Ey dustaq, söylə görüm sənə bu buxovları kim vurmuşdur?



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə2/9
tarix28.06.2018
ölçüsü0,81 Mb.
#52338
1   2   3   4   5   6   7   8   9

 

 

 



* * *. 

 

Ey nadan, sən öz-özünü çiynində daşımağa cəhd edirsən! Sən öz qapında sədəqə dilənirsən! 



 

Öz yükünü o adama ver ki, bütün bunları qaldırmağa gücü çatar və bu ağırlıqlar onun üçün bir 

nemətdir. 

 

Sənin arzun öz nəfəsi ilə çırağın alovunu bir anda söndürər. O arzular xəbisdir; xəbislərdən hədiyyə 



qəbul etməzlər. 

 

 



 

* * *. 


 

Budur sənin ayaqlarını qoyduğun yer, – ayaqların ən yoxsul, ən kimsəsiz, ən talesiz adamların 

arasındadır. 

 

Mən sənin qarşında pərəstiş etmək istərkən, o dərinliklərə irişə bilmirəm ki, orada sənin ayaqların ən 



yoxsul, ən kimsəsiz, ən talesiz adamların arasındadır. 

 

Qürur o yerə yol tapa bilməz ki, orada sən ən sadə geyimdə, ən yoxsul, ən kimsəsiz, ən talesiz 



adamların arasında gəzirsən. 

 

Mənim qəlbimə də elə bir yer yoxdur ki, orada sən ən yoxsul, ən kimsəsiz, ən talesiz adamların 



arasında məskən salmayasan . 

 

 



 

* * *. 


 

Mən bu dünya ziyafətinə çağırılmışdım və həyatım əziz tutulmuşdu. Gözlərim görürdü, qulaqlarım 

eşidirdi. 

 

Bu ziyafətdə mənə rübab çalmaq nəsib oldu və mən əlimdən gələni etdim. 



 

İndi soruşuram: nəhayət, o saat gəlib çatıbmı ki, mən içəri girib sənin çöhrəni görə bilim və sənə 

salamımı səssiz-sovsuz verə bilim? 

 

* * *. 



 

Nəğmə demə, mədh eləmə, təsbeh çevirmə! Qapıları bağlı olan bu məbədin tənha qaranlıq guşəsində 

kimə sitayiş edirsən? Aç gözlərini, – onda görərsən ki, Allahın qarşında yoxdur! 

 

O, həmin yerdədir ki, orada əkinçi sərt torpağı yumşalayır və daşyonan daşları parçalayır. O, onlarla 



birlikdə al günün və yağmurların altındadır, onun paltarı toz içindədir. Müqəddəs ridanı  çıxar at və sən 

də onun kimi onların yanına get. 




 

Azadlıqmı istəyirsən? Amma onu harada qazanmaq olar? Bizim Allahımız yaratmaq zəhmətini sevinə-

sevinə öz öhdəsinə almışdır. O, həmişəlik onlarla bağlıdır. 

 

Öz seyrcilik mövqeyindən çıxanda, çiçəkləri və buxurları tərk elə! Paltarın cır-cındıra dönərsə, nə olar, 



qoy dönsün! Sən Allahına sarı yönəl və onunla birlikdə alın təri tökərək zəhmət çək. 

 

Mənim səyahətim uzun sürəcək, yolum uzaqdır. Mən sübhün gərdunəsinə minib, yolumu dünyaların 



fəzalarından salıb, səyyarələr və ulduzlar aləmində iz buraxmışam. 

 

Bu yol ən uzaq, amma öz-özünə qovuşmaq üçün ən yaxşı yoldur; bu yol ən dolaşıq, amma nəğmənin 



ən mükəmməl sadəliyinə gətirib çıxaran yoldur. 

 

Yolçu hər yad qapını döyməlidir ki, nəhayət, öz qapısını tapa bilsin; bütün dünyanı gəzməlidir ki, 



nəhayət, həsrətində olduğu mehraba gəlib çatsın. 

 

Mənim baxışlarım ucu-bucağı olmayan ənginlikləri gəzdi, – və budur, gözlərimi yumaraq deyir: «Mən 



buralayam!» 

 

«Ah, bəs haradadır?» – fəryadı ilə göz yaşları çaya dönüb axır və onun suları dünyanı bu inamla 



bürüyür: «Mən varam!» 

 

 



 

* * *. 


 

Sənin hüzuruna gətirdiyim nəğməm bu günə qədər oxunmamış qalmışdır. 

 

Mən günlərimi rübabımı sazlamaqla, kökləməklə keçirmişəm. 



 

Ahənglər əlimdən qaçır, sözlər lazım olduğu kimi düzülmürdü; yalnız sudan doymayan atəşdən qəlbim 

parçalanırdı. 

 

Çiçək açılmırdı; yalnız külək ah çəkə-çəkə əsirdi. 



 

Mən onun üzünü görmədim, səsini eşitmədim; yalnız evimin qarşısındakı yolda sakit ayaq səsləri 

duydum. 

 

Uzun bir gün ona yer hazırlamaqla gəlib keçdi; amma çırağım yanmadı və mən onu öz evimdə qəbul 



edə bilmədim. 

 

Mən onunla görüşmək ümidi ilə yaşayıram; amma bu görüş müyəssər olmur ki olmur. 



 

 

 



* * *. 

 

Mən sənə nəğmə oxumaq üçün buradayam. Sənin sarayında mənim də bir guşəm var. 



 


Sənin dünyanda mənə iş yoxdur, mənim faydasız həyatım yalnız  məqsədsiz səslər halında özünü  

büruzə verə bilər. 

 

Gecə yarısı qaranlıq məbəddə sənə səssiz-səmirsiz xidmət etmək vaxtı çatdıqda, ey məlikəm, mənə əmr 



et, qarşında durub itaətlə nəğmə deyim! 

 

Sübhün havasında qızıl rübab səslənəndə, lütf et, məni səslə. 



 

 

 



* * *. 

 

Mən yalnız sənin icazəni gözləyirəm ki, nəhayət, özümü ona təslim edim. Bax buna görə də mən bu 



qədər fürsəti əldən verməkdə təqsirkaram. 

 

Gəlib qanun-qaydalarla mənim əl-qolumu möhkəm bağlamaq istəyirlər. Amma mən onlardan qaçıram. 



Çünki yalnız sənin icazəni gözləyirəm ki, nəhayət, özümü ona təslim edim. 

 

Adamlar məni məzəmmətləyib laqeyd adlandırırlar; şübhə etmirəm ki, onların hökmü haqlıdır. 



 

Bazar qurtarmış, işləyənlər azaddır, məni çağırmaqdan bir şey əldə etməyənlər qəzəblə uzaqlaşıb 

getdilər. Mən yalnız sənin icazəni gözləyirəm ki, özümü, nəhayət, ona təslim edim. 

 

 



 

* * *. 


 

Heyhat! Lotos çiçəkləndiyi gün mənim fikirlərim haradasa uzaqlarda idi və bundan xəbərim yoxdu. 

 

Mənim səbətim boş qaldı, çiçəyi də görən olmadı. 



 

Məni yalnız hərdən qəm-qüssə basır və mürgüdən ayılıb əsən cənub küləyində xoş bir ətrin şirin 

əlamətlərini duyurdum. 

 

Zorla seçilən bu şirinlik qəlbimi arzularla məst edirdi və mənə elə gəlirdi ki, bu özünə mücəssəmə 



axtaran yayın isti nəfəsi idi. 

 

Mən onda bilmirdim ki, o,mənə bu qədər yaxındır, o, mənim öz daxilimdədir, həmin mükəmməl 



şirinlik mənim öz qəlbimin dərinliklərində çiçəklənmişdir. 

 

 



 

* * *. 


 

Yağmurlu iyul ayının qatı alatoranlığında sən səssiz-səmirsiz gecə kimi hamıdan gizlənərək, duyulmaz 

addımlarla gəzinirsən. 

 

Bu gün coşqun şərq küləyinin təkidli çağırışlarına laqeyd olan səhər, gözlərini yumdu və daim parlaq 



olan lacivərd səmanı qatı bir pərdə bürüdü. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə