F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə89/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   85   86   87   88   89   90   91   92   ...   161

 

445 


ki, əvvəlki sevgisində hər şey ona tanışdır, hər şey köhnədir

orada  çox  ciddidirlər,  tələbkardırlar,  orada  onu  qısqanırlar, 

danlayırlar,  orada  gözyaşı  var...  Əgər  orada  onunla  zarafat 

da  etsələr,  oynasalar  da,  onunla  özlərinə  tay  bir  adam  kimi 

deyil, bir uşaq kimi oynayıb zarafat edirlər... Xüsusilə, orada 

hər şey köhnədir, hər şey ona məlumdur... 

Nataşa  qəhərlənmişdi,  o  az  qalırdı  boğulsun,  lakin  o 

birdəqiqəliyə də özünü saxlaya bildi. 

– Sonra nə olmalı idi? Sonra vaxt öz işini görməli idi. 

Nataşa  ilə  evlənmək  vaxtı  hələ  ki,  təyin  edilməmişdi,  hələ 

vaxt  çox  idi,  hər  şey  dəyişə  bilərdi...  Bu  arada  da  sizin 

eyhamlarınız,  izahatınız,  natiqliyiniz...  Bu  adamı  təngə 

gətirən  Nataşaya  hətta  böhtan  da  atmaq  olar,  onu  pis 

vəziyyətdə də göstərmək olar, sonra da... Bu şeylər necə həll 

olunar  –  məlum  deyil,  ancaq  qalibiyyət  sizindir!  Alyoşa! 

Əzizim,  məni müqəssir tutma! Demə ki, mən sənin sevgini 

başa  düşmürəm,  onun  qədrini  yaxşı  bilmirəm!  Mən  axı 

bilirəm  ki,  sən  indi  də  məni  sevirsən,  bu  anda,  bəlkə  də, 

mənim  şikayətlərimi  başa  düşmürsən.  Mən  bunları  açıb 

deməklə çox-çox pis iş tutduğumu bilirəm. Axı mən nə edim 

downloaded from KitabYurdu.org



 

446 


ki,  bunları  başa  düşə-düşə  səni  daha  artıq  sevirəm...  Lap... 

dəlicəsinə sevirəm! 

Nataşa əllərilə üzünü örtdü, kresloya yıxılıb, uşaq kimi 

hönkür-hönkür  ağlamağa  başladı.  Alyoşa  qışqıraraq  onun 

üstünə  yüyürdü.  Nataşanın  gözyaşını  o,  gözyaşısız  görə 

bilmirdi. 

Onun  ağlaması,  deyəsən,  knyaza  çox  kömək  etdi: 

Nataşanın  bu  uzun,  ehtiraslı  sözləri,  knyaza  qarşı  olan  bu 

sərt  çıxışı  (knyaz  elə  bircə  ədəb-ərkan  qaydalarını 

gözləyərək  bundan  inciməli  idi),  görünür,  dəlicəsinə 

qısqanclıqdan,  təhqir  olunmuş  sevgidən,  hətta  xəstəlikdən 

meydana gəlirdi. Hətta ona təskinlik vermək lazımdır... 

Knyaz ona təsəlli verməyə başladı: 

–  Natalya  Nikolayevna,  sakit  olun,  ovunun!  Bunlar 

hamısı həddindən artıq əsəbiləşməkdən, xəyaldan, təklikdən 

əmələ  gələn  şeylərdir...  Siz  Alyoşanın  yüngül,  dəmdəməki 

hərəkətlərindən  son  dərəcə  acıqlanmısınız...  Axı  bu  ancaq 

onun  dəmdəməkiliyindən  irəli  gəlir...  Sizin  xüsusilə  qeyd 

etdiyiniz  əsas  bir  məsələ  –  çərşənbə  günü  baş  verən  hadisə 

ki var, bu hər şeydən əvvəl, Alyoşanın sizə son dərəcə bağlı 

downloaded from KitabYurdu.org



 

447 


olduğunu  sübut  etməlidir...  Amma  siz,  əksinə,  elə  zənn 

edirsiniz ki... 

Nataşa dərdli-dərdli ağlayaraq onun sözünü kəsdi: 

–  Ah,  danışmayın,  heç  olmasa,  indi  mənə  əzab 

verməyin. Mənim qəlbim nə varsa, hamısını mənə demişdir, 

özü  də  çoxdan  demişdir!  Alyoşanın  əvvəlki  sevgisi  daha 

keçib  getmişdir...  Yoxsa,  siz  elə  güman  edirsiniz  ki,  mən 

bunu  başa  düşmürəm?  Burda,  bu  otaqda  qalanda...  O  məni 

qoyub  gedəndə,  məni  unudanda...  mən  bunun  hamısını 

duymuşam...  düşünmüşəm...  Mən  başqa  nə  edə  bilərdim? 

Alyoşa, mən səni müqəssir görmürəm... Knyaz, niyə axı siz 

məni aldadırsınız? Yoxsa, siz elə zənn edirsiniz ki, mən öz-

özümü aldatmaq istəməmişəm?! Ah, bir neçə dəfə, bir neçə 

dəfə aldatmaq istəmişəm! Yoxsa, mən Alyoşanın hər səsinə, 

səsindəki  hər  ifadəyə  qulaq  asmamışam?  Yoxsa,  mən  onun 

fikirlərini,  hisslərini  onun  üzündən,  gözlərindən  oxumağı 

öyrənməmişəm?..  Daha  hər  şey,  hər  şey  məhv  olmuş,  hər 

şey bitmişdir... Ah, mən nə bədbəxtəm!.. 

Alyoşa  onun  qarşısında  dizləri  üstə  durub  ağlayırdı. 

Ağlaya-ağlaya deyirdi: 

downloaded from KitabYurdu.org



 

448 


– Hə, hə, müqəssir mənəm! Bu hamısı məndəndir!.. 

–  Alyoşa,  yox,  özünü  müqəssir  görmə...  Burda 

başqalarının əli var... Onlar bizim düşmənimizdir! Müqəssir 

onlardır... onlardır! 

Knyaz bir qədər səbirsizlik göstərərək dedi: 

– Bir icazə verin, axı belə olmaz, siz hansı  əsasa görə 

bu  cinayətləri  mənim  ayağıma  yazırsınız?  Axı  bu  ancaq 

sizin heç bir şeylə sübut edilməmiş mülahizələrinizdir... 

Nataşa tez kreslodan qalxaraq bərkdən dedi: 

– Sübutmu?! Siz sübutmu istəyirsiniz, hiyləgər adam?! 

Siz  öz  təklifinizlə  bura  gələndə  başqa  cürə  hərəkət  edə 

bilmədiniz,  edə  bilmədiniz!  Siz  gərək  öz  oğlunuzu  sakit 

edəydiniz,  onu  tovlayıb  vicdan  əzabı  çəkməsinin  qarşısını 

alaydınız  ki,  o  sərbəstcə,  sakitcə  özünü  tamamilə  Katyaya 

təslim  edə  bilsin,  onsuz  da  Alyoşa  həmişə  məni 

xatırlayacaqdı,  sizin  sözünüzə  baxmayacaqdı,  durub 

gözləmək isə sizin zəhlənizi tökmüşdü. Bu doğru deyilmi? 

Knyaz acı-acı, həm də istehza ilə gülümsədi: 

– Etiraf edirəm ki, əgər mən sizi aldatmaq istəsəydim, 

doğrudan da, belə edərdim. Siz çox ağıllısınız, amma bunu 

downloaded from KitabYurdu.org



 

449 


sübut eləmək lazımdır, ancaq sübut etdikdən sonra adamları 

belə məzəmmətli sözlərlə təhqir etmək olar... 

– Sübut etmək?! Bəs sizin bütün əvvəlki hərəkətləriniz, 

onda  ki  siz  onu  məndən  ayırmağa  çalışırdınız,  bu  sübut 

deyilmi? Bir adam ki, kübar cəmiyyətindəki xeyri üçün, pul 

üçün  oğluna  belə  vəzifələrə  etinasızlıq  göstərməyi,  bu 

vəzifələrlə  oynamağı  öyrədir,  o  öz  oğlunun  əxlaqını  pozur! 

Bayaq  siz  pilləkən  haqqında,  pis  mənzil  haqqında  nə 

dediniz?  Bizi  ehtiyac,  aclıq  üzündən  ayrılmağa  məcbur 

etmək  istəyən,  bunun  üçün  də  əvvəllər  verdiyiniz  maaşı 

onun əlindən alan siz deyilsiniz? Belə mənzil, belə pilləkən 

sizin  üzünüzdən  bizə  qismət  olmuşdur,  indi  də  durub  onu 

məzəmmət  edirsiniz,  riyakar  adam!  Yaxşı,  həmin  o  axşam, 

sizə  xas  olmayan  o  inam,  o  qızğınlıq  birdən  necə  oldu  ki, 

sizdə  göründü?  Mən  nə  üçün  sizə  elə  lazım  oldum?  Mən 

dörd  gün  bu  otaqda  gəzişmişəm,  mən  sizin  hər  sözünüzü, 

üzünüzün  hər  ifadəsini,  hər  bir  hərəkətinizi  təsəvvür  edib 

düşünmüşəm, 

götür-qoy 

eləmişəm, 

ölçüb-biçmişəm, 

inanmışam  ki,  onlar  hamısı  qondarma  imiş,  yalan  imiş, 

təhqiredici,  nalayiq,  alçaq  bir  zarafat  imiş,  məzhəkə  imiş!.. 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə