European Convention on Human Rights (Azerbaijani)



Yüklə 267,25 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix14.02.2018
ölçüsü267,25 Kb.
#26964
1   2   3   4   5   6   7   8   9   10

28

29

MADDƏ 50



Məhkəmənin saxlanılması xərcləri

Məhkəmənin saxlanılması xərclərini Avropa Şurası ödəyir.



MADDƏ 51

Hakimlərin imtiyaz və immunitetləri

Hakimlər  öz  vəzifələrini  yerinə  yetirərkən  Avropa  Şurası 

Nizamnaməsinin  40-cı  maddəsində  və  onun  əsasında 

bağlanmış sazişlərdə nəzərdə tutulan imtiyaz və immunitetlərə 

malikdirlər.

BÖLMƏ III 

SAIR MÜDDƏALAR

MADDƏ 52

Baş katibin sorğuları

Avropa  Şurası  Baş  katibinin  sorğusu  əsasında  Razılığa  gələn 

hər  bir  Yüksək  Tərəf  öz  daxili  hüququnun  bu  Konvensiyanın 

hər hansı müddəasının səmərəli tətbiqini necə təmin edəcəyi 

ilə bağlı izahat təqdim edir.

MADDƏ 53

Təsbit olunmuş insan hüquqları ilə bağlı təminatlar

Bu Konvensiyada heç nə Razılığa gələn hər hansı Yüksək Tərəfin 

qanunvericiliyi və ya onun iştirak etdiyi hər hansı digər sazişlə 

təmin edilə bilən insan hüquqlarından və əsas azadlıqlardan 

hər hansını məhdudlaşdırmaq və ya ondan kənara çıxmaq kimi 

şərh oluna bilməz.



MADDƏ 54

Nazirlər Komitəsinin səlahiyyətləri

Bu  Konvensiyada  heç  nə  Avropa  Şurası  Nizamnaməsinin 

Nazirlər Komitəsinə verdiyi səlahiyyətlərə xələl gətirmir.

MADDƏ 55

Mübahisələrin digər vasitələrlə tənzimlənməsindən imtina

Razılığa gələn Yüksək Tərəflər, bu barədə xüsusi razılaşmanın 

olması  halı  istisna  olmaqla,  bu  Konvensiyanın  şərhi  və 

tətbiqi  ilə  bağlı  hər  hansı  mübahisəni  petisiya  yolu  ilə  bu 

Konvensiyada  nəzərdə  tutulan  vasitələrdən  başqa  hər  hansı 

digər  tənzimləmə  vasitəsinə  təqdim  etmək  məqsədi  ilə  öz 

aralarında qüvvədə olan müqavilələrdən, konvensiyalardan və 

ya bəyannamələrdən istifadə etməyəcəklərinə razılıq verirlər.



MADDƏ 56

Ərazilərdə tətbiq

1.  Hər hansı dövlət Konvensiyanı ratifikasiya edərkən və ya 

daha  sonra  hər  hansı  bir  vaxtda  Avropa  Şurası  Baş  katibinə 

ünvanlanmış bildiriş vasitəsi ilə bu Konvensiyanın, beynəlxalq 

əlaqələrinə  görə  həmin  dövlətin  məsuliyyət  daşıdığı  bütün 

ərazilərə yaxud onlardan hər hansı birinə, bu maddənin 4-cü 

bəndi nəzərə alınmaqla,  şamil ediləcəyini bəyan edə bilər.

2.  Konvensiya  bildirişdə  adı  çəkilən  əraziyə  və  ya  ərazilərə 

Avropa Şurası Baş katibi tərəfindən bildirişi almasından sonra 

otuzuncu gündən şamil edilir.

3.  Bu Konvensiyanın müddəaları belə ərazilərdə yerli şəraitin 

lazımi qaydada nəzərə alınması ilə tətbiq edilir.

4.  Bu maddənin 1-ci bəndinə müvafiq olaraq bəyanat vermiş 

hər  hansı  dövlət  sonradan  istənilən  vaxt  həmin  bəyanatda 

göstərilmiş bir və ya bir neçə ərazinin adından Konvensiyanın 



30

31

34-cü  maddəsinə  müvafiq  olaraq,  Məhkəmənin  fiziki 



şəxslərdən,  qeyri-hökumət  təşkilatlarından  və  ya  fərdlər 

qrupundan  şikayətlər  qəbul  etmək  səlahiyyətini  tanıdığını 

bəyan edə bilər.

MADDƏ 57

Qeyd-şərtlər

1.  İstənilən  dövlət  bu  Konvensiyanı  imzalayarkən  və  ya 

təsdiqnaməni saxlanmağa verərkən Konvensiyanın hər hansı 

konkret müddəası ilə bağlı, o dövrdə, onun ərazisində qüvvədə 

olan bu və ya digər qanunun həmin müddəaya uyğun olmaması 

ilə əlaqədar qeyd-şərt verə bilər. Bu maddəyə müvafiq olaraq, 

ümumi xarakterli qeyd-şərtlərə yol verilmir.

2.  Bu maddəyə uyğun olaraq edilmiş istənilən qeyd-şərtdə 

müvafiq qanunun qısa şərhi verilməlidir.

MADDƏ 58

Denonsasiya

1.  Razılığa gələn Yüksək Tərəf, yalnız bu Konvensiyanın tərəfi 

olduğu tarixdən beş il keçdikdən sonra və bu barədə Avropa 

Şurasının Baş katibinə bildiriş göndərdikdən altı ay sonra bu 

Konvensiyanı denonsasiya edə bilər; Baş katib Razılığa gələn 

digər Yüksək Tərəfləri bu barədə məlumatlandırır.

2.  Denonsasiya  Razılığa  gələn  müvafiq  Yüksək  Tərəfi 

denonsasiyanın  qüvvəyə  minəcəyi  tarixədək  törədə  biləcəyi 

və  bu  Konvensiya  üzrə  öhdəliklərini  poza  biləcək  hər  hansı 

əməlinə münasibətdə belə öhdəliklərindən azad etmir.

3.  Avropa  Şurasının  üzvlüyündən  çıxan  Razılığa  gələn  hər 

hansı Yüksək Tərəfin bu Konvensiyaya tərəf olmasına da eyni 

şərtlərlə son qoyulur.

4.  Konvensiya,  56-cı  maddənin  müddəalarına  əsasən  onun 

şamil olunmasının bəyan edildiyi istənilən əraziyə münasibətdə 

əvvəlki  bəndlərin  müddəalarına  müvafiq  olaraq  denonsasiya 

edilə bilər.

MADDƏ 59

İmzalama və ratifikasiya

1.  Bu  Konvensiya  Avropa  Şurasının  üzvü  olan  dövlətlər 

tərəfindən imzalanmaq üçün açıqdır. O ratifikasiya olunmalıdır. 

Təsdiqnamələr saxlanılmaq üçün Avropa Şurasının Baş katibinə 

verilir.

2.  Avropa İttifaqı bu Konvensiyaya qoşula bilər.

3.  Bu  Konvensiya  on  təsdiqnamə  saxlanmağa  verildikdən 

sonra qüvvəyə minir.

4.  Konvensiya onu sonradan ratifikasiya edən dövlətlər üçün 

onların  öz  təsdiqnamələrini  saxlanmağa  verdikləri  tarixdən 

qüvvəyə minir.

5.  Avropa  Şurasının  Baş  katibi  Konvensiyanın  qüvvəyə 

minməsi,  onun  ratifikasiya  etmiş  Razılığa  gələn  Yüksək 

Tərəflərin  adları  və  sonralar  alına  biləcək  təsdiqnamələrin 

saxlanılmağa verilməsi haqqında Avropa Şurasının üzvü olan 

bütün dövlətləri xəbərdar edir.

1950-ci il noyabrın 4-də Romada hər iki mətni eyni qüvvəyə 

malik  olmaqla,  ingilis  və  fransız  dillərində,  bir  nüsxədə 

imzalanmışdır və Avropa Şurasının arxivində saxlanılır. Avropa 

Şurasının  Baş  katibi  təsdiq  olunmuş  surətləri  Konvensiyanı 

imzalamış bütün dövlətlərə göndərəcəkdir.



Yüklə 267,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə