbə  vurmağı  çətinləşdirirdi.  Ona  görə  də  qədim 
ovçuluqla daha çox meşələrdə və iri uçurum qaya aralarında 
məşğul olurdular. Onlar çox vaxt ovlayacaqları heyvanları iri 
qayalıqlar  arasına  qovur  və  yuxarıda  duran  adamlar  da  iri 
daşlarla heyvanlara zərbə vurudular. Bəzən isə heyvanları iri 
aşırımlardan,  uçqunlardan  qovub  aparır  və  bu  zaman 
heyvanların  qıçları  sınırdı.  Sonra  qədim  insanlar  həmin 
heyvanları  iri  qaya  daşları  ilə  öldürür,  elə  oradaca  onları 
ayrı-ayrı hissələrə parçalayır və düşərgəyə gətirirdilər. Bəzən 
bir neçə gün ova getmirdilər. Çünki artıq onların yeməyi var 
idi. Ona görə də bəziləri yenidən çay kənarına gedir, bəziləri 
isə  düşərgədə  qalıb  əmək  alətləri  hazırlamaqla  məşğul 
olurdular. 
illər,  aylar  keçirdi.  Qədim  insan  yenə  də  axtarış 
yollarında addımlayırdı. O, belə əzablı, əziyyətli fəaliyyətini 
yüngülləşdirməyə  can  atırdı.  O,  özünə  daimi  yaşayış  yeri 
tapa  bilmiş,  bir  neçə  əmək  aləti  hazırlamış  və  heyvanları 
nisbətən asan ovlamağa öyrənmişdi. Lakin qışda düşərgədə 
soyuq  olurdu.  Nə  etməli?  Hansı  yollarla  bunun  qarşısını 
almalı? Qədim insan bu yeni çətinliyin qarşısını almaq üçün 
yollar  axtarırdı.  Əvvəlcə  o,  ovladığı  heyvanların  dərisini 
soyub,  ondan  bürünmək  üçün  istifadə  etməyə  başladı.  Bu, 
ibtidai  insanların  soyuqdan  qorunmasına  nisbətən  kömək 
etmiş oldu. Əslində isə onlara başqa vasitə lazım idi. 
Ətrafda  tez-tez  ildırım  çaxırdı.  Bu  hadisə  ibtidai 
insanların diqqətini çoxdan özünə cəlb etmişdi. Onlar necə 
olursa-olsun bunun sirrini öyrənməyə çalışırdılar. 
Başqa  bir  əlamət  də  ibtidai  insanların  diqqətini  özünə 
cəlb  etmişdi.  İldırım  çaxandan  bir  neçə  vaxt  sonra  meşədə 
yanğın  baş  verir  və  hər  tərəf  işıqlanırdı.  Bir  dəfə  ətrafda, 
yenə yanğın baş vermişdi. Bu dəfə onlar həmin yanğın yerinə 
getməyi qərara aldılar. Bir qrup 
18 


adam  yığışıb  oraya  yollandılar.  Gəlib  həmin  yanğın  yerinə 
çatdılar. Gördülər ki, ağaclar yanır, hər tərəf alova bürünüb. 
Lakin  yaxma  getmək  olmur.  Çünki  odun  istiliyi  hər  tərəfə 
yayılırdı.  Hava  soyuq  idi.  Ona  görə  bir  müddət  burada 
qalmaq  qərarına  gəldilər.  İstilik  qədim  insanlara  xoş  təsir 
bağışlayırdı.  Bu  hadisə  qədim  əcdadlarımıza  olduqca 
möcüzəli  gəlirdi.  Görəsən  necə  olur  ki,  yanğın  baş  verir? 
Onlar  bir  qədərdən  sonra  düşərgəyə  qayıtmaq  qərarına 
gəlirlər,  çünki  yoldaşları  narahat  ola  bilərdilər.  Düşərgə 
soyuq olduğu üçün oddan aparmaq istədilər. Bir uzun, quru 
ağac topladılar, sonra isə odun yanma gəldilər. Bu vaxt odun 
hərarəti  də  azalmışdı.  Çünki  yaxınlıqda  olan  quru  ağaclar 
qurtarmaqda idi. Onlar bir az əvvəl qırdıqları ağacları  yerə 
qoymağa,  digərləri  isə  quru,  eyni  zamanda  çox  uzun  olan 
ağacların uc hissələri yandırmağa başladılar. Tonqalda olan 
közləri necə götürməli? Bunun üçün qədim insanlar bir qədər 
fikirləşməli  oldular.  Kimsə  əl  ilə  götürmək  istədi,  lakin  əli 
yandığından odu tez tulladı. Çox fikirləşdikdən sonra uzun 
ağacları  közdə  yandırıb  əllərində  günəşli  düşərgəsinə 
apardılar. 
Artıq təbii odla tanışlıq qədim insana yeni ruh, yüksəliş 
üçün yeni imkan verirdi. Od, düşərgəyə təsadüfən gətirilirdi. 
Çünki müəyyən vaxt keçdikdən sonra od sönürdü. 
Qədim  insanlar  çaydan  topladıqları  bazalt,  andezit  və 
çaxmaq daşlarından əmək alətləri hazırlayırdılar. Biri kobud 
çapma alət, digəri isə əl çapacağı  hazırlamaqla  məşğul  idi. 
Növbəti  ov  üçün  lazım  ola  biləcək  alətlər  hazırlanıb 
qurtarmaq  üzrə  idi.  Sonuncu  əl  çapacağını  hazırlayarkən 
qədim insan qəribə bir hadisənin şahidi oldu. O, iki çaxmaq 
daşını bir-birinə vurub, qəlpə qaparmaq istəyirdi, bu zaman 
qığılcım çıxdı. Bu nə ola bilər? Axı, o, uzun bir müddətdir ki, 
daşdan  alət  hazırlayırdı.  Belə  bir  hadisəni  ilk  dəfə  idi  ki, 
görürdü. Bunun səbəbini aydınlaşdırmaq üçün həmin daşları 
bir- 
19 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə