F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə90/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   86   87   88   89   90   91   92   93   ...   161

 

450 


Mən  axı  sizi  tanıyıram, çoxdan  tanıyıram!  Hər  dəfə  Alyoşa 

sizin  yanınızdan  gələndə,  sizin  ona  dediyiniz,  təlqin 

etdiyiniz sözləri mən onun sifətindən duyurdum, sizin bütün 

təsirinizi  mən  onun  üzündən  öyrənmişəm!..  Yox,  siz  məni 

aldada bilməzsiniz! Bəlkə sizin yenə də başqa bir niyyətiniz 

var, bəlkə də indi ən əsas məsələdən danışmamışam, bunun 

fərqi yoxdur! Siz məni aldatmısınız, əsas budur! Bunu sizin 

düz üzünüzə demək lazımdır! 

–  Elə  bu?  Bütün  sübutunuz  budur?  Bir  fikirləşin, 

özündən  çıxmış  əsəbi  qadın!  O  nalayiq  hərəkətimlə  (siz 

mənim  çərşənbə  günü  etdiyim  təklifi  belə  adlandırırsınız) 

mən  həddindən  artıq  öz  əl-ayağımı  bağlamışam.  Bu  mənim 

tərəfimdən çox böyük ağılsızlıq olmuşdur. 

– Siz axı nə ilə əl-ayağınızı bağlamısınız, nə ilə?! Sizin 

nəzərinizdə  məni  aldatmaq  nədir?  Bir  də, axı adicə  bir  qızı 

təhqir  etmək  nədir  ki!  O,  ata  evindən  qaçmış,  atası 

tərəfindən  rədd  edilmiş,  özünü  biabır  etmiş,  əxlaqsız, 

köməksiz,  müdafiəsiz  bir  qızdır!  Belə  bir  zarafat  lap 

əhəmiyyətsiz,  lap  xırdaca  bir  xeyir  də  gətirsə,  o  qızla  heç 

hesablaşmaq lazımdırmı?! 

downloaded from KitabYurdu.org



 

451 


–  Natalya  Nikolayevna,  bir  fikirləşin,  görün  siz 

özünüzü  necə  bir  vəziyyətdə  qoyursunuz!  Siz  mütləq  təkid 

edib  deyirsiniz  ki,  guya  mən  sizi  təhqir  etmişəm.  Axı  sizin 

dediyiniz  bu  təhqir  o  qədər  ciddi,  o  qədər  insan  ləyaqətini 

alçaldan bir təhqirdir ki, mən başa düşə bilmirəm, bunu hətta 

necə  təsəvvür  etmək  olar,  lakin  siz  bunun  üzərində  təkid 

edib  durursunuz.  Məni  bağışlayın,  insan  gərək  hər  şeyə  o 

qədər  öyrəşmiş  olsun  ki,  belə  bir  şeyi  bu  cür  asanlıqla 

söyləyə  bilsin!  Sizi  məzəmmət  etməyə  mənim  haqqım  var, 

çünki siz mənim oğlumu mənim əleyhimə çevirirsiniz. Əgər 

o indi sizin üstünüzdə mənim üzümə ağ olmayıbsa da, onun 

qəlbi mənim əleyhimədir... 

Alyoşa həyəcanla: 

–  Yox,  ata,  yox!  –  dedi.  –  Əgər  mən  sənin  üzünə  ağ 

olmamışamsa, bu ondandır ki, mən sənin onu təhqir etdiyinə 

inanmıram, bir də ki, mən heç inana bilmirəm ki, adamı belə 

təhqir etmək olar! 

Knyaz bərkdən dedi: 

– Eşidirsinizmi? 

downloaded from KitabYurdu.org




 

452 


–  Nataşa,  bütün  bu  şeylərə  müqəssir  mənəm!  Atamı 

təqsirkar görmə! Bu günahdır, bu çox pis şeydir! 

Nataşa həyəcanla: 

– Vanya, eşidirsən? O indi mənim əleyhimədir! – dedi. 

Knyaz: 

– Bəsdir, – dedi, – bu ağır söhbəti qurtarmaq lazımdır. 



Qısqanclığın,  kor-koranə  meydana  çıxan  bu  qəzəbli 

coşqunluğu  sizin  xasiyyətinizi  mənim  üçün  tamamilə  yeni 

bir  şəkildə,  hər  bir  hüdud  xaricində  təsvir  edir.  Siz  mənə 

xəbərdarlıq etdiniz. Biz tələsmişik, doğrudan da, tələsmişik. 

Siz  hətta  məni  necə  təhqir  etdiyinizi  hiss  etmirsiniz,  sizin 

üçün bu,  əhəmiyyətsiz bir şeydir. Tələsmişik... tələsmişik... 

Əlbəttə,  mənim  sözüm  müqəddəs  bir  söz  olmalıdır,  lakin... 

mən atayam, oğlumun xoşbəxt olmasını istəyirəm... 

Nataşa özündən çıxmış halda çığırdı: 

–  Siz  öz  sözünüzdən  dönürsünüz!  Əmələ  gəlmiş 

vəziyyət sizi sevindirir! Lakin bilin ki, mən iki gün bundan 

əvvəl, burda, təkbaşına bu qərara gəlmişəm ki, Alyoşanı öz 

sözündən azad edim, indi isə hamının qarşısında bu qərarımı 

təsdiq edirəm. Mən onunla evlənməkdən imtina edirəm! 

downloaded from KitabYurdu.org



 

453 


–  Yəni,  bəlkə  də  siz  onda  onun  bütün  əvvəlki 

narahatlığını,  vəzifə  hissini,  “öz  vəzifəsi  üzrə  olan 

sıxıntılarını”  (necə  ki  özünüz  bayaq  deyirdiniz)  oyatmaq 

istəyirsiniz,  ona  görə  oyatmaq  istəyirsiniz  ki,  bununla  onu 

əvvəlki qayda ilə yenə də özünüzə bağlayasınız. Bu axı sizin 

nəzəriyyənizdə  belə  çıxır,  mən  buna  görə  də  belə  deyirəm, 

daha  bəsdir,  vaxt  özü  məsələni  həll  edər.  Mən  sizinlə 

danışmaq üçün daha sakit dəqiqələr gözləyəcəyəm. Əminəm 

ki, biz öz əlaqəmizi tamamilə kəsmirik. Buna da əminəm ki, 

siz mənim qədrimi daha yaxşı bilməyi öyrənəcəksiniz. Mən 

istəyirdim  ki,  bu  gün  sizin  ata-ananız  haqqında  olan 

tədbirimi  sizə  söyləyim,  bu  tədbirdən  görərdiniz  ki...  lakin 

daha  bəsdir!  –  knyaz  mənə  yaxınlaşıb  əlavə  etdi:  –  İvan 

Petroviç!  Sizinlə  daha  yaxından  tanış  olmaq  indi  mənim 

üçün daha artıq qiymətli olacaqdır, lakin bunu da deyim ki, 

mən  çoxdandı  bu  arzuda  idim.  Əminəm  ki,  siz  məni  başa 

düşərsiniz. Bu günlərdə sizə gələcəyəm, icazə verərsinizmi? 

Mən baş əydim. Mənim özümə elə gəlirdi ki, indi daha 

onunla  tanış  olmaqdan  boyun  qaçıra  bilməzdim.  O  mənim 

downloaded from KitabYurdu.org




 

454 


əlimi  sıxdı,  Nataşaya  kirimişcə  baş  əydi,  ləyaqəti  təhqir 

olunmuş bir adam kimi otaqdan çıxdı. 

 

downloaded from KitabYurdu.org




 

455 


IV FƏSİL 

 

Biz  bir  neçə  dəqiqə  danışmadıq.  Nataşa  fikrə  dalaraq, 



böyük  bir  müsibət  içində,  dərdli-dərdli  oturmuşdu.  Onun 

bütün qüvvəsi birdən-birə tükənmişdi. Alyoşanın əlini əlində 

tutaraq, özündən  getmiş  kimi,  heç bir  şey  görməyərək,  düz 

önünə  baxırdı.  Alyoşa  öz  dərdinə  həzin-həzin  ağlayırdı, 

arabir də qorxa-qorxa və maraqla ona baxırdı. 

Nəhayət,  o  çəkinə-çəkinə  Nataşaya  təsəlli  verməyə 

başladı,  ona  yalvarırdı  ki,  acıqlanmasın.  Özünü 

təqsirləndirirdi,  o  çox  istəyirdi  ki,  atasını  təmizə  çıxartsın, 

bu aydın görünürdü, onu xüsusilə narahat edən bu idi. O bir 

neçə  dəfə  bu  barədə  söz  açdı,  ancaq  öz  fikrini  aydın 

söyləməyə cürət etmədi, Nataşanın yenə də acıqlanmasından 

qorxdu.  O  yenə  də  Nataşanı  əvvəlki  kimi  sevdiyinə  and 

içirdi,  Katya  ilə  olan  münasibətini  odlu-odlu  izah  edir, 

özünü  təmizə  çıxarmağa  çalışırdı.  Elə bir  ucdan deyirdi ki, 

mən  Katyanı  ancaq  bir  bacı  kimi,  əziz,  mehriban  bir  bacı 

kimi  sevirəm,  ondan  tamamilə  uzaqlaşa  bilmirəm,  əgər 

uzaqlaşsam,  bu  mənim  tərəfimdən  çox  kobud,  amansız  bir 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə