F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə56/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   52   53   54   55   56   57   58   59   ...   161

 

277 


– Çox maraqlanırsınızsa, onda yaxşı olar ki, siz onu öz 

yanınıza  aparın,  ya  da  bəlkə  ona  bir  yer  tapmısınız,  belə 

olsa, o daha burada məhv olmaz, – deyərək getmək istədi. 

– Əgər siz mənə bir məlumat verməsəniz, mən nə edə 

bilərəm?  Sizə  deyirəm  ki,  mən  bu  barədə  heç  bir  şey 

bilmirəm. Yəqin bu arvad Bubnova özüdür, ev sahibidir? 

– Ev sahibinin özüdür. 

– Yaxşı, bu qız onun əlinə haradan düşüb? Onun anası 

burda ölüb? 

–  Düşüb  də...  Bizim  nəyimizə  gərək...  –  o  yenə  də 

getmək istədi. 

– Axı bir iltifat buyurun, sizə deyirəm ki, bu məni çox 

maraqlandırır.  Bəlkə  də  mən  bir  şey  eləyə  bildim.  Bu  qız 

kimdir? Onun anası kim idi? Siz bilirsinizmi? 

– Deyəsən, xaricilərdəndi, gəlmə idi, bu evdə yaşayırdı, 

aşağı mərtəbədə. Özü də xəstə idi, vərəmdən öldü. 

– O ki zirzəmidə, bir bucaqda yaşayırmış, görünür, çox 

kasıb imiş? 

–  Yaman  kasıb  idi!  Adamın  ona  yazığı  gəlirdi.  Biz 

özümüz də çox çətinliklə yaşayırıq, beş ay ki burada qaldı, 

downloaded from KitabYurdu.org



 

278 


bizdən də altı manat borc aldı. Özünü də biz basdırdıq, ərim 

tabut düzəltdi. 

– Bəs Bubnova deyirdi ki, mən basdırmışam? 

– Deyir də... 

– Onun familiyası nə idi? 

–  Atam,  dilim  yatmır  deməyə,  qəribə  bir  familiya  idi, 

deyəsən, alman familiyası idi. 

– Smit idi? 

–  Yox,  deyəsən,  belə  deyildi.  Anna  Trifonovna  da 

yetimi öz yanına gətirdi, dedi ki, tərbiyə edəcəyəm. Bu heç 

də yaxşı tərbiyə deyil. 

– Bəlkə başqa bir məqsəd üçün götürüb? 

– Heç yaxşı işlər tutmur, – qadın sanki tərəddüd içində 

idi,  bilmirdi,  desin,  ya  deməsin.  –  Bizə  nə,  biz  kənar 

adamlarıq... 

Arxa tərəfdən kişi səsi eşidildi: 

– Yaxşı olardı ki, sən dilini dinc qoyaydın! 

Bu  sözləri  deyən  –  əyninə  xələt,  xələtin  da  üstündən 

çuxa geyinmiş, üzdən meşşana oxşayan, yaşlı bir usta idi. O 

mənim söhbət etdiyim arvadın əri idi. 

downloaded from KitabYurdu.org



 

279 


Sonra çəpəki mənə baxaraq əlavə etdi: 

– Atam, onun sizinlə danışmağının heç mənası yoxdur, 

bu bizim işimiz deyil. Arvad, çıx get evə! Biz tabut düzəldib 

satırıq.  Əgər  bu  barədə  bir  sözünüz  varsa,  lap 

məmnuniyyətlə  yerinə  yetirərik...  Ayrı  heç  bir  barədə 

bizimlə sizin aranızda söhbət ola bilməz... 

Mən düşünə-düşünə, dərin bir həyəcan içində həyətdən 

çıxdım. Yelena barəsində bir şey eləyə bilmədim, lakin hiss 

edirdim  ki,  məsələni  bu  vəziyyətdə  qoymaq  mənə  əzab 

verəcəkdir. Xüsusilə, bu qadının bir neçə sözü məni narahat 

edirdi. Görünür, işin içində ayrı bir iş vardı... Mən bunu hiss 

edirdim... 

Mən  başımı  aşağı  dikərək  düşünə-düşünə  gedirdim, 

birdən  kim  isə  ucadan  məni  familiyamla  çağırdı.  Başımı 

qaldırıb  gördüm  ki,  qənşərimdə  kefli  bir  adam  durub.  O 

özünü  yırğalamaqdan  güclə  saxlayırdı.  Bu  adam  çox  təmiz 

geyinmişdi, lakin onun  əynində köhnə bir şinel, başında da 

çirkli bir kartuz vardı. Üzü mənə çox tanış gəlirdi. Diqqətlə 

ona baxdım. O mənə göz vuraraq, istehza ilə gülümsədi: 

– Tanımadın? 

downloaded from KitabYurdu.org



 

280 


 

V FƏSİL 

 

Birdən onu tanıyıb bərkdən dedim: 



– Ba! Sən ki Masloboyevsən! Nə qəribə təsadüf! 

O  mənim,  hələ  quberniya  gimnaziyasında  oxuyarkən 

məktəb yoldaşım olmuşdu. 

– Bəli, çox qəribə təsadüfdür! Altı ildir ki, bir-birimizə 

rast  gəlmirik.  Əslində  rast  gəlmişik,  amma  siz  əlahəzrət 

cənabları 

dönüb 

mənə 


baxmağı 

özünüzə 


layiq 

görməmisiniz...  Siz  axı  indi  generalsınız,  yəni  ədəbiyyat 

generalı! – bunu söyləyərkən o, istehza ilə gülümsədi. 

Mən onun sözünü kəsdim: 

–  Yox,  Masloboyev,  qardaş,  sən  bunu  yalan  dedin. 

Əvvələn  budur  ki,  generallar,  lap  elə  ədəbiyyat  generalı 

olsun,  üzdən  mənim  kimi  olmurlar.  İkincisi  də,  icazə  ver 

sənin yadına salım ki, doğrudan da, küçədə bir-iki dəfə sənə 

rast gəlmişəm, bu mənim yadımdadır, amma sən mənə yaxın 

gəlmədin,  görünür,  məndən  qaçırdın.  Bir  adam  ki,  məndən 

qaçır,  daha  mən  ona  niyə  yaxınlaşım?!  Bilirsən  mən  nə 

downloaded from KitabYurdu.org




 

281 


düşünürəm?  İndi  sən  kefli  olmasaydın,  yenə  də  məni 

səsləməyəcəkdin.  Doğru  demirəmmi?  Yaxşı,  xoş  gördük! 

Mən, qardaş, sənə rast gəldiyimə çox-çox sevinirəm. 

–  Doğrudanmı?!  Mən  öz...  başqa  görünüşümlə  səni 

biabır eləmirəm ki? Axı bunu soruşmağın nə mənası, məsələ 

bunda  deyil.  Vanya  qardaş,  sənin  necə  yaxşı  bir  uşaq 

olduğun  həmişə  mənim  yadımdadır!  Yadındadırmı,  səni 

necə  mənim  üstümdə  çubuqla  döydülər?  Amma  sən  susub 

durdun,  məni  ələ  vermədin,  mən  bunun  üçün  sənə  təşəkkür 

etmək  əvəzinə  bir  həftə  səni  lağa  qoydum.  Sən  çox  təmiz 

adamsan!  Xoş  gördük,  əzizim,  xoş  gördük  (biz  öpüşdük)! 

Gör neçə ildir ki, mən təkbaşına yaşayıram, əziyyət çəkirəm, 

gecəni  gündüzə,  gündüzü  gecəyə  qatıb  yola  salıram,  amma 

keçmişi unutmuram. Unutmaq olmur! Bəs sən, sən necə? 

–  Mən  necə  olacağam,  mən  də  təkbaşına  yaşayıram, 

əziyyət çəkirəm... 

O,  şərabdan  zəifləmiş  bir  adam  nəzəri  ilə,  mənə 

mehribanca xeyli baxdı. Bunsuz da o son dərəcə xoşməzac 

bir adam idi. 

Nəhayət, o, iztirab dolu bir səslə dedi: 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə