Əzizə Cəfərzadə



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə19/101
tarix25.08.2018
ölçüsü2,69 Mb.
#64115
1   ...   15   16   17   18   19   20   21   22   ...   101

www.vivo-book.com 

 

104 



nҽfҽr dҽ insan görünmҽyҽn bu dҽrҽdҽ rastına çıxmıĢ o qızı 

bir xҽyal zҽnn edirdi: «Bҽlkҽ dҽ, yuxulamıĢam, 

mürgülҽmiĢҽm, yuxuda görmüĢҽm», – deyҽ düĢündü. Onun 

baһar yuxuları indi belҽ gözҽl xҽyallarla dolu idi. Yuxuda 

tez-tez uçardı, quĢ kimi qanad çalardı. Bҽzҽn dҽ döyüĢlҽr 

görҽr, qalalar fҽtһ edҽr vҽ axırında mütlҽq gözҽl bir qızı ҽsir 

alardı. Bu ҽsir qızın һil-mixҽk ҽtirli nҽfҽsini dodaqlarında 

һiss edҽr, onu tҽr basar vҽ qan-tҽr içindҽ yuxudan ayılardı. 

Bҽlkҽ, bu qız da o yuxulardan biri, laһa ҽsrarҽngizi idi? 

Amma yox... 

 

Qız canlı-qanlı bir insan idi. Zҽrif ayaqları ilҽ uĢaqcasına 



çayın büllur sularını çalxalandırır, suyu Ģappıldadırdı. Rҽһim 

bҽyi görҽnҽcҽn o necҽ dҽ bҽxtiyar idi... Görҽnҽcҽn! Amma 

görҽn kimi necҽ dҽ qorxdu... Ley görmüĢ cücҽ kimi 

büzüĢdü... Qaçdı... һara? Kim idi? Bҽlkҽ dҽ, amilin-

bҽlҽdçinin «govurlar» adlandırdığı, onlar gҽlmҽmiĢdҽn 

yurd-yuvalarını tҽrk edib qaçmıĢ bu kҽnd sakinlҽrindҽn idi? 

Hҽr һalda çay qırağında adam göründüyünü dayısına 

bildirmҽli idi, bҽlkҽ gҽrҽk oldu. Amma desҽ dҽ, o gözҽl qıza 




www.vivo-book.com 

 

105 



zaval toxunmasını istҽmirdi. 

 

 Qҽribҽ, uĢaqcasına gülmҽli, һeyrҽtamiz gözҽl qıza zaval 



toxunsaydı, Rҽһimҽ elҽ gҽlirdi ki, buna dözmҽz. O һürkҽk 

ceyranın baxıĢlarında qorxu, һҽyҽcan görmҽk istҽmirdi. 

 

 Rҽһim bҽy düĢҽrgҽyҽ çatdı. Dayısı Bayram bҽy çadırın 



önündҽ dayanıb amil-bҽlҽdçi ilҽ söһbҽt edirdi. 

 – Sabaһın xeyir, dayı! 

 – Aqibҽtin xeyir, Rҽһim bҽy. Hardan belҽ sҽһҽr-sҽһҽr? 

 – Bir az çay qırağında gҽzmҽk istҽdim. 

Bayram bҽy atından düĢüb cilovu qula verҽn Rҽһim bҽyin 

boy-buxununu fҽrҽһlҽ gözdҽn keçirirdi: eynilҽ özününkünҽ 

bҽnzҽyҽn bir ĢiĢ ucları yuxarı burulmuĢ bığlarına, günҽĢdҽn 

yansa da, cavanlıq lҽtafҽtilҽ parlayan, nazikxҽtt gҽlmiĢ 

üzünҽ, qҽlҽmi qaĢlar altında yanan zil qara gözlҽrinҽ baxdı: 

«Xas igid dayısına, xanım qız xalasına çҽkҽr», mҽsҽlini 

xatırladı. Oğlan, dayısının adҽtincҽ, bu sığallı bığların ucunu 

tez-tez burub dimdik qalmasına xüsusi fikir verirdi. Tҽkcҽ 

simaca deyil, xasiyyҽtcҽ dҽ dayısına çҽkmiĢdi. Bayram bҽy 



www.vivo-book.com 

 

106 



onu öz gҽncliyi, oğlu kimi sevirdi. 

 – Sҽһҽr gҽzintisinin xeyri çoxdu, oğul! – dedi. 

Rҽһim bҽy dayısına yaxınlaĢdı. 

 – Dayı, çay qırağında adam gördüm. 

O, «qız gördüm» demҽdi. Bayram bҽy dҽ, amil-bҽlҽdçi dҽ 

elҽ bil bu xҽbҽrin intizarında idilҽr. Hҽr ikisi diqqҽtlҽ gҽncҽ 

baxdı. Bayram bҽy soruĢdu: 

 – Harda? 

 

  Rҽһim bҽy sağ ҽlindҽki tatarını qaldırdı, çayın axarı ilҽ 



yuxarı tҽrҽfi göstҽrib izaһat vermҽyҽ baĢladı: Odu, bax 

orada... bir az yuxarıda. 

 – Bҽs һara getdi? 

 – Bilmҽdim. Mҽni görcҽyin qayaların arasında yox oldu. 

Bayram bҽy Ģübһҽ ilҽ amil-bҽlҽdçiyҽ baxdı: 

 – Kim olar? Bҽlkҽ ġirvanĢaһın adamlarından – 

güdükçülҽrindҽndi? 

Amil Ģübһҽ ilҽ baĢını salladı. 

 

 – Ağlım kҽsmir. ġirvanĢaһ Fҽrrux Yasar Qҽbҽlҽ tҽrҽflҽrdҽ 




www.vivo-book.com 

 

107 



qoĢun yığmaqdadı. ġamaxı boĢdu. Oğlu Qazi bҽy dҽ Bakı 

iqamҽtgaһındadı. Bunu yҽqin bilirҽm. Bu, olsa-olsa, һҽmin 

sizҽ dediyim govurlar olacaq. Yҽqin gҽlmҽyimizdҽn xҽbҽr 

tutub qaçıblar, һaradasa o dağlarda-zadda gizlҽniblҽr, 

zağalara tҽpiliblҽr. Bax, baĢına dönüm ağa, ҽsl qılınc gücünҽ 

dinҽ gҽtirmҽli elҽ bunlardı. Yolüstü. Hҽm Allaһa xoĢ gedҽr, 

һҽm dҽ bҽndҽyҽ. Çünki kafirdҽn dҽ pisdi. 

 

 Amilin qҽbilҽlilҽrlҽ çoxdan idi ki, arası yox idi. Bu aralıq 



Rҽһim bҽy iki nökҽrin sürüyҽ-sürüyҽ gҽtirdiyi ҽmudunu 

yüngüllükcҽ yerdҽn qaldırıb bir neçҽ dҽfҽ çiyninҽ qoydu. 

BaĢı üstünҽ qaldırdı, gaһ sağ, gaһ da sol ҽlindҽ buladı. Bu 

onun adҽti sҽһҽr һҽrҽkҽtlҽri idi. Bayram bҽyin ağzı amillҽ 

danıĢır, gözlҽri gҽncin cazibҽdar һҽrҽkҽtlҽrini izlҽyirdi. 

Amil sözünü qurtaranda gözü һҽlҽ dҽ Rҽһimdҽ ikҽn dedi: 

 – YaxĢı, onda sҽn Rҽһim bҽylҽ get, göstҽrdiyi yeri yoxla. 

Mҽn dҽ mҽsҽlҽni qibleyi-alҽmҽ xҽbҽr verim. 

Rҽһim bҽy ҽmudu sağ ҽlindҽ fırladıb kiminsҽ baĢına 

endirirmiĢ kimi bir һҽrҽkҽt etdi vҽ sҽrrastlıqla, durub ona 

tamaĢa edҽn iki nökҽrin düz arasına atdı. Nökҽrlҽr 



www.vivo-book.com 

 

108 



diksindilҽr. Bayram bҽy tҽһsinlҽ, iftixarla, amil yaltaqlıqla 

gülümsҽdi. Rҽһim bҽy isҽ yenidҽn atlandı. Qҽlbindҽ 

anlaĢılmaz bir һҽvҽs doğmuĢdu. Ona elҽ gҽlirdi ki, һҽmin 

yerҽ qayıtsa, һürkütdüyü xҽyalı bir dҽ görҽcҽk. Amil dҽ 

atlandı. Bayram bҽy Ģaһın xeymҽsinҽ, onlar isҽ çay boyu 

yuxarı tҽrҽfҽ yollandılar. 

 

 YavaĢ-yavaĢ, qҽdҽm-qҽdҽm at sürҽn süvarilҽr bir az ҽvvҽl 



Rҽһim bҽyin xoĢ xҽyal gördüyü yerҽ çatanda, gҽncin 

nҽdҽnsҽ qҽlbi titrҽdi, iri bir güyüm ağzı suya tҽrҽf, böyrü 

üstҽ yerҽ yıxılıb qalmıĢdı. Elҽ bildi gördüyü qızdır. Öz 

ҽvvҽlki arzusuna rҽğmҽn o qızın burada olmasını istҽmirdi. 

Amilin onu görmҽyini arzu etmirdi. Hҽnirti duyub dala 

baxanda, dabanbasma atlarını onlara çatdıran Bayram bҽylҽ 

һökmdarı gördülҽr. Hökmdar üzü niqablı idi. Amil vҽ 

Rҽһim bҽy atlarını saxlayıb aralandılar. Cilovu sol ҽllҽrinҽ 

verib sağ ҽllҽrini döĢlҽrinҽ qoydular, baĢ endirdilҽr. Rҽһim 

bҽy dҽrһal qızı da, xҽyallarını da unudub gözlҽrini cavan 

Ģaһa dikdi. Elҽ baxırdı ki... Müridlҽrin öz aralarında indidҽn, 

tacqoyma mҽrasimi keçirilmҽdҽn Ģaһ, padĢaһ adlandırdıqları 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə