F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə67/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   63   64   65   66   67   68   69   70   ...   161

 

333 


Valkovskini tanıyıram. Sən yaxşı eləyirsən ki, qızı qocaların 

yanına aparmaq istəyirsən. Yoxsa, o səni narahat eləyər. Bir 

də ki, gör nə deyirəm, ona axı əyin-baş lazımdır. Bu barədə 

narahat olma, mən bunu öz öhdəmə götürürəm. Sağ ol, tez-

tez gəl. O indi yatıb, nədir? 

– Deyəsən, yatıb. 

Masloboyev gedən kimi Yelena məni çağırdı: 

– O kim idi? 

Onun səsi titrəyirdi, lakin o yenə də mənə əvvəlki kimi 

diqqətlə,  bir  az  da,  deyəsən,  qürurla  baxırdı.  Mən  bunu 

başqa cürə izah edə bilmirəm. 

Mən ona Masloboyevin familiyasını söylədim, bunu da 

əlavə  etdim  ki,  səni  ancaq  onun  vasitəsilə  Bubnovanın 

əlindən  ala  bilmişəm.  Bubnova  ondan  çox  qorxur.  Birdən 

onun  yanaqları  şəfəq  kimi  alışdı,  görünür,  yadına  nəsə 

düşübmüş... 

Diqqətlə mənə baxaraq soruşdu: 

– Bubnova bura heç gəlməyəcək? 

Mən  tez  onu  bu  barədə  arxayın  etdim.  Yelena  susdu, 

mənim əlimi öz qızdırmalı əlinə aldı, lakin elə o saat da bir 

downloaded from KitabYurdu.org



 

334 


şey  xatırlamış  kimi,  buraxdı.  Mən  düşünərək  öz-özümə 

dedim: “Ola bilməz ki, o mənə bu qədər nifrət etmiş olsun!” 

Onun  xasiyyəti  belədir,  ya  da...  ya  da  yazıq  qızın  başı  o 

qədər müsibət çəkmişdir ki, o daha heç kəsə inanmır. 

Təyin  edilmiş  vaxtda  dərmanları  gətirməyə  getdim, 

eyni  zamanda,  tanıdığım  aşxanaya  girdim,  burada  nahar 

edərdim, mənə inanıb nisyə xörək verirdilər. Bu dəfə evdən 

çıxanda  qab  da  götürdüm,  Yelena  üçün  aşxanadan  bir 

adamlıq toyuq şorbası aldım. Lakin o, şorbanı yemədi, şorba 

xeyli vaxt sobanın üstündə qaldı. 

Yelenaya  dərman  verib  işləməyə  başladım.  Mən  elə 

bilirdim  ki,  o  yatıb,  lakin  təsadüfən  ona  tərəf  baxanda 

gördüm  ki,  Yelena  başını  qaldırıb  mənim  yazı  yazdığımı 

diqqətlə  müşahidə  edir.  Mən  özümü  elə  göstərdim  ki,  guya 

onun baxdığını görmürəm. 

Nəhayət, Yelena rahatca yatdı, mən buna çox sevindim, 

indi  o  nə  sayıqlayır,  nə  də  zarıldayırdı.  Məni  fikir  götürdü. 

Nataşanın bu şeylərdən xəbəri olmadığı üçün, mənim bu gün 

getməməyimdən, o nəinki inciyər, hətta belə bir vaxtda onu 

unutduğumdan ürəyi sına da bilərdi, bəlkə də mən indi ona 

downloaded from KitabYurdu.org



 

335 


əvvəlki  vaxtlardan  daha  artıq  lazım  idim...  Bəlkə  də  indi 

onun  mənə  bir  işi  düşəcəkdi,  ya  bəlkə  mənə  bir  iş 

tapşıracaqdı, mən də ki, onun yanında yox! 

O  ki  qaldı  Anna  Andreyevnaya,  heç  bilmirdim  sabah 

onun yanında özümü necə təmizə çıxaracağam. Fikirləşdim, 

fikirləşdim,  birdən  belə  bir  qərara  gəldim:  ora  da  gedim, 

bura da! Mənim gedib-gəlməyim iki saatdan artıq çəkməzdi. 

Yelena  yatmışdı,  mənim  getdiyimi  bilməyəcəkdi.  Cəld 

yerimdən  qalxdım,  paltomu  çiynimə  atıb,  furajkamı 

götürdüm,  elə  qapıdan  çıxmaq  istəyirdim  ki,  Yelena  məni 

çağırdı.  Mən  buna  təəccüb  etdim:  yoxsa  o  yatmayıbmış, 

özünü bicliyə qoyubmuş? 

Yeri  gəlmişkən,  bir  şeyi  də  deyim.  Yelena  özünü  elə 

göstərirdi  ki,  guya  mənimlə  danışmaq  istəmir,  lakin  onun 

məni tez-tez çağırması, öz şübhələrini həll etmək üçün mənə 

müraciət  etməsi  bunun  əksini  sübut  edirdi, etiraf edirəm  ki, 

bu da mənim üçün xoş idi. 

Mən Yelenaya yaxınlaşdım. O soruşdu: 

– Siz məni hara vermək istəyirsiniz? 

downloaded from KitabYurdu.org




 

336 


Ümumiyyətlə,  o  öz  suallarını  mən  heç  gözləmədiyim 

halda, qəfildən verirdi. Bu dəfə mən hətta onu əvvəlcə başa 

düşmədim. 

– Bayaq siz öz tanışınızla danışırdınız ki, məni kiməsə 

vermək istəyirsiniz. Mən heç kəsin evinə getməyəcəyəm. 

Mən Yelenaya tərəf əyildim. O yenə də qızdırma içində 

yanırdı, yenə də isitmə böhranı başlanmışdı. Mən ona təsəlli 

və ümid verməyə başladım, onu əmin edib dedim ki, mənim 

yanımda  qalmaq  istəsən,  səni  heç  kəsə  vermərəm.  Bunu 

deyib paltonu, furajkanı çıxartdım. Belə bir vəziyyətdə onu 

qoyub getməyə ürəyim gəlmədi. 

Mənim getmək istəmədiyimi dərhal başa düşərək dedi: 

–  Yox,  gedin!  Mən  yatmaq  istəyirəm,  bu  saat 

yatacağam. 

Mən təəccüblə: 

– Sən axı tək necə qalarsan? – dedim. – Mən yəqin ki, 

iki saata kimi qayıdıb gələcəyəm. 

–  Yaxşı,  gedin.  Mən  il  uzunu  xəstə  olacağam,  siz  də 

bütün ili evdən çıxmayacaqsınız... 

downloaded from KitabYurdu.org




 

337 


O  gülümsəmək  istədi,  qəribə  bir  halda  mənə  baxdı, 

sanki  qəlbində  oyanan  xoş  bir  hiss  ilə  mübarizə  edirdi. 

Yazıq  qız!  O  nə  qədər  özünü  adamdan  qaçan,  acıqlı 

göstərmək  istəsə  də,  mehriban,  şəfqətli  qəlbi  öz  varlığını 

hiss etdirirdi. 

Əvvəl  mən  Anna  Andreyevnanın  yanına  getdim.  O 

məni  böyük  bir  səbirsizliklə  gözləyirdi,  məni  görüb 

danlamağa  başladı,  özü  isə  yamanca  təşviş  içində  idi. 

Nikolay  Sergeiç  nahar  edən  kimi  həyətdən  çıxıb  getmişdi, 

hara  getdiyi  də  məlum  deyildi.  Mən  hiss  etdim  ki,  Anna 

Andreyevna  səbir  edə  bilməyərək,  Nataşa  haqqında 

eşitdiklərini, adəti üzrə, eyhamla ona söyləmişdir. O özü də 

bunu  məndən  gizlətmədi,  üstüörtülü  dedi  ki,  belə  bir  şad 

xəbəri  Nikolay  Sergeiçə  söyləməməyə  səbrim  çatmadı, 

Nikolay Sergeiç bunu eşidəndə bulud kimi qaraldı (bu onun 

öz ifadəsidir), heç bir söz demədi, susub durdu, hətta mənim 

suallarıma  da  cavab  vermədi,  nahardan  sonra  birdən  çıxıb 

getdi.  Bunu  söyləyərkən  az  qalırdı  ki,  qorxudan  Anna 

Andreyevnanın  bədəni  əssin,  mənə  yalvardı  ki,  Nikolay 

Sergeiç  gələnə  kimi  burada  qal.  Mən  qəti  surətdə  bundan 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə