F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə86/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   82   83   84   85   86   87   88   89   ...   161

 

430 


Alyoşa acı bir hiss ilə sözünə davam etdi: 

–  Bəs  niyə  bu  mənə  belə  göründü?  Niyə  axı  çoxdan 

mənə  elə  gəlir  ki,  sən  mənə,  ata  öz  oğluna  baxan  kimi 

baxmırsan,  mənə  soyuq  bir  istehza  ilə,  bir  düşmən  kimi 

baxırsan.  Niyə  mənə  elə  gəlir  ki,  əgər  mən  sənin  yerində 

olsaydım,  öz  oğluma,  indi  sən  mənə  gülən  kimi,  həqarətlə 

gülməzdim. Mənə bax, gəl açıq danışaq, elə açıq danışaq ki, 

daha  bizim  aramızda  nə  indi,  nə  də  sonralar,  heç  bir 

anlaşılmaz şey qalmasın. Mən... bütün həqiqəti açıb demək 

istəyirəm...  Bura  gələndə  mənə  elə  gəldi  ki,  burda  da 

anlaşılmaz bir şey olmuşdur, mən sizi burada bir yerdə belə 

görəcəyimi  gözləmirdim.  Belədir,  ya  yox?  Əgər  belədirsə, 

onda yaxşı olmazmı ki, hər kəs öz hisslərini açıb söyləsin? 

Açıq danışmaqla çox pislikləri rədd etmək olar! 

Knyaz: 

–  Alyoşa,  danış,  danış!  –  dedi.  –  Sənin  bu  təkliflərin 



çox  ağıllı  təklifdir.  –  Nataşaya  baxaraq  əlavə  etdi:  –  Bəlkə 

də elə bundan başlamaq lazım idi. 

– Mənim tamam açıq danışmağımdan incimə. Sən özün 

bunu  istəyirsən,  özün  buna  məcbur  edirsən.  Qulaq  as.  Sən 

downloaded from KitabYurdu.org



 

431 


mənim  Nataşa  ilə  evlənməyimə  razılıq  verdin,  sən  bizə  bu 

xoşbəxtliyi  verdin,  bundan  ötrü  də  öz-özünə  qalib  gəldin. 

Sən  alicənablıq  göstərdin,  biz  hamımız  da  sənin  bu  nəcib 

hərəkətini bəyəndik. Bəs niyə indi sən elə bir ucdan sevinə-

sevinə  eyham  vurursan  ki,  mən  gülünc  bir  uşağam,  ər 

olmağa heç də layiq deyiləm? Hələ bu harasıdır, sən elə bil 

ki,  məni  Nataşanın  qarşısında  ələ  salmaq,  alçaltmaq,  hətta 

elə bil ki, məni pisləmək, onun gözündən salmaq istəyirsən. 

Sən  həmişə  məni  heç  olmasa,  bir  cəhətdən  gülünc 

göstərməyə müvəffəq olanda çox-çox sevinirsən, mən bunu 

indi deyil, çoxdan duymuşam. Elə bil ki, sən çalışırsan bizə 

sübut  edəsən  ki,  bizim  evlənməyimiz  gülünc,  mənasız  bir 

şeydir, biz bir-birimizin tayı deyilik. Doğrudan da, elə bil ki, 

sən  özün  də  bizim  üçün  hazırladığın  bu  məsələyə 

inanmırsan, elə bil ki, bu şeyə bir zarafat, əyləncəli bir oyun, 

gülməli  bir  vodevil  kimi  baxırsan...  Mən  sənin  ancaq 

bugünkü  sözlərindən  belə  bir  nəticəni  çıxartmıram.  Mən 

həmin  axşam,  çərşənbə  axşamı,  buradan  sənin  yanına 

qayıdan kimi, səndən bir neçə qəribə söz eşitdim, bu sözlər 

məni  heyrətə  saldı,  hətta  mənim  kefimi  pozdu.  Çərşənbə 

downloaded from KitabYurdu.org



 

432 


günü  də  sən  gedəndə,  yenə  bizim  indiki  vəziyyətimizə  aid 

bir neçə eyhamlı söz söylədin, Nataşa haqqında da bir neçə 

söz dedin, bunlar təhqiredici sözlər deyildi, ancaq elə sözlər 

idi  ki,  bunları  mən  səndən  eşitmək  istəməzdim,  bunlar 

həddindən  artıq  yüngül  sözlər  idi,  bu  sözlərdə  Nataşaya 

qarşı elə bil nə məhəbbət, nə də hörmət vardı... Bunu söz ilə 

izah etmək çətindir, amma sənin ifadə tərzin bunu aydın hiss 

etdirirdi,  qəlbim  duyurdu.  İndi  də  ki,  sən  yanılırsan.  Məni 

inandır,  bu  fikirdən  döndər,  məni  ürəkləndir,  bir  də  ki... 

Nataşanı  da  inandır,  onu  da  ürəkləndir,  çünki  sən  onun  da 

ovqatını  təlx  eləmisən.  Mən  bura  girən  kimi,  ilk  baxışda 

bunu başa düşdüm. 

Alyoşa bu sözləri qızğın və möhkəm bir ifadə ilə dedi. 

Nataşa  qıpqırmızı  qızarmışdı,  həyəcan  və  təntənə  ilə 

Alyoşaya qulaq asırdı. Alyoşa danışarkən, o bir-iki dəfə öz-

özünə dedi: “Hə, hə, elədir!” 

Knyaz karıxmışdı. 

–  Əzizim,  sənə  dediklərimin  hamısı,  əlbəttə,  mənim 

yadımda deyil, əgər sən mənim sözlərimi bu cəhətdən başa 

düşmüsənsə,  bu  çox  qəribədir.  Mən  sənin  haqqında  bu 

downloaded from KitabYurdu.org



 

433 


fikirdə  olmamışam,  mən  bacardığım  qədər  səni  buna 

inandırmağa  hazıram.  Əgər  mən  indi  gülürəmsə,  bunun 

səbəbi aydındır. Sənə deyim ki, bu gülüşümlə  mən hətta öz 

dərdimi  gizlətməyə  çalışırdım.  İndi  mən  fikirləşəndə  ki,  bu 

yaxında  sən  evlənməyə  hazırlaşırsan,  bu  mənə  qətiyyən 

mümkün  olmayan,  tamamilə  mənasız,  bağışla  məni,  hətta 

gülməli  bir  şey  kimi  görünür.  Bu  gülüş  üçün  sən  məni 

məzəmmət edirsən, mən də deyirəm ki, bu sənin ucbatından 

olmuşdur.  Mən  öz-özümü  də  müqəssir  görürəm,  bəlkə  son 

vaxtlarda  sənə  az  fikir  vermişəm,  buna  görə  də  sənin  nəyə 

qabil  olduğunu  yalnız  indi,  bu  axşam  bilmişəm.  İndi  mən 

sənin  Natalya  Nikolayevna  ilə  evlənəcəyini  fikirləşəndə 

bədənim  tir-tir  əsir.  Mən  tələsmişəm,  mən  indi  görürəm  ki, 

siz  bir-birinizə  heç  oxşamırsınız.  Hər  bir  sevgi  keçib  gedir, 

amma  adamın  bir-birinə  oxşamaması  həmişəlik  qalır.  Mən 

sənin  necə  olacağını  hələ  demirəm,  ancaq  özün  bir  fikirləş: 

əgər sənin, doğrudan da, belə bir niyyətin varsa, onda özünlə 

bərabər  Natalya  Nikolayevnanı  da  məhv  edirsən,  mütləq 

məhv  edirsən!  Budur, sən indi  insanlığa olan  məhəbbətdən, 

əqidənin nəcibliyindən, tanış olduğun nəcib adamlardan bir 

downloaded from KitabYurdu.org



 

434 


saat  danışdın.  İndi  sən  İvan  Petroviçdən  soruş,  gör,  bayaq 

biz o murdar pilləkənlə dördüncü mərtəbəyə qalxanda, qapı 

qabağında  dayanıb,  sağ-salamat  gəlib  buraya  çatdığımız 

üçün  Allaha  şükür  edəndə,  mən  ona  nə dedim?  Bilirsənmi, 

elə o saat qeyri-ixtiyari olaraq, mənim ağlıma nə gəldi? Mən 

bir  şeyə  təəccüb  etdim.  Sən  Natalya  Nikolayevnanı  belə 

sevdiyin  halda,  onun  belə  bir  mənzildə  yaşamasına  necə 

dözə  bilirsən?  Əgər  sənin  pulun  yoxdursa,  əgər  sənin  öz 

vəzifəni yerinə yetirməyə qabiliyyətin yoxdursa, onda sənin 

ər olmağa, öz üzərinə bir vəzifə götürməyə haqqın yoxdur, 

sən  necə  də  bunu  başa  düşmürsən?  Yalnız  sevmək  azdır, 

sevgi  işdə  göstərilir,  amma  gör  sən  necə  fikirləşirsən! 

Deyirsən  ki:  “Əziyyət  də  çəksən,  mənimlə  bir  yerdə  yaşa!” 

Axı  bu  insanlıqdan  kənar  şeydir,  bu  nəcib  hərəkət  deyil! 

Ümumi  məhəbbətdən  danışasan,  bəşəri  məsələlərdən  dəm 

vurasan,  eyni  zamanda,  məhəbbətə  qarşı  cinayət  işləyəsən, 

bunu görməyəsən – bu axı necə olur? Natalya Nikolayevna, 

sözümü  kəsməyin,  qoyun  qurtarım.  Mən  son  dərəcə  əzab 

çəkirəm, mən gərək ürəyimi boşaldım. Alyoşa, sən dedin ki, 

mən bu bir neçə günü nəcib, gözəl, vicdana aid olan şeylərlə 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə