F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə85/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   81   82   83   84   85   86   87   88   ...   161

 

425 


–  Sən  elə  gülürsən!  Mən  axı  səndən  heç  belə  sözlər 

eşitməmişəm,  sizin  bütün  kübar  cəmiyyətinizdən  də  heç 

eşitməmişəm. Sizdə əksinədir, bütün belə şeyləri gizlədirlər, 

hər  şeyi  yerə  endirirlər,  çalışırlar  ki,  bütün  boylar,  bütün 

burunlar  mütləq  bir  ölçüdə  olsun,  bir  qayda-qanuna  tabe 

olsun,  guya  bu  mümkün  olan  şeydir!  Guya  bu  bizim 

dediyimizdən,  düşündüyümüzdən  minqat  artıq  mümkün 

olmayan  şeydir!  Hələ  bir  bizi  utopist  də  adlandırırlar!  Sən 

bir  qulaq  asaydın,  görəydin  dünən  onlar  mənə  nə 

deyirdilər... 

Nataşa dedi: 

– Siz axı nə deyirsiniz, nə düşünürsünüz? Alyoşa, danış 

görək, mən hələ bir şeyi başa düşə bilmirəm. 

– Ümumiyyətlə, biz tərəqqiyə, humanizmə, məhəbbətə 

doğru  aparan  şeylərdən  danışırıq,  bütün  bunlar  müasir 

məsələlərlə əlaqədar olaraq danışılır. Biz bələdiyyəçilikdən, 

başlanmaqda 

olan 


islahatlardan, 

insanlığa 

olan 

məhəbbətdən,  müasir  xadimlərdən  danışırıq.  Lakin  əsl 



məsələ  bundadır  ki,  biz  bir-birimizə  söz  vermişik  ki,  bir-

birimizlə tamam açıq olaq, özümüzə dair nə varsa, hamısını 

downloaded from KitabYurdu.org



 

426 


çəkinmədən  bir-birimizə  deyək.  İnsanlar  öz  məqsədinə 

ancaq bir-birilə açıq olmaqla, bir-birilə açıq danışmaqla çata 

bilər.  Bezmıqin  bu  barədə  xüsusilə  çalışır.  Mən  bunu 

Katyaya danışdım, o Bezmıqinlə tamam razıdır. Ona görə də 

biz  hamımız  Bezmıqinin  rəhbərliyi  altında  özümüzə  söz 

vermişik  ki,  bütün  həyatımız  boyu  belə  vicdanla,  açıq 

hərəkət  edək,  bizim  barəmizdə  nə  desələr,  necə  mühakimə 

yürütsələr, 

heç 

bir 


şeydən 

çəkinməyək, 

öz 

coşqunluğumuzdan, 



ehtirasımızdan, 

səhvlərimizdən 

utanmayaraq,  ancaq  irəli  gedək.  Əgər  istəyirsən  ki,  sənə 

hörmət etsinlər, əvvəl özün özünə hörmət elə, bu birinci və 

əsas  məsələdir,  ancaq  bununla,  ancaq  öz-özünə  hörmət 

etməklə  sən  başqalarını  da  sənə  hörmət  etməyə  məcbur 

edərsən.  Bunu  Bezmıqin  deyir,  Katya  da  onunla  tamamilə 

razıdır.  Ümumiyyətlə,  indi  biz  öz  əqidələrimiz  barədə  yola 

gəlirik,  buna  görə  də  ayrılıqda  öz-özümüzü  öyrənmək  üçün 

məşğul olmağı, həm  də hamımız  bir  yerdə  bir-birimizi izah 

etməyi qərara almışıq. 

Knyaz narahat halda bərkdən dedi: 

downloaded from KitabYurdu.org



 

427 


– Bu nə cəfəngiyatdır! Bu Bezmıqin axı kimdir? Yox, 

bunu belə qoymaq olmaz... 

–  Nəyi  belə  qoymaq  olmaz?  Qulaq  as,  ata,  niyə  mən 

bunu indi sənin yanında deyirəm? Ona görə deyirəm ki, səni 

də  öz  dairəmizə  cəlb  etmək  istəyirəm,  cəlb  edəcəyimə  də 

ümid  edirəm.  Mən  orada  sənin  barəndə  də  söz  vermişəm. 

Sən  gülürsən,  mən  bilirdim  ki,  güləcəksən!  Qulaq  as!  Sən 

rəhmdil,  nəcib  adamsan,  sən  başa  düşərsən.  Sən  axı  bu 

adamları  tanımırsan,  sən  onları  heç  görməmisən,  onların 

danışığına  qulaq  asmamısan!  Tutaq  ki,  sən  bu  şeyləri 

eşitmisən, bunları bilirsən, sən yamanca çox bilən adamsan. 

Amma  sən  onların  özünü  görməmisən,  onların  yanına 

getməmisən, belə olduğu halda, sən axı onlar haqqında necə 

düz  fikir  yürüdə  bilərsən?  Sən  ancaq  təsəvvür  edirsən  ki, 

bilirsən. Sən onların yanına get, onların danışığına qulaq as, 

mən  söz  verirəm  ki,  onda  sən  bizim  olacaqsan!  Xüsusilə, 

mən  səni,  sənin  belə  möhkəmcə  yapışıb  qaldığın  kübar 

cəmiyyətində  məhv  olmaqdan,  həm  də  sənin  əqidələrindən 

xilas  etmək  üçün  bütün  imkanlardan  istifadə  etmək 

istəyirəm. 

downloaded from KitabYurdu.org



 

428 


Knyaz,  ədəb-ərkan  qaydalarını  pozaraq  dikbaşlıqla 

söylənilən  bu  sözləri  kirimişcə,  acı  bir  istehza  ilə  dinlədi. 

Nataşa açıqca ifadə olunan bir nifrətlə onu müşahidə edirdi. 

Knyaz  bunu  görürdü,  lakin  özünü  elə  göstərirdi  ki,  guya 

görmür. Alyoşa sözünü qurtaran kimi, knyaz birdən qəhqəhə 

ilə  gülməyə  başladı.  O  hətta  özünü  stulun  söykənəcəyinə 

atdı,  elə  bil  ki,  gülməkdən  uğunub  gedirdi.  Lakin  bu  gülüş 

tamamilə  qondarma  bir  gülüş  idi.  O  ancaq  öz  oğlunu 

mümkün  qədər  bərk  təhqir  etmək,  alçaltmaq  üçün  gülürdü, 

bu çox aydın hiss olunurdu. Alyoşa doğrudan da, pərt oldu, 

onun  üzündə  çox  qəmgin  bir  ifadə  göründü.  Ancaq  o 

atasının nə vaxt gülüb qurtaracağını səbirlə gözlədi. 

Sonra qəmgin halda sözə başladı: 

–  Ata,  sən nə üçün mənə  gülürsən?  Mən  sənin  yanına 

açıq  ürəklə  gəlmişəm.  Əgər  mən,  sənin  zənnincə,  mənasız 

şeylər danışıramsa, onda məni başa sal, mənə gülmə. Bir də 

axı  nəyə  gülürsən?  O  şeyə  ki,  mənim  üçün  indi 

müqəddəsdir, nəcibdir? Yaxşı, elə tutaq ki, mən doğru yolda 

deyiləm, bu dediklərimin də hamısı yanlışdır, heç biri doğru 

deyil, mən də axmağın biriyəm, necə ki, dəfələrlə sən bunu 

downloaded from KitabYurdu.org



 

429 


mənə  demisən,  ancaq  burası  var  ki,  mən  yanılıramsa  da, 

inanıb  yanılıram,  vicdanla  yanılıram,  mən  öz  nəcibliyimi 

itirməmişəm.  Mən  yüksək  ideyalara  məftun  oluram.  Qoy 

onlar yanlış olsun, lakin onların əsası müqəddəsdir. Mən axı 

indicə  sənə  dedim  ki,  hələ  nə  sən,  nə  də  sizinkilərdən  heç 

kəs  mənə  elə  bir  söz  deməyib  ki,  o  mənə  istiqamət  versin, 

məni  çəkib  öz  ardınca  aparsın.  Sən  sübut  elə  ki,  mənim 

söylədiklərim doğru deyil, bundan yaxşı bir şey söylə, onda 

sənin  ardınca  gedərəm,  ancaq  mənə  gülmə,  çünki  mən 

bundan yaman pərt oluram. 

Alyoşa  bu  sözləri  çox  nəcibliklə,  həm  də  ciddi  bir 

ləyaqət  hissi  ilə  dedi.  Nataşa  onu  müşahidə  edir,  onun 

söylədiklərini  bəyənirdi.  Knyaz  hətta  oğlunu  təəccüblə 

dinlədi, o saat danışıq tərzini dəyişdi: 

–  Əzizim,  mən  heç  də  səni  təhqir  etmək  istəmirdim. 

Əksinə,  mənim  sənə  yazığım  gəlir.  Sən  həyatda  elə  bir 

addım atmağa hazırlaşırsan ki, bunun üçün gərək daha belə 

bir yüngülməzac uşaq olmayasan. Mənim fikrim budur. Mən 

qeyri-ixtiyari  olaraq  güldüm,  heç  də  səni  təhqir  etmək 

istəmirdim. 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə