ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə58/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   54   55   56   57   58   59   60   61   ...   66

tında  verdiyi  fərmana  əsasən  31  mart  azərbaycanlıların 
soyqırımı  günü  kimi  yad  olunmağa  başlanmışdır.  Heydər 
Əliyevin  imzaladığı  fərmanda  ermənilərin  xalqımıza  qarşı 
törətdikləri  qanlı  hadisələrin  mahiyyəti  şərh  olunmuş  və 
onlara hüquqi siyasi qiymət verilmişdir. 
1923-cü ilin iyulun 7-də Azərbaycan MİK-nin «Dağlıq 
Qarabağ  Muxtar  Vilayətinin  yaradılması  haqqında»  dekret 
verdi.  Bu  erməni  mafiyasma  xidmət  edən  qüvvələrin  təsiri 
altında  verilmişdir.  Əslində  Ermənistanda  kütləvi  surətdə 
yaşayan  azərbaycanlılar  üçün  Muxtar  Vilayət  yaradılmalı 
idi.  Bu  dövrdə  SSRİ  MİK-  də  erməni  mafiyasma  xidmət 
edən  qüvvələr  üstünlük  təşkil  etdiklərinə  görə  süni  surətdə 
Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  təşkil  olundu.  Məhz  bu 
dövrdən  sanki  bir  ürək  ikiyə  bölündü.  Erməni  mafiyasma 
xidmət edən qüvvələr müəyyən dərəcədə məqsədlərinə nail 
oldular... 
XX əsrin keçdiyi tarixə nəzər saldıqda məlum olur ki, 
hər  dəfə  qondarma  «Dağlıq  Qarabağ  məsələsi»  kənardan 
erməni  mafiyasma  xidməd  etən  qüvvələr  tərəfindən  ortaya 
atılır. Elmi araşdırmalar zamanı məlum olur ki, bu qondarma 
məsələ o zaman qaldırılır ki, Ermənistan rəhbərləri və bəzi 
jurnalistlər bu və ya digər səbəblərdən geniş xalq kütlələrinin 
diqqətini özlərinin çirkin əməllərindən yayındırmaq məqsədi 
üçün ortaya atılır. 
Sonuncu  dəfə  bu  məsələ  yenidən  kənardan,  erməni 
mafiyasma  xidmət  edən  qüvvələr  tərəfindən  qaldırılmışdır. 
Z.Balayan,  S.Kaputikyan  və  başqa  erməni  daşnakları  istər 
mətbuat və istərsə də şifahi təbliğat kampaniyaları vasitəsilə 
Azərbaycanın daxili işlərinə kobud surətdə qarışaraq Dağlıq 
Qarabağın Ermənistana birləşdirilməsini təbliğ etmişlər. 
1984-cü  ildə  Z.Balayanm  bədnam  «Ocaq»  kitabı 
Erevanda çap olunmuşdur. 
Həmin kitab qati millətçilik ideologiyasının və ermnəi 
şovinizminin ən qərəzli və həyasız təsiri altında 
190 


yazılmışdır. 
Bədnam 
Z.Balayan 
tarixi 
faktları 
saxtalaşdırmaq  yolu  ilə  guya  Qarabağın  dağlıq  hissəsinin 
ermənilərə məxsus olmasını göstərməyə çalışmış, xalqımıza 
qarşı  törədilmiş  qanlı  terrorçuluq  fəaliyyətindən  isə  bir 
kəlmə  belə  işlətməmişdir.  Z.Balayan  kimilərin  bədnam 
əməlləri və hərəkətlərinə tarix və zaman öz həqiqi qiymətini 
verəcək, onların xalqımızın başına gətirdikləri qanlı faciələr 
bütün 
humanist 
xalqlar 
və 
dövlətlər 
tərəfindən 
lənətlənəcəkdir.  XXI  əsrdə  bütün  bəşəriyyət  erməni 
terrorçularının  fəaliyyətinə  son  qoyacaqdır...  Mən  buna 
əminəm. 
1987-
 
ci  ilin  noyabrında  iqtisadçı  akademik 
A.Aqanbekyan  Parisdə  Fransa  Kommunist  partiyasının 
orqanı  olan  «Humanité»  qəzetinin  müxbirinə  verdiyi 
müsahibədə  bildirmişdi  ki,  guya  «SSRİ  hökumətinin  ən 
yüksək  dairələrində  Dağlıq  Qarabağın  Ermənistana 
verilməsi  artıq  həll  olunmuş,  Naxçıvanın  məsələsi  isə  sual 
altındadır». A.Aqanbekyan öz bədnam  müsahibəsində eyni 
zamanda  bildirmişdi  ki,  guya  tarixin  hansı  vaxtmdasa 
Qarabağ  erməni  ərazisi  olub».  Saxta  fikirlər  söyləməklə 
A.Aqanbekyan  erməni  mafiyasma  xidmət  edən  qüvvələrə 
kömək  etməyə  və  Azərbaycan  tarixini  saxtalaşdırmağa 
çalışıb... 
Əlbəttə 1988-ci ildən sonra Qarabağ ətrafında baş verən 
hadisələr göstərdi ki, erməni mafiyasma xidmət edənlərdən 
biri də M.S.Qorbaçovdur. Əgər belə olmasaydı, o öz ətrafına 
mürtəce  erməni  daşnaklarını  yığmaz  və  ona  arxayın  olub, 
Qarabağ  və  Ermənistan  ərazisində  Azərbaycanlılara  qarşı 
soyqırım siyasəti həyata keçirilə bilməzdi... 
M.S.Qorbaçova arxayın olan erməni daşnakları 
1988-
 
ci  il  fevralın  21-də  Azərbaycan  konstitusiyasına  və 
qanunlarına  zidd  olaraq  Dağlıq  Qarabağın  Ermənistana 
birləşdirilməsi haqqında mürtəce qərar qəbul etdilər. Erməni 
mafiyasma qulluq edənlər, sadə erməniləri də aldadaraq öz 
arxalarmca apara bildilər və bununla da 
191 


həm  ermənilərə,  həm  azərbaycanlılar  və  həm  də  ki,  bütün 
bəşəriyyətə  qarşı  terrorçuluq  fəaliyyətinə  başladılar  və 
tarixdə  görünməmiş  cinayətlər  törətdilər...  Beləliklə  XX 
əsrin  əvvəllərində  xalqımıza  qarşı  törədilmiş  qanlı 
terrorçuluq  fəaliyyəti  XX  əsrin  sonlarında  yenidən  erməni 
mafiyasına  xidmət  edən  qüvvələr  tərəfindən  daha  dəhşətli 
şəkildə təkrar olunmağa başlandı. Beləliklə təkcə XX əsrdə 
sayca  beşinci  dəfə  xalqımıza  qarşı  qanlı  terrorçuluq 
fəaliyyətləri əsasən aşağıdakı illərdə baş vermişdir. 
1)
 
1905-1907-ci  illərdə.  Bu  illərdə  baş  verən  qanlı 
terrorçuluq  fəaliyyəti  nəticəsində  erməni  daşnakları 
tərəfindən  Şuşa,  Şamaxı,  Xankəndi,  Ordubad  və  digər 
Azərbaycan ərazilərində minlərlə insanlar qətlə yetirilmiş və 
yüzlərlə kəndlər talan və viran edilmişdir. Bu qanlı hadisələri 
Azərbaycanın  görkəmli  yazıçısı  M.S.Ordubadi  özünün 
«Qanlı illər» və Mir Möhsün Nəvvab «1905-1906-cı illərdə 
erməni-müsülman davası» adlı kitablarında geniş şərh etmiş, 
erməni  terrorçularının  xalqımıza  qarşı  terrorçuluq  və 
soyqırım hadisələrini əsaslı faktlarla şərh etmişdir. 
2)
 
1915-1916-cı  illərdə  Osmanlı  Türkiyəsində  - 
Anadolu,  Qars,  Ərzincan  və  başqa  ərazilərdə  ermənilərin 
türklərə  qarşı  qırğın  əməliyyatları  başlanmışdır.  Bu 
terrorçuluq  hərəkətlərinə  rəhbərlik  Andronik  edirdi. 
Andronik 
başda 
olmaqla 
ermənilərin 
terrorçuluq 
fəaliyyətindən  xəbər  tutan  Türkiyə  hökuməti  terrorçulara 
qarşı  mübarizəyə  başlamış  və  türk  xalqının  qırılmasının 
qarşısını  almışdır.  Terrorçu  Andronik  həbs  olunmuşdur. 
Türkiyə  hökuməti  ona  qarşı  humanistlik  göstərmiş  və  onu 
edam  etmək  əvəzinə  bir  qulağını  kəsərək  həbsdən  azad 
etmişdir. Lakin bu hadisədən ibrət dərsi almayan Andronik 
Ermənistana  gələrək  ətrafına  terrorçu  dəstələr  toplayıb 
1918-1920-ci illərdə Qarabağda, Zəngəzurda, Naxçıvanda və 
digər Ermənistan-Azər 
192 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə