Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 443,56 Kb.
Pdf görüntüsü
səhifə9/17
tarix29.01.2018
ölçüsü443,56 Kb.
#22930
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

26 

 

boyalanmış  halda  3  qrupa  bölünür.Xallı  safsarın  alnında  eninə  gedən  zolaq  (xal) 



vardır,bunlar təbii aşılanmış halda buraxılır. 

  Sibir  siçovulu-safsara  bənzər  vəhşi  heyvan  xəzidir.  Bunun  tükü  kürəntəhər 

və adətən boyanmış(samura bənzədilir) halda buraxılır. 

  Andatra-muskus siçovulu dyeilən gəmirici dərisindən ibarətdir.Bunun ölçüsü 

xeyli iri,40 sm yaxındır.Bunun tükü sıx və çox zaman qəhvəyi rəngdə, bel hissəsi 

isə daha tünd olur.Ən yüksək keyfiyyətli musqus siçovulu dərisinin tükü tünd olur 

və  təbii  aşılanmış  halda  buraxılır.  Bunların  açıq  rənglisi  qəhvəyi  rəngdə 

boyanıb,samura və dəniz pişiyinə bənzədilir. 

  Vəhşi  pişik-6  növdə  olur  və  bunlar  bir-birindən  tükünün  rənginə  görə  (boz 

rəngdən başlamış kürən qırmızı rəngə qədər) və tünd ləkələrdən yaxud zolaqlardan 

ibarət gülləri ilə fərqlənir.Vəhşi pişik təbii aşılanmış və qismən də boyanmış halda 

buraxılır.Ən  qiymətli  pişik  Manul  adlanan  kürən  boz  rəngli  belində  eninə  tünd 

zolağı olan pişiklərdir. 

  Yaz 

mövsümü 

xəz 

yarımfabrikatları

Yaz 


mövsümlü 

xəz 


yarımfabrikatların çeşidi olduqca məhduddur. Bu yarımfabrikatların əsas növlərinə 

marmot sünbülqıran kor siçan dağ siçovulu və anbar siçovulu xəzləri aiddir. 

  Marmot-tükü qumabənzər sarı rəngdən titmuş bozumtul –qonur rəngə qədər 

olan gəmirici xəzdir. Bunlar çox zaman samur xəzinə bənzədilərək qara və qəhvəyi 

rənglərə boyanır. 

  Sünbülqıran –geniş  yayılmış  yaz  mövsümlü  xəz olmaqla  bir neçə növə (adi 

sünbülqıran çöl sünbülqıranı  və s. ) bölünür. Bunlardan çöl sünbülqırnı ən irisi və 

uzun  tüklüsüdür.  Sünbülqıranlar  təbii  halda  aşılanmış  qəhvəyi  rənglərə  boyanmış 

halda buraxılırlar. 

  Kor  siçan-yaz  xəzləri  içərisində  kütləvi  növ  təşkil  edir.bunun  tükü  boz 

rəngdən  başlamış  tünd  boz  rəngə  qədər  olur.  Kor  siçan  xəzi  təbii  və  boyanmış 

rənglərdə buraxılır. 




27 

 

  Dağ 



siçanı-tükü 

belində,bozumtul 

kürən 

və 


qarnının 

altında 


qara,böyürlərində  2  ağ  ləkəsi  olan  gəmirici  xəzlərdir.  Bunlar  həm  aşılanmış,  həm 

də boyanmış halda buraxılır. 

  Su  siçovulu  və  anbar  siçovulu  tükü  qısa  xırda  gəmiricilərinin  xəzindən 

ibarətdir. Bunlar adətən qəhvəyi rəngə boyanıb buraxılır. 

  Dəri  xammallarından  hazırlanan  yarımfabrikatlar.  Bu  yarımfabrikatların 

çeşidi  çox  müxtəli  olur,buraya  ev  öişiyi,  ev  dovşanı,  it,  qoyun  dərilərini  müxtəlif 

yarımfabrikat növləri südəmər buzov, çəpiş və.s daxil edilir. 

   Ev  pişiyi  tükü  olduqca  müxtəlif  rəngli  ev  pişiklərinin  dərilərindən 

ibarətdir.Bunlar  təbii  aşılanmış  halda  olduqda  tükünün  rənginə  görə  pələngvari, 

xallı, boz  və  bozumtul qruplara bölünür.  Pişik dərisi boyanıb, dəniz pişiyi,  samur 

və bahalı xəzlərə oxşadılır. 

  Ev dovşanı dəri yarımfabrikatının geniş növüdür. Ev dovşanı təbii aşılanmış 

halda olduqda şinşilla ağ, nəhəng, mavi Vyana dovşanı flandar və şampan dovşanı 

cinslərinə bölünür.Bunlar dəniz  pişiyi,qunduz,kor siçan  və bahalı xəzlərin rənginə 

boyanır.Ev dovşanı dərisi,habelə didilmiş və teke qopardılmış hallarda buraxılır. 

  İt  təbii  aşılanmış,boyanmış  (qurd  rənginə,samur  rənginə)  və  qırxılı 

boyadılmış(qunduz,dəniz pişiyi rənginə) halda buraxılır. 

Qoyun  dərisi  müxtəlif  cinsli  (zərif  yunlu,qatışıq,siqey)  qoyunların 

aşılanmış,qırxılmış və boyanmış dərilərindən ibarətdir. 

Qoyun  dərisi  çox  zaman  bahalı  xəzlik  dəri  yarımfabrikatlarına  (su 

samuru,dəniz  pişiyi)  bənzədilir.Belə  qoyun  qədirilərinə  xüsusi  emal  vasitəsilə 

hazırlanmış  dəri  deyilir.  MDB-nin  xəz-dəri  sənayesi  tərəfindən  qoyun  dərilərinin 

yaxşılaşdırılması üzrə yeni təkmilləşdirilmiş texniki üsullar kəşf edilmiş  və bunun 

sahəsində yüksək keyfiyyətli oxşadılmaya müvəffəq olunmuşdur. Bu üsullar ondan 

ibarətdir  ki,xüsusi  maddələr(qarışqa  turşusu,etil  spirti  və  ayrıca  olaraq  formalin) 

vasitəsilə  habelə  ütüləyici  maşınlarda  ütüləməklə  qızdırılmış  və  azacıq  qırxılmış 




28 

 

qıvrım  merinos  qoyun  dərilərin  tükləri  düzələrək  bunlara  gözəl  parlaqlıq  verilir. 



Bunun  nəticəsində  dəri  zəif,tükləri  isə  su  samuru  yaxud  dəniz  pişiyi  rənginə 

boyanmış olmaqla bir-birindən asanlıqla aralanır. 

  Buxara  dərisi-aşılanmış  və  çox  zaman  boyanmış(qara)  2-4  günlük  Buxara 

cinsli  quzuların  dərisindən  ibarətdir.Buxara  dərilərinin  tükü  çox  müxtəlif 

qıvrımlılığa 

malikdir.Bu 

qıvrımların 

forması 


müxtəlif 

olur,nofça,paxlavari,saçaqvari,halqavari,noxudu  dolaşıq  və.s  formalarda  rast 

gəlinir.  Bunlardan  ən  qiymətlisi  nofça,paxlavai  və  uzun  ensiz  qıvrımlı 

olanlarıdır.Tükünün  rənginə  görə  buxara  dərisi  qara,  boz,  qəhvəyi  qızılı  və.s 

rənglərdə  olur.  Buxara  dərilərindən  ən  çox  yayılan  qara  dərili  dərilərdir.  Qara 

rəngli  buxara  dərisi  xalis  cinsli  yəni  yüksək  keyfiyyərli  və  qatışıq  cinsli  dərilərə 

bölünür. Qara rəngli buxara dərisi həmişə boyanmış halda buraxılır. 

  Boz  rəngli  buxara  dərisi  az  yayılmışdır.Bu  dərilər  də  xalıs  cinsli  və  qatışıq 

olur  və  təbii  aşılanmış  halda  buraxılır.Başqa  rənglərdə  olan  buxara  dərisinə  nadir 

hallarda rast gəlinir. Buxara cinsli quzuların yaşı artdıqca və təxminən 10-40 günə 

çatdıqda  yaxobab  adlanır.  Yaxobabın  tükü  uca  və  müxtəlif  formalı  seyrək 

qıvrımlardan ibarət olub,əsas etbarilə boyunluq üçün tədbiq edilir. 

  Qaragülçə-buxara  cinsli  qoyunların  öıü  doğulmuş  balasının  dərisindən 

ibarətdir.Bunun tükü qısa və qıvrımları isə hələ formaya düşməmiş olur. Qaragülçə 

embrion  yaşından  asılı  olaarq  3  kateqoriyaya  ayrılır.  Qaragülçə  dəriləri 

gözəlliyinə,güllərinə  görə  qiymətli  dəri  sayılır.  Bu  kateqoriyaların  1nə  lüt  dəri 

demək olar ki, gülləri seçilməyən, 2cisinı qaragülçə, yəni aydın güllü və 3sünə isə 

qaragül –qaragülçə yəni qismən qıvrım tüklü dəri deyilir. 

  Körpə  quzu  və  krım  cinsli  quzu  dərisi.2-4  günlük  xüsusi  cins  quzuların 

dərisindən  ibarətdir.  Zahiri  görünüşcə  bunlar  buxara  dərisinə  bənzəyir,  lakin 

bunların qıvrımlılğı seyrək və çox zaman paxlavari həlqə, noxudu və dolaşıq halda 



Yüklə 443,56 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə