European Convention on Human Rights (Azerbaijani)



Yüklə 267,25 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix14.02.2018
ölçüsü267,25 Kb.
#26964
1   2   3   4   5   6   7   8   9   10

42

43

MADDƏ 9



Depozitarinin funksiyası

Avropa  Şurası  Baş  katibi  Avropa  Şurasının  üzv  dövlətlərini 

aşağıdakılar barədə xəbərdar edir:

(a)  hər hansı imzalama,

(b) təsdiqnamənin yaxud qəbul və ya bəyənmə haqqında 

sənədin saxlanılmağa verilməsi,

(c)  5-ci və 8-ci maddələrə müvafiq olaraq, bu Protokolun 

qüvvəyə minmə tarixi,

(d) bu  Protokola  dair  digər  hərəkət,  bildiriş  və  ya 

xəbərdarlıq

Bunun  təsdiqi  olaraq,  lazımi  qaydada  vəkil  edilmiş  aşağıda 

imza edənlər bu Protokolu imzaladılar.

1983-cü  il  aprelin  28-də  Strasburqda,  hər  iki  mətni  eyni 

qüvvəyə malik olmaqla, ingilis və fransız dillərində bir nüsxədə 

imzalanmışdır;  həmin  nüsxə  Avropa  Şurasının  arxivində 

saxlanılır. Avropa Şurasının Baş katibi təsdiq olunmuş surətləri 

Avropa Şurasının üzvü olan hər bir dövlətə göndərəcəkdir.

İnsan hüquqlarının və əsas azadlıqların 

müdafiəsi haqqında  

Avropa Konvensiyasına dair



7 saylı Protokol

Strasburq, 22 noyabr 1984-cü il

Avropa Şurasının üzvü olub, bu Protokolu imzalayan dövlətlər,

1950-ci il noyabrın 4-də Romada imzalanmış İnsan hüquqlarının 

və  əsas  azadlıqların  müdafiəsi  haqqında  Konvensiyanın 

(bundan  sonra  «Konvensiya»  adlanacaq)  tətbiqi  vasitəsi  ilə 

bəzi  hüquq  və  azadlıqların  kollektiv  həyata  keçirilməsinin 

təmin  edilməsi  yolunda  gələcək  addımlar  atmaq  əzmində 

olaraq,

aşağıdakılar barədə razılığa gəldilər:



MADDƏ 1

Əcnəbilərin çıxarılmasına dair prosedur təminatlar

1.  Qanuni  əsaslarla  dövlətin  ərazisində  yaşayan  əcnəbi, 

qanuna müvafiq qəbul edilmiş qərarların icrası istisna olmaqla, 

oradan çıxarıla bilməz və onun aşağıdakı imkanları olmalıdırlar:

(a)  özünün  çıxarılmasına  qarşı  arqumentlər  təqdim 

etmək,


(b) öz işinə baxılmasını tələb etmək, və

(c)  bu  məqsədlərə  görə  səlahiyyətli  orqan  qarşısında 

və  belə  orqanların  təyin  etdiyi  şəxs  yaxud  şəxslər 

qarşısında təmsil olunmaq.




44

45

2.  Çıxarılma ictimai qaydanın maraqları üçün zəruri olduqda 



və ya milli təhlükəsizlik mülahizələri ilə şərtləndirildikdə, əcnəbi 

bu  maddənin  1-ci  bəndinin  (a),  (b)  və  (c)  yarımbəndlərində 

sadalanan hüquqlarından istifadə edilməmişdən əvvəl çıxarıla 

bilər.


MADDƏ 2

Cinayət işlərinə dair hökmlərdən ikinci  instansiyaya şikayət 

vermə hüququ

1.  Cinayət  törətməyə  görə  məhkəmə  tərəfindən  məhkum 

edilmiş  hər  kəsin  barəsində  çıxarılmış  hökmə  və  ya  təyin 

olunmuş  cəzaya  yuxarı  məhkəmə  instansiyasında  yenidən 

baxılması  hüququ  vardır.  Bu  hüququn  həyata  keçirilməsi  və 

onun həyata keçirilə biləcəyi əsaslar qanunla tənzimlənir.

2.  Qanunla  xırda  xətalar  hesab  olunan  hüquqpozmalarla 

bağlı və ya müvafiq şəxs artıq birinci instansiyada ən yüksək 

məhkəmə tərəfindən məhkum edilsə və ya bəraət haqqında 

hökmə  qarşı  verilmiş  apellyasiyaya  baxış  nəticəsində  təqsirli 

hesab edilib məhkum edilsə, bu hüquqdan istisnaya yol verilir.

MADDƏ 3

Məhkəmə səhvinə görə kompensasiya

Şəxs  cinayət  əməli  törətməyə  görə  qəti  hökmlə  məhkum 

edildikdə  və  sonradan  onun  haqqında  çıxarılmış  hökm 

ləğv  edildikdə  yaxud  o,  yeni  və  ya  təzədən  ortaya  çıxmış 

halların  inandırıcı  sürətdə  məhkəmə  səhvinə  yol  verildiyini 

sübuta  yetirməsi  əsasında  əfv  edildikdə,  belə  məhkum 

etmə  nəticəsində  cəzaya  məruz  qalmış  şəxs  əvvəllər  məlum 

olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən 

günahı üzündən baş verməyibsə, müvafiq dövlətin qanununa 

və ya mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır.



MADDƏ 4

İki dəfə mühakimə edilməmək və ya cəzalandırılmamaq 

hüququ

1.  Heç  kəs  hər  hansı  dövlətin  qanunlarına  və  ya  cinayət-

prosesual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya 

məhkum edildiyi cinayətlərə görə həmin dövlətin yurisdiksiyası 

çərçivəsində cinayət qaydasında təkrar mühakimə edilə və ya 

cəzalandırıla bilməz.

2.  Bundan  əvvəlki  bəndin  müddəaları,  əgər  yeni  və  ya 

təzədən  ortaya  çıxmış  hallar  barəsində  məlumatlar  varsa  və 

ya əgər əvvəlki araşdırma zamanı işin nəticəsinə təsir göstərən 

əsaslı pozuntulara yol verilibsə, müvafiq dövlətin qanunlarına 

və  cinayət-prosesual  normalarına  uyğun  olaraq,  işə  təkrar 

baxılmasına mane olmur.

3.  Konvensiyanın 15-ci maddəsinə əsaslanaraq bu maddənin 

müddəalarından kənara çıxmağa yol verilmir.



MADDƏ 5

Ər-arvadın hüquq bərabərliyi

Ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə 

öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara 

malikdirlər  və  bərabər  mülki-hüquqi  cavabdehlik  daşıyırlar. 

Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri 

tədbirlər görməkdə dövlətlərə mane olmur.



MADDƏ 6

Ərazi tətbiqi

1.  Hər  hansı  dövlət  imzalama  zamanı  və  ya  özünün 

təsdiqnaməsini  yaxud  qəbul  və  ya  bəyənmə  haqqında 

sənədini saxlanılmağa verərkən bu Protokolun tətbiq ediləcəyi 

ərazini  və  yaxud  əraziləri  və  bu  Protokolun  müddəalarının 



46

47

şamil ediləcəyi belə ərazi və ya ərazilərlə bağlı öhdəliklərinin 



çərçivəsini göstərə bilər.

2.  Hər  bir  dövlət  sonradan  istənilən  vaxt  Avropa  Şurası 

Baş  katibinin  adına  ünvanlanmış  bəyanatla,  bu  Protokolu 

bəyanatda göstərilən hər hansı digər əraziyə şamil edə bilər. 

Bu  əraziyə  münasibətdə  Protokol  Baş  katibin  belə  bəyanatı 

aldığı tarixdən iki ay keçdikdən sonra gələn ayın birinci günü 

qüvvəyə minir.

3.  Əvvəlki iki bənd əsasında verilmiş və orada göstərilən hər 

hansı  əraziyə  aid  olan  istənilən  bəyanat  Avropa  Şurası  Baş 

katibinə  ünvanlanmış  bildiriş  vasitəsi  ilə  geri  götürülə  yaxud 

dəyişdirilə  bilər.  Geri  götürülmə  və  ya  dəyişiklik  Baş  katib 

tərəfindən  belə  bildirişin  alındığı  tarixdən  iki  ay  keçdikdən 

sonra gələn ayın birinci günü qüvvəyə minir.

4.  Bu  maddənin  müddəalarına  müvafiq  olaraq  verilmiş 

bəyanat Konvensiyanın 56-cı maddəsinin 1-ci bəndinə müvafiq 

olaraq verilmiş bəyanat hesab edilir.

5.  Bu Protokolun hər hansı dövlətin onu ratifikasiya etməsi, 

qəbul  etməsi  və  ya  bəyənməsi  əsasında  tətbiq  olunduğunu 

həmin dövlətin ərazisi və bu maddənin müddəalarına müvafiq 

olaraq, həmin dövlətin bəyanatı əsasında bu Protokolun tətbiq 

olunduğu hər bir ərazi 1-ci maddədə dövlətin ərazisinə istinad 

məqsədi ilə ayrı-ayrı ərazilər hesab edilə bilər.

6.  Bu  maddənin  1-ci  və  2-ci  bəndlərinə  müvafiq  olaraq 

bəyanat  vermiş  hər  hansı  dövlət  sonradan  istənilən  vaxt 

həmin  bəyanatda  göstərilmiş  bir  və  ya  bir  neçə  ərazinin 

adından Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulduğu 

kimi,  bu  Protokolun  1-5-ci  maddələri  ilə  bağlı  Məhkəmənin 

fiziki şəxslərdən, qeyri-hökumət təşkilatlarından və ya fərdlər 

qrupundan  şikayətlər  qəbul  etmək  səlahiyyətini  tanıdığını 

bəyan edə bilər.



MADDƏ 7

Konvensiyaya bağlılıq

İştirakçı  dövlətlər  bu  Protokolun  1-6-cı  maddələrinin 

müddəalarını  Konvensiyanın  əlavə  maddələri  hesab  edirlər 

və  Konvensiyanın  bütün  müddəaları  müvafiq  olaraq  tətbiq 

olunur.

MADDƏ 8

İmzalama və ratifikasiya

Bu  Protokol  Avropa  Şurasının  üzvü  olub,  Konvensiyanı 

imzalamış dövlətlərin imzalaması üçün açıqdır. O, ratifikasiya 

olunmalı,  qəbul  edilməli  və  ya  bəyənilməlidir.  Avropa 

Şurasının üzvü olan dövlət Konvensiyanı əvvəlcədən və ya eyni 

zamanda ratifikasiya etmədən bu Protokolu ratifikasiya edə və 

ya bəyənə bilməz. Təsdiqnamələr, qəbul etmə və ya bəyənmə 

haqqında  sənədlər  saxlanılmaq  üçün  Avropa  Şurasının  Baş 

katibinə verilir.

MADDƏ 9

Qüvvəyə minmə

1.  Bu Protokol Avropa Şurasının üzvü olan yeddi dövlətin 8-ci 

maddənin  müddəalarına  müvafiq  olaraq,  Protokolun  onlar 

üçün məcburiliyinə öz razılıqlarını bildirdikləri tarixdən iki ay 

keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.

2.  Protokolun,  onun  üçün  məcburiliyinə  sonradan  öz 

razılığını bildirmiş hər hansı üzv dövlət üçün o, həmin dövlətin 

təsdiqnaməsinin yaxud qəbul etmə və ya bəyənmə haqqında 

sənədlərinin  saxlanılmağa  verildiyi  tarixdən  iki  ay  keçdikdən 

sonra gələn ayın birinci günü qüvvəyə minir.




48

49

MADDƏ 10



Depozitarinin funksiyası

Avropa Şurasının Baş katibi Avropa Şurasının üzvü olan hər bir 

dövləti:

(a)  hər hansı imzalama,

(b) hər  hansı  təsdiqnamənin  yaxud  qəbul  etmə  və  ya 

bəyənmə haqqında sənədini saxlanılmağa verilməsi,

(c)  6-cı və 9-cu maddələrə müvafiq olaraq, bu Protokolun 

qüvvəyə minmə tarixi,

(d) bu Protokola aidiyyəti olan hər bir digər akt, bildiriş və 

ya bəyanat barədə xəbərdar edir.

Bunun  təsdiqi  olaraq,  lazımi  qaydada  vəkil  edilmiş  aşağıda 

imza edilənlər bu Protokolu imzaladılar.

1984-cü  il  noyabrın  22-də  Strasburqda,  hər  iki  mətni  eyni 

qüvvəyə malik olmaqla, ingilis və fransız dillərində, bir nüsxədə 

imzalanmışdır;  həmin  nüsxə  Avropa  Şurasının  arxivində 

saxlanılır. Avropa Şurasının Baş katibi təsdiq olunmuş surətləri 

Avropa Şurasının üzvü olan hər bir dövlətə göndərəcəkdir.

İnsan Hüquqlarının və Əsas Azadlıqların 

Müdafiəsi Haqqında Konvensiyaya dair

12 saylı Protokol

Roma, 4. XI. 2000

Avropa Şurasının üzvü olub, bu Protokolu imzalayan dövlətlər,

hamının  qanun  qarşısında  bərabərliyini  və  qanunla  eyni 

qaydada  müdafiə  olunmaq  hüququnu  nəzərdə  tutan  təməl 

prinsipi nəzərə alaraq,

1950-ci il noyabrın 4-də Romada imzalanmış İnsan hüquqlarının 

və  əsas  azadlıqların  müdafiəsi  haqqında  Konvensiyanın 

(bundan  sonra  «Konvensiya»  adlanacaq)  tətbiqi  vasitəsilə 

ayrı-seçkiliyə  qarşı  ümumi  qadağanı  kollektiv  surətdə  tətbiq 

etməklə  hamının  bərabərliyinin  təmsil  edilməsi  yolunda 

gələcək addımlar atmaq əzmində olaraq,

ayrı-seçkilik  əleyhinə  prinsipin  iştirakçı  dövlətlər  tərəfindən 

tam  və  səmərəli  bərabərliyi  təşviq  etmək  üzrə  tədbirlər 

görülməsinə mane olmadığını təsdiq edərək (bu şərtlə ki, bu 

tədbirlərin obyektiv və ağlabatan əsası olsun),

aşağıdakılar barədə razılığa gəldilər:

MADDƏ 1

Ayrı-seçkiliyə ümumi qadağa

1.  Qanunla  nəzərdə  tutulmuş  istənilən  hüquqdan  istifadə 

cins, irq, rəng, dil, din, siyasi və ya digər baxışlar, milli və ya 

sosial  mənşə,  milli  azlıqlara  mənsubiyyət,  əmlak  vəziyyəti, 




50

51

doğum  və  ya  hər  hansı  digər  əlamətlərinə  görə  ayrı-seçkilik 



olmadan təmin olunmalıdır.

2.  Heç  kim  1-ci  bənddə  sadalanan  hər  hansı  əsasa  görə 

hər  hansı  dövlət  hakimiyyəti  orqanı  tərəfindən  ayrı-seçkiliyə 

məruz qalmamalıdır.



MADDƏ 2

Ərazilərə tətbiq

1.  Hər  hansı  dövlət  imzalanma  zamanı  və  ya  özünün 

ratifikasiya,  qəbul  və  təsdiq  etmə  sənədini  saxlanmaya 

verərkən  bu  Protokolun  tətbiq  ediləcəyi  ərazini  və  yaxud 

əraziləri göstərə bilər.

2.  Hər  bir  dövlət  sonradan  istənilən  vaxt  Avropa  Şurası 

Baş  katibinin  adına  ünvanlanmış  bəyanatla,  bu  Protokolu 

bəyanatda göstərilən hər hansı digər əraziyə şamil edə bilər. 

Bu  əraziyə  münasibətdə  Protokol  Baş  Katibin  belə  bəyanatı 

aldığı tarixdən üç ay keçdikdən sonra gələn ayın birinci günü 

qüvvəyə minir.

3.  Əvvəlki iki bənd əsasında verilmiş istənilən bəyanat, belə 

bəyanatda  göstərilmiş  hər  hansı  əraziyə  münasibətdə  Baş 

katibə  ünvanlanmış  bildiriş  vasitəsilə  geri  götürülə,  yaxud 

dəyişdirilə  bilər.  Geri  götürülmə  və  ya  dəyişiklik  Baş  katib 

tərəfindən  belə  bildirişin  alındığı  tarixdən  tarixdən  üç  ay 

keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.

4.  Bu  maddənin  müddəalarına  müvafiq  olaraq  verilmiş 

bəyanat Konvensiyanın 56-cı maddənin 1-ci bəndinə müvafiq 

olaraq verilmiş bəyanat hesab edilir.

5.  Bu  maddənin  1-ci  və  2-ci  bəndlərinə  müvafiq  olaraq 

bəyanat vermiş hər hansı dövlət sonradan istənilən vaxt həmin 

bəyanatda göstərilmiş bir və ya bir neçə əraziyə münasibətdə 

Konvensiyanın  34-cü  maddəsində  nəzərdə  tutulduğu  kimi, 

bu  Protokolun  1-ci  maddəsi  ilə  bağlı  Məhkəmənin  fiziki 

şəxslərdən,  qeyri-hökumət  təşkilatlarından  və  ya  fərdlər 

qrupundan  şikayətlər  qəbul  etmək  səlahiyyətini  tanıdığını 

bəyan edə bilər.



MADDƏ 3

Konvensiyaya bağlılıq

İştirakçı  dövlətlər  bu  Protokolun  1-ci  və  2-ci  maddələrinin 

müddəalarını  Konvensiyanın  əlavə  maddələri  hesab  edirlər 

və  Konvensiyanın  bütün  müddəaları  müvafiq  olaraq  tətbiq 

olunur.

MADDƏ 4

İmzalanma və ratifikasiya

Bu  Protokol  Konvensiyanı  imzalamış  Avropa  Şurasının  üzv 

dövlətlərinin imzalaması üçün açıqdır. O, ratifikasiya olunmalı, 

qəbul  edilməli  və  ya  bəyənilməlidir.  Avropa  Şurasının  üzv 

dövlətləri  Konvensiyanı  əvvəlcədən  və  ya  eyni  zamanda 

ratifikasiya  etmədən  bu  Protokolu  ratifikasiya  edə,  qəbul 

edə  və  ya  bəyənə  bilməz.  Təsdiqnamələr,  qəbul  etmə  və 

ya  bəyənmə  haqqında  sənədlər  saxlanılmaq  üçün  Avropa 

Şurasının Baş katibinə verilir.

MADDƏ 5

Qüvvəyə minmə

1.  Bu Protokol Avropa Şurasının üzvü olan on dövlətin 4-cü 

maddənin  müddəalarına  müvafiq  olaraq,  Protokolun  onlar 

üçün məcburiliyinə öz razılıqlarını bildirdikləri tarixdən üç ay 

keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.

2.  Protokolun,  onun  üçün  məcburiliyinə  sonradan  öz 

razılığını bildirmiş hər hansı üzv dövlət üçün o, həmin dövlətin 

təsdiqnaməsinin, yaxud qəbuletmə və ya bəyənmə haqqında 




52

53

sənədlərin  saxlanılmaya  verildiyi  tarixdən  üç  ay  keçdikdən 



sonra gələn ayın birinci günü qüvvəyə minir.

MADDƏ 6

Depozitarinin funksiyaları

Avropa  Şurası  Baş  katibi  Avropa  Şurasının  üzvü  olan  hər  bir 

dövləti:

(a) hər bir imzalanma;

(b)  hər  bir  təsdiqnamənin,  yaxud  qəbuletmə  və  ya 

bəyənmə haqında sənədin saxlanılmaya verməsi;

(c) 2-ci və 5-ci maddələrə müvafiq olaraq, bu Protokolun 

qüvvəyə minmə tarixi;

(d) bu Protokola aidiyyəti olan hər bir digər akt, bildiriş və 

ya bəyanat barədə xəbərdar edir.

Bunun  təsdiqi  olaraq,  lazımi  qaydada  vəkil  edilmiş  aşağıda 

imza edənlər bu Protokolu imzaladılar.

4 noyabr 2000-ci ildə Romada, hər iki mətni eyni qüvvəyə malik 

olmaqla, ingilis və fransız dillərində, bir nüsxədə imzalanmışdır; 

həmin  nüsxə  Avropa  Şurasının  arxivində  saxlanılır.  Avropa 

Şurasının Baş katibi təsdiq olunmuş nüsxələri Avropa Şurasının 

üzvü olan hər bir dövlətə göndərəcəkdir.

İnsan hüquqlarının və əsas azadlıqların 

müdafiəsi haqqında Konvensiyaya dair

13 saylı Protokol

(bu Protokol bütün hallarda ölüm 

cəzasının ləğvinə aiddir)

Vilnüs, 3.V.2002 

Avropa Şurasının üzvü olub, bu Protokolu imzalayan dövlətlər,

hər  kəsin  yaşamaq  hüququnun  demokratik  cəmiyyətdə  əsas 

dəyər  olduğuna  və  bu  hüququn  müdafiəsi  üçün  və  bütün 

insanların şəxsiyyətinə xas olan ləyaqətin tam qəbul edilməsi 

üçün ölüm cəzasının ləğvinin vacib olduğuna əmin olaraq;

1950-ci il noyabrın 4-də Romada imzalanmış İnsan hüquqlarının 

və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya (bundan 

sonra  «Konvensiya»  adlanacaq)  vasitəsilə  təmin  edilən 

yaşamaq  hüququnun  müdafiəsini  gücləndirmək  arzusunda 

olaraq;


ölüm  cəzasının  ləğvinə  aid  olan,  1983-cü  il  aprelin  28-də 

Strasburqda imzalanmış Konvensiyaya dair 6 saylı Protokolun 

müharibə  və  ya  labüd  müharibə  təhlükəsi  zamanı  ölüm 

cəzasını aradan qaldırmadığını nəzərə alaraq;

bütün  hallarda  ölüm  cəzasını  ləğv  etmək  üçün  son  addımı 

atmaq əzmində olaraq,

aşağıdakılar barədə razılığa gəldilər:



54

55

MADDƏ 1



Ölüm cəzasının ləğvi

Ölüm cəzası ləğv olunur. Heç kəs belə cəzaya məhkum edilə və 

ya edam oluna bilməz.

MADDƏ 2

Öhdəliklərdən geri çəkilmənin qadağan olunması

Konvensiyanın  15-ci  maddəsinə  əsaslanaraq  bu  Protokolun 

müddəaları ilə bağlı öhdəliklərdən geri çəkilməyə yol verilmir.

MADDƏ 3

Qeyd-şərtlərin qadağan olunması

Konvensiyanın  57-ci  maddəsinə  əsaslanaraq  bu  Protokolun 

müddəaları ilə bağlı heç bir qeyd-şərt edilə bilməz.

MADDƏ 4

Ərazilərə tətbiq

1.  Hər  hansı  dövlət  imzalanma  zamanı  və  ya  özünün 

ratifikasiya,  qəbul  və  təsdiq  etmə  sənədini  saxlanmaya 

verərkən  bu  Protokolun  tətbiq  ediləcəyi  ərazini  və  yaxud 

əraziləri göstərə bilər.

2.  Hər  bir  dövlət  sonradan  istənilən  vaxt  Avropa  Şurası 

Baş  katibinin  adına  ünvanlanmış  bəyanatla,  bu  Protokolu 

bəyanatda göstərilən hər hansı digər əraziyə şamil edə bilər. 

Bu  əraziyə  münasibətdə  Protokol  Baş  katibin  belə  bəyanatı 

aldığı tarixdən üç ay keçdikdən sonra gələn ayın birinci günü 

qüvvəyə minir.

3.  Əvvəlki iki bənd əsasında verilmiş istənilən bəyanat, belə 

bəyanatda  göstərilmiş  hər  hansı  əraziyə  münasibətdə  Baş 

katibə  ünvanlanmış  bildiriş  vasitəsilə  geri  götürülə,  yaxud 

dəyişdirilə  bilər.  Geri  götürülmə  və  ya  dəyişiklik  Baş  katib 

tərəfindən  belə  bildirişin  alındığı  tarixdən  tarixdən  üç  ay 

keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.

MADDƏ 5

Konvensiyaya bağlılıq

İştirakçı  dövlətlər  bu  Protokolun  1-4-cü  maddələrinin 

müddəalarını  Konvensiyanın  əlavə  maddələri  hesab  edirlər 

və  Konvensiyanın  bütün  müddəaları  müvafiq  olaraq  tətbiq 

olunur.

MADDƏ 6

İmzalanma və ratifikasiya

Bu  Protokol  Konvensiyanı  imzalamış  Avropa  Şurasının  üzv 

dövlətlərinin imzalaması üçün açıqdır. O, ratifikasiya olunmalı, 

qəbul  edilməli  və  ya  bəyənilməlidir.  Avropa  Şurasının  üzv 

dövlətləri  Konvensiyanı  əvvəlcədən  və  ya  eyni  zamanda 

ratifikasiya  etmədən  bu  Protokolu  ratifikasiya  edə,  qəbul 

edə  və  ya  bəyənə  bilməz.  Təsdiqnamələr,  qəbul  etmə  və 

ya  bəyənmə  haqqında  sənədlər  saxlanılmaq  üçün  Avropa 

Şurasının Baş katibinə verilir.

MADDƏ 7

Qüvvəyə minmə

1.  Bu Protokol Avropa Şurasının üzvü olan on dövlətin 6-cı 

maddənin  müddəalarına  müvafiq  olaraq,  Protokolun  onlar 

üçün məcburiliyinə öz razılıqlarını bildirdikləri tarixdən üç ay 

keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.

2.  Protokolun,  onun  üçün  məcburiliyinə  sonradan  öz 

razılığını bildirmiş hər hansı üzv dövlət üçün o, həmin dövlətin 

təsdiqnaməsinin, yaxud qəbuletmə və ya bəyənmə haqqında 




56

sənədlərin  saxlanılmaya  verildiyi  tarixdən  üç  ay  keçdikdən 

sonra gələn ayın birinci günü qüvvəyə minir.

MADDƏ 8

Depozitarinin funksiyaları

Avropa  Şurası  Baş  katibi  Avropa  Şurasının  üzvü  olan  hər  bir 

dövləti:

(a) hər bir imzalanma;

(b)  hər  bir  təsdiqnamənin,  yaxud  qəbuletmə  və  ya 

bəyənmə haqında sənədin saxlanılmaya verməsi;

(c) 4-cü və 7-ci maddələrə müvafiq olaraq, bu Protokolun 

qüvvəyə minmə tarixi;

(d) bu Protokola aidiyyəti olan hər bir digər akt, bildiriş və 

ya bəyanat barədə xəbərdar edir.

Bunun  təsdiqi  olaraq,  lazımi  qaydada  vəkil  edilmiş  aşağıda 

imza edənlər bu Protokolu imzaladılar.

3 may 2002-ci ildə Vilnüsdə, hər iki mətni eyni qüvvəyə malik 

olmaqla, ingilis və fransız dillərində, bir nüsxədə imzalanmışdır; 

həmin  nüsxə  Avropa  Şurasının  arxivində  saxlanılır.  Avropa 

Şurasının Baş katibi təsdiq olunmuş nüsxələri Avropa Şurasının 

üzvü olan hər bir dövlətə göndərəcəkdir.



Avropa 

İnsan Hüquqları 

Konvensiyası

European Court on Human Rights

Council of Europe

F-67075 Strasbourg cedex

Design: © ECHR - Photo: © Shutterstock

www.echr.coe.int



A ZE

Yüklə 267,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə