Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə19/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   39

 

40 


Bir yerdə qəbrim var, on yerdə sağam. 

Göy uçsa, yer qopsa, ölmərəm yenə 

Hələ neçə dəfə doğulacağam!.. 

 

 



Yenidən doğulmuş Əlim, son mənzilinə gəlmişəm.Bu elə mənzildir, dostu 

içəri dəvət etmək olmaz. 

   

« - Salaəleyküm, Əli müəllim» 



 

« - Bay, yallah, yallah,Sumqayıtda nə var, nə yox?» 

 

« - Sizdən sonra nələr olub bu dünyada?! Bilirəm, ən çox oğlanlarından 



narahatsan.Arxayın ol.Üçü də sağ - salamatdır.Paşa necədir? Universitetdə 

oxuyur.Azər? Moskvadadır.Moskvada neyləyir? Orta internat məktəbində 

oxuyur.Bəs Orxan? Əli müəllim, xəbəriniz varmı, Orxan da məktəblidir.Hələ yaxşı 

rəsm çəkməyi də öyrənib.Bir dəfə «Göyərçin» curnalında çəkdiyi rəsmi 

veriblər.Nə çəkmişdi? Neft buruğunun yanında fəhlələri təsvir etmişdi. 

 

İstəməzdim sizi kədərləndirim.Neyləyim, gərək düzünü deyim.Siz buraya 



köçəndən sonra…anan da çox yaşamadı.Dözə bilmədi həsrətinizə.O sizi anasız 

qoymağa qıymadı.Siz onu oğulsuz qoydunuz!..Elza xanımdan narahat 

olmayın.İşləyir, balalarını dolandırır.Sənsiz yaşamaq onunçün asan deyil.Amma 

neyləsin, özün söz vermişdin: «Sevgilim, səninlə mən gedəcəyik qol - qola, ömrün 

sonuna qədər».İndi sənin misralarınla o sənə gileylənir: 

 

Məgər ürəyimin bu zamanında 



Sən məni heç atıb getməlisənmi? 

Mənim kədərimə, dərdimə bir an 

Yad baxıb əlvida etməlisənmi? 

 

 



Eh, Əli müəllim, nahaq yerə deməyiblər ki, ölən ölməsin, qalan birtəhər 

dolanacaq.Epikürün bir sözü var: «Ölüm - ölən üçün yox, qalan üçün 

bədbəxtlikdir».Sən buraya köçəndən sonra bir neçə kitabın çıxıb. «Seçilmiş 

əsərləri» n də çıxdı.İki cilddə.Nə olaydı, nəsr əsərlərin də kitab halında nəşr 

olunaydı.Daha nə yazmısan, Əli müəllim?Axı, özün demişdin: «Tabutuma bir az 

kağız qoyun, bir dənə də qələm.Hayıf bu yaşda heç nə, heç nə deməmi-

şəm».Tabutunda kağız da var, qələm də.Özün demişkən: «De görək nə 

deyirsən».Təzə heç nə yazmamısan? Qəm eləmə, elə yazdıqların bəsdir! 

Yazdıqların səni yaşadır, yaşadacaq.Vallah, təsəlli üçün demirəm. 

 

Bilirəm, giley edirsən: «Xeyir ola, ay etibarsız, nə əcəb səndən? Niyə gə-lib 



- getmirsiniz? Həmişə mən sizi yoxlayırdım.Heç olmasa, indi siz məni yada 

salın».Xəcalətimdən başımı aşağı salıram: «Etibarsızıq.Etibarsızdılar».Əli 

müəllim, sizinçün yaman darıxmışıq.Yuxuma da girmirsininz.Nə üçün mənim-lə 

danışmaq istəmirsininz.Tanımadınız? Ola bilməz.Mən - İxtiyaram.İxtiyar kimdir? 

Yadınızdadırmı, bizim parolumuz vardı.Özünüz deyirdiniz, pyesiniz-də  İxtiyar  

surəti var. Guya mən onun prototipiyəm. Hə, hə  İxtiyar …Bir sözümü olduğu kimi 

İxtiyar üçün «götürmüşdünüz».Axı görüşəndə həmişə həmin sözü mənə deyib 

gülərdiniz.bəs indi? Heç nə istəmirəm.Bircə o sözü bir dəfə təkrar edin! 




 

41 


 

Soruşursunuz nə ilə məşğulam? Ruhuna and olsun, ancaq səninlə 

məşğulam.Hər gün mənimləsiniz.Yadınızdadırmı, məndən yazılarımı istəyirdi-niz? 

Onda utanırdım cızmaqaralarımı sizə verməyə.İndi üzgörənlik edirəm.Elə bilmə, 

bir ildə iki yaş böyümüşəm.Siz özününz qocalmırsınız…Ölmədim, bu günü də 

gördüm, - yaşıdın oldum.Bir yazım var, yaşıdım Əli! Bəlkə oxuyub fikrinizi 

deyəsiniz? Əli Kərim haqqındadır.Yaşıdım Əli haqqında yox, məndən 8 - 9 yaş 

böyük olan Əli Kərim haqqında! 

 

…Çoxlu dostlarınız vardı,Əli.Bilmirəm,bu dostlarından neçəsi əsl dostu-nu 



əvəz edirdi.Onu bilirəm ki, sizi əvəz edən dost tapılmaz, tapılmaz, tapıl-

maz…Özünüz demişkən: 

Daha heç nə demirəm: 

Nöqtə, nöqtə və nöqtə… 

 

Puşkin dueldən sonra dostu Danzasa deyir: «…Qulaq as, əgər Arendt 



(həkimdir -F.M) yaramı ölümcül hesab etsə, mənə deyərsən.Bununla məni 

qorxutmazsan.Mən yaşamaq istəmirəm».Heminquey açıq - aşkar özünü öldürmək 

istəyirdi.Əli Kərim isə yaşamaq istəyirdi, özü də necə!Amma deyə-sən, o, ürəyincə 

yaşamırdı… 

 

Nə isə, Əli Sumqayıta gəlmişdi.Axşam saat 8- 9 olardı.Əlinin və mənim 



tanışımız olan bir nəfər bizə gəldi. 

 

- Əli Kərim səni çağırır, - deyə o, təngnəfəs halda dilləndi. 



 

- Harda? 

 

- Vağzalda. 



 

- Evimiz vağzalla üzbəüz idi.Tanışımla vağzaldakı «Görüş» kafesinə 

getdik.Əli Kərim bir neçə nəfər sumqayıtlı tanışımla buradaydı.Mən evdə ola - ola 

Əli kafedə mənimçün də «ehtiyat görmüşdü».Mənimlə görüşmədən Bakıya getmək 

istəməyib.Bir neçə dəqiqə söhbət etdik.Gec idi,Əlini yola salmaq lazım idi.Başqa 

yoldaşlar evlərinə getdilər. 

 

Əli Kərimi tək yola salmağa qıymadım, özüm də onunla Bakıya getdim. 



«Azərbaycan» mehmanxanasında bir neçə dəqiqə yubandıq.Sonra Əli Kərimgilə 

getdik.Yadımdadır, maşina oturan kimi Əli sürücüyə yalnız bunu dedi: «Vaqif, 

30».Yolda söhbətimiz yalnız o haqda gedirdi ki, mən də Əligildə qalım, gecənin bu 

vaxtı yenidən Sumqayıta qayıtmayım.Ondan eşitdiyim son söz bu olub: «Gecə 

bizdə qal, sabah tezdən qayıdarsan». 

 

Əli Kərim maşından düşüb evlərinə yollandı.Ümumi qapıdan girəndə 



çevrilib arxaya baxdı.Əl elədi.Son dəfə əlinin hərəkətini görmüşəm: «Arxayın ol, 

daha bura evimizdir».Mən onu Bakı şəhərindəki evinə ötürdüm, bir də Göyçayda 

qəbrini ziyarət edərkən görüşdüm… 

 

Əli Kərim borclu qalıb getmədi,bizi borclu qoyub getdi.Bəlkə də bu 



yazdıqlarından daha çox yaza bilməzdi.Bu yazdıqlarından daha yaxşı yaza 

bilməzdi.Bu mümükün deyildi.O, bundan artıq yaşaya bilməzdi.Puşkin kimi, 

Lermantov kimi! 

Onun ölüm xəbərini eşitdim və  tezliklə  o yerdən uzaqlaşmaq  istədim. 

Amma hara getdimsə, xəbər də mənimlə getdi.Hara getdimsə, xəbər məni 

qabaqladı!Onun haqqındakı xəbəri bir nəfərə də demədim.Gizlətdim bu 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə