F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə59/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   55   56   57   58   59   60   61   62   ...   161

 

291 


sənə  layiq  adam  deyiləm. Sən  bir şeyi  də doğru  dedin: indi 

mən ancaq ona görə sənə yanaşdım ki, kefli idim. Hərçənd, 

mənim  bu  dediklərim  boş-boş  şeylərdir,  indi  daha  mənim 

barəmdə  olan  söhbəti  kəsək.  Yaxşısı  budur,  sənin  barəndə 

danışaq.  Əzizim,  oxudum!  Oxudum!  Mən  də  oxudum. 

Dostum, sənin birinci əsərin barədə deyirəm. Qardaş, elə ki 

oxudum,  az  qaldı  ki,  abırlı  bir  adam  olum!  Lap  az  qaldı! 

Ancaq  bir  az  fikirləşdim,  götür-qoy  elədim,  bu  qərara 

gəldim ki, abırsız adam olmaq daha yaxşıdır. Bəli, belə... 

Masloboyev  çox  şeylər  danışdı.  Getdikcə  o  daha  artıq 

keflənir, ürəyi daha artıq yumşalır, az qalırdı ki, ağlasın. O, 

əziz,  sevimli  bir  adam  idi,  həmişə  də  ağlı  başında  olardı, 

fikrən  də,  özünə  görə,  çox  inkişaf  etmişdi.  O  hələ  lap 

məktəbdə  oxuyarkən  hiyləgər,  bic,  kələklə,  yaranmaqla  hər 

yerə  baş  soxan,  öz  xeyri  üçün  işə  əngəl  qatan  bir  uşaq  idi, 

böyüyəndə  də  belə  qalmışdı,  dəyişməmişdi.  Bununla  belə, 

qəlbdən məhrum deyildi, məhv olmuş bir adam idi. Rusların 

arasında belə adamlar çoxdur. Bəzən onlar böyük qabiliyyət 

sahibi  olurlar,  lakin  bu  şeylər  onların  şəxsiyyətində  bir-

birinə  dolaşaraq  çarpaşıq  düşür.  Bundan  başqa,  onlar  öz 

downloaded from KitabYurdu.org



 

292 


zəiflikləri  üzündən  müəyyən  məsələlərdə  bilə-bilə  nəinki 

məhv olurlar, hətta məhv olmağa getdiklərini qabaqcadan da 

bilirlər. Masloboyev də şərabda boğulub məhv olmuşdu. 

O, sözünə davam edərək dedi: 

– İndi, dost, bir söz də deyim. Əvvəl sənin adının gur-

gur  gurladığını  eşitmişdim.  Sonra  sənin  barəndə  cürbəcür 

tənqidlər  oxudum,  doğrudan  da,  oxudum.  Yəqin  sən  elə 

düşünürsən ki, indi mən heç bir şey oxumuram, sonra sənə 

bir  neçə  dəfə  rast  gəldim:  uzunboğaz,  yırtıq  çəkmə 

geyinmişdin,  palçıqda  qaloşsuz  gəzirdin,  başında  əzilmiş 

şlyapa  vardı,  bundan  bildim  ki,  vəziyyətin  necədir.  İndi, 

deyəsən, jurnallara yazırsan, eləmi? 

– Elədir, Masloboyev. 

–  Deməli,  poçt  arabalarına  qoşulan  yabılar  sırasına 

yazılmısan? 

– Buna oxşayır. 

– Qardaş, bunu görüb, bilirsən mən nə deyirəm: içmək 

yaxşıdır! Mən doyunca içib divanda uzanıram (çox qəşəng, 

yaylı  bir  divanım  var),  düşünürəm  ki,  mən,  məsələn, 

Homerəm, ya Dantam, ya da Fridrix Barbarusam, adam axı 

downloaded from KitabYurdu.org



 

293 


nə istəsə, təsəvvür edə bilər. Amma sən Dant, ya da Fridrix 

Barbarus  olduğunu  təsəvvür  etməzsən.  Əvvəla  ona  görə 

təsəvvür  etməzsən  ki,  sən  öz-özlüyündə  qalmaq  istəyirsən, 

ikincisi də, ona görə təsəvvür etməzsən ki, arzu etmək sənə 

qadağan  edilmişdir,  çünki  sən  poçt  arabalarına  qoşulan 

yabılar sırasına yazılmısan. Mənimki – təsəvvürdür, səninki 

–  həqiqət.  Mənə  bax,  sənə  lap  qardaşcasına  açıq  deyirəm 

(yoxsa  məni  on  il  incitmiş,  alçaltmış  olacaqsan),  sənə  pul 

lazımdırmı? Yaxşı, üz-gözünü turşutma. Mənim pulum var. 

Al, apar nəşriyyatla haqq-hesabını qurtar, üzülmüş xamıtı at 

boynundan, sonra da özünü birillik təmin elə, otur, böyük bir 

əsər yaz. Hə? Necə bilirsən? 

–  Masloboyev,  qulaq  as!  Sənin  qardaşcasına  təklifinə 

çox böyük qiymət verirəm, ancaq indi sənə heç bir şey deyə 

bilmərəm.  Niyə?  Bu  uzun  söhbətdir.  Ayrı  məsələ  var.  Hər 

halda,  söz  verirəm  ki,  sonra  hamısını  qardaşcasına 

söyləyərəm.  Etdiyin  təklif  üçün  təşəkkür  edirəm,  söz 

verirəm,  sənin  yanına  gələcəyəm,  özü  də  çox  gələcəyəm. 

Bilirsən  nə  var?  Sən  mənimlə  açıqsan,  ona  görə  də  səninlə 

bir şeyi məsləhətləşmək istəyirəm, belə işlərdə sən ustasan. 

downloaded from KitabYurdu.org



 

294 


Mən, lap qənnadı dükanından başlayaraq, Smitin, onun 

nəvəsinin başına gələn əhvalatı Masloboyevə danışdım. Çox 

qəribədir,  bu  əhvalatı  danışanda  mən  onun  gözlərinə 

baxırdım.  Mənə  elə  gəldi  ki,  bu  şeylərdən  o  az-çox 

xəbərdardır. Mən bunu ondan soruşdum. 

O dedi ki: 

– Yox, belə deyil. Doğrudur,  mən Smit haqqında bəzi 

şeylər  eşitmişəm,  eşitmişəm  ki,  qoca  bir  adam  qənnadı 

dükanında  ölmüşdür.  O  ki  qaldı  madam  Bubnova,  mən 

doğrudan  da,  onun  barəsində  bəzi  şeylər  bilirəm.  İki  ay 

bundan əvvəl mən bu arvaddan rüşvət də almışam. Je prends 

mon  bien,  ouje,  le  trouve

1

  yalnız  bu  mənada  mən  Molyerə 



oxşayıram.  Ondan  yüz  manat  qopartsam  da,  elə  oradaca 

özümə söz verdim ki, sonra ondan yüz deyil, beş yüz manat 

qoparım.  Çox  murdar  arvaddır!  Pis-pis  işlərlə  məşğul  olur. 

Məşğul  olur  olsun,  sözümüz  yoxdur,  ancaq  bəzən  çox 

yaman işlərə əl atır. Rica edirəm, sən məni Don Kixot hesab 

eləmə. Məsələ burasındadır ki, bundan mənə çox xeyir dəyə 

                                                 

1

“Mən öz malımıtapdığım yerdən götürürəm”(frans.) – Molyerin sevdiyi atalar 



sözüdür.  

downloaded from KitabYurdu.org




 

295 


bilər,  buna  görə  də  yarım  saat  əvvəl  Sizobryuxova  rast 

gələndə  çox  sevindim.  Görünür,  Sizobryuxovu  bura 

gətiriblər,  özü  də  yekəqarın  gətirib.  Mən  yekəqarının 

xüsusilə  nə  kimi  işlərlə  məşğul  olduğunu  bildiyim  üçün 

bundan da belə nəticə çıxarıram... Görsün  mən onun başına 

nə  iş  açacağam!  Səndən  o  qız  məsələsini  eşitdiyimə  çox 

sevinirəm, indi mən başqa bir iz tapmışam. Qardaş, mən axı 

cürbəcür qeyri-rəsmi komissiyalarla məşğul oluram, özü də 

heç  bilirsən  necə  adamlarla  tanışam!  Bu  yaxınlarda  bir 

knyaz  üçün  bir  məsələ  axtarırdım,  elə  bir  məsələ  ki,  bunu 

heç  o  knyazdan  gözləmək  olmazdı.  İstəyirsən,  ərli  bir 

arvadın  başına  gələn  əhvalatdan  danışım?  Sən,  qardaş, 

mənim yanıma gəl, sənə elə süjetlər hazırlamışam ki, onları 

yazsan, sənə heç inanmazlar da... 

Mən nəsə hiss edərək onun sözünü kəsdim: 

– O knyazın familiyası nədir? 

– Nəyinə lazımdır? Buyur: Valkovskidir. 

– Pyotr? 

– Özüdür ki var. Sən onunla tanışsanmı? 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə