European Convention on Human Rights (Azerbaijani)



Yüklə 267,25 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix14.02.2018
ölçüsü267,25 Kb.
#26964
1   2   3   4   5   6   7   8   9   10

16

17

MADDƏ 22



Hakimlərin seçilməsi

Razılığa gələn hər bir Yüksək Tərəf üzrə hakim Razılığa gələn 

Yüksək  Tərəfin  təqdim  etdiyi  üç  namizəd  siyahısından, 

Parlament Assambleyasının səs çoxluğu ilə seçilir.



MADDƏ 23

Səlahiyyət müddəti və vəzifədən azad edilmə

1.  Hakimlər  9  il  müddətinə  seçilirlər.  Onlar  yenidən  seçilə 

bilməzlər.

2.  Hakimlərin  səlahiyyət  müddəti  onlar  70  yaşına  çatanda 

bitir.

3.  Hakimlər  əvəz  olunanadək  vəzifələrini  yerinə  yetirirlər. 



Bununla yanaşı, onlar daha öncə icraatlarında olan işlərə, əvəz 

olunandan sonra da baxmaqda davam edirlər.

4.  Digər hakimlərin üçdə iki səs çoxluğu ilə hər hansı hakimin 

qoyulan tələblərə cavab vermədiyi haqqında qərarı olmadan 

hakim öz vəzifəsindən azad edilə bilməz. 

MADDƏ 24

Katiblik və məruzəçilər

1.  Məhkəmənin, fəaliyyəti və təşkili Məhkəmə Reqlamentinə 

əsasən müəyyənləşdirilən Katibliyi vardır.

2.  İclas  tək  hakimdən  ibarət  tərkibdə  olduqda  Məhkəmə 

sədrinin  sərəncamında  fəaliyyət  göstərən  məruzəçilər 

Məhkəməyə  kömək  edirlər.  Onlar  Məhkəmə  Katibliyinin 

tərkib hissəsini təşkil edirlər.

MADDƏ 25

Məhkəmənin Plenumu

Məhkəmənin Plenumu:

(a)  öz  Sədrini  və  Sədrin  bir,  yaxud  iki  müavinini  üç  il 

müddətinə seçir; onlar yenidən seçilə bilərlər;

(b) müəyyən  müddət  üçün  nəzərdə  tutulan  Palatalar 

yaradır;


(c)  Məhkəmə Palatalarının Sədrlərini seçir; onlar yenidən 

seçilə bilərlər;

(d) Məhkəmə Reqlamentini təsdiq edir;

(e) Katibi və onun bir, yaxud bir neçə müavinini seçir;

(f)  26-cı maddənin 2-ci bəndinə əsasən hər hansı sorğu 

verir.


MADDƏ 26

Tək hakimli tərkib, komitələr, Palatalar və Böyük Palata

1.  Məhkəmə ona təqdim edilmiş işlərə tək hakimli tərkibdə, 

üç  hakimdən  ibarət  komitələrdə,  yeddi  hakimdən  ibarət 

Palatalarda  və  on  yeddi  hakimdən  ibarət  Böyük  Palatada 

baxır. Məhkəmənin Palataları müəyyən edilmiş müddət üçün 

nəzərdə tutulan komitələr yaradır.

2.  Məhkəmənin  Plenumunun  sorğusu  ilə  Nazirlər  Komitəsi 

yekdil qərarla və müəyyən edilmiş müddət üçün Palatalardakı 

hakimlərin sayını beş nəfərə endirə bilər.

3.  Tək hakimli tərkibdə işlərə baxan hakim özünün seçildiyi 

Razılığa  gələn  Yüksək  Tərəfə  qarşı  olan  heç  bir  ərizəyə 

baxmamalıdır.

4.  İşdə  tərəf  olan  Razılığa  gələn  Yüksək  Tərəfdən  seçilmiş 

hakim Palatanın və Böyük Palatanın ex officio üzvü olur. Əgər 

belə bir hakim yoxdursa və ya həmin hakim iştirak edə bilmirsə, 



18

19

onda  həmin  Tərəfin  əvvəlcədən  təqdim  etdiyi  siyahıdan 



Məhkəmə Sədri tərəfindən seçilmiş şəxs hakim rolunda çıxış 

edir.


5.  Böyük  Palatanın  tərkibinə,  həmçinin  Məhkəmə 

Sədri,  Sədrin  Müavinləri,  Palata  Sədrləri  və  Məhkəmənin 

Reqlamentinə  əsasən  təyin  olunmuş  digər  hakimlər  də 

daxildir.    43-cü  maddənin  müddəalarına  müvafiq  olaraq  işin 

Böyük  Palataya  verildiyi  hallarda  onun  iclaslarında,  həmin 

Palatanın Sədri və işdə tərəf olan müvafiq Razılığa gələn Yüksək 

Tərəf  üzrə  hakim  istisna  olmaqla,  qərar  çıxaran  Palatanın 

hakimlərindən heç biri iştirak etməməlidir.



MADDƏ 27

Tək hakimlərin səlahiyyəti

1.  Tək  hakim,  bu  cür  qərarın  ərizəyə  əlavə  baxış  olmadan 

qəbul  edilə  biləcəyi  halda,  34-cü  maddəyə  əsasən  verilmiş 

fərdi  şikayət  ərizəsinin  qəbuledilməz  elan  edilməsi  və  ya 

icraatda  olan  işlərin  siyahısından  çıxarılması  barədə  qərar 

qəbul edə bilər.

2.  Bu qərar qətidir.

3.  Əgər  tək  hakim  ərizəni  qəbuledilməz  elan  etmirsə  və 

ya  siyahıdan  çıxarmırsa,  o  zaman  həmin  hakim  onu  əlavə 

məhkəmə baxışı üçün komitəyə və ya Palataya göndərir.



MADDƏ 28

Komitələrin səlahiyyəti

1.  34-cü  maddəyə  müvafiq  olaraq  təqdim  olunan  ərizəyə 

münasibətdə, komitə yekdil səslə,

(a)    bu  cür  qərarın  ərizəyə  əlavə  baxış  olmadan  qəbul 

edilə biləcəyi halda, onu qəbuledilməz elan edə və ya 

məhkəmə işlərinin siyahısından çıxara bilər; və ya

(b) işin  Konvensiyanın  və  ya  ona  dair  Protokolların 

təfsiri və ya tətbiqi ilə bağlı olan əsas məsələsi artıq 

Məhkəmənin  qəti  müəyyən  edilmiş  presedent 

hüququnun predmeti olduğu halda, onu qəbul edilən 

elan  edə  bilər  və  eyni  zamanda  işin  mahiyyəti  üzrə 

qərar çıxara bilər.

2.  1-ci bənddə qeyd olunan qərardadlar və qərarlar qətidir.

3.  Əgər  işə  tərəf  olan  Razılığa  gələn  Yüksək  Tərəf  üzrə 

seçilmiş hakim komitənin üzvü deyilsə, o zaman komitə bütün 

müvafiq  amilləri,  o  cümlədən  həmin  Tərəfin  1-ci  bəndin 

“b”  yarımbəndində  nəzərdə  tutulmuş  prosedurun  tətbiq 

olunmasına  etiraz  edib  etməməsini  nəzərə  alaraq,  iş  üzrə 

məhkəmə  icraatının  istənilən  mərhələsində  həmin  hakimi 

komitə üzvlərinin hər hansı birini əvəz etməyə dəvət edə bilər.



MADDƏ 29

Şikayətin qəbul edilənliyi və mahiyyəti üzrə Palataların 

qərarları

1.  Əgər 27-ci və 28-ci maddəyə əsasən hər hansı bir qərardad 

qəbul olunmayıbsa və ya 28-ci maddəyə əsasən heç bir qərar 

çıxarılmayıbsa, o zaman Palata 34-cü maddəyə uyğun olaraq 

təqdim edilmiş fərdi şikayətlərin qəbul edilənliyi və mahiyyəti 

üzrə qərar çıxarır. Qəbul edilənlik üzrə qərardad ayrıca çıxarıla 

bilər.

2.  33-cü  maddənin  müddəalarına  müvafiq  olaraq 



dövlətlərarası işlərin qəbuledilənliyi və mahiyyəti üzrə baxışı 

Palata keçirir. Qəbul edilənliyə dair qərardad, əgər müstəsna 

hallarda Məhkəmə başqa cür qərar verməyibsə, ayrıca çıxarılır.

MADDƏ 30

Böyük Palatanın xeyrinə yurisdiksiyadan imtina

Əgər Palatanın icraatında olan iş Konvensiyanın və ya ona dair 

Protokolların  şərhi  barədə  ciddi  məsələyə  toxunursa  yaxud 



Yüklə 267,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə