Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 443,56 Kb.
Pdf görüntüsü
səhifə10/17
tarix29.01.2018
ölçüsü443,56 Kb.
#22930
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

29 

 

olur.  Rəng  etibarilə  bu  dərilər  qara,  boz  rəngdə  vəqaraları  boyanmış,  bozları  isə 



təbii boyanmış halda buraxılır. 

  Merluşka-Bir  aylığa  qədər  qara  yunlu  rus  quzularının  və  səhra  qoyun 

quzularının  dərisindən  ibarətdir.Bunların  uzun  tük  örtüyü  zəif  və  bo.  qıvrımları 

olur. Merluşka dərisi təbii yaxud boyanmış halda buraxılır. 

  İri quzu  təxminən 1-4  aylıq  kürklük  quzu cinslərinə  aid uzun  yumşaq tüklü 

qırxılmamış  ilk  tükü  üstündə olan  quzu dərisidir.  Bu  dərilər adətən  azacıq qıvrım 

olur və həm təbii,həm də boyanmış halda buraxılır. 

  Dayça-müxtəlif  yaşlı  və  tükü  müxtəlif  rəngdə  olan  dayça  dərisidir.Onlar 

heyvanın  rəngindən asılı  olaraq  aşağıdakılardan ibarətdir:ölü doğulmuş qısa tüklü 

bala  dərisindən,südəmər  yaşlı,yaxşı  inkişaf  etmiş,təzə  və  parlaq  tüklü  iri  dayça 

dəriləridir.Dayça dəriləri təbii və boyanmış halda buraxılır. 

  Buzov  dərisi-ölü doğulan  quzu  və  inəyin  saldığı  bala  dərilərindən  ibarətdir. 

Bunların tükü qısa və ilk gəlməli olmaqla əbii və boyanmış halda buraxılır. 

  Çəpiş-1 aylığa qədər keçi balasının dərisindən ibarətdir ki,tükü çox müxtəlif 

olur.  Çəpişlərin  ən  qiymətlisi  muar  tüklü  çəpiş  dəriləridir.  Bunların  tükü 

yumşaq,qısa parlaq və aydın görünən muar güllü olur. Muar güllü olmayan hamar 

tüklü çəpiş dəriləri aşağı keyfiyyətli sayılır. 

  Muflon-tiftik  cinsli  aşılanmış  və  cod  tükü  didilmiş  keçi  dərisidir.  Muflon 

dərisinin zərif və sıx tiftiyi olur və bunun da ucları bəzən xırda qıvrım olur. 

  Maral-şimalda  yaşayan  südəmər  yəni  hələ  ot  yeminə  keçməmiş  maral 

balasının dərisidir. Bunların tükü tünd qəhvəyi rəngdə, boz və.s rəngdə olur. Maral 

dərisi  təbii  və  boyanmış  hallarda  buraxılır.  Doğulmamış  maral  balasının  və 

vaxtından əvvəl salınmış bala dərisinin tükü qısa, tutqun və yatıq olur və ölü maral 

balası dərisi adlanır. 

  Dəniz  heyvanları  dərisindən  olan  yarımfabrikatlar.  Dəniz  heyvanları 

dərisindən olan yarımfabrikatların növləri dəniz pişiyindən və nerpadan ibarətdir. 




30 

 

  Dəniz  pişiyi-əsasən  Komandor  adalarında  və  Cənubi  Saxalininin 



yaxınlığında  Tyulen  adasında  rast  gələn  dəniz  heyvanlarının  dərisidir.Belə  dəri 

əldə etmək üçün adətən 2-4 yaşlı erkək heyvanlar ovlanır.Dəniz pişiyinin dərisi bu 

yaşda  1,5  qədər  uzunluqlarda  olur.Bunun  tükü  sıx  və  qəhvəyi  rəngli(müxtəlif 

rənglərə  çalan)  zərif  tiftikdən  və  tünd  boz  rəngli  qaba  cod  tükdən  ibarətdir.Dəniz 

pişiyi dərisi bir  qayda  olaraq uzunn  tükləri  qopardılmış  və qara rəngə boyadılmış 

halda buraxılır. 

  Nerpa-cavan  su  iti  dərisindən  ibarətdir.Rayonundan  asılı  olaraq  bu  dərinin 

tükü gümüşü-mavi(baykal nerpası),gümüşü sarı(Qrelandiya nerpası) və.s rənglərdə 

olur. 

  Qış  mövsümlü  xəz  yarımfabrikatlarının  xarakteristikası.  Qış  mövsümlü 



dərilər  bir  sıra  əmtəə  qruplarına  bölünür.  Bunlardan  Sibir  samuru,  pişik,  it,  ayı, 

dovşan  və  dələ  dəri  qruplarını  göstərmək  olar.  Hər  bir  qrup  da  öz  daxilində 

müəyyən əmtəə əlamətlərinə görə bir-birindən fərqlənir. 

  Sibir  samur  qrupu-bu  qrupa  18  növ  xəz  dəriləri  daxildir.Bunların  dərisi 

əksəriyyatcə  xırda  və orta ölçüdə olur. Çoxunun  tükü  sıx və orta uzunluqdadır  və 

bir çoxlarının üst tükü tiftiyindən uzun olur,aydın seçilir.  



 

Cədvəl 1. Sibir samuru qrupuna mənsub olan vəhşi heyvan növlərinin 

xarakteristikası 

Xəz verən 

heyvanların növü 

Yaşadığı rayonlar 

Dərisinin xarakteristikası 

 

Ural,Sibir və Uzaq Şərqi 



meşələri 

Dərisi orta ölçüdə, tükü yumuşaq,parlaq,sıx 

və əksəriyyətcə qəhvəyi təngdə olur: bu 

heyvanların boğazında açıq sarı bəzən də 

narıncı ləkə olur  

Yumuşaq (sarıdöş 

sibir samuru) 

Rusiyanın Avropa 

hissəsindəki meşə zonası və 

Qafqaz 


Dərisi orta ölçüdə, tükü yumuşaq və nisbıtın 

seyrək qəhvəyi rəngdə və boğazında aydın 

görünən xalı var. 



31 

 

Sibir samuru (ağ 



döşlü) 

Ukrayna,Kırım,Qafqaz,Orta 

Asiya dağları, Altay 

Dərisi orta ölçüdə,tükü yarımqaba, nisbətən 

seyrək, qəhvəyi rəngdə və boğazında ağ ləkə 

olur. 


Kisdus (samur cinsi 

ilə meşə sibir 

samuru) 

Şimali Ural və Zauralye 

Dərisi orta ölşüdə olur və həm samur,həm 

də meşə sibir dələsinə bənzəyir 

Xərza 

Ussuri ölkəsi 



Dərisi kifayət qədər böyük, tükü qısa, cod, 

parlaq, qızılı olur: sağrısının və başının tükü 

tünd qonur ,pəncələri və quyruğu tünd qara 

olur. 


Tünd rəngli qoxarca 

(meşə qoxarcası) 

Rusiyanın Avropa hissəsi 

Dərisi orta ölçüdə, tükü yumuşaq, nisbətən 

seyrək olur: belinin üstündəki tüklər uzun 

olur: tiftiyi acıq sarı və tüklərinin ucu və 

quyruğu tünd qonur olur. 

Açıq rəngli qoxarca 

(ağ çöl qoxarcası) 

Rusiyanın meşə və meşə-çöl 

zonası 

Dərisi orta ölçüdə, tükü yumuşaq, nisbətən 



seyrək və ümumiyyətlə açıq rəngdə, 

tüklərinin rəngi qəhvəyi olur: belinin tükü 

açıq rəngli tiftiyini örtmür: quyruğunun dibi 

açıq, ucu isə tünd rəngli olur. 

Sarğılı qoxarca 

Rusiyanın cənubi Avropa 

hissəsi,Qafqaz, 

Qazaxıstan,Orta Asiya 

Dərisi orta ölcüdə, tükü qısa, nisbətən 

seyrək və codtəhər, ümumiyyətlə qonur-

qəhvəyi rəngdə olur: belində ağ və acıq 

rəngli ləkələri və başında açıq rəngli zolağı 

(sarğısı) olur. 

Sibir siçovulu 

Ural, Sibir və Uzaq Şərq 

meşələri 

Dərisi orta ölçüdə, tükü sıx yumuşaq və şux 

sarı rəngli olur.Quyruğu kolpan və 

əksəriyyətlə samurun tükünə bənzər qəhvəyi 

rəngdə olur. 

Dağlıq siçovulu 

Orta Asiya dağları, Altay, 

Zabaykalye 

Dərisi xırda, tükü qısa, yumuşaq və 

bozumtul sarı rəngdə olur: quyruğu çox da 

tüklü olmur. 

Kaqum 

Rusiyanın ərazisi 



Dərisi xırda, tükü çox sıx, qısa və yumuşaq 

olur. Qış dərisinin rəngi ağappaq və 

quyruğunun ucu qara olur: yay dəriləri 

qəhvəyi olur. 

Gəlincik 

Rusiyanın bütün ərazisi 

Dərisi xırda olur:tükü çoxda yumuşaq 

olmayıb nisbətən seyrək və qısa olur:qış 

dərisinin tükü ağ,  yay dərisinki isə qəhvəyi 

olur.Cənub rayonlarında bunlarım tükü 

qışdada qəhvəyi olur. 

Adi susamuru 

Rusiyanın Avropa hissəsi 

Dərisi orta ölçüdə,tükü sıx, nisbətən qısa, 

hər yerində bir havada, parlaq, tiftiyi sıx və 

yumuşaq olur: tükü tünd qəhvəyi yaxud 

qızartdaq qəhvəyi olur. Ağzının ətrafında ağ 

zolağı olur. 

Amerika susamuru 

Sibirdə və Rusiyanın Avropa 

Dərisi Avropadan olar susamurunun 



Yüklə 443,56 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə