Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 381,83 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix08.03.2018
ölçüsü381,83 Kb.
#30821
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

24 

 

az və 3,5%-dən çox olmamalıdır. Bu sementin tutma başlanğıcı 1 saat 30 dəq-dən 



tez,  tutma  sonu  isə  12  saatdan  gec  olmamalıdır.  Sement  nümunəsini  008№-li 

ələkdən keçirdikdə azı 8,5%, çoxu isə 94% keçməlidir. 



Tamponac portlandsementi.  

Tampotaj  sementi  portlandsementin  bir  növü  olub,  çoxlu  miqdar  su  ilə  tez 

bərkimək  və  ilk  zamanlar  yüksək  möhkəmlik  əldə  etmək  qabiliyyətinə  malikdir. 

Adi portlandsementdən fərqli olaraq tamponaj sementində C

3

A çox olur. Tamponaj 



sementi neft və qaz quyularını sementləmək üçün işlədilir. 

Tamponaj sementi «soyuq» və «isti» quyular üçün iki növə bölünür.  

Bu  sementdən  hazırlanan  40x40x160  mm  ölçülü  tipciklərin  2  bərkidikdən 

sonra  əyilmədə  möhkəmlik  həddi  «soyuq»  quyular  üçün  22

o

C  temperaturda  –  27 



kQ/sm

2

-dən, «isti» quyular üçün 75



0

C-də 62 kQ/sm

2

-dən az olmamalıdır. 



 

Alüminat sementi və genişlənən sementlər 

 

Alüminat  sementi  tərkibində  çoxlü  alüminat  olan  xammalla  əhəng  daşı 

qarışığının  əriyənə  və  ya  laxtanana  qədər  yandırılmasından  və  sonra  narın 

üyüdülməsindən alınan tezbərkiyən hidravlik yapışdırıcı maddədir. 

Alüminat  sementi  hazırlamaq  üçün  əsas  xammal  voksit  və  əhəng  daşıdır. 

Voksitin  tərkibində  80%-ə  qədər  alüminium  oksidi  vardır.  Voksit  başlıca  olaraq 

alüminium  istehsalında  istifadə  olunur.  Əhəng  daşı  təmiz  olmalıdır,  bunun 

tərkibindəki zərərli qarışıqlar 2-3%-dən çox olmamalıdır.  

Alüminat  sementi  əritmə  üsulu  ilə  istehsal  olunduqda  xammal  1450

0

C-yə 



yaxın temperaturda, laxtalaşma üsulunda isə 1250-1350

0

C temperaturda yandırılır. 



Alüminat sementi almaq üçün ölkəmizdə daha sadə yeni bir üsul təklif edilmişdir. 

Bu  üsul  üzrə  voksit  filizi,  əhəng  daşı  və  metal  qırıntılarından  ibarət  müəyyən 

nisbətli  qarışıq  domna  sobasında  əridilir.  Bu  zaman  domna  sobasından  çuqun  və 

nosa  alınır  ki,  həmin  nosa  alüminat  sementinin  klinkeridir.  Bu  üsul  prof. 

V.N.Yunq, S.M.Poyak, V.V.Serov və A.M.Kuznetsov təklif etmişlər. 



25 

 

Alüminat  sementinin  tərkibi  portlandsementdən  çox  fərqlidir.  Həmin 



sementin  tərkibində  35-55%  alüminat,  35-45%  kalsium  oksidi  və  ancaq  5-10% 

silisium  oksidi  vardır.  Alüminat  sementində  ona  əsas  aktivlik  qabiliyyəti  verən 

birləşmə birkalsiumlu alüminatdır (CaOAl

2

O



3

). Bundan başqa sementin tərkibində 

ikikalsiumlu silikat (2CaOSiO

2

) və qalenet (2CaOSiO



2

Al


2

O

3



) vardır. 

Alüminat  sementini  su  ilə  qarışdırdıqda  birkalsiumlu  alüminat  suyu  ilə 

birləşərək aşağıdakı reaksiyaya girir: 

 

2(CaOAl



2

O

3



)+11H

2

O=2CaOAl



2

O

3



8H

2

O+2Al(OH)



3

 

 



Alınan  2CaOAl

2

O



3

8H


2

O  bərkimiş  alüminat  sementinin  əsas  tərkib 

hissəsidir. 

Alüminat  sementinin  hidratasiyasından  alınan  kolloid  kütlələr  az  müddət 

içərisində  sıxlaşmaq  və  kristallaşmaq  qabiliyyətinə  malik  olduğuna  görə,  həmin 

sement  tezbərkiyən  və  hətta  bir  gündən  sonra  yüksək  möhkəmlik  əldə  edən 

yapışdırıcıdır. 

Alüminat  sementinin  tərkibində  üçkalsiumlu  alüminat  yoxdur  və  bərkimə 

zamanı sərbəst halda əhəng ayrılmır. Beləliklə, alüminat sementinin tərkibində, adi 

portlandsementin korroziyasına səbəb olan, üçkalsiumlu alüminat və sərbəst əhəng 

yoxdur.  Buna  görə  də  alüminat  sementi  sulfatlı,  dəniz  və  başqa  minerallı  suların 

təsirinə tamamilə davamlıdır. 

Alüminat sementi bərkidikdə çoxlu (60-90 kkal/kq) istilik ayırır. Qış zamanı 

beton  işləri  apardıqda  bu  istiliyin  ayrılması  çox  əlverişlidir.  Əksinə,  böyük 

konstruksiyaları  betonladıqda  və  xüsusilə  yay  zamanı  iş  görüldükdə  həmin  istilik 

təhlükəlidir.  Buna  görə  də  alüminat  sementini  kütləvi  tikililərin  betonlaşmasına 

işlətmək məsləhət deyil. 

Alüminat sementi tezbərkiyən yapışdırıcı maddədir və bir gündən sonra belə 

yüksək möhkəmlik əldə edir. 3 gündən sonra onun möhkəmliyi tədricən artır. 



26 

 

Alüminat sementinin  markaları: 400, 500  və 600-dür.  Həmin  markalar bərk 



konsistensiyalı məhluldan hazırlanan üçgünlük nümunələrin sıxılmada möhkəmlik 

həddidir.  Həmin  nümunələrin  24  saatdan  sonra  sıxılmada  möhkəmlik  həddi  400 

markalar  üçün  350  kQ/sm

2

-dən,  500  markalı  üçün  450  kQ/sm



2

-dən,  600  markalı 

üçün isə 500 kQ/sm

2

-dən az olmamalıdır. 



Alüminat  sementinin  tutma  başlanğıcı  30  dəq-dən  tez,  sonu  isə  12  saatdan 

gec olmamalıdır. 

008№-li  (1  sm

2

-də  4900  deşikli)  ələkdən  keçirildikdə  qalın  10%-dən  çox 



olmamalıdır. 

Alüminat sementinin sıxlığı və su keçirməmə qabiliyyəti daha yüksəkdir. 

Alüminat  sementini  portlandsementlə  və  ya  əhənglə  qarışdırmaq  olmaz, 

çünki  bu  zaman  onun  möhkəmliyi  kəskin  surətdə  azalır.  Uzun  müddət  (6-12  ay) 

saxladıqda möhkəmliyi cüzi azalır. 

Alüminat  sementi  başlıca  olaraq  tez  bir  zamanda  istismara  veriləcək  beton 

və  dəmir-beton  konstruksiyalarda  istifadə  edilir.  Bundan  başqa,  həmin  sement 

avariya  işlərində,  qış  zamanı  aparılan  beton  işlərində  və  ümumiyyətlə  minerallı 

sularda  qalacaq  konstruksiyalarda  işlədilir.  Istiliyə  davamlı  beton  hazırladıqda 

alüminat sementi ən əsas yapışdırıcı maddədir. 

Nəzərdə  tutmaq  lazımdır  ki,  temperaturun  artırılması  alüminat  sementinin 

bərkiməsinə  mənfi  təsir  edir.  Buna  görə,  alüminat  sementiindən  hazırlanan  beton 

məmulat  bərkidikdə  temperaturu  25

o

C-dən  artıq  olmamalıdır.  Bərkiməni 



tezləşdirmək üçün buxarlandırmadan istifadə etmək olmaz. 

Alüminat  sementi  ən  bahalı  yapışdırıcı  maddədir,  çünki  onun  istehsalında 

qiymətli xammal olan boksitdən istifadə olunur.  

Gips-alüminatlı genişlənən sement.  

Məlumdur  ki,  kifayət  qədər  nəmlik  olmadıqda  bütün  sementlər  tutduqda  və 

bərkidikdə müəyyən qədər yığılır. Sementin yığılması nəticəsində konstruksiyanın 

və  ya  birləşmə  yerinin  monolitliyi  pozulur.  Bu  nöqsanı  aradan  qaldırmaq  

məqsədilə yığılmayan və ya genişlənən sementlər təklif edilmişdir. 



Yüklə 381,83 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə