European Convention on Human Rights (Azerbaijani)



Yüklə 267,25 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix14.02.2018
ölçüsü267,25 Kb.
#26964
1   2   3   4   5   6   7   8   9   10

20

21

məsələnin həlli Məhkəmənin əvvəllər çıxardığı qərara zidd ola 



bilərsə, tərəflərdən heç biri buna etiraz etmədikdə Palata öz 

qərarını çıxarana qədər istənilən vaxt Böyük Palatanın xeyrinə 

yurisdiksiyasından imtina edə bilər.

MADDƏ 31

Böyük Palatanın səlahiyyətləri

Böyük Palata:

(a)  Palata  30-cu  maddənin  müddəalarına  əsasən 

yurisdiksiyasından  imtina  etdikdə  və  ya  43-cü 

maddənin  müddəalarına  müvafiq  olaraq  iş  ona 

göndərildikdə  33-cü  və  ya  34-cü  maddələrin 

müddəalarına müvafiq olaraq verilmiş şikayətlər üzrə 

qərar çıxarır;

(b) Nazirlər  Komitəsi  tərəfindən  46-cı  maddənin  4-cü 

bəndinə  əsasən  Məhkəməyə  göndərilmiş  məsələləri 

həll edir; və

(c)  47-ci maddənin müddəalarına müvafiq olaraq təqdim 

edilmiş  məsləhət  xarakterli  rəyləri  çıxarmaq  üçün 

verilmiş xahişlərə baxır.



MADDƏ 32

Məhkəmənin səlahiyyəti

1.  33,  34,  46  və  47-ci  maddələrə  əsasən  təqdim  olunmuş 

Konvensiyanın  və  ona  dair  Protokolların  müddəalarının 

şərhi  və  tətbiqinə  dair  bütün  məsələlər  Məhkəmənin 

səlahiyyətindədir.

2.  Konkret  iş  üzrə  Məhkəmənin  səlahiyyəti  ilə  bağlı 

mübahisəni Məhkəmənin özü həll edir.

MADDƏ 33

Dövlətlərarası işlər

Razılığa  gələn  hər  hansı  Yüksək  Tərəf  Razılığa  gələn  digər 

Yüksək  Tərəfin  Konvensiyanın  və  ona  dair  Protokolların 

müddəalarını hər hansı şəkildə pozması iddiası ilə Məhkəməyə 

müraciət edə bilər.

MADDƏ 34

Fərdi şikayətlər

Məhkəmə istənilən fiziki şəxsdən, qeyri-hökumət təşkilatından 

və  ya  ayrı-ayrı  şəxslər  qrupundan,  Razılığa  gələn  Yüksək 

Tərəflərdən  birinin  onun  bu  Konvensiyanın  və  ya  ona  dair 

Protokolların  müddəaları  ilə  nəzərdə  tutulmuş  hüquqlarını 

pozmasının  qurbanı  olduğunu  iddia  edən  şikayətlər  qəbul 

edə bilər. Razılığa gələn Yüksək Tərəflər bu hüququn səmərəli 

həyata keçirilməsinə heç bir yolla mane olmamağı öhdələrinə 

götürürlər.

MADDƏ 35

Qəbul edilənlik şərtləri

1.  Məhkəmə  yalnız  beynəlxalq  hüququn  hamılıqla  qəbul 

edilmiş  normalarına  müvafiq  olaraq  bütün  daxili  hüquq 

müdafiə vasitələri tükəndikdən sonra işi baxılmağa qəbul edə 

bilər və iş üzrə son qərarın çıxarıldığı tarixdən sonrakı altı ay 

ərzində işi baxılmağa qəbul edə bilər .

2.  Məhkəmə 34-cü maddənin müddəalarına müvafiq olaraq 

verilmiş aşağıdakı fərdi şikayətlərə baxmır:

(a)  anonim olan; və ya

(b) mahiyyətcə  Məhkəmənin  artıq  baxdığı  məsələ  ilə 

eyni  olan  yaxud  digər  beynəlxalq  araşdırma  və  ya 



22

23

nizamlama  prosedurunun  predmeti  olan  və  işə  aid 



yeni faktları əks etdirməyən.

3.  Məhkəmə 34-cü maddəyə əsasən təqdim edilmiş istənilən 

fərdi şikayəti qəbuledilməz elan edir, əgər o hesab edirsə ki:

(a)  şikayət  Konvensiyanın  və  ya  ona  dair  Protokolların 

müddəalarına uyğun deyil, açıq-aşkar əsassızdır və ya 

fərdi müraciət hüququndan sui-istifadədir; və ya

(b) Konvensiya  və  ona  dair  Protokollarda  göstərilmiş 

insan  hüquqlarına  hörmətin  şikayətə  mahiyyəti  üzrə 

baxılmasını tələb etdiyi hallar istisna olmaqla, və yerli 

məhkəmə  tərəfindən  lazımınca  araşdırılmayan  heç 

bir işi bu əsasla rədd etməmək şərti ilə, ərizəçi böyük 

zərərə məruz qalmayıbsa.

4.  Məhkəmə  bu  maddəyə  müvafiq  olaraq  qəbuledilməz 

hesab  etdiyi  istənilən  şikayəti  rədd  edir.  O  bunu  icraatın 

istənilən mərhələsində edə bilər.

MADDƏ 36

Üçüncü tərəfin iştirakı

1.  Palata və ya Böyük Palatada olan bütün işlərdə vətəndaşı 

şikayətçi  olan  Razılığa  gələn  hər  bir  Yüksək  Tərəfin  yazılı 

qeydlər təqdim etmək və dinləmələrdə iştirak etmək hüququ 

var.

2.  Ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi 



naminə  Məhkəmənin  Sədri  işdə  tərəf  olmayan  istənilən 

Razılığa gələn Yüksək Tərəfi və ya şikayətçi olmayan istənilən 

maraqlı  şəxsi  yazılı  qeydlər  təqdim  etmək  və  dinləmələrdə 

iştirak etmək üçün dəvət edə bilər.

3.  Avropa  Şurasının  İnsan  Hüquqları  üzrə  Komissarı  Palata 

və  Böyük  Palatada  olan  bütün  məhkəmə  işlərinə  dair  yazılı 

şəkildə şərhlər verə və dinləmələrdə iştirak edə bilər.

MADDƏ 37

Şikayətlərin siyahıdan çıxarılması

1.  Əgər vəziyyət aşağıdakı nəticələrə gəlməyə əsas verirsə, 

icraatın  istənilən  mərhələsində  Məhkəmə  şikayəti  işlərin 

siyahısından çıxarmaq barədə qərar qəbul edə bilər:

(a)  şikayətçi öz ərizəsinə baxışı davam etdirmək niyyətində 

deyilsə; və ya

(b) məsələ öz həllini tapıbsa; və ya

(c)  Məhkəmənin  müəyyənləşdirdiyi  istənilən  digər 

səbəbə görə, şikayətə baxışı davam etdirməyə lüzum 

yoxdursa.

Bununla belə, əgər bu Konvensiyanın və ona dair Protokolların 

müddəalarında  müəyyən  edilən  insan  hüquqlarına  riayət 

olunması  bunu  tələb  edirsə,  Məhkəmə  şikayətə  baxmaqda 

davam edir.

2.  Əgər Məhkəmə işin gedişinin buna bəraət qazandırdığını 

hesab edirsə, şikayətin baxılmalı işlər siyahısına bərpa edilməsi 

haqqında qərar qəbul edilə bilər.

MADDƏ 38

Məhkəmə işinin araşdırılması

Məhkəmə  tərəflərin  nümayəndələrinin  iştirakı  ilə  məhkəmə 

işini  araşdırır  və  ehtiyac  olarsa,  təhqiqat  aparır;  bu  halda, 

müvafiq  Razılığa  gələn  Yüksək  Tərəflər  həmin  təhqiqatın 

səmərəli olması üçün bütün zəruri imkanları yaratmalıdırlar.

MADDƏ 39

Dostcasına həlletmə

1.  Məhkəmə  prosesinin  istənilən  mərhələsində  Məhkəmə 

Konvensiya  və ona  dair  Protokollarda  müəyyən edilən  insan 



Yüklə 267,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə