Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə25/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   39

 

55 


görünməyim.Pəncərənin qabağında olsaydım, çəkilərdim ki, qoy Əli utanmadan 

evinə keçə bilsin. 

 

Mütaliə etməyi Əli çox xoşlardı.Xüsusən görkəmli adamların gündəlik-



lərini, onların həyatına aid kitabları daha çox oxuyardı.Mən də vərdiş etmiş-dim: 

onun oxuduğu kitabların hamısını oxuyardım.Onun oxumaq istədiyi so-nuncu əsər 

Delakrua haqqında olan kitabdır.Əli kitabı xəstəxanaya apardı, amma heç oxumağa 

başlamadı da… 

 

- Əli Kərim cavanlara, istedadına inandığı gənclərə çox qayğı ilə yana-



şırdı.Buna o illərin mətbuat səhifələri də şahiddir.Bununla əlaqədar Sizin yadınızda 

nələr qalıb? 

 

- Hər şey yadımdadır.Mən çox şairlər tanıyıram Əli onların şeirlərinin çap 



olunması üçün bəziləri ilə mübahisə də edib.Kimin çap olunmasını ürək-dən 

istəyirdisə, hamısına kömək etməyə imkan tapıb.Hətta yaxın dostlarının birindən 

küsmüşdü ki, gənc bir şairin şeirlərini  çap etməyi o niyə bu qədər 

yubandırır.Yadıma gəlir, Camal Yusifoğlu haqqında Əli «Uğurlu yol» yazmışdı.O 

yazını mən də oxudum və Əli ilə mübahisə elədim.Dedim ki, ay Əli, sən bu oğlanı 

belə tərif edirsən, yəni o səndən də yaxşı yazır? Bu,olduğu kimi Əlinin sözüdür: 

 

- Elə niyə soruşursan? O məndən cavandır, yaxşı yazmasa - deməli, həyat 



dayanmışdır. 

 

- Əli kərim uzun müddət «Azərbaycan» curnalının redaksiyasında işlə-



yib.Son vaxtlar işdən çıxması ona necə təsir edirdi? 

 

- Əli redaksiyadan işdən çıxmışdı, amma işsiz qalmamışdı.O, heç vaxt iş 



axtarmayıb.Curnaldan çıxandan sonra bəziləri onu işləməyə çağırırdılar.Özü də 

bunu çox incəliklə edirdilər.bilirdilər,Əli işləmək istəmir, ona görə də deyir-dilər: 

«Gəl bir yerdə işləyək, bizə kömək et».Getmirdi.Çünki Əli evdə də çox işləyirdi. 

 

-Elza xanım,Əli Kərim xöşbəxt taleli şairdir.Buna hamıdan qabaq o özü 



inanırdı.Yadınızdadırmı. hələ ilk şeirlərinin birində o yazırdı: 

 

Şeirimə, sözümə inanıram ki, 



Hər insan könlünə od salacaqdır. 

Mən iki gözümə inanıram ki, 

Adım günəş kimi ucalacaqdır. 

 

 



Siz təəssüflənib deyirsiniz: «Əli nə yaşadı ki?!» Yaşamaq üçün çox ömür 

sürmək vacib deyil.Mən bunu Puşkinə,Lermontova görə demirəm.Bunu Əli Kərim 

özü də sübut edir.Bəlkə hissə qapılıb deyirəm, amma fikir verin,Əli haq-qında nə 

qədər yazılıb! İstər Əlinin sağlığında, istərsə də ölümündən sonra onun haqqında 

nə yazılıbsa, hamısını saxlayıram.Bu yazılardan qalın bir kitab buraxdırmaq 

olar.Həmin kitabı mən indidən görürəm.Əliyə qarşı olan bu məhəbbət təkcə onun 

yaradıcılığına görə deyil, həm də şəxsiyyətinə, sözün böyük mənasında insanlığına 

görədir.Yadınıza gəlirmi,Əli kərimin dəfn olunduğu yerin, necə deyərlər, ilk 

görünüşü? 

 

- Yadımdadır.Demək olar, boş düzənlik idi.Biz hər il Əlinin məzarını ziyarət 



etməyə gedirik.Dostları, oğlanları ilə birlikdə.İndi orda böyük park sa-lınıb, Əlinin 


 

56 


adına.Dünyanın bu möcüzəsini də gördüm: biz Əlinin məzarına baxmaqla təsəlli 

tapırıq.Fikirləşirik ki,o burada, bizim yanımızdadır, ürəyi-mizdən keçənləri ona 

deyə bilərik..Əli də dərdimizə şərik olar, bizə məsləhət verər… 

 

- Keçən ilin yayında biz Əli Kərimin məzarını ziyarətə getmişdik.O vaxtlar 



Əli kərimin adına olan parka tərəf gedən ümumi yol təmir olunur-du.Təbiidir ki, 

biz bura necə getməyi kimdənsə soruşmalıydıq.Bir nəfər yaşlı qadına müraciət 

etdik.O, həyətdə durub bizim maşina tərəf baxırdı.Bağış-lanılmaz səhv etdim

inanmadım ki, bu qadın Əli Kərimi tanıya, ona görə soruşdum ki, «ay xala, burda 

bir park var, oraya necə getmək olar?» «Əli Kərim parkı?» - deyə o qadın bir qədər 

bizə tərəf irəlilədi və parkın səmtini göstərdi.Qadın ayaqyalın idi.Dostlarımı 

bilmirəm, amma mən onun toz - torpağa bulaşmış ayaqlarını öpmək istəyirdim ki, 

onlar Əli Kərimə tərəf irəliləyir! Bu qadının əllərini öpmək istəyirdim: onlar Əli 

Kərimə tərəf gedən yolu göstərir! Mən orcinallıq edib demədim «Əli Kərimə tərəf 

gedən yol».Mən istərdim, Göyçayın müxtəlif yerlərində Əli Kərimin məzarının 

yerini göstərən işarələr vurulsun.Amma yazılmasın: «Əli Kərimin məzarına gedən 

yol».Yazıl-sın: «Əli Kərimin yanına gedən yol». 

Biz Əli kərimin məzarını ziyarət edəndə onun qəbirüstü abidəsi tam hazır deyildi, 

ustalar hələ işləyirdilər.Əli Kərimin taxtadan düzəldilmiş köhnə başda-şı da 

əvvəlki yerindən çıxardılıb bir tərəfə qoyulmuşdu.Orada alt - alta bu sözlər 

yazılmışdı: «Vəfatı.Əli Kərim.1932.2.VÛI.69».Çoxdan gözləyirdim ki, bu başdaşı 

dəyişdiriləcək.Çünki Əli Kərimin qəbirüstü abidəsi haqqında gedən rəsmi və qeyri 

- rəsmi söhbətlərdən xəbərim vardı.Təbiidir, mən Əlinin başda-şına adi taxta kimi 

baxmırdım.Çünki orada Əli Kərim sözü yazılmışdı.Eşitmiş olarsınız, vaxtilə 

Puşkinin də başdaşı adi taxtadan imiş və orada Puşkinin dostu A.Turgenev 

karandaşla belə yazmışdı: «Sverşilas».Elza xanım, Əli Kəri-min həyat yoldaşı 

olmaq nə qədər böyük xoşbəxtlikdirsə, onu itirmək də bir o qədər ağırdır.Mən 

dedim «itirmək» və dediyimə görə peşman oldum.Həmişə yad edilən adam axı 

necə yaşamaya bilər?.. 

 

- Əlinin belə misraları var: «Hər yol gözlərinin yanından keçir, Bəlkə 



işıqlandı təbəssümündən».İndi mənimçün hər yol…Əlinin məzarının yanından 

keçir.Vəfatından sonra iki ilə yaxın qara paltar geydim.Bir dəfə Paşa ağır 

xəstələnmişdi.Qorxurdum qara paltardan.Anam da məni danladı ki, niyə qara 

paltar geyib, oğlanlarını da kədərləndirirsən.Söz verdim ki, Paşa sağalsın, qara 

paltarımı çıxararam.Elə də etdim.Bir tərəfdən də, madam Əlinin əsərləri yaşa-yır, 

deməli, özü də sağdır, yaşayır.Yaşayan adma, axı, yas saxlamazlar. 

 

- Əli Kərimin qəbirüstü abidəsində onun hansı şeirini yazdırmaq istərdininz? 



 

- Bu haqda qəti qərara gələ bilmirəm. 

 

- Bəlkə, bu misraları yazdırasınız: 



 

Baxsan bu dünyanın ha tərəfinə 

Bir yerdə qəbrim var, on yerdə sağam. 

Göy uçsa, yer qopsa,ölmərəm, yenə, 

Hələ neçə dəfə doğulacağam. 

 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə