F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə91/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   87   88   89   90   91   92   93   94   ...   161

 

456 


hərəkət  olardı.  Nataşanı  inandırırdı  ki:  “Əgər  sən  Katya  ilə 

tanış olsan, elə o saat dostlaşarsınız, elə dostlaşarsınız ki, bir 

də  heç  ayrılmazsınız,  onda  daha  bizim  aramızda  heç  bir 

anlaşılmazlıq  olmaz”.  Bu  fikir  Alyoşanın  xüsusilə  xoşuna 

gəlirdi. Zavallı heç də yalan demirdi. O, Nataşanın nə üçün 

qorxduğunu başa düşmürdü, ümumiyyətlə, bayaq Nataşanın 

onun  atasına  dediyi  sözləri  yaxşı  başa  düşməmişdi.  Yalnız 

onların dalaşdığını başa düşmüşdü, xüsusilə, bu bir daş kimi 

onun ürəyinə düşüb qalmışdı. 

Nataşa ondan soruşdu: 

– Sən məni atandan ötrü təqsirləndirirsən? 

Alyoşa acı bir hiss ilə cavab verdi: 

– Mən səni təqsirləndirə bilərəmmi, bir halda ki, bütün 

bu  şeylərə  özüm  səbəb  olmuşam,  hər  şeyə  də  müqəssir 

özüməm?!  Sənin  bu  qədər  acıqlanmağına  mən  səbəb 

olmuşam, sən də acıqlandığın üçün onu müqəssir görürdün, 

çünki  məni  təmizə  çıxarmaq  istəyirdin.  Sən  həmişə  məni 

təmizə  çıxarırsan,  mən  buna  layiq  deyiləm!  –  o 

həyəcanlanaraq  bərkdən  dedi.  –  Amma  o,  vallah,  vallah, 

downloaded from KitabYurdu.org




 

457 


müqəssir  deyil!  Bu  məqsədləmi  o  bura  gəlmişdi?!  O 

bunumu gözləyirdi?! 

Lakin  Nataşanın  ona  dərdli-dərdli,  məzəmmətlə 

baxdığını görüb dərhal susdu: 

– Daha heç bir şey, heç bir şey deməyəcəyəm, bağışla 

məni! Bu şeylərə səbəb mənəm! 

Nataşa ağır bir hiss ilə sözünə davam etdi: 

–  Alyoşa,  o  indi  bizim  aramızdan  keçdi,  həmişəlik 

bizim  həyatımızı  pozdu!  Sən  həmişə  hamıdan  çox  mənə 

inanırdın,  amma  indi  o  sənin  qəlbində  mənə  qarşı  şübhə, 

etimadsızlıq  yaratmışdır,  sən  məni  müqəssir  görürsən,  o 

sənin  qəlbinin  yarısını  mənim  əlimdən  almışdır.  Bizim 

aramızdan qara pişik keçib. 

Bu ifadə Alyoşanın xoşuna gəlmədi: 

– Nataşa, elə demə. Niyə sən “qara pişik” deyirsən? 

Nataşa sözünə davam etdi: 

–  O,  saxta  bir  mehribanlıqla,  yalançı  bir  alicənablıqla 

səni özünə cəlb etmişdir, indi bundan sonra o səni getdikcə 

mənim əleyhimə daha çox qaldıracaq. 

Alyoşa daha artıq qızğınlıqla dedi: 

downloaded from KitabYurdu.org



 

458 


– And olsun sənin canına ki, yox! O acıqlanmışdı, ona 

görə  də  “tələsmişik”  dedi,  sən  özün  görəcəksən,  lap  sabah, 

bu  günlərdə,  o  nə  etdiyini  başa  düşəcək.  Əgər  o  çox 

acıqlandığı  üçün,  doğrudan  da,  bizim  evlənməyimizə  icazə 

verməsə,  onda,  and  olsun  sənin  canına,  mən  ona  qulaq 

asmayacağam. Mənim bəlkə də, buna qüvvəm çatacaqdır... – 

birdən onun ağlına bir fikir gəldi, bundan ruhlanaraq çığırdı. 

–  Bilirsən  bizə  kim  kömək  edəcək?  Katya  bizə  kömək 

edəcək!  Sən  də  görəcəksən,  sən  də  görəcəksən  ki,  o  necə 

gözəl  insandır!  O  sənin  rəqibin  olmaq,  bizi  bir-birimizdən 

ayırmaq istəyirmi? Özün görəcəksən ki, o belə insan deyil! 

Sən  bayaq  bir  söz  dedin:  guya  mən  elə  adamam  ki,  elə 

evlənən  günün səhəri  aldığım  qızı  sevməyə  bilərəm, sən bu 

barədə  çox  haqsız  idin!  Bunu  eşidəndə  mən  yaman  pis 

oldum!  Yox,  mən  elə  adam  deyiləm,  əgər  mən  Katyanın 

yanına tez-tez gedirdimsə də... 

– Alyoşa, bu nə sözdür? Nə vaxt istəyirsənsə, get onun 

yanına!  Mən  bayaq  bunu  demirdim.  Mənim  dediklərimin 

hamısını  sən  başa  düşməmisən.  Kim  ilə  istəyirsənsə,  get 

downloaded from KitabYurdu.org




 

459 


yaşa, xoşbəxt ol. Mən sənin qəlbindən, sənin qəlbinin mənə 

verə biləcəyindən artıq şey tələb edə bilmərəm... 

Mavra içəri girdi. 

–  Yaxşı,  çay  gətirimmi?  Zarafat  deyil,  iki  saatdır 

samovar qaynayır, saat on birdir. 

Mavra  bu  sözləri  kobud  bir  şəkildə,  acıqlı-acıqlı  dedi, 

aydın  görünürdü  ki,  onun  ovqatı  təlxdir,  Nataşaya  da  acığı 

tutmuşdur.  Məsələ  burasındadır  ki,  o,  xanımı  ərə  getdiyi 

üçün  (Nataşanı  o  çox  sevirdi),  çərşənbə  günündən  bəri 

böyük  bir  sevinc  içində  idi,  gedib  bunu  evdə,  məhəllədə, 

dükanda  hamıya  demişdi,  hətta  dalandara  da  demişdi.  O 

lovğalana-lovğalana iftixarla deyirdi ki, knyaz çox mötəbər 

adamdır, generaldır, özü də yaman dövlətlidir, xanım qızdan 

razılıq  almaq  üçün  özü  xahişə  gəlmişdi,  bunun  hamısını 

özüm öz qulağımla eşitdim, amma indi gör nə oldu, hamısı 

puça  çıxdı.  Knyaz  acıqlanıb  getdi,  heç  çay  da  vermədilər, 

məlum  şeydir  ki,  bunun  hamısının  günahı  xanım  qızdadır. 

Mavra  onun  knyazla  necə  sərt-sərt  danışdığını,  ona  necə 

hörmətsizlik etdiyini eşitmişdi. 

Nataşa: 


downloaded from KitabYurdu.org


 

460 


– Yaxşı, gətir, – dedi. 

– Bəs yeməyi necə, onu da gətirim? 

Nataşa özünü itirdi: 

– Yeməyi də gətir. 

Mavra deyirdi: 

–  Hazırladıq,  hazırladıq!  Dünəndən  bəri  ayaq  üstəyik, 

qıçlarımız qırılıb. Çaxır üçün Nevskiyə qaçmışam, indi də... 

– qapını acıqlı-acıqlı çırpıb getdi. 

Nataşa qızarıb qəribə halda mənə baxdı. Bu arada çay 

gətirdilər, yemək verdilər, süfrəyə qızardılmış quş, balıq, iki 

şüşə də gözəl Yeliseyev şərabı qoydular. Mən düşünərək öz-

özümə dedim: “Görəsən, bu hazırlıq nə üçündür?” 

Nataşa stola yaxınlaşdı, hətta məndən də utanaraq dedi: 

–  Vanya,  bilirsənmi,  bunu  mən  hazırlamışam.  Hiss 

etmişdim  ki,  bu  gün  bizim  söhbətimiz  elə  belə  də 

qurtaracaq,  necə  ki  qurtardı.  Amma  yenə  fikirləşirdim, 

deyirdim  ki,  bəlkə  belə  qurtarmadı,  bəlkə  Alyoşa  gələr, 

barışmaq istəyər, biz də barışarıq, mənim bütün şübhələrim 

əsassız olar, məni inandırarlar, bir də ki... hər ehtimala qarşı, 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə