F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə45/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   41   42   43   44   45   46   47   48   ...   161

 

221 


gəldim  və  bu  axşam  onu  yerinə  yetirdim.  Bu  da  nədir:  hər 

şeyi  açıb  ona  söyləmək,  hər  şeyi  onun  qarşısında  etiraf 

etmək,  onu  öz  tərəfimizə  çəkmək  və  məsələni  birdən 

bitirmək... 

Nataşa narahat halda soruşdu: 

– Necə?! Nəyi söyləmək, nəyi etiraf etmək?! 

Alyoşa cavab verdi: 

–  Hər  şeyi,  hər  şeyi!  Bu  fikri  mənim  ağlıma  salan 

Allaha  şükür  edirik!  İndi  ardına  qulaq  asın!  Dörd  gün 

bundan  əvvəl  mən  belə  bir  qərara  gəldim:  sizdən 

uzaqlaşmaq,  bütün  məsələni  həll  etmək!  Mən  sizinlə 

olsaydım,  həmişə  tərəddüd  edəcəkdim,  sizin  sözünüzə 

baxacaqdım, heç bir qərara gələ bilməyəcəkdim. Amma mən 

özümü  elə  bir  vəziyyətdə  qoydum  ki,  hər  an  öz-özümə 

dedim:  mən  bu  məsələni  qurtarmalıyam,  mən  gərək  bunu 

qurtarım.  Var  qüvvəmi  topladım  və  qurtardım!  Mən  öz 

qarşıma  məqsəd  qoymuşdum  ki,  sizin  yanınıza  qəti  qərarla 

gəlim, qəti qərarla da gəldim! 

– Axı bu nə qərardır? Məsələ necə oldu? Tez ol, danış! 

downloaded from KitabYurdu.org




 

222 


– Necə olacaq, elə-belə! Mən ona açıqca, düz-düzünə, 

cəsarətlə yaxınlaşdım... Lakin əvvəl budur ki, bundan qabaq 

mən  sizə  bir  əhvalat  danışım,  bu  əhvalat  məni  yamanca 

heyrətə saldı. Biz getməmişdən əvvəl atam bir məktub aldı. 

Mən  bu  zaman  onun  kabinetinə  girirdim,  qapı  ağzında 

dayandım. O məni görmürdü. Bu məktub onu elə sarsıtmışdı 

ki, öz-özünə danışırdı, bərkdən nəsə deyirdi, özündən çıxmış 

halda otaqda gəzinirdi. O birdən qəhqəhə ilə güldü, məktubu 

da əlində tutmuşdu. Mən hətta içəri girməyə də qorxdum, bir 

az  gözlədim,  sonra  girdim.  Atam,  nə  üçünsə,  yamanca 

sevinirdi,  mənimlə  çox  qəribə  bir  şəkildə  danışdı,  sonra 

birdən  sözünü  kəsdi,  mənə  dedi  ki,  bu  saat  hazırlaş  gedək, 

amma  hələ  çox  tezdir.  Onların  evində  bu  gün  heç  kəs  yox 

idi, bircə biz idik. Nataşa, sən də nahaq yerə elə düşünürsən 

ki,  bu  gün  onlar  qonaqlıq  düzəldibmiş.  Sənə  düz  məlumat 

verməyiblər... 

– Ah, Alyoşa, mətləbdən uzaqlaşma, de görək, sən bu 

şeyləri Katyaya necə danışdın? 

–  Xoşbəxtlik  onda  oldu  ki,  biz  iki  saat  onunla  tək 

qaldıq.  Mən  ona  açıq  dedim,  dedim  ki,  hərçənd,  bizi 

downloaded from KitabYurdu.org



 

223 


evləndirmək  istəyirlər,  ancaq  bu  mümkün  olan  şey  deyil, 

mən öz qəlbimdə sizə böyük hörmət bəsləyirəm, ancaq məni 

siz  xilas  edə  biləcəksiniz.  Sonra  açıb  hamısını  dedim. 

Nataşa, bir təsəvvür elə ki, bizim işimizdən onun heç xəbəri 

yox  imiş.  Bircə  görəydin  bunu  eşidəndə  o  necə  mütəəssir 

oldu...  Hətta  əvvəl  qorxdu  da.  Rəngi  ağappaq  ağardı.  Mən 

ona  bütün  əhvalatı  açıb  danışdım,  sənin  məndən  ötrü  öz 

evinizi atıb getməyini də, bizim bir yerdə yaşamağımızı da, 

bizim  indi  necə  əzab  çəkməyimizi  də,  hər  şeydən 

qorxmağımızı da, indi isə ona müraciət etməyimizi də – hər 

şeyi dedim (sənin adından da danışdım, Nataşa). Dedim ki, 

sizə  ona  görə  müraciət  edirik  ki,  siz  bizim  tərəfimizi 

saxlayın, ögey ananıza deyin ki, mən ona getmək istəmirəm, 

siz  bununla  da  bizi  xilas  edərsiniz,  bizim  daha  başqa  bir 

yerdən  köməyimiz  yoxdur.  O  çox  maraqla  mənə  qulaq 

asırdı,  bizə  ürəyi  yanırdı.  Bu  zaman  onun  gözləri  heç 

bilirsiniz,  necə  idi?  Elə  bil  ki,  bütün  ruhu  gözlərində  ifadə 

olunurdu!  Onun  gözləri  lap  mavidir.  Mən  ona  şübhə 

etmədiyim  üçün,  ürəyimi  açıb  dediyim  üçün  o  mənə 

təşəkkür etdi, var qüvvəsilə bizə kömək edəcəyinə söz verdi. 

downloaded from KitabYurdu.org



 

224 


Sonra  səni  soruşmağa  başladı,  dedi  ki,  onunla  tanış  olmağı 

çox arzu edirəm, xahiş etdi ki, ona deyərsiniz: “Mən onu öz 

bacım kimi sevirəm, o da qoy məni öz bacısı kimi sevsin”. 

Eşidəndə ki, mən səni beş gündür görmürəm, elə o saat dedi 

ki, dur get onun yanına... 

Nataşa  bundan  çox  mütəəssir  oldu.  Məzəmmətlə 

Alyoşaya baxıb, həyəcanla dedi: 

–  Sən  də  bunu  qoyub  başlamısan  kar  knyaginyanın 

evində  etdiyin  şücaətlərindən  danışmağa!  Ax,  Alyoşa, 

Alyoşa! Bəs Katya? Səni buraxanda kefi açıq idi, sevinirdi? 

– Bəli, belə bir yaxşı iş gördüyünə sevinirdi, amma özü 

ağlayırdı.  Nataşa,  axı  o  da  məni  sevir!  O  özü  dedi  ki,  səni 

sevməyə  başlamışam,  mən  başqa  adamlar  görmürəm,  sən 

çoxdan  mənim  xoşuma  gəlirsən.  O,  xüsusilə  ona  görə 

mənimlə  maraqlanmışdır  ki,  hər  tərəf  bicliklə,  yalanla 

doludur,  amma  mən  ona  səmimi,  təmiz  bir  adam  kimi 

görünmüşəm.  O,  yerindən  qalxıb  dedi:  “Aleksey  Petroviç, 

gedin, ancaq mən elə bilirdim ki...” sözünü qurtara bilməyib 

ağladı, otaqdan çıxıb getdi. Biz bu qərara gəldik: o, sabah öz 

ögey anasına deyəcək ki, mən ərə getmək istəmirəm, mən də 

downloaded from KitabYurdu.org



 

225 


sabah gərək bunun hamısını atama deyim, özü də çox qəti və 

cəsarətlə deyim. O  məni  məzəmmət  etdi ki, niyə  mən  bunu 

ona  əvvəldən  deməmişəm,  dedi  ki:  “Düz  adam  heç  bir 

şeydən qorxmamalıdır!” O çox nəcib insandır! O da mənim 

atamı  istəmir,  deyir  ki,  o,  bic  adamdır,  fikri  də  həmişə 

puldadır. Mən atamın tərəfini saxladım,  dedim ki, atam elə 

adam  deyil,  o  mənim  sözümə  inanmadı.  Əgər  mən  sabah 

atamı yola gətirə bilməsəm (o yəqin elə düşünür ki, mən onu 

yola  gətirə  bilməyəcəyəm),  onda  knyaginya  K.-nın  yanına 

gedib ondan xahiş edəcəyəm ki, bizə kömək eləsin. Katya da 

bu barədə mənimlə razılaşır. Onda daha nə onun ögey anası, 

nə  də  mənim  atam  knyaginya  K.-nın  sözündən  çıxa 

bilməyəcək.  Biz  bir-birimizə  söz  vermişik  ki,  bacı-qardaş 

olaq...  Ah,  sən  onun  başına  nələr  gəldiyini,  onun  necə 

bədbəxt  olduğunu,  ögey  anasının  yanında  keçirdiyi  həyata, 

bütün bu mühitə necə nifrət etdiyini bilsəydin!.. Bunu o açıq 

demədi,  elə  bil  ki,  məndən  də  qorxurdu,  ancaq  mən  onun 

bəzi  sözlərindən  başa  düşdüm.  Nataşa,  əzizim!  O  səni 

görsəydi, heç bilirsən, sənə necə mehribanlıq edərdi? Onun 

elə  gözəl  bir  qəlbi  var!  Adam  özünü  onunla  elə  rahat  hiss 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə