European Convention on Human Rights (Azerbaijani)



Yüklə 267,25 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix14.02.2018
ölçüsü267,25 Kb.
#26964
1   2   3   4   5   6   7   8   9   10

12

13

və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, 



televiziya  və  kinematoqrafiya  müəssisələrinə  lisenziya  tələbi 

qoymasına mane olmur.

2.  Bu  azadlıqların  həyata  keçirilməsi  milli  təhlükəsizlik, 

ərazi  bütövlüyü  və  ya  ictimai  asayiş  maraqları  naminə, 

iğtişaşın  və  ya  cinayətin  qarşısını  almaq  üçün,  sağlamlığın 

və  mənəviyyatın  qorunması  üçün,  digər  şəxslərin  nüfuzu  və 

hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş 

məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət 

mühakiməsinin  nüfuz  və  qərəzsizliyini  təmin  etmək  üçün 

qanunla  nəzərdə  tutulmuş  və  demokratik  cəmiyyətdə  zəruri 

olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və 

ya sanksiyalara məruz qala bilər.



MADDƏ 11

Yığıncaqlar və birləşmək azadlığı

1.  Hər  kəsin  dinc  toplaşmaq  azadlığı  və  öz  maraqlarını 

müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara 

qoşulmaq  hüququ  da  daxil  olmaqla,  başqaları  ilə  birləşmək 

azadlığı hüququ vardır.

2.  Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və 

ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını 

almaq  üçün,  sağlamlığın  və  mənəviyyatın  qorunması  üçün 

və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün 

qanunla  nəzərdə  tutulmuş  və  demokratik  cəmiyyətdə  zəruri 

olanlardan  başqa,  heç  bir  məhdudiyyət  qoyula  bilməz.  Bu 

maddə  silahlı  qüvvələr,  polis  və  ya  inzibati  dövlət  orqanları 

üzvlərinin  belə  hüquqlarının  həyata  keçirilməsinə  qanuni 

məhdudiyyətlər qoyulmasına mane olmur.



MADDƏ 12

Nikah hüququ

Nikah  yaşına  çatmış  kişilər  və  qadınlar  bu  hüququn  həyata 

keçirilməsini tənzimləyən milli qanunvericiliyə müvafiq olaraq, 

nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər.



MADDƏ 13

Səmərəli hüquqi müdafiə vasitələri hüququ

Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan 

hər  kəs,  hətta  bu  pozulma  rəsmi  fəaliyyət  göstərən  şəxslər 

tərəfindən  törədildikdə  belə,  dövlət  orqanları  qarşısında 

səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.

MADDƏ 14

Ayrı-seçkiliyin qadağan olunması

Bu  Konvensiyada  təsbit  olunmuş  hüquq  və  azadlıqlardan 

istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, 

milli  və  ya  sosial  mənşə,  milli  azlıqlara  mənsubiyyət,  əmlak 

vəziyyəti,  doğum  və  ya  hər  hansı  digər  əlamətlərə  görə  ayrı 

seçkilik olmadan təmin olunmalıdır.



MADDƏ 15

Fövqəladə hallar zamanı öhdəliklərdən geri çəkilmə

1.  Müharibə  və  ya  millətin  həyatını  təhdid  edən  digər 

fövqəladə hallar zamanı Razılığa gələn Yüksək Tərəflərdən hər 

hansı biri onun beynəlxalq hüquqa müvafiq digər öhdəliklərinə 

zidd  olmamaq  şərti  ilə,  yalnız  vəziyyətin  fövqəladəliyinin 

şərtləndirə biləcəyi səviyyədə bu Konvensiya üzrə öhdəliklərinə 

uyğun olmayan tədbirlər görə bilər.



14

15

2.  Bu  müddəa,  qanuni  müharibə  əməliyyatları  nəticəsində 



ölüm halları istisna olmaqla, 2-ci maddənin və həmçinin 3-cü 

maddənin,  4-cü  maddənin  1-ci  bəndinin  və  7-ci  maddənin 

müddəalarına uyğun olmayan tədbirlərinin görülməsinə əsas 

vermir.


3.  Bu geri çəkilmə hüququndan istifadə edən Razılığa gələn 

Yüksək Tərəf gördüyü tədbirlər və onların səbəbləri haqqında 

Avropa  Şurasının  Baş  katibini  tam  məlumatlandırmalıdır.  O, 

həmçinin  belə  tədbirlərin  dayandırılması  və  Konvensiyanın 

müddəalarının  yenidən  tam  həyata  keçirilməyə  başlanması 

haqqında Avropa Şurasının Baş katibinə məlumat verməlidir.



MADDƏ 16

Əcnəbilərin siyasi fəaliyyətinin məhdudlaşdırılması

10,  11,  və  14-cü  maddələrdə  heç  nə  Razılığa  gələn  Yüksək 

Tərəflər  üçün  əcnəbilərin  siyasi  fəaliyyətinə  məhdudiyyətlər 

qoymağa maneə kimi hesab edilə bilməz.



MADDƏ 17

Hüquqlardan sui-istifadənin qadağan olunması

Bu  Konvensiyada  heç  nə  hər  hansı  dövlətin,  qrupun  və  ya 

şəxsin  burada  təsbit  olunan  hüquq  və  azadlıqlarının  ləğvinə 

və  ya  onların  Konvensiyada  nəzərdə  tutulandan  daha  artıq 

məhdudlaşdırılmasına  yönəlmiş  hər  hansı  fəaliyyətlə  məşğul 

olmaq və ya hər hansı əməl törətmək  hüququna malik olması 

kimi şərh oluna bilməz.

MADDƏ 18

Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri

Qeyd olunan hüquq və azadlıqlarla bağlı bu Konvensiyada yol 

verilən  məhdudiyyətlər,  nəzərdə  tutulduğundan  başqa,  hər 

hansı digər məqsəd üçün tətbiq olunmamalıdır.



BÖLMƏ II 

AVROPA INSAN HÜQUQLARI MƏHKƏMƏSI

MADDƏ 19

Məhkəmənin təsis olunması

Razılığa  gələn  Yüksək  Tərəflərin  bu  Konvensiya  və  ona  dair 

Protokollar  ilə  öz  üzərilərinə  götürdükləri  öhdəliklərə  riayət 

etmələrini təmin etmək məqsədi ilə Avropa İnsan Hüquqları 

Məhkəməsi  (bundan  sonra  «Məhkəmə»  adlanacaq)  təsis 

olunur. O, daimi əsaslarla fəaliyyət göstərir.



MADDƏ 20

Hakimlərin sayı

Məhkəmə  Razılığa  gələn  Yüksək  Tərəflərin  sayına  bərabər 

sayda hakimlərdən ibarətdir.

MADDƏ 21

Hakimliyə dair tələblər

1.  Hakimlər  yüksək  mənəvi  keyfiyyətlərə  malik  olmalı  və 

ali məhkəmə vəzifələrini həyata keçirmək üçün tələb olunan 

şərtlərə cavab verməli və ya tanınmış nüfuzlu hüquqşünaslar 

olmalıdırlar.

2.  Hakimlər məhkəmənin işində öz adlarından iştirak edirlər.

3.  Vəzifədə  olduqları  bütün  müddət  ərzində  hakimlər 

onların  müstəqilliyi,  qərəzsizliyi  ilə  və  ya  tam  iş  gününün 

xarakterindən irəli gələn tələblərlə bir araya sığmayan heç bir 

fəaliyyətlə  məşğul  olmamalıdırlar.  Bu  bəndin  müddəalarının 

tətbiqi ilə bağlı yaranan bütün məsələləri Məhkəmə həll edir.



Yüklə 267,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə