FatiMƏ fatiMƏDİr doktor əLİ ŞƏRİƏTİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ


Hazırda qadının mədəni və ictimai rolu



Yüklə 0,58 Mb.
səhifə9/17
tarix06.02.2018
ölçüsü0,58 Mb.
#26379
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

Hazırda qadının mədəni və ictimai rolu


XV- XVI əsrlər renesans (intibah) dövründə Dekart düşüncəsi qədim adət-ən`ənələri və dini ritualları səhnədən çıxarmağa başladı. Fərdiyyətçilik (individualizm) meylləri gücləndi. İctimai azadlıq idealları fərdi azadlıq ideyalarının kölgəsində qaldı. Bu cərəyan sosializmi, realizmi, bütün digər idealları arxa plana keçirdi. Frensis Bekonun tə`birincə, “qüdrət” “həqiqətin” yerini tutdu. Bu cərəyan ictimai həyatın bütün sahələrini əhatə edirdi: cəmiyyət, ailə, fərd, sənət, incəsənət, elm, din və s. Dekart məntiqinin tə`siri altında tarixən toxunulmaz hesab edilmiş dini müqəddəsliklər belə adi şeyə çevrildi. Hər şeyin dəyərini pulla ölçənlər üçün həm qadın, həm sevgi əmtəədən başqa bir şey deyildi. Bu proseslərdə insanı “ruhsuz leş” hesab edən Karl Bernardın, ruhu “xəstə donuz”a bənzədən Freydin «müstəsna» xidmətləri vardır. Bütün bu sarsaq düşüncələrin başında isə əlində kisə-kisə qızıl pul tutmuş burjuaziya dururdu. Keşişlər və kilsələr isə bu cərəyanlarla mübarizədə yalnız lə`nət yağdıra bildilər. Onların əlində artıq heç kəsin məhəl qoymadığı çomaqdan başqa bir şey yox idi. Artıq, ailədə fərdi azadlığını hiss edib işləmək üçün kənara çıxan qadını Cəhənnəm əzabı ilə qorxutmaq əbəs idi.

İqtisadi cəhətdən azadlıq qazanmış qadın ailədə özünü daha sərbəst hiss edirdi. Hətta mə`şuqla görüşə şərait yaradan yeni münasibətlər heç bir insani, fitri ehtiyaclara əsaslanmırdı. Bütün bu proseslər mənafe güdən bir təbəqənin planlı oyunu idi. “Hər şey daha çox ləzzət almaq üçün” şüarı qadın şəxsiyyətini bütün müqəddəsliklərdən uzaqlaşdırmışdı.

Nəzəriyyəçilər sübut etməyə çalışırdılar ki, qədimdə ictimai ruh güclü olub. Amma düşüncələr, iqtisadiyyat, fərdiyyət inkişaf etdiyindən, insanlar arasında ictimai əlaqələr zəifləmişdir. Bu müstəqillik onlara çox şey vermişdir. Məsələn, 17-18 yaşlı bir qız çox sadəliklə otaq kirayələyib, azad yaşaya bilir. Eləcə də iqtisadi müstəqilliyi olan hər bir qadın evdə çox sərbəst davranır. O, bir anda ailəsini dəyişə bilər. Onun yeganə həyat prinsipi ağıl olduğundan, başqasına görə əziyyətə dözməyə dəyməz. Belə tip qadın üçün vəfa, isar, fədakarlıq, əhd-peyman kimi dəyərlər, əxlaq və həqiqi sevgi mə`nasız məfhumlardır. İqtisadi müstəqilliyə və tam azadlığa malik olan belə qadınlar üçün hansısa ideal yolunda özünü qurban vermək məntiqi deyil. Əgər ər zəif və xəstədirsə və sağlam bir kişi ilə yaşamaq mümkündürsə, bu tip qadınlar tərəddüd etmədən öz ərini tərk edir.

Sartr belə bəyan edir: “Ər qadın üçün maraqlı deyil. Amma başqa cazibədar kişi bu qadını sevir. Bu mühakimədə əqlin göstərişi tam aydındır: hər iki kişi bu qadına ehtiyaclıdır. Amma qadın yalnız ikinci kişiyə ehtiyac duyur. Qadının qərarı qətidir. O, öz əqlinə əsaslanır. İki ehtiyacı bir ehtiyaca qurban vermək olmaz. Qadın əqlə əsaslanır və məntiqi hərəkət edir. Bir ehtiyaca iki ehtiyacın qurban verilməsini nə Dekart qəbul edir, nə də Freyd!

Dünyaya körpə gəlir. Körpə ərlə arvadın azadlığına mane` olmağa başlayır. əql qəbul etmir ki, bir nəfərin (körpənin) rahatlığına görə iki nəfər (ata-ana) öz rahatlığını əldən versin. Ona görə də qərbdə “azad” qadın ya doğmur, ya da doğduğu körpəni uşaq evinə verir. Bütün bu “əqli, məntiqi analizlər”, “fərdin rahatçılığı” qadından müqəddəs analıq hissini, ailədəki müqəddəs fədakarlığı, cəmiyyətdəki bağlılıqları viran qoyur. Belə bir cəmiyyətdə ictimai ruhdan danışmağa dəyməz. Çünki hamı fərdiləşib, hisslərini - ilahi hisslərini - bir kənara qoyub, özü üçün yaşayır. Bu “azad” insan, əslində, tənhadır. Onu yaşadan malik olduğu iqtisadi qüvvədir. Bu qüvvə yox olduğu vaxt, o da yoxdur!

Tənhalıq


Tənhalıq əsrin ən böyük faciəsidir. Qərbdə bu günədək intihar mövzusunda bir çox kitablar yazılmış və yazılmaqdadır.

Şərqdə intihar, yə`ni özünə qəsd istisna haldır. Qərbdə isə intihar ictimai bəla səviyyəsinə gəlib çatmışdır. İqtisadi cəhətdən tərəqqidə olan qərbdə bu gerçəkliyin səbəbi nədir? Məsələn, qismən iqtisadi gerilikdə olan İspaniyada bu hal nisbətən azdır.


Dağlar çətinliklə daşıyır qəmi,

Çünki tənhadırlar insanlar kimi.


Din insanları birləşdirdi və öz ardıcıllarında ruh yaratdı. Nə zamansa insanlar ictimai cəhətdən o qədər bağlı idilər ki, bu birlik onları bir çox problemlərdən azad edirdi.

Həqiqi cəmiyyətdə vətəndaş, cəmiyyət tərəfindən müdafiə olunduğunu hiss edir. Ailə, cəmiyyət öz üzvünü müdafiə etdiyi kimi, onun üçün çərçivə yaradırdı. İnsan “azad” olmaq istədi. Amma bu azadlıq yalnız bütün ictimai bağlılıqların qırılması hesabına əldə edildi. Başqalarından asılı olmaq istəməyən insan, əslində, tənhalığı seçmişdi. Daim azad bir ada axtaran insan bu adanı tapdı, amma o adada tənha qaldı! Əlbəttə ki, ada bir misaldır. İndi qərbdə milyonlarla “azad” və tənhalaşmış insanlarda “ada əhval-ruhiyyəsi” hökm sürür. Sevməyə, sevilməyə, əl tutmağa, kimdənsə kömək almağa, ailə qurmağa, övlad böyütməyə olan ruhi maraqlar öldükcə, insan da ölür və onun üçün yeganə yol intihardır!

Avropada çoxları elə güman edir ki, cinsi yaxınlıqda olmaq üçün bu istək kifayətdir. Bir şərtlə ki, pul olsun! Pul varsa, cinsi zəifliyi də aradan qaldırmaq olar, Amerikanın birinci ledisinin də yatağına girmək olar. Yaş mühüm deyil. İstəyirsən “Don Juan” ol, istəyirsən “Onasis”! Demək, nə qərb, nə də Amerikada cinsi yaxınlıq üçün məhdudiyyətlər yoxdur. Təsəvvür edin ki, rahat asfalt yolda heç bir məhdudiyyət yoxdursa, altında “Ferrari” olan gəncin aqibəti necə ola bilər?! Cinsi həyat tənzimlənmirsə, nəticələr daha acı olur. Məsələn: homoseksualizm.

Ailə təşkili


Qadın öz təravətli dövrünü azad cəmiyyətin restoranlarında, parklarında, kazinolarında xərcləyir və bir də onda ayılır ki, ətrafda kimsə yoxdur. Onu yalnız keçmiş xatirələrdən ləzzət almaq üçün yada salırlar.

Kişi də eyni həyat tərzini yaşayır. Hər bağçadan bir gül dərib, cinsi qüvvəsini sağa-sola xərcləyir. Bir müddət sonra “azad” kişidə ümumiyyətlə, qadın cinsinə maraq qalmır. Cinsi istəyini dünya sərvətinə maraq, əyləncələr əvəz edir.

Amma bir vaxt gəlir ki, “azadlıq”dan yorulmuş kişi və qadın tənhalıq hissindən yaxa qurtarmaq üçün ailə qurmaq qərarına gəlirlər. Ailə qurulur. Amma bu ailənin əsasını nə gənclik eşqi, nə də hansısa ali məqsəd təşkil etmir. Bu ailədə hansısa müqəddəslikdən söhbət belə gedə bilməz. Onlar nə üçün həyat qurduqlarını özləri daha yaxşı bilirlər.

İzdivac mərasimləri istər meriya, istərsə də kilsədə çox təmtəraqlı keçirilir. Maraqlıdır ki, 200-300 gəlindən təqribən 10 %-i gəlinlik paltarı geyir. Onlar e`tiraf edirlər ki, bu yaşda gəlinlik paltarı geyinmək münasib deyil.

Demək olar ki, toy mərasiminin səhəri hərə öz işinin ardınca gedir. Çünki yeni ər-arvadı bir yerdə saxlayası elə bir səbəb yoxdur. “Hər şey” artıq çoxdan xərclənmişdir.

Bə`zən də toy mərasiminin qurulmasına yenicə doğulmuş körpə səbəb olur. Qanun izdivac tələb edir!

Qətiyyətlə deyə bilərik ki, qərbdə və okeanın o tayında ailə əsasları çox kövrəkdir. Ailədə doğulan körpələr “azad” ata-ananın diqqət mərkəzində olmur. Çox vaxt qurulmuş ailə çox tez bir zamanda iki ünvanda yaşamağa başlayır, yə`ni ər - ayrı, arvad - ayrı! Axı min bir ağuş görmüş insanları hansı sevgi, hansı ehtiras şərqdəki kimi birləşdirə bilər?!


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə