F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə42/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   38   39   40   41   42   43   44   45   ...   161

 

207 


Yəqin  fikirləşirsiniz  ki,  o  məni  aldadıb,  məndə  zərrə  qədər 

də  möhkəmlik  yoxdur...  Yox,  möhkəmlik  var,  sizin 

düşündüyünüzdən də çox var! Sübutmu? Bax, bu da sübut: 

mən  düşdüyüm  vəziyyətə  baxmayaraq,  elə  o  saat  dedim  ki, 

bu mənim borcumdur, mən gərək hər şeyi açıb atama deyim, 

dedim də, o da mənə qulaq asdı. 

Nataşa narahat halda soruşdu: 

– Axı sən nə dedin? 

–  Dedim  ki,  başqa  heç  bir  qız  istəmirəm,  mənim  öz 

sevgilim var, o da ki, sənsən. Doğrudur, mən hələ bunu şax 

üzünə  deməmişəm,  amma  mən  ona  bu  sözü  deməyə 

hazırlaşmışam, sabah deyəcəyəm, belə bir qərara gəlmişəm. 

Əvvəl  mən  ona  dedim  ki,  pul  üçün  evlənmək  ayıbdır, 

nanəciblikdir,  bizim  özümüzü  aristokrat  hesab  etməyimiz 

axmaqlıqdır  (mən  axı  onunla  lap  açığam,  qardaş  qardaşla 

açıq olan kim). Sonra da elə o saat onu başa saldım tier s etat 

və  tiers-etat  ces  Gessentiel

1

,  mən  fəxr  edirəm  ki,  hamıya 



oxşayıram,  heç  kəsdən  də  fərqlənmək  istəmirəm...  Sözün 

qısası,  bu  sağlam  ideyaları  ona  başa  saldım...  Mən  odlu-

                                                 

1

Üçüncü təbəqə vəüçüncü təbəqə – bu əsasdır(frans.) 



downloaded from KitabYurdu.org


 

208 


odlu,  ehtirasla  danışırdım.  Özüm  özümə  təəccüb  edirdim. 

Axırda  mən  ona,  lap  elə  onun  da  nöqteyi-nəzərindən  sübut 

elədim,  şax  üzünə  dedim:  bizim  axı  nəyimiz  knyazdır? 

Ancaq  nəsilcə  knyazıq,  əslində  bizdə  knyazlıqdan  nə  qalıb 

axı?  Birincisi budur ki, elə  bir dövlətimiz  yoxdur,  əsas  şey 

də  dövlətdir.  İndi  ən  baş  knyaz  –  Rotşildir.  İkincisi  də, 

yuxarılarda,  aristokrat  cəmiyyətində  çoxdan  bizim  adımız-

sanımız  çəkilmir.  Axırıncı  bizim  məşhur  adamımız  əmim 

Semyon Valkovski idi ki, o da ancaq Moskvada məşhur idi, 

o  da  ona  görə  məşhur  idi  ki,  əlində  qalan  axırıncı  üç  yüz 

kəndlisini 

satıb-sovmuşdu, 

əgər  babam 

özü 


pul 

qazanmasaydı,  indi  onun  nəvələri  bəlkə  özləri  yer  sürürdü, 

necə ki, indi belə knyazlar da vardır. Biz də nahaq yerə heç 

lovğalanmamalıyıq!  Sözün  qısası,  ürəyimdə  nə  vardısa, 

hamısını  dedim,  özü  də  odlu-odlu  dedim,  lap  açıq  dedim, 

hətta bir para şeyləri də əlavə etdim. O heç etiraz da etmədi, 

ancaq  başladı  məni  məzəmmət  eləməyə  ki,  niyə  qraf 

Nainskinin  evinə  getmirsən,  sonra  da  dedi  ki,  gərək  sən 

gedib  xaç  anan  knyaginya  K.-nın  qılığına  girəsən,  əgər 

knyaginya  K.  səni  yaxşı  qəbul  etsə,  onda  hər  yerdə  səni 

downloaded from KitabYurdu.org



 

209 


qəbul  edərlər, özünə mənsəb  qazanarsan, sonra da  ağız  alıb 

getdi, nələr söyləmədi! Bunlar da, Nataşa, səninlə bir yerdə 

yaşamağa  başladıqdan  sonra  onları  atdığıma  bir  işarə  idi. 

Onun  sözündən  belə  çıxırdı  ki,  bu  sənin  təsirin  altında 

olmuşdur.  Ancaq  hələ  indiyə  kimi  sənin  barəndə  heç 

danışmamışdır,  görünür,  bu  məsələdən  qaçır.  Biz  bir-

birimizə  kələk  gəlirik,  gözləyirik,  bir-birimizin  kələyinin 

üstünü  açmaq  istəyirik,  əmin  ol  ki,  bizə  də  bir  gün 

xoşbəxtlik üz verəcəkdir. 

–  Yaxşı,  iş  nə  ilə  qurtardı?  O  nə  qərara  gəldi?  Əsas 

budur. Alyoşa, sən nə yaman heyvərəsən... 

–  Onun nə qərara gəldiyindən heç baş  açmaq  olur ki? 

Kim bilir nə qərara gəldi. Mən də ki, heyvərə deyiləm, ciddi 

bir məsələdən danışıram, o hətta heç bir qərara gəlmədi, elə 

ancaq mən danışdıqca gülümsəyirdi, elə də gülümsəyirdi ki, 

sanki mənə yazığı gəlirdi. Mən bunun adam alçaldan bir şey 

olduğunu  başa  düşürəm,  ancaq  mən  utanmıram.  Deyir  ki, 

“Mən səninlə tamam razılaşıram, gəl qraf Nainskinin yanına 

gedək,  ancaq  bu  şeyləri  orada  demə.  Mən  sənin  nə  demək 

istədiyini  başa  düşürəm,  amma  onlar  başa  düşməz”. 

downloaded from KitabYurdu.org



 

210 


Deyəsən, onun özünü də onlar hamısı yaxşı başa düşmürlər, 

nədənsə,  acıqları  tutur.  Ümumiyyətlə,  kübar  cəmiyyətində 

indi  atamı  nədənsə  sevmirlər!  Qraf  əvvəl  məni  son  dərəcə 

təşəxxüslə,  çox  əzəmətli  bir  əda  ilə  qəbul  etdi,  hətta  onun 

evində  böyüdüyümü  də  elə  bil  lap  yadından  çıxartmışdı, 

yadına  salmağa  başladım,  vallah  doğru  deyirəm!  O  ancaq 

nankorluq etdiyimə görə mənə acıqlanmışdı, əslinə qalanda, 

mən  heç  bir  nankorluq  etməmişəm,  onun  evində  adam 

yaman darıxır, buna görə də onlara getmirdim. O, atamı da 

çox etinasızlıqla qəbul etdi, elə etinasızlıqla, elə etinasızlıqla 

ki,  mən  hətta  heç  başa  düşə  bilmirəm,  o  necə  onlara  gedir. 

Bu  şeylər  mənim  yaman  acığıma  gəldi.  Yazıq  atam  az 

qalırdı  ki,  onun  qarşısında  ikiqat  olsun,  mən  bilirəm  ki,  o 

məndən ötrü belə edir, ancaq mənə heç bir şey lazım deyil. 

Mən  sonra  istədim  ki,  öz  fikrimi  ona  deyim,  ancaq  özümü 

saxladım.  Bir  də,  axı  niyə  deyim?!  O  inandığına  inanıb, 

mənim  sözümlə  əqidəsini  dəyişməyəcək,  bir  az  da  artıq 

acıqlanacaq,  bunsuz  da  o  çox  iztirab  çəkir.  Fikirləşdim  ki, 

yaxşı hiylə işlədərəm, onların hamısına kələk gələrəm, qrafı 

məcbur  eləyərəm  ki,  mənə  hörmət  eləsin.  Necə  bilirsiniz! 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə