F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə55/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   51   52   53   54   55   56   57   58   ...   161

 

272 


–  Necə  nə  pislik  eləyib,  ay  sağ  olmuş,  necə  nə  pislik 

eləyib?!  Mən  istəmirəm  ki,  adam  mənim  sözümdən  çıxsın! 

Sən  öz  yaxşı  işini  eləmə,  amma  mənim  pis  işimi  elə,  bax, 

mən  beləyəm!  Bu  gün  o  az  qala  məni  öldürmüşdü!  Xiyar 

almağa  dükana  göndərmişəm,  üç  saatdan  sonra  qayıdıb! 

Göndərəndə  ürəyimə  dammışdı,  ürəyim  sızıldayırdı, 

sızıldayırdı,  sızıl-sızıl  sızıldayırdı!  Harada  idin?  Hara 

getmişdin?  Özünə  kimləri  havadar  tapmısan?  Mənmi  ona 

yaxşılıq  eləməmişəm?!  Onun  o  murdar  anasının  mənə  on 

dörd  manat  borcu  vardı,  bu  borcu  ona  bağışladım,  onu  öz 

hesabıma basdırdım,  onun bu zibilini saxlamağa götürdüm, 

əziz  arvad,  sən  ki  özün  bunu  bilirsən!  Yaxşı,  belə  olanda, 

bəs  onun  üstündə  mənim  haqqım  yoxdur?  O  bunu  başa 

düşməli  idi,  başa  düşmək  əvəzinə  mənim  sözümdən  çıxır! 

Mən ona yaxşılıq eləmək istəyirdim. Mən istəyirdim bu zibil 

kiseyi paltar geyinsin. Gedib çarşıdan ona çəkmə aldım, onu 

tovuzquşu  kimi  bəzəndirdim,  elə  bil  toy-bayramdır!  Əziz 

adamlar,  siz  bilən,  bunun  axırı  nə  oldu?  İkicə  gündə  bütün 

paltarını cırıq-cırıq elədi, parça-parça, şiltik-şiltik elədi, indi 

belə cır-cındır içində gəzir! Paltarı o qəsdən cırıb, bəs necə? 

downloaded from KitabYurdu.org



 

273 


Yalan  demək  istəmirəm,  özüm  gördüm,  deyir  ki,  mən  elə 

adicə  paltar  geyinmək  istəyirəm,  kiseyi  paltar  istəmirəm! 

Mən də acığımı ondan çıxdım: onu yaxşıca döydüm, belə ki, 

sonra onun  üstünə  həkim  gətirdim,  həkimə  pul verdim.  Ay 

bit sirkəsi, səni neyniyəsən axı, basıb öldürəsən, onda gərək 

bir  həftə  süd  içməyəsən,  sənə  yenə  də  tənbeh  eləmək 

lazımdır!  Tənbeh  olmaq  üçün  dedim  ki,  döşəməni  yu!  İndi 

gör bu nə etdi də! Döşəməni yuyur! Yuyur, əclafın biri əclaf, 

yuyur!  Bir  yandan  da  məni  acıqlandırır,  amma  yuyur!  Öz-

özümə  deyirəm  ki,  qaçacaq.  Elə  bunu  demişdim,  bir  də 

gördüm  ki,  qaçıb!  Əziz  adamlar,  özünüz  eşitdiniz,  dünən 

bunun  üstündə  onu  necə  döydüm,  döyməkdən  əl-qolum 

qırıldı, corabını, ayaqqabısını əlindən aldım, dedim ki, ayağı 

yalın gedə bilməz. Bu gün yenə də gedib! Harada idin? De! 

Ay  gicitkən  toxumundan  əmələ  gələn,  gedib  məndən  kimə 

şikayət eləmisən, kimə xəbərçilik eləmisən? De, qaraçı qızı, 

idbar sifət, de! 

Qorxudan  tir-tir  əsən  qızın  üstünə  qəzəblə  atıldı, 

saçından  yapışıb  onu  yerə  çırpdı.  İçində  xiyar  olan  qab 

kənara  düşüb  qırıldı.  Özündən  çıxmış  sərxoş  ifritənin 

downloaded from KitabYurdu.org



 

274 


qızğınlığını bu daha da artırdı. O, yazıq qızın üzünə-üzünə, 

başına-başına vururdu, lakin Yelena susurdu, ondan heç səs 

çıxmırdı,  çığırmırdı,  yalvarmırdı.  Mən  həyətə  cumdum, 

acığımdan  heç  bilmirdim  nə  edirəm,  düz  sərxoş  arvadın 

üstünə getdim. Bu ifritənin qolundan tutub çığırdım: 

–  Siz  nə  edirsiniz?  Sizin  nə ixtiyarınız var,  zavallı  bir 

yetimin başına bu oyunu açasınız?! 

Qadın Yelenanı buraxdı, əllərini belinə vurub çığırdı: 

– Bu nədir?! Sən kimsən?! Mənim evimdə sənin nə işin 

var? 


Mən çığıraraq dedim: 

–  İşim  odur  ki,  siz  rəhmsiz  bir  arvadsınız!  Sizin  nə 

ixtiyarınız  var  bu  yazıq  uşağa  belə  zülm  edəsiniz?  O  sizin 

qızınız  deyil,  mən  indicə  eşitdim  ki,  siz  onu  saxlamağa 

götürmüsünüz, o zavallı bir yetimdir... 

İfritə qadın bağırdı: 

–  Əstəğfürullah!  Axı  sən  kimsən  mənim  işimə 

qarışırsan?  Onunla  gəlmisən,  nədir?  Mən  bu  saat  məhəllə 

pristavının  yanına  gedirəm!  Andron  Timofeiç  özü  mənə 

nəcib  bir  adam  kimi  hörmət  eləyir!  Yoxsa,  bu  qız  sənin 

downloaded from KitabYurdu.org



 

275 


yanına  gedir?  Sən  kimsən?  Özgənin  evinə  dava  salmağa 

gəlmisən? Ay haray, köməyə gəlin! 

Arvad yumruqlarını qaldırıb mənim üstümə cumdu. Elə 

bu anda insan qəlbinə nüfuz edən dəhşətli bir çığırtı eşidildi. 

Dönüb  baxdım.  Hissdən  məhrum  olmuş  kimi  ayaq  üstə 

dayanan  Yelena  birdən  qeyri-təbii,  qorxunc  bir  səslə 

çığıraraq  yerə  dəydi,  şiddətli,  sərt  hərəkətlərlə  çırpınmağa 

başladı.  Onun  üzü  tamam  dəyişilmişdi.  Onu  ürəkgetmə 

xəstəliyi  tutmuşdu.  Dağınıq  saçlı  qız,  qapıda  duran  qadın 

yüyürüb gəldi, Yelenanı götürüb tez yuxarı apardılar. 

Sərxoş arvad onun dalınca çığıra-çığıra deyirdi: 

–  Heç  olmasa,  ölüb  cəhənnəm  olasan,  məlunun  biri, 

məlun!  Bir  ayda  üç  dəfədir  ürəyi  gedir...  Bir  oğraşa  bax!  – 

deyərək yenə də mənim üstümə cumdu. 

–  Dalandar,  nə durub  baxırsan?!  Bəs nədən  ötrü  maaş 

alırsan?! 

Dalandar  sanki  elə  rəsmiyyət  üçün,  yoğun  səslə  ağır-

ağır dedi: 

downloaded from KitabYurdu.org



 

276 


–  Çıx  get!  Çıx  get!  Yoxsa  istəyirsən  ki,  boynunu 

ovxalasınlar?!  İki  adam  olan  yerdə  üçüncüsü  artıqdır.  Xoş 

gəldin, rədd ol get! 

Əlac  yox  idi:  tutduğum  bu  işin  tamamilə  yersiz 

olduğunu görüb həyətdən çıxdım. Lakin hirs məni boğurdu. 

Səkidə,  darvaza  qarşısında  durub  içəri  baxırdım.  Mən 

küçəyə  çıxan  kimi,  arvad  tez  yuxarı  getdi,  dalandar  da,  öz 

vəzifəsini  yerinə  yetirib,  harasa  əkildi.  Yelenanı  yuxarı 

aparmağa  kömək  edən  qadın  bir  azdan  sonra  artırmadan 

düşdü,  tələsə-tələsə  öz  otağına  doğru  yönəldi.  Lakin  məni 

görüb  dayandı,  maraqla  mənə  baxdı.  Onun  mərhəmət  və 

dinclik  ifadə  edən  üzü  məni  ürəkləndirdi.  Mən  yenə  də 

həyətə girib, düz onun yanına getdim. 

– İcazə verin sizdən bir şey soruşum: bu qız kimdir, bu 

yaramaz  arvad  onu  niyə  döyür?  Rica  edirəm,  elə  zənn 

etməyin ki, mən bunu ancaq maraq üçün soruşuram. Bu qıza 

mən  rast  gəlmişəm,  bir  məsələyə  görə  onunla  çox 

maraqlanıram. 

Qadın könülsüz halda: 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə