F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə47/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   43   44   45   46   47   48   49   50   ...   161

 

232 


böyük  qardaşı  idi.  Hər  halda,  onu  belə  böyük  bir  oğlanın 

atası hesab etmək olmazdı. 

Knyaz  düz  Nataşanın  yanına  gəldi,  qətiyyət  və  inam 

ifadə olunan bir nəzərlə ona baxaraq dedi: 

– Belə bir vaxtda, həm də  məlumat vermədən, mənim 

bura  gəlməyim  həm  qəribədir,  həm  də  qəbul  olunmuş 

qayda-qanundan kənar bir hərəkətdir. Lakin mən əminəm ki, 

siz  mənim  bu  hərəkətimin  adətdən  kənar  bir  hərəkət 

olduğunu dərk  etmək  imkanında  olduğuma  hər  halda  inana 

bilərsiniz.  Mən  kimin  yanına  gəldiyimi  bilirəm.  Bilirəm  ki, 

siz  arif,  alicənab  bir  insansınız.  Mənə  ancaq  onca  dəqiqə 

vaxtınızı  bağışlayın,  əminəm  ki,  siz  özünüz  məni  başa 

düşərsiniz, mənə haqq qazandırarsınız. 

Bu sözləri o, nəzakətlə, lakin qüvvət və inadla söylədi. 

Nataşa: 

– Əyləşin, – dedi. 

Bayaqkı  təşviş  və  qorxu  hələ  də  onun  canından 

çıxmamışdı. 

Knyaz azca başını əyərək, təşəkkür edib oturdu. 

Oğlunu göstərərək sözə başladı: 

downloaded from KitabYurdu.org



 

233 


– Hər şeydən əvvəl, icazə verin, mən ona iki kəlmə söz 

deyim.  Alyoşa,  sən  məni  gözləmədən,  hətta  bizimlə 

sağollaşmadan  gedən  kimi,  qrafinyaya  xəbər  verdilər  ki, 

Katerina Fyodorovnanın halı pisdir. Qrafinya cəld yerindən 

qalxıb getmək  istəyəndə,  Katerina  Fyodorovna özü  qəmgin 

və  həyəcanlı  halda  birdən  içəri  girdi.  Bizə  dedi  ki,  mən 

Aleksey Petroviçin arvadı ola bilmərəm. Bunu da əlavə etdi 

ki,  mən  monastıra  gedəcəyəm,  Aleksey  Petroviç  məndən 

xahiş  etmişdir  ki,  ona  kömək  edim,  özü  də  Natalya 

Nikolayevnanı  sevdiyini  mənə  etiraf  etmişdir...  Belə  bir 

anda  Katerina  Fyodorovnanın,  bu  heç  təsəvvürə  sığmayan 

hadisəni gəlib bizə etiraf etməsi, əlbəttə, sənin bu son dərəcə 

qəribə  izahatın  nəticəsində  baş  vermişdir.  Katerina 

Fyodorovna  özündə  deyildi.  Mənim  bundan  necə  heyrətə 

düşdüyümü və qorxduğumu sən təsəvvür edə bilərsənmi?! – 

sonra o, Nataşaya tərəf dönərək əlavə etdi. – İndi mən sizin 

evinizin  qarşısından  keçəndə  pəncərənizdən  işıq  gəldiyini 

gördüm.  Çoxdan  bəri  məni  təqib  edən  bir  fikir  bu  zaman 

mənə  elə  hakim  kəsildi  ki,  mən  ilk  arzuma  qarşı  dura 

bilməyərək  içəri  girdim.  Nə  üçün?  Bu  saat  deyim,  lakin 

downloaded from KitabYurdu.org



 

234 


əvvəlcədən xahiş edirəm ki, mənim izahatımın bir qədər sərt 

olmasına  təəccüb  etməyin.  Bu  şeylər  elə  qəfildən  üz 

vermişdir ki... 

Nataşa dili tutula-tutula dedi: 

–  Mən  əminəm  ki,  bunu  başa  düşərəm,  sizin 

söylədiklərinizə... olduğu kimi... qiymət verərəm. 

Knyaz diqqətlə ona baxdı, sanki bir anda onu tamamilə 

öyrənmək istəyirdi

–  Mən  də  sizin  arifliyinizə  əminəm.  Əgər  mən  indi 

sizin  yanınıza  gəlməyə  təşəbbüs  etmişəmsə,  bu  ancaq  ona 

görədir ki, kiminlə müamilədə olacağımı bilirdim. Mən sizi 

çoxdan  tanıyıram,  bununla  belə,  bir  zamanlar  mən  sizin 

haqqınızda  çox  haqsızlıq  etmişəm,  sizin  qarşınızda 

müqəssirəm. Qulaq asın: siz, mənimlə sizin atanız arasında 

çoxdan  bəri  davam  edən  pis  münasibətdən  xəbərdarsınız. 

Mən özümü təmizə çıxarmaq istəmirəm, bəlkə də mən onun 

qarşısında, mənim bu vaxta qədər təsəvvür etdiyimdən daha 

çox  müqəssirəm.  Əgər  məsələ  belədirsə,  onda  mən  özüm 

aldanmışam,  mən  vasvasıyam,  bunu  etiraf  edirəm.  Mən 

adamın  yaxşı  cəhətindən  daha  tez,  pis  cəhətini  görməyə 

downloaded from KitabYurdu.org




 

235 


meyil edirəm, bu isə hissdən məhrum olan bir qəlbə xas olan 

bədbəxtlikdir. Lakin məndə öz nöqsanlarını gizlətmək  adəti 

yoxdur.  Mən  bütün  deyilən  böhtanlara,  dedi-qodulara 

inandım,  siz  öz  ata-ananızı  qoyub  gedəndə,  Alyoşanın 

vəziyyəti  məni  dəhşətə  saldı.  Lakin  mən  onda  sizi  hələ 

tanımırdım.  Yavaş-yavaş  əldə  etdiyim  məlumat  məni 

tamamilə  ruhlandırdı.  Mən  müşahidə  etdim,  öyrəndim, 

nəhayət,  inandım  ki,  mənim  şübhələrim  əsassızdır.  Mən 

eşitdim  ki,  sizin  öz  ailənizlə  aranız  dəymişdir,  bunu  da 

bilirəm  ki,  atanız  sizin  mənim  oğlumla  evlənməyinizin  qəti 

surətdə  əleyhinədir.  Sizin  Alyoşaya  belə  bir  təsiriniz,  onun 

üzərində  belə  bir  hökmünüz  olduğu  halda,  siz  bu  təsirdən, 

hökmdən  bu  vaxta  qədər  istifadə  etməmisiniz,  onu  sizinlə 

evlənməyə  məcbur  etməmisiniz,  elə  bircə  bu  özü  sizi  son 

dərəcə  yaxşı  bir  cəhətdən  nəzərə  çarpdırır.  Lakin  indi  sizin 

qarşınızda tamamilə etiraf edirəm ki, onda mən sizin mənim 

oğlumla  evlənməyinizə  hər  vasitə  ilə  mane  olmağa  var 

qüvvəmlə  çalışmağı  qət  etdim.  Mən  bilirəm  ki,  çox  açıq 

danışıram,  lakin  indi  mənim  açıq  danışmağım  hər  şeydən 

artıq lazımdır, siz özünüz də axıra kimi mənə qulaq asdıqdan 

downloaded from KitabYurdu.org



 

236 


sonra  bununla  razılaşacaqsınız.  Siz  öz  evinizi  tərk  etdikdən 

az  sonra  mən  Peterburqdan  getdim,  lakin  gedərkən  mən 

daha  Alyoşanın  başına  bir  iş  gələcəyindən  qorxmurdum. 

Mən  sizin  nəcibanə  qürurunuza  əmin  idim.  Mən  başa 

düşürdüm  ki,  atanızla  mənim  aramda  olan  çəkişmə 

qurtarmayınca  siz  özünüz  də  evlənmək  istəməyəcəksiniz. 

İstəməyəcəksiniz  ki,  mənimlə  Alyoşa  arasında  olan 

münasibət  pozulsun,  çünki  mən  heç  vaxt  onun  sizinlə 

evlənməsini 

əfv 


etməzdim. 

Bir 


də 

ona 


görə 

istəməyəcəkdiniz  ki,  sonra  deməsinlər  ki,  siz  özünüzə 

evlənmək  üçün  knyaz  axtarmışsınız,  bizim  ailəmizlə  əlaqə 

yaratmaq  fikrində  imişsiniz.  Əksinə,  siz  hətta  bizə 

etinasızlıq  göstərirdiniz,  bəlkə  də  gözləyirdiniz  ki,  mən 

özüm  gəlib,  oğlumla  evlənmək  şərəfinə  bizi  nail  etmənizi 

sizdən  xahiş  edim.  Hər  halda  mən  inadla  sizin  əleyhinizə 

olmaqda  davam  edirdim.  Özümü  təmizə  çıxarmayacağam, 

lakin  bunun  səbəbini  də  sizdən  gizlətməyəcəyəm.  Sizin 

əleyhinizə  olmağımın  səbəbi  budur:  siz  yüksək  aristokrat 

cəmiyyətindən  deyilsiniz,  özünüz  də  kasıbsınız.  Doğrudur, 

mənim az-çox dövlətim var, lakin bizə çox dövlət lazımdır. 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə