Əzizə Cəfərzadə



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə18/101
tarix25.08.2018
ölçüsü2,69 Mb.
#64115
1   ...   14   15   16   17   18   19   20   21   ...   101

www.vivo-book.com 

 

98 



 Ġndi Aytҽkin bircҽ Ģey düĢünürdü: necҽ qaçsın, һansı 

sҽmtdҽ daldalansın ki, düĢmҽn süvarisi onun getdiyi sҽmti 

görüb yolu bҽlҽdlҽyҽ bilmҽsin. Qayaların dalına çatdı, 

arxasınca ayaq sҽslҽri gҽlmҽdiyini görüncҽ dayandı. Ҽn 

һündür bir daĢın dalında daldalandı. Qorxudan, üzüyuxarı 

qaçdığından ürҽyi çırpınır, sanki köks qҽfҽsindҽn çıxmaq 

istҽyirdi. Qız durdu, daĢın dalından boylandı. Süvari atını 

suladı, yҽһҽrҽ sıçrayıb uzaqlaĢdı, yalnız bundan sonra 

Aytҽkin tҽqib edilmҽdiyinҽ ҽmin oldu vҽ pҽnaһ apardığı 

daĢın altında ҽylҽĢdi. Azacıq yorğunluğunu alıb qalxdı, 

güyümün dalınca qayıtmağa ürҽk elҽmҽdi. Yalnız özünҽ vҽ 

qҽbilҽ daĢlarına mҽlum olan cığırla düĢҽrgҽyҽ qayıtdı. Tҽkcҽ 

bir piyadanın keçҽ bilҽcҽyi bu cığırda atası Mҽhҽmmҽd-

Bulud dayanmıĢdı. Görünür, kimi isҽ gözlҽyirdi. Qızını 

görüncҽ һeyrҽtlҽndi: 

 – Hardan gҽlirsҽn, Aytҽkin? 

 – Çaydan, dҽdҽ. 

Qızın ҽlindҽ sҽnҽk, güyüm görmҽyҽn ata soruĢdu. 

 – Çayda nҽ qayırırdın qızım? 

 – Suya getmiĢdim. 




www.vivo-book.com 

 

99 



 – Bҽs suyun һanı? 

 – Dҽdҽ... güyüm... çayda qaldı... 

 

 Bulud yalnız indi qızının rҽng-rufunu müĢaһidҽ etdi. 



Bayaqdan töyĢümҽyini dikdir çıxdığına yozmuĢdu. Ġndi kiĢi 

dҽ naraһat oldu. 

 – Sҽnҽ nҽ olub, Aytҽkin? Rҽngin niyҽ qaçıb, bala? 

Qız atasına qısılıb һönkürdü: 

 – Çay qırağında yad adam gördüm, dҽdҽ! Atlı idi, silaһlı 

idi. 


 – O da sҽni gördü? 

 – Gördü dҽdҽ, amma bir Ģey demҽdi. Qorxub qaçdım. O da 

atını minib uzaqlaĢdı, getdi. 

 – Sҽnin һara, һansı tҽrҽfҽ getmҽyini görmҽdi ki? 

 – Yox, qaçıb yekҽ bir daĢın dalında gizlҽndim. Görünür, 

һara yox olmağımı baĢa düĢmҽdi. 

 – YaxĢı, qızım, qayıt evҽ! Güntҽkinҽ de ki, naһarını 

elҽyibsҽ, yanıma gҽlsin. 

 

 Sonra da qızının alnını sığalladı, çҽnҽsindҽn yapıĢıb düz 




www.vivo-book.com 

 

100 



gözlҽrinin içinҽ baxdı. O, süvaridҽn qızına bir sҽdҽmҽ 

toxunub-toxunmadığını, yalnız atalara mҽxsus bir qorxu-

qҽzҽb һissilҽ bilmҽk istҽyirdi. Yox, bu gözlҽrdҽ tҽһqir 

olunmuĢ bҽkarҽt izi görmҽdi, yalnız qorxu vardı bu 

baxıĢlarda. Atanın ürҽyi bir az sakitlҽĢdi. Qız bayaqkı 

düĢmҽn cavanı düĢünüb qardaĢı üçün ҽsim-ҽsim ҽsdi: 

 – Dҽdҽ, Güntҽkingil mallarımızı һarda daldalayıb? 

 – Qanlı qıĢlaqda... Qorxma, oranın yolunu fҽlҽk dҽ tapa 

bilmҽz. 

 

 – QardaĢım gҽlib, bҽ malların yanında kim qalıb? 



 – Çiçҽk arvadın oğluynan Sҽmҽndҽr dayın. 

 

Qız bir anlıq Qanlı qıĢlaq sözündҽn dҽ qorxdu: 



 – Bҽs oraya niyҽ Qanlı qıĢlaq deyirlҽr, dҽdҽ? 

 – Sonra danıĢaram, qızım, ayrı ecgaһan vaxtda. Uzundu. 

Bircҽ bunu bil ki, bir vaxt bizim ulu babalarımızdan birinin 

qızı qҽbilҽnin yerini düĢmҽnҽ göstҽribmiĢ. Demҽ, qız, 

düĢmҽn qҽbilҽnin oğluna bҽnd olubmuĢ, ona inanıbmıĢ. 

Atasının һökmüylҽ qızı һҽmin qıĢlaqda öz qardaĢı qanına 




www.vivo-book.com 

 

101 



qҽltan elҽyib. Ona görҽ adı da Qanlı qıĢlaq qalıb. Ġndi vaxtı 

deyil, qoy ayrı ecgaһan vaxta qalsın qalanı. 

 

KiĢinin qısa һekayҽti bir az ҽvvҽlki düĢüncҽlҽri ilҽ bağlı idi. 



Amma yenҽ dҽ ata qҽlbi Ģübһҽlҽrҽ qalib gҽldi, ürҽyi balası 

üçün uçundu. Qızına ürҽk-dirҽk vermҽyҽ baĢladı: 

 – Qorxma, inĢallaһ bu ütüdҽn salamat qurtaracağıq. Anana 

de ki, kҽndin qız-gҽlinlҽri bir dҽ bu yolnan suya getmҽsinlҽr. 

Hamınız Güntҽkingilin qazıdığı o yarğandan keçҽcҽksiniz. 

Bir az ağır olacaq, amma neylҽmҽk olar? Ürҽyini möһkҽm 

elҽ, mҽnim ağıllı balam! Zamana elҽ olub ki, gҽrҽk siz qızlar 

da ҽr ürҽkli igidlҽr kimi düĢmҽnin gözünün içinҽ baxa 

bilҽsiz. Bir qaĢıq qanınızdan qorxmayasınız. Tҽkcҽ 

namusunuzu düĢünҽsiz. Get bala, Güntҽkinҽ de ki, yanıma 

gҽlsin. 

 

Qız һıçqırığını kҽsib, gözlҽrini kҽlağayısının ucu ilҽ silmiĢ, 



atasının çiyninҽ söykҽnib dayanmıĢdı. Diqqҽtlҽ onun 

sözlҽrini dinlҽyirdi. Hҽr biri dҽ bir sırğa olub qulağından 

asılır, qҽlbinin dҽrinliklҽrinҽ iĢlҽyirdi. 



www.vivo-book.com 

 

102 



 – Bura, dҽdҽ? 

 – Yox, Urfulla ҽmingilҽ. Mҽn onların komasının yanında 

olacam. 

Aytҽkin nisbҽtҽn sakitlҽĢmiĢdi. Getmҽk istҽdikdҽ atası onu 

saxladı: 

 – DüĢmҽn gördüyünü anana demҽ, ürҽyi qısılar. 

 – BaĢ üstҽ, dҽdҽ. 

 

 Qız dar cığırla üzüyuxarı düĢҽrgҽyҽ qalxdı. Tҽlҽsirdi. 



Yüyürҽppҽ gedirdi. Evҽ çatınca qardaĢı Güntҽkini naһar 

edib qurtarmıĢ vҽ naxıra getmҽk üçün һazırlaĢan gördü. 

 – Dҽdҽm sҽni çağırır, Güntҽkin. Deyirdi ki, Urfulla ҽmigilin 

komasının yanına gҽlsin, tez olsun. 

 – YaxĢı. 

Ġgid qapıdan aralandı. Aytҽkin dҽ atasının tapĢırıqlarını 

qızlara vҽ anasına çatdırmaq üçün yollandı. 

 

               * ** 



 

 Gҽnc süvari bir gün irҽli qartala ox atan qazi Rҽһim bҽy idi. 




www.vivo-book.com 

 

103 



Cavan olsa da, orduda xeyli һörmҽti vardı. Gҽnc idi, gözҽl 

idi, tҽmiz ҽxlaqlı idi. Vҽ ġeyx oğlunun ҽn yaxın, sҽdaqҽtli 

müridlҽrindҽn idi. Ġbadҽtindҽ möһkҽm, һҽm dҽ Bayram bҽy 

Qaramanlı kimi bir Ģҽxsin bacısı oğlu, Ģaһın xҽlvҽti 

dairҽsinҽ yaxın, zҽngin bir ailҽyҽ mҽnsub idi. Dҽliqanlı, 

dayısı Bayram bҽyin һimayҽsindҽ yaxĢı һҽrbi һazırlıq 

görmüĢdü. Bayram bҽy һҽmiĢҽ tҽҽssüflҽnirdi ki, ҽgҽr Rҽһim 

bҽy qılınc oynatmağa verdiyi fikrin bircҽ parçası qҽdҽr 

elmҽ, oxuyub-yazmağa һҽvҽslҽnsҽydi, gҽlҽcҽkdҽ Ģaһa yaxın 

ҽn möһtҽrҽm saray adamlarından biri ola bilҽrdi. Ġndi onun 

gҽlҽcҽyi yalnız qılıncla, һҽrbi Ģücaҽtlҽ bağlı idi. 

 

 Böyük bir sҽrkҽrdҽ olacağı gözlҽnirdi. «Xas igid dayısına 



çҽkҽr», deyib dҽdҽlҽr. O da Bayram bҽy Qaramanlıya 

çҽkmiĢdi. 

Rҽһim bҽy çay kҽnarından, ҽsrarҽngiz gözҽl qızdan ayrılıb 

atına sıçradı, düĢҽrgҽyҽ yollandı. DüĢҽrgҽ qҽbilҽnin tҽrk 

etdiyi kҽndin ҽtrafında salınmıĢdı. Hökmdarın, ҽmirlҽrin, 

sҽrkҽrdҽlҽrin çadırları, xeymҽlҽri dҽ burada, qarĢıdakı 

yamacda qurulmuĢdu. Oğlan irҽlilҽdikcҽ ҽtrafına baxınır, bir 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə