European Convention on Human Rights (Azerbaijani)



Yüklə 267,25 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix14.02.2018
ölçüsü267,25 Kb.
#26964
1   2   3   4   5   6   7   8   9   10

32

33

Əlavə protokol

İnsan hüquqlarının və əsas azadlıqların 

müdafiəsi haqqında Avropa 

Konvensiyasına dair Protokol

Paris, 20 mart 1952-ci il

Avropa  Şurasının  üzvü  olub,  bu  Protokolu  imzalayan 

hökumətlər,

1950-ci il noyabrın 4-də Romada imzalanmış İnsan Hüquqlarının 

və  Əsas  Azadlıqların  Müdafiəsi  haqqında  Konvensiyanın 

(bundan  sonra  «Konvensiya»  adlanacaq)  I  bölməsinə  artıq 

daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların kollektiv 

həyata keçirilməsinin təmin edilməsi yolunda tədbirlər görmək 

əzmində olaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

MADDƏ 1

Mülkiyyətin müdafiəsi

Hər  bir  fiziki  və  hüquqi  şəxs  öz  mülkiyyətindən  maneəsiz 

istifadə  hüququna  malikdir.  Heç  kəs,  cəmiyyətin  maraqları 

naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri 

ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən 

məhrum edilə bilməz.

Yuxarıdakı  müddəalar  dövlətin,  ümumi  maraqlara  müvafiq 

olaraq,  mülkiyyətdən  istifadəyə  nəzarəti  həyata  keçirmək 

üçün  yaxud  vergilərin  və  ya  digər  rüsum  və  ya  cərimələrin 

ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları 

yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

MADDƏ 2

Təhsil hüququ

Heç kəs təhsil hüququndan məhrum edilə bilməz. Dövlət təhsil 

və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə 

yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq 

olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir.

MADDƏ 3

Azad seçki hüququ

Razılığa gələn Yüksək Tərəflər qanunverici hakimiyyət orqanını 

seçərkən  xalqın  iradəsini  sərbəst  ifadə  edə  biləcəyi  şəraitdə 

ağlabatan  dövriliklə  gizli  azad  seçkilər  keçirməyi  öhdələrinə 

götürürlər.

MADDƏ 4

Ərazilərə tətbiqi

Razılığa  gələn  hər  hansı  Yüksək  Tərəf  imzalanma  yaxud 

ratifikasiya  zamanı  və  ya  sonradan  istənilən  vaxt  Avropa 

Şurasının Baş katibinə, beynəlxalq əlaqələrinə görə məsuliyyət 

daşıdığı  bəyanatda  adı  çəkilən  ərazilərə  bu  Protokolun 

müddəalarının  şamil  ediləcəyi  ilə  bağlı  öhdəliklərinin 

çərçivəsini təsdiq edən bəyanat göndərə bilər.

Əvvəlki  bəndin  müddəalarına  müvafiq  olaraq  bəyanat 

göndərmiş  Razılığa  gələn  hər  hansı  Yüksək  Tərəf  zaman 

keçdikcə istənilən əvvəlki bəyanatın şərtlərinin dəyişilməsi və 

ya hər hansı əraziyə münasibətdə bu Protokolun müddəalarının 

tətbiqinin  dayandırılması  haqqında  yeni  bəyanat  göndərə 

bilər.



34

35

Bu maddənin müddəalarına müvafiq olaraq verilmiş bəyanat 



Konvensiyanın 56-cı maddəsinin 1-ci bəndinə müvafiq olaraq 

verilmiş bəyanat hesab edilir.



MADDƏ 5

Konvensiyaya bağlılıq

Razılığa gələn Yüksək Tərəflər bu Protokolun 1, 2, 3 və 4-cü 

maddələrinin  müddəalarını  Konvensiyanın  əlavə  maddələri 

hesab  edirlər  və  Konvensiyanın  bütün  müddəaları  müvafiq 

surətdə tətbiq olunur.

MADDƏ 6

İmzalanma və ratifikasiya

Bu Protokol Konvensiyanı imzalamış Avropa Şurasının üzvləri 

tərəfindən  imzalanmaq  üçün  açıqdır;  o,  Konvensiyanın 

ratifikasiyası ilə eyni zamanda və ya bundan sonra ratifikasiya 

olunmalıdır.  Protokol  on  təsdiqnamə  saxlamağa  verildikdən 

sonra  qüvvəyə  minir.  Sonradan  ratifikasiya  edən  hər  bir 

dövlət  üçün  Protokol  onların  öz  təsdiqnamələrini  saxlamağa 

verdikləri tarixdən qüvvəyə minir.

Təsdiqnamələr saxlanılmaq üçün Avropa Şurasının Baş katibinə 

verilir,  o,  Protokolu  ratifikasiya  etmiş  dövlətlər  haqqında 

Avropa Şurasının üzvü olan bütün dövlətləri xəbərdar edir.

1952-ci  il  martın  20-də  Parisdə,  hər  iki  mətni  eyni  qüvvəyə 

malik  olmaqla,  ingilis  və  fransız  dillərində,  bir  nüsxədə 

imzalanmışdır;  həmin  nüsxə  Avropa  Şurasının  arxivində 

saxlanılır.  Baş  katib  təsdiq  olunmuş  surətləri  bu  Protokolu 

imzalamış hər bir hökumətə göndərəcəkdir.

İnsan hüquqlarının və əsas azadlıqların 

müdafiəsi haqqında  

Avropa Konvensiyana dair

4 saylı Protokol 

Konvensiyaya və ona dair Birinci 

Protokola artıq daxil edilənlərdən 

başqa, bəzi hüquq və azadlıqların təmin 

olunması haqqında

Strasburq, 16 sentyabr 1963-cü il

Avropa  Şurasının  üzvü  olub,  bu  Protokolu  imzalayan 

hökumətlər,

1950-ci il noyabrın 4-də Romada imzalanmış İnsan hüquqlarının 

və  əsas  azadlıqların  müdafiəsi  haqqında  Konvensiyanın 

(bundan  sonra  «Konvensiya»  adlanacaq)  I  bölməsinə  və 

1952-ci  il  martın  20-də  Parisdə  imzalanmış  Konvensiyaya 

dair  Birinci  Protokolunun  1,  2  və  3-cü  maddələrinə  artıq 

daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların kollektiv 

həyata keçirilməsinin təmin edilməsi yolunda tədbirlər görmək 

əzmində olaraq,

aşağıdakılar barədə razılığa gəldilər:



36

37

MADDƏ 1



Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması

Heç  kəs  yalnız  hər  hansı  bir  müqavilə  öhdəliyini  ödəmək 

iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz.

MADDƏ 2

Hərəkət etmək azadlığı

1.  Qanuni  əsaslarla  hər  hansı  dövlətin  ərazisində  olan  hər 

kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış 

yeri seçmək hüququ vardır.

2.  Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk 

etməkdə azaddır.

3.  Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və 

ictimai  asayiş  maraqları  naminə,  ictimai  qaydanı  qorumaq 

üçün,  cinayətin  qarşısını  almaq  üçün,  sağlamlığın  və 

mənəviyyatın  qorunması  üçün  və  ya  digər  şəxslərin  hüquq 

və  azadlıqlarının  müdafiəsi  üçün  qanunla  nəzərdə  tutulmuş 

və  demokratik  cəmiyyətdə  zəruri  olanlardan  başqa  heç  bir 

məhdudiyyət qoyula bilməz.

4.  Birinci  bənddə  təsdiq  edilmiş  hüquqlar  müəyyən 

ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik 

cəmiyyətdə ictimai maraqlarla əsaslandırılan məhdudiyyətlərə 

məruz qala bilər.

MADDƏ 3

Vətəndaşların məcburi çıxarılmasının qadağan olunması

1.  Heç kəs vətəndaşı olduğu dövlətin ərazisindən fərdi və ya 

kollektiv tədbirlər yolu ilə çıxarıla bilməz.

2.  Heç kəs vətəndaşı olduğu dövlətin ərazisinə daxil olmaq 

hüququndan məhrum edilə bilməz.

MADDƏ 4

Əcnəbilərin kollektiv çıxarılmasının qarşısının alınması

Əcnəbilərin kollektiv çıxarılması qadağandır.



MADDƏ 5

Ərazi tətbiqi

1.  Razılığa  gələn  hər  hansı  Yüksək  Tərəf  bu  Protokolun 

imzalanması,  yaxud  ratifikasiyası  zamanı  və  ya  sonradan 

istənilən  vaxt  Avropa  Şurasının  Baş  katibinə  bu  Protokolun 

müddəalarının  beynəlxalq  əlaqələrinə  görə  məsuliyyət 

daşıdığı,  orada  adı  çəkilən  ərazilərə  şamil  ediləcəyi  ilə  bağlı 

öhdəliklərinin çərçivəsini təsdiq edən bəyanat göndərə bilər.

2.  Əvvəlki  bəndin  müddəalarına  müvafiq  olaraq  bəyanat 

göndərmiş  Razılığa  gələn  hər  hansı  Yüksək  Tərəf  zaman 

keçdikcə istənilən əvvəlki bəyanatın şərtlərinin dəyişilməsi və 

ya hər hansı əraziyə münasibətdə bu Protokolun müddəalarının 

tətbiqinin  dayandırılması  haqqında  yeni  bəyanat  göndərə 

bilər.

3.  Bu  maddənin  müddəalarına  müvafiq  olaraq  verilmiş 



bəyanat Konvensiyanın 56-cı maddənin 1-ci bəndinə müvafiq 

olaraq verilmiş bəyanat hesab edilir.

4.  Bu Protokolun ratifikasiyası və ya hər hansı dövlətin onu 

qəbul etməsi əsasında tətbiq olunduğu həmin dövlətin ərazisi 

və bu maddənin müddəalarına müvafiq olaraq, həmin dövlətin 

bəyanatı əsasında bu Protokolun tətbiq olunduğu hər bir ərazi 

2 və 3-cü maddələrdə dövlətin ərazisinə istinad məqsədi ilə, 

ayrı-ayrı ərazilər hesab edilir.

5.  Bu  maddənin  1-ci  və  2-ci  bəndlərinə  müvafiq  olaraq, 

bəyanat vermiş hər hansı dövlət sonradan istənilən vaxt həmin 

bəyanatda göstərilmiş bir və ya bir neçə əraziyə münasibətdə 

Konvensiyanın  34-cü  maddəsində  nəzərdə  tutulduğu  kimi, 

bu  Protokolun  1,  2,  3  və  4-cü  maddələrinin  hamısına  və  ya 



Yüklə 267,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə