F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə43/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   39   40   41   42   43   44   45   46   ...   161

 

211 


Elə o saat da istədiyimə çatdım, bircə gündə hər şey dəyişdi. 

İndi qraf Nainski bilmir ki, məni harada oturtsun! Bunu da 

mən  elədim, təkcə  mən, öz xüsusi  kələyimlə, atam  da  buna 

lap məəttəl qaldı! 

– Alyoşa, bura bax, – Nataşa dedi, – yaxşı olar ki, sən 

əsl  məsələdən  danışasan!  Mən  elə  bilirdim  ki,  sən  bizim 

işimizdən  bir  şey  danışacaqsan,  amma  sən  ancaq  qraf 

Nainskinin  yanında  necə  fərqləndiyindən  danışmaq 

istəyirsən. Sənin o qrafın mənim axı nəyimə lazımdır! 

–  Nəyimə  lazımdır!  İvan  Petroviç,  eşidirsiniz  də, 

nəyimə  lazımdır?  Elə  əsl  məsələ  də  bundadır.  Özün 

görəcəksən,  axırda  hamısı  aydın  olacaq.  Ancaq  qoyun 

danışım!..  Bir  də  ki,  (niyə  axı  açıq  deməyim!)  Nataşa, 

bilirsən nə var, siz də, İvan Petroviç, bilirsiniz nə var, bəlkə 

də mən, doğrudan da, bəzən heç ağıllı danışmıram, hətta elə 

tutaq ki, (axı bəzən bu da olur) lap axmaq-axmaq danışıram. 

Amma  orada  sizi  inandırıram  ki,  mən  çox  hiyləgərlik 

göstərə  bildim...  Hətta  lap  ağıl  da  göstərdim,  belə  ki,  mən 

elə güman edirdim ki, siz özünüz də sevinəcəksiniz ki, mən 

həmişə ağılsız olmuram... 

downloaded from KitabYurdu.org



 

212 


–  Ah,  Alyoşa,  bu  nə  sözdür  sən  danışırsan?  Mənim 

əzizim!.. 

Alyoşaya ağılsız deyiləndə Nataşa buna qətiyyən dözə 

bilmirdi.  Bəzən  mən  Alyoşanın  çox  da  nazı  ilə 

oynamayaraq,  onun  axmaq  bir  iş  tutduğunu  sübut  edəndə, 

Nataşanın  acığı  tuturdu,  ancaq  bunu  açıq demirdi,  bu onun 

qəlbinə  toxunan  bir  məsələ  idi.  Alyoşanın  alçaldılmasına  o 

dözə  bilmirdi,  xüsusilə,  ona  görə  dözə  bilmirdi  ki,  özü  də 

onun dardüşüncəli bir adam olduğunu dərk edirdi. Lakin öz 

fikrini  ona  söyləmirdi,  qorxurdu  ki,  bununla  onun 

heysiyyətinə toxunmuş olar. Alyoşa belə hallarda çox həssas 

olurdu,  həmişə  də  Nataşanın  gizlin  hisslərini  duyurdu. 

Nataşa  bunu  görüb  çox  kədərlənirdi,  elə  o  saat  da  onun 

qılığına girir, ona nəvaziş göstərməyə başlayırdı. Buna görə 

də  Alyoşanın  sözü  onun  qəlbində  belə  əzabverici  bir  əks-

səda ilə səslənmişdi... 

–  Alyoşa,  bu  nə  sözdür  sən  danışırsan,  sənin  ancaq 

məcazın  yüngüldür,  sən  heç  də  elə  deyilsən...  Niyə  axı 

özünü aldadırsan? 

downloaded from KitabYurdu.org




 

213 


– Lap yaxşı! Onda qoyun mən sözümü deyib qurtarım. 

Qrafın  qəbulundan  sonra  atamın  hətta  mənə  acığı  tutdu. 

Dedim  yaxşı,  indi  başqa  cür  edərəm!  Biz  durub 

knyaginyanın  evinə  getdik.  Mən  çoxdan  eşitmişdim  ki,  o, 

qocalıqdan lap ağlını itirmişdir, hələ üstəlik də kardır, sandıq 

tulalarını  da  yaman  sevir.  Düz bir sürü  belə  tulası var, özü 

də onlardan ötrü lap ölür. Bununla belə, kübar cəmiyyətində 

çox böyük nüfuzu var, belə ki, hətta le superbe

1

 qraf Nainski 



ona  antichambre

2

  eləyir.  Mən  də  yol  gələ-gələ  görəcəyim 



işlərimin  planını  qurdum,  özü  də  heç  bilirsiniz  nəyə 

əsaslanırdım?  Bütün  itlərin  məni  sevməsinə,  vallah,  doğru 

deyirəm!  Mən  bunu  hiss  edirdim.  Ya  məndə  maqnitizm 

deyilən bir şey var, ya da ona görə ki, mən bütün heyvanları 

çox sevirəm, amma elələri var ki, ancaq itləri sevir, qurtardı 

getdi! Hə, əcəb yadıma düşdü, maqnitizm haqqında. Nataşa, 

mən  hələ  sənə  danışmamışam,  biz  bu  günlərdə  ruhları 

çağırmışdıq, mən bir nəfər ruh çağıranın yanına getmişdim, 

                                                 

1

Məşhur, əzəmətli(frans.) 



2

An tichambre – burada, qulluğunda durur, ona baxır mənasında işlədilmişdir(frans.) 

downloaded from KitabYurdu.org



 

214 


İvan  Petroviç,  çox  maraqlıdır,  lap  məni  heyrətə  saldı.  Mən 

Yuli Sezarı çağırdım. 

Nataşa qəhqəhə ilə güldü: 

– Ah, İlahi! Yuli Sezar sənin nəyinə gərəkdir? Bircə elə 

bu çatışmırdı! 

–  Niyə  axı...  Elə  bil  ki,  mən...  Niyə  axı  mənim  Yuli 

Sezarı çağırmağa haqqım yoxdur?! Ona nə olar ki? Elə gülür 

ha! 


–  Heç  bir  şey  olmaz,  əlbəttə,  heç bir şey  olmaz...  Ah, 

mənim əzizim! Yaxşı, Yuli Sezar sənə nə dedi? 

–  Heç  bir  şey  demədi.  Mən  ancaq  əlimdə  karandaş 

tutmuşdum,  karandaş  özü  kağız  üzərində  hərəkət  edirdi, 

yazırdı.  Deyirdilər  ki,  bunu  Yuli  Sezar  yazır.  Mən  buna 

inanmıram. 

– O axı nə yazdı? 

–  “Obmokni”yə  oxşar  bir  şey  yazdı,  Qoqolda  olan 

kimi. Bəsdir daha güldüyün! 

– Di, knyaginyadan danış görək! 

– Qoyursunuz ki danışım?! Elə sözümü kəsirsiniz! Biz 

knyaginyanın yanına getdik, mən ondan başladım ki, Mimi 

downloaded from KitabYurdu.org



 

215 


ilə  oynaqlaşmağa  üz  qoydum.  Bu  Mimi  deyilən,  qoca,  pis, 

çox  iyrənc  bir  itdir,  özü  də  tərsin  biridir,  adam  qapandır. 

Knyaginya  onun  dərdindən  dəli-divanədir,  özləri  də 

deyəsən,  bir  yaşdadır.  Mən  ondan  başladım  ki,  Mimiyə 

konfet  yedirtməyə  girişdim,  onca  dəqiqənin  içində  ona  əl 

verməyi öyrətdim, amma hələ bu vaxta qədər ona əl verməyi 

öyrədə  bilməmişdilər.  Knyaginya  bunu  görüb  bilmədi  ki, 

şadlığından nə eləsin, az qaldı ki, sevincindən ağlasın. Elə: 

“Mimi!  Mimi!  Mimi  əl  verir!”  –  deyə-deyə  durmuşdu.  Bir 

adam gəldi. Knyaginya dedi ki: “Mimi  əl verir! Mənim xaç 

oğlum  öyrətdi!”  Sonra  qraf  Nainski  gəldi.  Ona  da  dedi  ki: 

“Mimi  əl  verir!”  Mənə  də  elə  baxırdı  ki,  deyirdin,  bu  saat 

gözləri yaşaracaq, ürəyi o qədər riqqətə gəlmişdi! Yamanca 

qılıqlı qarıdır, hətta ona yazığım gəldi. Mən yenə də fürsəti 

fövtə vermədim, yenə də onun xoşuna gələn bir şey elədim: 

onun burunotu qabının üstündə öz şəkli var, altmış il bundan 

qabaq  –  hələ  lap  nişanlı  olanda  vurdurub.  Birdən  burunotu 

qabı  onun  əlindən  düşdü,  mən  də  o  saat  yerdən  götürdüm, 

şəklə baxdım,  guya  heç bilmirəm  kimin  şəklidir,  dedim  ki: 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə