Ey dustaq, söylə görüm sənə bu buxovları kim vurmuşdur?



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix28.06.2018
ölçüsü0,81 Mb.
#52338
1   2   3   4   5   6   7   8   9

 

Mən bilirəm ki, sənin qəlbin ən qiymətli xəzinələrlə doludur; bilirəm ki, sən mənim ən yaxşı 

dostumsan, amma evimi doldurmuş zirzibili süpürüb atmağa gücüm çatmır. 

 

Əynimdəki paltar puç və fanidir. Amma ona qarşı nifrət və qəzəbdən alışıb yandığım halda, yenə o 



paltarı sevə-sevə geyirəm. 

 

Mənim günahlarım saysız-hesabsız, nöqsanlarım çox böyük, eyibim müqəddəs və ağırdır; amma xilas 



olmaq üçün sənə müraciət etdikdə, qorxudan titrəyirəm ki, diləyim yerinə yetər. 

 

 



 

* * *. 


 

Öz adımı verdiyim adam bu zindanda ağlayır. 

 

Mən bu zindanın divarlarını daim tikib ucaldıram; bu zindan gündən-günə səmaya ucaldıqca, mənim 



əsl mahiyyətim onun içində gizlənir. 

 

Mən bu divarın ucalığı ilə fəxr edirəm, onun ən xırda dəlmə-deşiyini torpaq və palçıqla suvayıram və 



öz həqiqi mahiyyətimi gözdən gizlədirəm. 

 

 



 

* * *. 


 

Səhər açıldıqda, onlar mənim evimə gəlib dedilər: «Biz burada yalnız kiçik bir guşə tutacağıq». Onlar 

dedilər: «Biz öz Allahına ibadətdə sənə kömək və onun mərhəmətlərinin ən cüzi bir hissəsini itaətlə 

qəbul elərik». Onlar sakit və itaətkar halda oturdular. 

 

Amma gecənin qaranlığında onlar üsyankarcasına, güclə mənim ibadətgahıma soxuldular və xain bir 



acgözlüklə Allahımın qurbangahındakı qurbanı qəsb etdilər. 

 

 



 

* * *. 


 

Qoy məndən elə cüzi bir şey qalsın ki, ona deyə bilim: sən – hər şeysən. 

 

Qoy mənim iradəmdən elə cüzi bir şey qalsın ki, mən səni hər yerdə duyum və hər şeyə ehtiyacım 



olduqda sənə müraciətlə hər saat öz məhəbbətimi izhar edim. 

 

Qoy məndən elə cüzi bir şey qalsın ki, səni heç bir zaman unuda bilməyim. 



 

Qoy mənim bağlarımdan ən cüzi bir şey qalsın ki, mən sənin məhəbbətinin telləri ilə sənin iradənə 

bağlanım. 

 

 



 


* * *. 

 

Orada ki fikir qorxu bilmir və insanın başı qürurla ucalır; 



 

Orada ki bilik azaddır; 

 

Orada ki dünya arakəsmələrlə qəfəslərə bölünməmişdir; 



 

Orada ki sözlər həqiqətin dərinliklərindən gəlir; 

 

Orada ki yorulmaz arzular əllərini mükəmməlliyə doğru uzadır; 



 

Orada ki şüurun parlaq bulağı barsız və qumlu çöllərində itib batmır; 

 

Orada ki ağıl və zəka yüksək arzulara və işlərə yönəlir: – 



 

Qoy mənim ölkəm həmin o azadlıq səmasının altında oyansın, ey mənim atam! 

 

 

 



* * *. 

 

Bütün gecəm, demək olar ki, onun əbəs intizarı ilə keçdi. Qorxuram ki, səhərə yaxın mən taqətdən 



düşüb yuxuya getdikdə, o, birdən mənim qapıma gələr. Ey mənim rəfiqələrim, qapıları onun üzünə 

açın, içəri girməyə ona mane olmayın. 

 

Onun addım səsləri məni oyatmazsa, xahiş edirəm, siz də məni oyatmayın. Mən istəmirəm ki, məni 



quşların gur nəğmələri və ya səhər günəşinin bayramında coşqun külək yuxudan oyatsın. Əgər birdən-

birə, hətta mənim ağam da qapıma gəlsə, qoyun sakit-sakit yatım. 

 

Ah, ey mənim yuxum, ey mənim əziz yuxum, sən yalnız onun təmasını gözləyirsən ki, yox olasan! Ah, 



ey mənim yumulmuş göz qapaqlarım, siz yalnız onun təbəssümünün işığında, o, yuxunun 

qaranlığından doğan bir röya kimi gəlib qarşımda durduqda açılacaqsınız! 

 

Qoy o, mənim qarşımda bütün şüaların və surətlərin birincisi kimi zahir olsun. Qoy mənim oyanmış 



qəlbimin ilk sevinc rəşəsi onun baxışlarından olsun! Qoy yuxunun qaranlığından işığa qayıtmaq ona 

sarı qayıtmaqla birləşsin. 

 

 

 



* * *. 

 

Məgər siz onun sakit addım səslərini eşitmədinizmi? 



 

O gəlir, gəlir, gəlir. 

 

O, hər an, hər əsr, hər gün, hər gecə gəlir, gəlir, gəlir. 



 

Mən çox həzin və şən nəğmələr oxumuşam, amma onların hamısı bu cür səslənir: o gəlir, gəlir, gəlir. 




 

Günəşli aprelin ətirli günlərində, meşə çığırı ilə o gəlir, gəlir, gəlir. 

 

Yağmurlu iyul gecələrinin qaranlığında, buludların guruldayan gərdunələrində o gəlir, gəlir, gəlir. 



 

Dərd ardınca gələn dərd onun addımlarıdır ki, mənim köksümü basır, onun addımlarının qızıl kimi 

təmasından qəlbimdə sevinc parlayır. 

 

 



 

* * *. 


 

Səndən diləyim budur, ey hökmdarım, qəlbimin misginliyini kökündən yıx, parçala! 

 

Mənə qüvvət ver ki, sevinc və kədərlərimə asanlıqla dözə bilim. 



 

Mənə qüvvət ver ki, məhəbbətim səmərəli olsun. 

 

Mənə qüvvət ver ki, yoxsulları heç bir zaman rədd etməyim və məğrur hakimiyyət qarşısında diz 



çökməyim. 

 

Mənə qüvvət ver ki, qəlbim gündəlik vurnuxmalardan uca olsun. 



 

Mənə qüvvət ver ki, bütün qüvvələrimi sevə-sevə sənin iradənə tabe edim. 

 

 

 



* * *. 

 

Güman edirdim ki, taqətim son həddinə yetdikdə, zəvvarlığım sona yetmişdir, qüvvətim tükənmiş və 



qaranlığın sükutu içərisində özümə sığınacaq axtarmaq vaxtı gəlib çatmışdır. 

 

Ancaq görürəm ki, sənin iradən hüdudsuzdur. Dodaqlarımda son sözlər can verdikdə, qəlbimdən 



yeniləri qopur; cığır itib batdığı yerdə, qarşımda yeni möcüzələr dünyası görünür. 

 

 



 

* * *. 


 

Bilmirəm ki, nə qədər uzun zamandan bəri sən mənə sarı gəlməkdəsən. Sənin günəşin və ulduzların 

səni məndən həmişəlik gizlədə bilməz. 

 

Çox-çox səhərlər və axşamlar sənin addım səslərini eşitmişəm, məni gizlin çağıran qasidin qəlbimin 



qapısını döymüşdür. 

 

Bilmirəm ki, bu gün nə üçün belə həyəcanlıyam, nə üçün qəlbimi sevinc həyəcanı bürümüşdür. 



 

Sanki, zəhmətimi başa çatdırmaq vaxtı gəlib çatmışdır və havada sənin xoş varlığının zəif ətrini 

duymaqdayam. 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə