European Convention on Human Rights (Azerbaijani)



Yüklə 267,25 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix14.02.2018
ölçüsü267,25 Kb.
#26964
1   2   3   4   5   6   7   8   9   10

38

39

hər  hansı  birinə  riayət  olunması  ilə  bağlı  Məhkəmənin  fiziki 



şəxslərdən,  qeyri-hökumət  təşkilatlarından  və  ya  fərdlər 

qrupundan  şikayətlər  qəbul  etmək  səlahiyyətini  tanıdığını 

bəyan edə bilər.

MADDƏ 6

Konvensiyaya bağlılıq

Razılığa gələn Yüksək Tərəflər bu Protokolun 1, 2, 3, 4 və 5-ci 

maddələrinin  müddəalarını  Konvensiyanın  əlavə  maddələri 

hesab  edirlər  və  Konvensiyanın  bütün  müddəaları  müvafiq 

olaraq tətbiq olunur.

MADDƏ 7

İmzalanma və ratifikasiya

1.  Bu  Protokol  Konvensiyanı  imzalamış  Avropa  Şurası 

üzvləri tərəfindən imzalanmaq üçün açıqdır; o, Konvensiyanın 

ratifikasiyası ilə eyni zamanda və ya bundan sonra ratifikasiya 

olunmalıdır. Protokol beş təsdiqnamə saxlanılmağa verildikdən 

sonra qüvvəyə minir. Sonradan ratifikasiya edən hər bir dövlət 

üçün Protokol öz təsdiqnaməsini saxlanılmağa verdiyi tarixdən 

qüvvəyə minir.

2.  Təsdiqnamələr  saxlanılmaq  üçün  Avropa  Şurasının  Baş 

katibinə  verilir,  o,  Protokolu  ratifikasiya  etmiş  dövlətlər 

haqqında  Avropa  Şurasının  üzvü  olan  bütün  dövlətləri 

xəbərdar edir.

Bunun  təsdiqi  olaraq,  lazımi  qaydada  vəkil  edilmiş  aşağıda 

imza edilənlər bu Protokolu imzaladılar.

1963-cü  il  sentyabrın  16-da  Strasburqda,  hər  iki  mətni  eyni 

qüvvəyə malik olmaqla, ingilis və fransız dillərində bir nüsxədə 

imzalanmışdır.  Həmin  nüsxə  Avropa  Şurasının  arxivində 

saxlanılır. Avropa Şurasının Baş katibi təsdiq olunmuş surətləri 

hər bir imzalayan dövlətə göndərəcəkdir.

İnsan hüquqlarının və əsas azadlıqların 

müdafiəsi haqqında Avropa 

Konvensiyasına dair



6 saylı Protokol

Ölüm cəzasının ləğvi haqqında

Strasburq, 28 aprel 1983-cü il

Avropa Şurasının üzvü olub, 1950-ci il noyabrın 4-də Romada 

imzalanmış İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi 

haqqında  Konvensiyanın  (bundan  sonra  «Konvensiya» 

adlanacaq) bu Protokolunu imzalayan dövlətlər,

Avropa  Şurasının  ayrı-ayrı  üzv  dövlətlərində  baş  vermiş 

təkamülün,  ölüm  cəzasının  ləğv  olunması  xeyrinə  ümumi 

tendensiyanı ifadə etdiyini nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

MADDƏ 1

Ölüm cəzasının ləğvi

Ölüm cəzası ləğv olunur. Heç kəs ölüm cəzasına məhkum edilə 

və ya edam oluna bilməz.

MADDƏ 2

Müharibə zamanı ölüm cəzası

Dövlət müharibə dövründə və ya qaçılmaz müharibə təhdidi 

zamanı  törədilmiş  əməllərə  görə  öz  qanunvericiliyində  ölüm 



40

41

cəzasını nəzərdə tuta bilər; bu cür cəza yalnız qanunla müəyyən 



olunmuş  hallarda  və  qanunun  müddəalarına  müvafiq  olaraq 

tətbiq edilə bilər. Dövlət həmin qanunun müvafiq müddəaları 

haqqında Avropa Şurasının Baş katibinə məlumat verir.

MADDƏ 3

Öhdəliklərin yerinə yetirilməsində geri çəkilmənin qadağan 

olunması

Konvensiyanın  15-ci  maddəsinə  əsaslanaraq  bu  Protokolun 

müddəalarından geri çəkilmək olmaz.

MADDƏ 4

Qeyd şərtlərin qadağan olunması

Konvensiyanın  57-ci  maddəsinə  əsaslanaraq  bu  Protokolun 

müddəaları ilə bağlı heç bir qeyd-şərt edilə bilməz.

MADDƏ 5

Ərazi tətbiqi

1.  Hər  bir  dövlət  imzalama  zamanı  və  ya  özünün 

təsdiqnaməsini  yaxud  qəbuletmə  və  ya  bəyənmə  haqqında 

sənədini saxlanmağa verərkən bu Protokolun tətbiq ediləcəyi 

ərazini və yaxud əraziləri göstərə bilər.

2.  Hər  bir  dövlət  sonradan  istənilən  vaxt  Avropa  Şurası 

Baş  katibinin  adına  ünvanlanmış  bəyanatla,  bu  Protokolun 

bəyanatda göstərilən hər hansı digər əraziyə şamil edə bilər. 

Bu  əraziyə  münasibətdə  Protokol  Baş  katibin  belə  bəyanatı 

aldığı tarixdən sonrakı ayın birinci günündən etibarən qüvvəyə 

minir.

3.  Əvvəlki  iki  bənd  əsasında  verilmiş  və  belə  bəyanatda 



göstərilmiş hər hansı əraziyə dair istənilən bəyanat Baş katibin 

adına ünvanlanmış bildiriş vasitəsi ilə geri götürülə bilər. Geri 

götürülmə Baş katib tərəfindən belə bildirişin alındığı tarixdən 

sonrakı ayın birinci günü qüvvəyə minir.



MADDƏ 6

Konvensiyaya bağlılıq

İştirakçı  dövlətlər  bu  Protokolun  1-5-ci  maddələrinin 

müddəalarını Konvensiyanın əlavə maddələri hesab edirlər və 

Konvensiyanın bütün müddəaları müvafiq olaraq tətbiq edilir.



MADDƏ 7

İmzalama və ratifikasiya

Bu  Protokol  Avropa  Şurasının  üzvü  olub,  Konvensiyanı 

imzalamış dövlətlərin imzalanması üçün açıqdır. O, ratifikasiya 

olunmalı, qəbul edilməli və ya bəyənilməlidir. Avropa Şurasının 

üzv  dövlət  Konvensiyanı  eyni  zamanda  və  ya  əvvəlcədən 

ratifikasiya  etmədən  bu  Protokolu  ratifikasiya  edə,  qəbul  və 

ya bəyənə bilməz. Təsdiqnamələr yaxud qəbul və ya bəyənmə 

haqqında  sənədlər  saxlanılmaq  üçün  Avropa  Şurasının  Baş 

katibinə verilir.

MADDƏ 8

Qüvvəyə minmə

1.  Bu  Protokol  Avropa  Şurasının  üzvü  olan  beş  dövlətin 

7-ci  maddənin  müddəalarına  müvafiq  olaraq,  Protokol  üzrə 

öhdəliklərini öz üzərilərinə götürməyə razılıqlarını bildirdikləri 

tarixdən sonrakı ayın birinci günü qüvvəyə minir.

2.  Protokol üzrə öhdəlikləri sonradan öz üzərinə götürməyə 

razılığını bildirmiş hər hansı üzv dövlət üçün bu Protokol onun 

öz təsdiqnaməsini yaxud qəbuletmə və ya bəyənmə haqqında 

sənədlərini  saxlanmağa  verdiyi  tarixdən  sonrakı  ayın  birinci 

günü qüvvəyə minir.




Yüklə 267,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə