European Convention on Human Rights (Azerbaijani)



Yüklə 267,25 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix14.02.2018
ölçüsü267,25 Kb.
#26964
1   2   3   4   5   6   7   8   9   10

24

25

hüquqlarına  hörmət  əsasında  məsələnin  dostcasına  həllini 



təmin  etmək  məqsədilə  maraqlı  tərəflərə  öz  xidmətlərini 

təqdim edə bilər.

2.  1-ci bənddə nəzərdə tutulan prosedur məxfi olmalıdır.

3.  Əgər məsələ dostcasına həll edilibsə, Məhkəmə faktların 

və əldə olunmuş razılığın qısaca əks olunduğu qərardadla işi öz 

siyahısından çıxarır.

4.  Bu qərardad dostcasına həlletmənin qərardadda müəyyən 

edilmiş şərtlərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirən 

Nazirlər Komitəsinə göndərilir.

MADDƏ 40

Açıq məhkəmə iclasları və sənədlərdən istifadə

1.  Məhkəmə  istisna  hal  kimi  digər  qərar  qəbul  etməzsə, 

onun iclasları açıq keçirilir.

2.  Məhkəmə Sədri digər qərar qəbul etməzsə, saxlanılmaq 

üçün dəftərxanaya verilmiş sənədlər ictimaiyyət üçün açıqdır.

MADDƏ 41

Əvəzin ədalətli ödənilməsi

Əgər  Məhkəmə  Konvensiyanın  və  ona  dair  Protokolların 

müddəalarının  pozulduğunu,  lakin  Razılığa  gələn  Yüksək 

Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin 

qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, 

Məhkəmə  zəruri  halda,  zərərçəkən  tərəfə  əvəzin  ədalətli 

ödənilməsini təyin edir.

MADDƏ 42

Palatanın qərarları

Palataların  qərarları  44-cü  maddənin  2-ci  bəndinin 

müddəalarına uyğun olaraq qüvvəyə minir.

MADDƏ 43

İşin Böyük Palataya verilməsi

1.  Palatanın  qərar  çıxarmasından  sonrakı  üç  ay  ərzində,  iş 

üzrə  istənilən  tərəf,  müstəsna  hallarda,  işin  baxılmaq  üçün 

Böyük Palataya verilməsi barədə ərizə verə bilər.

2.  Əgər  iş  Konvensiyanın  və  ona  dair  Protokolların 

müddəalarının  şərhi  və  ya  tətbiqinə  dair  ciddi  məsələ  və  ya 

ümumi xarakterli digər ciddi məsələ qaldırsa, Böyük Palatanın 

beş hakimdən ibarət kollegiyası ərizəni qəbul edir.

3.  Kollegiya  ərizəni  qəbul  edirsə,  onda  Böyük  Palata  öz 

qərarını çıxarmaqla işi həll edir.



MADDƏ 44

Qəti qərarlar

1.  Böyük Palatanın qərarı qətidir.

2.  Palatanın qərarı aşağıdakı hallarda qəti olur:

(a)  tərəflər işin Böyük Palataya verilməsi barədə müraciət 

etməyəcəklərini bəyan etdikdə; və ya

(b) əgər  işin  Böyük  Palataya  verilməsi  barədə  müraciət 

edilməyibsə, qərar çıxarılan tarixdən üç ay sonra; və ya

(c)  Böyük  Palatanın  kollegiyası  43-cü  maddənin 

müddəalarına müvafiq olaraq işin verilməsi haqqında 

müraciəti rədd etdikdə.

3.  Qəti qərar dərc olunmalıdır.

MADDƏ 45

Qərar və qərardadların əsaslandırılması

1.  Qərarlar, və həmçinin şikayət ərizələrini qəbul edilən və 

ya qəbuledilməz elan edən qərardadlar əsaslandırılmalıdır.



26

27

2.  Əgər  qərar  bütövlükdə  və  ya  qismən  hakimlərin  yekdil 



rəyini  ifadə  etmirsə,  onda  hər  hansı  hakim  özünün  xüsusi 

rəyini vermək hüququna malikdir.



MADDƏ 46

Qərarların məcburi qüvvəsi və icrası

1.  Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf 

olduqları hər hansı iş üzrə qəti qərarını icra etməyi öhdələrinə 

götürürlər.

2.  Məhkəmənin  qəti  qərarı  onun  icrasına  nəzarəti  həyata 

keçirən Nazirlər Komitəsinə göndərilir.

3.  Əgər Nazirlər Komitəsi qərarın şərhi ilə bağlı ortaya çıxan 

problemlərin  qəti  qərarın  icra  edilməsinə  maneə  yaratdığı 

qənaətinə  gələrsə,  o  zaman  o,  şərhlə  bağlı  ortaya  çıxan 

məsələni həll etmək üçün Məhkəməyə müraciət edə bilər.  Bu 

cür müraciət barədə qərarın verilməsi üçün Komitədə iştirak 

etmək hüququ olan nümayəndələrin üçdə iki səs çoxluğu tələb 

olunur.

4.  Əgər  Nazirlər  Komitəsi  hesab  edərsə  ki,  Razılığa  gələn 



Yüksək  Tərəf  özünün  tərəf  olduğu  iş  üzrə    qəti  qərarını 

yerinə yetirməkdən boyun qaçırır, o zaman o, həmin Tərəfə 

rəsmi  xəbərdarlıq  göndərdikdən  sonra  və  Komitədə  iştirak 

etmək  hüququ  olan  nümayəndələrin  üçdə  iki  səs  çoxluğu 

ilə  qəbul  edilmiş  qərarla,  1-ci  bəndə  əsasən  həmin  Tərəfin 

üzərinə götürdüyü öhdəliyi yerinə yetirib yetirməməsi barədə 

Məhkəməyə sorğu göndərə bilər.

5.  Əgər  Məhkəmə  1-ci  bəndin  pozulduğunu  aşkar  edərsə, 

onda  müəyyən  ölçülərin  götürülməsi  üçün  işi  Nazirlər 

Komitəsinə göndərir. Əgər Məhkəmə 1-ci bəndin pozulmadığını 

aşkar edərsə, onda o, işə baxılmasının başa çatdırılması üçün 

onu Nazirlər Komitəsinə göndərir.



MADDƏ 47

Məsləhət xarakterli rəylər

1.  Məhkəmə Nazirlər Komitəsinin müraciəti ilə Konvensiyanın 

və ona dair Protokolların müddəalarının şərhinə dair hüquqi 

məsələlər üzrə məsləhət xarakterli rəylər verə bilər.

2.  Belə  rəylər  Konvensiyanın  I  Bölməsi  və  ona  dair 

Protokollarda müəyyən edilən hüquq və azadlıqların məzmun 

və həcminə dair hər hansı məsələyə, nə də Məhkəmənin və ya 

Nazirlər Komitəsinin Konvensiyada nəzərdə tutulan hər hansı 

müraciətə  baxarkən  toxunmalı  olduğu  digər  məsələlərə  aid 

olmalıdır.

3.  Nazirlər Komitəsinin Məhkəmənin məsləhət xarakterli rəy 

verməsi üçün müraciəti barədə qərarı Komitənin iştirak etmək 

hüququ olan nümayəndələrinin səs çoxluğu ilə qəbul edilir.

MADDƏ 48

Məhkəmənin məsləhət xarakterli rəylər vermək səlahiyyəti

Məsləhət  xarakterli  rəy  vermək  haqqında  Nazirlər  Komitəsi 

tərəfindən  edilən  müraciətin  Məhkəmənin  47-ci  maddədə 

müəyyən edilən səlahiyyətinə aid olub olmamağını Məhkəmə 

özü həll edir.

MADDƏ 49

Məsləhət xarakterli rəylərin əsaslandırılması

1.  Məhkəmənin 

məsləhət 

xarakterli 

rəyləri 

əsaslandırılmalıdır.

2.  Əgər  məsləhət  xarakterli  rəy  bütövlükdə  və  ya  qismən 

hakimlərin yekdil rəyini əks etdirmirsə, onda hər hansı hakim 

özünün xüsusi rəyini vermək hüququna malikdir.

3.  Məhkəmənin  məsləhət  xarakterli  rəyləri  Nazirlər 

Komitəsinə göndərilir.



Yüklə 267,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə