Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə28/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   39

 

61 


daha da dəqiqləşdirmək ehtiyacı.söhbətimizdən xəbər tutan bir nəfər şair dostum 

məndən xahiş edib ki,  Siz Əli kərimin bu şeirini izah edəsiniz: 

 

Nə bu dərdə gərəkdir uşaqlar üçün, 



Nə də aramızda bu narazılıq. 

Biz dərdin,  

                    kədərin özündən belə 

onlara səadıt yaratmalıyıq. 

Onlar uşaqdırlar, nə veclərinə, 

Görüşdük harada, 

nə zaman,  

niyə?!   

Nə üçün bir səhər mən aşiq oldum 

Könlümü yandıran bu gözəlliyə, 

Ayrılıq onlara bir məzuniyyət

Gedərəm,  

dönərəm  

yenə də geri. 

Amma məzuniyyət qurtarmayanda 

Çəkilməz yollardan həsrət gözləri. 

Çəkər məzuniyyət,  

qırılar ya da, 

Haqlayar sizləri soyuq bir xəbər, 

Ya da ki, onların toyuna bir gün 

Toya çağrılmamış bir qoca gələr. 

Baxıb tanıyarsan, 

 gözünə o vaxt 

İndidən dəyərsə xırda bir əsər. 

Bəlkə də qəlbinə yayləq hənirli 

Çox xəfif, 

çox zəif bir külək əsər. 

Bir kəs də bilmədən oğurlayaram 

Bir az uşaqların səadətindən, 

Sonra yavaş - yavaş çıxıb gedərəm 

Çox uzaq, çox uzaq qonaq kimi mən. 

 

 



- Bu şeiri Əli 1966 - cı ilin noyabrında yazıb.Onda mən küsüb evdən 

getmişdim.Həmin şeirin yazılma tarixi Əlinin heç bir kitabında yoxdur.Onun bu 

ruhlu şeirləri az deyil.Özü də qəribə burasıdır ki, belə şeirlərinin qaralaması çox 

azdır.Başqası elə bilər,Əli bu şeirlərin üzünü köçürüb.Belə deyil.Əli belə şeirlərini 

birnəfəsə yazardı.Düşdüyü vəziyyət onu məcbur edib… 

 

 



 

 

 



 

 

 



 

iyul - oktyabr, 1980 

 



 

62 


 

 

  



 

 

                             «DEMƏ Kİ, DƏRDİMİ ÇƏKƏN YOXUMDUR…»   



 

 

 



Onun adına ilk dəfə Əli Kərimin şeirində rast gəlmişəm.Əlinin vəfatın-dan 

bir neçə il keçmişdi.Novosibirsk şəhərindən gələn şairlərlə Əli kərimin ata yurduna 

- Göyçaya getmişdik.Həmin gün Göyçayda çıxan «Yeni həyat» qəzeti Əli Kərimin 

bir qəzəlini və bir də «Yoxumdur» adlı şeirini dərc etmiş-di.O vaxta qədər Əlinin 

bu şeiri ilə tanış deyildim.Şeirdə belə bir bənd vardı: 

 

Ay qız, ilhamımı səndən almışam, 



Kədər güc etdikcə qıyya çalmışam. 

Arifi, Əlini dərdə salmışam,  

Demə ki, dərdimi çəkən yoxumdur. 

 

 



Sonralar bir dəfə də Arif adına rast gəldim.Nədənsə,buna əhəmiyyət ver-

mədim.Amma elə ki, Əli Kərimin həyat yoldaşı Elza xanım mənə məsləhət 

gördü,Əlinin dostu arif Sultanovla görüşüm, o gündən arifi görmək arzusuna 

düşdüm. 


 

Günlərin birində Arifə zəng vurdum, görüşmək istədiyimi bildirdim.İki 

gündən sonra onun iş yerində görüşməliydik.bir - birimizi görmədiyimizdən, mən 

soruşdum ki, «Arif müəlli, bəs sizi necə tanımalıyam?» 

 

- Məni tapmaq, tanımaq çətin deyil. 



 

Sonradan özümü çox danladım: niyə soruşdum ki, onu necə tanımalı-

yam.Axı, Əli Kərimin dostunun görüşünə gedirdim.Onun kiçik bir hərəkətin-də, 

sifətinin adi bir cizgisində  Əli Kərimə olan məhəbbəti axtarmalıydım. 

 

Əli Kərimə olan məhəbbət - mənim bələdçim olmalı idi, mən soruşma-



malıydım: «Siz  Arif Sultanovsunuzmu?» 

 

Arif Sultanov Azərbaycan Dəmir Yolu İdarəsində çalışır.Həmin gün 



kabinetində təmir işi aparılırdı.Başqa otaqda söhbət etməyə isə mən razı olma-

dım.Çünki istəmirdim Əli Kərim haqqındakı söhbətimizdən hələlik başqaları da 

xəbər tutsun.Özü də adətimdir: başqasının iştirak etdiyi otaqda Əli Kərimdən 

danışa bilmirəm. 

 

«Sən Əlinin adını çəkib məni dərdə salmısan» - bu, Arifin mənə dediyi ilk 



söz oldu.Parkda oturub söhbət edirdik.(Heç ağlıma da gəlmirdi ki, bir vaxtlar Əli 

Kərimlə arif bir neçə addım «bizdən aralı» yerdə durub…kimisə gözləyirmişlər.) 

Arif Sultanov üçün hazırladığım suallara hələlik müraciət etmirdim.Arif mənim bir 

xahişimə, şərtimə əməl edib sual gözləmədən Əli Kə-rim haqqında danışırdı: 

 

- Əvvəlcə ayrı - ayrı məktəblərdə oxumuşuq.Əli 4, mən 1nömrəli mək-



təbdə.məktəblər bir - birinə çox yaxın idi.Deyəsən, beşinci sinifdən bir yerdə 


 

63 


oxumağa başladıq.Atalarımız dost olublar.Necə dost olublar? Əlinin atası arabaçı 

idi, mağazaya çörək daşıyırdı.Mənim atam da mağazada işləyir-di.Atalarımızı 

işləri dostlaşdırmamışdı, Əli Kərimin atası Paşa kişinin düzlüyü, saflığı, mərdliyi 

dostlaşdırmışdı.atam deyirdi: «Paşa kişi gətirən çörək düz olar: onu çəkmək, 

saymaq lazım deyil».Sonra mənim atam müharibədə həlak oldu.Paşa kişi atam 

haqqında çoxlu xatirə danışardı. 

 

Arif,Əli Kərimin atası haqqında daha nələr danışacaqdı, əgər ondan «arifi, 



Əlini dərdə salmışam» misralı şeirin izahını xahiş etməsəydim.Axı mə-həbbət 

şeirlərində, adətən, şairlər təkcə öz adlarını çəkirlər.Şairin, dostunun adını öz 

adından da əvvəl şeirinə salması nə ilə əlaqədardır? Arif bunu belə izah etdi: 

   


- Bir qız vardı,Əli onu bərk sevirdi.Əlinin ilk məhəbbətiydi.Qız isə Əlini 

yox, başqasını sevirdi.Ona görə yox ki, Əli qızın məhəbbətinə layiq deyil-di.Mən 

sənə düzünü deyəcəyəm.Ona görə ki, Əligilin ailəsi bir qədər ehtiyac içində 

yaşayırdı, o qədər sən deyən…firavan dolanmırdılar.Atalaryaxşı deyiblər ki, kasıb 

həmişə comərd olar.Əlinin xatirinə o qızın əziyyətini mən çox çəkmişəm.Qızın hər 

günü haqqında Əliyə hesabat vermişəm.Qızın sevdiyi «başqa» oğlana əməlli - başlı 

rəqib kəsilmişəm.Ürəyimdə onu hədələmişəm, məzəmmət eləmişəm: «Axı, sən o 

qızı niyə sevirsən, bilmirsən onu Əli sevir?!» Əli ilə şaxtada, yağışda durub o qızı 

izləmişik, amma yaxınlaşıb bir söz deməmişik.İnanırsan,Əli axıra qədər ona bir söz 

demədi.Çünki Əlidə olan abır - həya heç kəsdə yox idi! 

 

Qız tramvayın birinci vaqonuna minəndə,Əli ilə mən ikinci vaqona 



minərdik. Əli çalışardı qızın gözünə görünməsin, amma özü onu görsün.Vəziyyət 

elə gətirmişdi,Əliyə nisbətən qız mənə tez - tez rast gəlirdi.Çünki Əli Teatr 

İnstitutunda oxuyurdu, qız isə mənimlə birlikdə başqa bir institutda.Ona görə də 

mənim vəzifəm idi: hər gün qızı görməyim barədə Əliyə hesabat verim.Hesabatı da 

yaman sərt qəbul edirdi: qızı saat neçədə gördün, hansı paltardaydı, bufetə girib nə 

aldı, sənə necə salam verdi?..Hərdən Əli mənə əsəbiləşərdi, elə bilirdi ona düzgün 

məlumat vermirəm.Bilirsən, Əli niyə belə edirdi? Qız bilirdi:mən Əlinin yaxın 

dostuyam.Qızın mənim salamımı necə alması Əliyə təsəlli idi.Əliyə elə gəlirdi,əgər 

qız mənim salamıma mehribanlıqla cavab veribsə, bu, Əli üçün heç olmasa bir 

addım irəlidir! Bu məhəbbət Əliyə nə verdi? Gözəl şeirlər! Mən danışdıqlarımı Əli 

şeirlərində çoxdan deyib.Bax,qız Əlini yox, başqasını sevirdi.Əli bu haqda «İki 

sevgi» şeirini yazıb.bu misralara fikir ver: 

 

…Mənsə səni sevirəm 



Susuzluğun od vurub köz kimi yandırdığı 

dodaq su sevən kimi. 

O isə səni sevir, 

rahatca bardaş qurub, 

Kabab üstdən sərin su pis olmaz deyən kimi. 

………………………………………………… 

Mənsə səni sevirəm 

iynənin ucu boyda 

İşığa həsrət qalan göz işıq sevən kimi. 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə