Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə20/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   39

 

42 


xəbəri.Bunu özümə təsəlli bildim.Amma kimi gördümsə onun ölümündən söz 

saldı… 


 

O sağ olanda, elə bilirdim bütün «dərdlərimə» dərman tapa bilərəm.İndi ən 

kiçik «dərdim» mənə dözülməz görünür.Onun haqqında bir nəfərlə söhbət edəndə 

də, elə bilirəm, bir neçə min nəfərlik auditoriyada çıxış edirəm.Elə bilirəm,neçə - 

neçə kamera və mikrafon mənə tuşlanıb.Mən nəinki öz taleyimi, yaşıdlarımın 

taleyini belə ona etibar edərdim!Çünki o, müqəddəs insan idi.Müqəddəs, təvazökar 

görünmək istəmirdi.O, müqəddəs idi, təvazökar idi! 

 

Roma kilsəsində Müqəddəs Pyotrun bürüncdən heykəli var.Katoliklər 



heykəlin ayağını o qədər öpüblər ki, öpüşlərdən bürünc yeyilib! Öpüşləri ilə, 

dodaqlarının izi ilə bürüncü belə sürtən insanların məhəbbəti gör nəyə qadir-dir! 

Oxucularının qəlbində Əli Kərimə qarşı buna bənzər bir inam hissi, mə-həbbət 

var.Bu məhəbbət, inam həmişə onu yaşadacaq! 

 

Əli Kərim 50 - ci illərdə Azərbaycan poeziyasına gəlmiş gənclərin inamının, 



iradəsinin, dözümünün simvoludur.O bu illərdə yaranmış ədəbiyyatın vicdanıdır! 

 

Bəzən məni təqdim edəndə adımı demirlər (görünür, adım heç nə demir), 



belə isnad verirlər: «Əli Kərim haqqında yazan oğlandır».Əlbəttə, bu, məni «gözə 

soxmaq» üçün deyil,Əli Kərimi yada salmaq üçündür! 

 

Onun Göyçaya sonuncu «səfərindən» sonra qəzetlərdən biri məni Əlinin 



«qələm dostu» kimi təqdim edib.Xeyr, belə deyil.Bunu o özü də bilirdi.Onun 

«qələm dostu» olsaydım, bəlkə də hər sözünü, hər hərəkətini yadımda  saxla-mağa 

belə cəhd etməzdim.Deyərdim, «mən də onun biriyəm», qoy o mənim həyatımı 

izləsin… 

 

Yadıma gəlir, «Ulduz» curnalının anketinə verdiyi cavabların birində Əli 



Kərim deyirdi: «Mənim aləmimdə yazılmayan yazılandan daha çox olur.Arzu 

həqiqətdən sürətlidir.Bir də ki, sizə sadaladıqlarımın (Əli Kərim bəzi əsərlərini 

nəzərdə tutur) bəziləri irəliyə «növbəsiz» keçmiş yazılardır.Kim bilir, bəlkə keçən 

il yaza bilmədiklərim bu il də yazılmayacaqdır. «Növbəsizlər» yenə aman 

verməyəcəklər.Əvvəlcədən nə deyim?» 

 

Onun növbəsiz yazıları «növbəsiz» ölümüylə  əvəz oldu. «Növbəsiz» ölüm 



ona aman vermədi.Lev Tolstoy yazırdı: «Ölməyə həmişə hazırlaşırsan.Yaxşı 

ölməyi öyrənirsən».Əli Kərim yaxşı ölmək üçün, şərəflə öl-mək üçün həmişə hazır 

idi.O, yaxşı ölməyi öyrənmədi, öyrətdi! Çünki ömrü günahsız idi.O ölmədi, 

ölməzliyə qovuşdu!  

 

Əli Kərimin «Vəsiyyət» i elə vəsiyyətdir ki, onunla yaşamaq da olar.Bu 



vəsiyyət onun ölümündən yox, ölməzliyindən xəbər verir! «Vəsiyyət» onun 

tərcümeyi - halının bir parçasıdır; sadəcə olaraq kədərli şeir deyildir.Bu şeiri 

yazıldığı tarixinə görə vəsiyyət hesab etməyin.Ona görə vəsiyyət hesab edin ki, bu 

şeirdə Əli Kərim artıq öz ölümünə inanır… 

 

Əli Kərimin həyat yoldaşı ilə söhbət zamanı bilmək istəyirdim: Əlinin ədəbi 



«Vəsiyyət» indən başqa elə - belə vəsiyyəti də  olubmu? Elza xanım son bir neçə 

dəqiqədə Əlinin yanında olmayıb.Bu vaxt şair dostlarından biri onun 

yanındaymış.Əli Kərim deyib ki, «canınızın qədrini bilin.Dostlarıma deyin, 

oğlanlarımdan muğayat olsunlar».Sonra da oğlanlarının adını bir - bir çağırmaq 




 

43 


istəyib: Paşa,A- a…» Azərin adını bütöv deyə bilməyib.Orxanın adını isə gözləri 

ilə deyib.Gözləri ilə! Dili ilə deyə bilmirdi? Deyə bilərdi.Çünki bu - Əli Kərim idi! 

O,ölümə təslim olmaq istəmirdi.O, ölümünü yubandırırdı! 

 

Əli Kərim son anda oğlanlarını səsləyib.Bu vaxt oğlanları evdəydilər, ölüm 



«onlarla bir oynayırdı».Görürəm, siz Əli Kərim haqqında Elza xanımın daha nələri 

xatırladığı ilə maraqlanırsız.Budur, Elza xanımla söhbətdən bir parça.İnsanın dəqiq 

xarakterini, xasiyyətini, necə deyərlər, əsl dostunu, düş-mənini yalnız ev şəraitində

ailədə öyrənmək olar. 

 

Puşkinin vəfatı ilə əlaqədar Dostoyevski deyirdi: «Puşkin, qüvvələrinin tam 



inkişaf etdiyi dövrdə öldü, həm də şübhəsiz, bəzi böyük sirləri özü ilə qəbrə 

apardı.İndi isə biz bu sirri onsuz aydınlaşdırıb aşkar edirik».Əlbəttə, təkcə Puşkin 

yox, hər bir kəs özü ilə qəbrə «böyük sirr» olmasa da, heç olmasa kiçik sirr 

aparır.Əli Kərim də istisna təşkil etmirdi.Amma o, elə sirr aparmayıb ki, onu 

«araşdırmaq» da lazım gəlsin.Sadəcə olaraq, bəzi şeyləri Əli Kərimin öz razılığı 

olmadan yazmaq istəmirəm. 

 

Əli Kərim «ardımca gəlin» deməsə də, onun ardınca neçə - neçə gənc ge-



dir.O, «məni oxuyun» deməsə də, onun oxucularının sayı yoxdur, olmaya-caq.Belə 

bir ifadə var: müharibə ilə ölüm insanlara fərq qoymur.Amma bu da var ki, Əli 

Kərim ölümündən sonra da kömək edir: şeir yazanlara, sevən-lərə,sevilənlərə, tərk 

olunanlara, yolunu azanlara, imtahandan kəsilənlə-rə.Mənə, sənə…bütün 

oxucularına… 

 

Əli Kərim ölüm ayağında da başqalarına kömək əlini uzatmaq istəyir.Necə? 



Onun yatdığı palatadakı çarpayıda gələcəkdə yatacaq xəstəyə məsləhəti ilə.Əli 

Kərimin «can vermək təcrübəsi» ona bu ixtiyarı verir.O, gələcək xəstəyə məsləhət 

görüb deyir ki, «qoy ürəyinə qorxu yol tapmasın.Çünki qorxu - ölümün 

kəşfiyyatçısıdır.Dərmana fikir ver, iynəyə də bax.Qarışıb onlara qorxu da keçir». 

«Qorxudan qorunmağa qüdrətin olsa, ölüm baş götürüb dünyadan köçər». 

 

Əli Kərimin belə bir şeiri var: 



 

Ürəyim çox yaman sancdı. 

Dedim ölüm sevgi kimi ürəyimə 

Gizli - gizli necə qonub. 

Yoxsa boşluq olub orda, 

Yoxsa orda sevgi sönüb. 

Yox, sönməyib! 

O sönərmi? 

O vuruşur ölümlə 

vəfalı dostum kimi. 

 

 

İndi biz - Əli Kərimin vəfalı və vəfasız dostları, yaxın və uzaq tanışları 



deyirik: -Yox, Əlinin ürəyi sönməyib, o sönərmi? - İndi biz Əli Kərimin ölümü 

haqqındakı xəbərlə vuruşuruq, onu yaxına buraxmaq istəmirik.Ürəyimizdə Əlini 

gəzdirirdik deyə,ölüm haqqındakı xəbərə orada yer yoxdur, olmayacaq.Səsimizin 

əks - sədası gəlir: ölümə yer olmayacaq, olmayacaq!..  




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə