Əsil və sadələşdirilmiş məttılər "ÖNDƏr n ə Ş r iy y a t "



Yüklə 175,22 Kb.
Pdf görüntüsü
səhifə2/92
tarix21.06.2018
ölçüsü175,22 Kb.
#49895
1   2   3   4   5   6   7   8   9   ...   92

Yucalardan yucasan, 
Kimsə bilməz necəsən, 
Görkli  Tanrı!
Sən atadan  olmadın, 
Anadan  doğulmadın. 
Kimsə rizqin yemədin, 
Kimsəyə güc etmədin, 
Qamu yerdə əhədsən, 
Allahu səmədsən. 
Adəmə sən  tac urdun, 
Şeytana  lənət qıldın. 
Uhlığına həddin,
Sənin boyun-qəddin yoq! 
Ya cisimlə cəddin yoq! 
Urduğun  ulıtmayan 
Ulu  Tanrı!
Basdığın bəlirtməyən 
Bəlli  Tanrı!
Götürdüyün  Gögə yetirən 
Görkli  Tanrı!
Qaqdığın  qəhr edən 
Qəhhar Tanrı!
Birliyinə sığındım, 
Çələbim,  qadir  Tanrı.
“Kitab”ımız  elə  etibarlı  salnamədir  ki,  çox  tarixçilər  Oğuzun  tarixi  haq- 
qında  melumat  verərkən  ona  dönə-dönə  müraciot  etmişlər.  Görkəmli  qor- 
qudşünas M.Ergin mötəbər şəkildə inandırır ki, Rəşidəddin, Osman Bayburdlu, 
Əli Yazıçıoğlu, Əbülqazi Xivəli və başqa görkəmli oğuzşünas tarixçilər “Dədə 
Qorqud  kitabı”na  tarixi  mənbə  kimi  baxmışlar.  Adəton  qəhrəmanlıq  dastan- 
lanm tarixin şifahi dərsliyi sayırlar. Dədə Qorqudun hadisələri  bizə oğuznamə 
halında,  yeni  yazılı  şəkildə  gəlib  yetdiyi  üçün  mən  onu  Oğuz  tarixinin  yazılı 
dərsliyi kimi teqdim etmişem (“Dədə Qorqud”, 2001, JVel).
Dediyimiz  kimi,  “Dədə  Qorqud  kitabı”  Oğuzun  tarixidir,  dövlotçiliyidir, 
Azərbaycamn tarixi coğrafıyasıdır.  Hər elm adamı bu “Kitab”da öz axtardığı- 
nı tapa bilər, ancaq, əlbəttə, əlimizdə olan “Dədə Qorqud kitabı”, birinci növ- 
bəde, ədəbi-bedii əsərdir (Dədə Qorqud:  dilimiz,  düşüncomiz,  1999, s.l 15).
“Kitab”da hər boyun öz qəhrəmanı var, bununla belə, bu boylar bir bütöv 
bədii  abidənin,  bütün  bir  kitab-dastanm  tərkibidir,  indiki  təbirlə,  bir  əsərin 
fəsilləridir.  Boyların  hamısında  iştirak  edən,  daha  doğrusu,  adı  çəkilon,  adı 
keçən  Qorquddur  ki,  görünür,  məhz  buna  göro  də  yazıya  alan  tərofındən 
“Kitab”  onunla  adlandırılmışdır.  Ancaq  Qorqud  bu  osərin  qəhromam  deyil, 
heç  əslində  ona  obraz  da  demək  olmaz.  O,  bir  rəmzdir  -   türkün  ağsaqqala, 
müdrik  söz  sahibinə  hörmətinin  romzidir.  Boyların  hamısı  üçün  üınumi 
qohrəman surəti Böyük Oğuz Elidir. Oğuz qohromanlarının hom parçalanaraq 
üz-üze gəldiyi, həm də ümumi qayə yolunda birloşərək bir bütöv kimi  iştirak 
etdiyi  on  ikinci  boy dastanın bütövlüyünü,  boy-boy cəmlono-comlono  gələn 
Oğuzun  dövletçilik  taleyinin  bölünmozliyini  oyaniloşdirir -   Böyük  Oğuz  Eli 
(dövləti) bir obraz -  qohroman kimi  qalib gəlir.
Deyildiyi kimi, bu əsər həm dastandır, hom də kitab.  Əsərin  süjetindo və 
quruluşunda,  obrazlarının psixoloji  təkamiilündə,  diliııin  bədii  ifadə  torzində 
şifahi  və  yazılı  ədebiyyatın  elamətləri  birloşir.  Doli  Domrul  və  Təpəgözle
bağlı  boylar  mifoloji  təfərrüat  üstündə  durur,  hadisələr  beşəriistü  ha- 
kimiyyətlə  idare  olunur  -   bu,  xalis  dastan  tipologiyasıdır.  Bamsı  Beyrek 
boyunda  ise  yazıh  ədebiyyat boyaları  ön plana  keçir.  Bamsmın  en  çıxılmaz 
məqamında,  hətta  qeyri-adi  çetinlik  anında  düyünün  açılmasında  bir  inan- 
dırıcılıq var, realist,  ağılabatan bir mümkünlük baş verir.
Bedii  eser  obrazlan  ile  tanınar.  “Kitab”ımız  ədəbiyyata  kamil  bədii 
obrazlar,  klassik  müsbət  ve  klassik  mənfı  tiplər  verib.  Qazan  xan,  Bamsı 
Beyrək  bəşəri  müsbət  insan  suretləridir.  Aruz  Qoca  dünya  ədəbiyyatında 
yaqoçuluğu  (müsbətlik  pərdesi  altında  hiyləgerliyi)  Şekspirin  Yaqosundan 
min  il  əvvəl  başlayıb.  Burla  xatun,  Dirse  xanın  xanımı,  Bamçiçək  dünya 
ədəbiyyatımn  nadir  qadın  təsvirlərindəndir.  “Kitab”ın  obrazları  neinki 
səviyyecə  uyğun  geldikleri  dünya  ədəbiyyatmın  bediilik  etalonu  sayılan 
personajları  sırasına  daxil  olmayıblar,  hətta  heç  Azərbaycan  ədebiyyatının 
özünde,  məselən,  Qazan  xan  Koroğlu  kimi,  Burla  xatun  Nigar  qedər  təhlil 
edilməyiblər.  Fövqeladə  gücü  ile  də,  yeyib-içmə  hecminə  görə  də  Qazanı 
Koroğlu obrazı ile müqayisə etmek olar. Qazan da Koroğlu kimi qılınc və saz 
(qopuz)  qehremanıdır.  Koroğlu  Qıratının,  Qazan  xan  Qonur  atının  üstündə 
yenilmezdı’r.  Qazan  da  düşmene  qarşı  həm  amansızdır,  həm  de  səmimidir. 
Türkün  həmişe  sülhe  -   banşa  meyilli  olması  Qazanın  simasında  bir  daha 
aydın  görünür.  Səmimiliyinə  ve  sülhsevərliyine  görə  Qazan  xan  düşmənlə 
danışığa  girir ki,  qoca anasını  geri  alsın,  ancaq  aldanmır.  Çünki  Qazanın  xa- 
rakterində dövlətçilik düşüncəsi qehremanlıq -  bahadırlıq keyfiyyeti  ile qoşa 
yaşayır.  Koroğlu  sadelövhdür,  onu  Keçəl  Həmzə  de  aldadır.  Qazanda  bir 
insanda  ne  qəder  müsbət  keyfiyyətler  mümkündürsə,  var;  bir  döyüşçü, 
sərkərdə  üçün nə  lazımdırsa,  var;  bir dövlət başçısı  nəleri  bilmelidirsə,  bilir, 
eyni  zamanda  o,  valideyndir -   oğul  atasıdır,  ailə  başçısıdır  -   təkarvadlıdır. 
İran  şahları  kimi  hərəmxana  sahibi  deyil,  ona  göre  de  qadmı  onun  namusu 
yolunda oğlunun ölümünden keçmeyə  hazırdır.
Bütün  bunlarla  yanaşı,  elbəttə,  dastan-kitabm  ən  kamil  bədii  obrazı 
Bamsı  Beyrekdir.  Beyrək  bütün Oğuz  igidleri kimi, təbii ki, birinci  növbədə, 
mehz qehrəmandır. Ancaq görünür, qol gücü ilə yanaşı, o hem də xüsusi ağıl- 
düşüncə sahibidir ki, Qazan xanın inağı (ən yaxın, ən inanılmış adamı) sayılır. 
Dastanın bedii hadiselərlo, tesvirlərlə, emosiyalarla ən zongin boyları üçüncü 
ve  on  ikinci  boylardır  ki,  hər  ikisinin  qəhromanı  mehz  Beyrekdir.  O,  boy- 
buxunca,  sifətce  də  gözeldir.  O  qəder  gözəldir  ki,  bədnozerdən  qorunmaq 
üçün  niqab  gəzdirir.  Gözəlliyindən  aldığı  zövqün  xatirino  kafər  qızı  onun 
əsirlikden  qaçmasını  təşkil  edir.  On  altı  il  kafer qızının  cazibəsinde  yaşayan 
Beyrək  Şeyx  Sənan  ola  bilerdi,  ancaq  Məcnun  olaraq  qalır.  Nizami,  Füzuli 
Məcnunu eslində qılıncından el çekmiş  Beyrəkdir.  Dastanda Beyrək en  incə 
cizgilərle  sifətlənmiş  insan  təcəssümüdür.  O  en  lirik  igid-qəhrəmandır.  O, 
qəhremanlıq dastanından çox məhəbbet dastanının qəhrəmanına bənzəyir.


Yüklə 175,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə