Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə23/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   39

 

50 


 

- Nəinki mən, qohumlarımızın da heç biri Əliyə qarşı elə bir laqeydlik 

göstərməmişik ki, təəssüflənib deyək: «Əgər filan işi görsəydim,Əli çox yaşa-

yardı».Ailə üzvlərimiz məndən də çox Əlinin xatirini istəyirdilər.Bu qədər ki 

övladlarını istəyirdi, bir dəfə də olsun ata - anamın yanında uşaqları qucağına 

götürməzdi.Çalışırdı ata - anam olan otaqda çox qalmasın, bir bəhanə ilə başqa 

otağa keçsin.Mən də heç vaxt valideynlərimin yanında Əlinin adını 

çəumirdim.Həmişə belə deyirdim: «onun şeiri», «onun kitabı».Ölümünə bir saat 

qalmış anam palataya girdi.inanırsız, o ağır vəziyyətdə Əli istədi çarpayı-dan 

dursun.Ata - anamın yanıda Əli məni dindirməyə utanırdı. 

 

Əli heç vaxt nəsihət verməyi xoşlamırdı.istəyirdi adam təbii olsun.Anası ilə 



birlikdə qalırdıq.bir dəfə də olsun mənə demirdi ki, anama hörmət et.Anasına da 

demirdi ki. elzaya hörmət et.Amma anası bilirdi: bu, Əlinin yol-daşıdır, ona hər cür 

hörmət etmək lazımdır.mən də bilirdim: bu - Əlinin anası-dır, müqəddəsdir.  

 

Əlbəttə, Əli ilə mübahisələrimiz də olurdu.Bunsuz ailə həyatı mümkün 



deyil.Nədən ötrü mübahisə edirdik? Hər yay uşaqları da götürüb istirahətə 

gedirdik.Əli, meşəsi olan yerlərdə istirahət etməyi xoşlardı.Çünki belə yerlərdə 

daha çox yaza bilirdi.mən də mübahisə edirdim ki, ay Əli, bir dəfə də istirahətə sərf 

etdiyin pulları verib evə bir şey alaq.Deyirdi: «Qoy uşaqlar dincəlsin-lər.Darıxma, 

hər şey yaxşı olacaq, amma bircə onda mən olmayacağam.Adam öləndə özüylə 

əşya, purl aparmır, Elza!» Əli heç vaxt pul hərisi olmayıb. 

 

- Ev işlərində Əli kərim sizə kömək edirdimi?Ailə qayğıları onu 



əsəbiləşdirirdimi? Əlinin xasiyyətində xoşunuza gəlməyən cəhət var idimi?  

 

- Bunu yazmaq üçün demirəm.Elə - belə, söhbət üçündür.Əlinin 



xasiyyətində xoşuma gəlməyən cəhət o idi ki…bunu sən özün də bilirsən,Əli ilə 

yaxın münasibətdə olmusan; bax,Əlinin bu cəhəti bizə çox şeyi haram edirdi.Çox 

şeyi.Hərdən mübahisə edirdim.Əli əsəbiləşib deyərdi: 

 

- Elza bu sözləri sən mənə deyirsən? Bax, mən də səninlə belə danışsam, 



inciyərsən. 

 

- Bilirdim, Əli məclislərin yaraşığıydı.Heç vaxt məclislərə tək getməz-



di.Harda olacağı, nə qədər yubanacağı barədə  həmişə evə xəbər verərdi: narahat 

olmayaq.məndən heç nəyi gizlətmirdi. 

 

Əli heç vaxt öz işlərindən ötrü əsəbiləşmirdi.Heç vaxt məni danlamırdı ki, 



niyə xörək hazır deyil, niyə otaqları yığışdırmayıbsan? Amma mən də bundan sui - 

istifadə etməzdim.Əli danışmayanda da adamdan soruşur-du.Baxmayanda da 

adamı görürdü.hamımız ondan çəkinirdik.Elə zəhmli ba-xışları vardı ki…Məni 

düzgün başa düş: anası da ondan çəkinərdi.Əli heç vaxt hədə - qorxu gəlmirdi, 

adamla yüksəkdən danışmırdı.biz özümüz hiss edirdik ki, Əli buradadır.Özü evdə 

olmayanda da zəhmi evdə olurdu… 

 

Onun acığı gəlirdi: ailə üzvlərindən, qohumlardan  biri o birisinin arxa-sınca 



danışa, gileylənə, onu pisləyə.Bir dəfə Əli Göyçaya gedibmiş.Bacısı Əmi-nəgilə də 

baş çəkir.Əminə gileylənir ki, niyə bizə gəlmirsən, yəqin arvadın qoy-mur, hə? Əli 

heç bir söz demir.Acıqla bacısına baxır! Sonra Əli bir neçə dəfə də Göyçaya 

gedir.Heç birisində bacısıgilə getmir.Hər dəfə Əlinin Göyçaya gəldi-yini eşidən 

Əminə ehtiyat görür ki, indi qardaşı gələcək.Əli isə getmir.Bir dəfə Əli bacısıgilə 



 

51 


baş çəkir.Əminə bu dəfə gileylənmir.Birinci olaraq soruşur ki, El-za bacıgil 

necədir? Bu da Əliyə xoş gəlir, bacısını qucaqlayıb öpür.Bunu mənə Əli yox, 

Əminənin özü danışıb.Əlinin bir xüsusiyyəti heç yadımdan çıxmaz.Elə ki, onun 

yanında ölünün arxasınca danışırdılar, Əli o dəqiqə həmin adamların sözünü kəsib 

deyərdi: 

 

- Ondan danışmayın.Axı, o ölüb, sizə cavab verə bilmir. 



 

Ev işlərində Əlinin bir o qədər də səriştəsi yox idi.Əlindən evdarlıq işi 

gəlmirdi.Təsadüfən,vaxtım olmayanda özü yeməyə bir şey hazırlasaydı, gülə - gülə 

mənə deyərdi: «Utanma,Elza, gəl sən də ye».Əgər evimizdə başqa adam (qonşu 

qadınlardan və yaxud rəfiqələrimdən) olsaydı Əli heç vaxt onların gö-zünə 

görünmək istəməzdi.Nə olur - olsun durub mətbəxə kçməzdi ki, bizi ora-da görə 

bilər.Vəfatından 7 - 8 ay sonra da səsi qulağımdaydı.Elə bilirdim, məni 

çağırır.Həmişə öz otağından məni səslərdi.Tələsik gedərdim ki, görəsən nə 

olub.Yavaşcadan deyərdi: «Elza, bir stəkan mənə çay ver».Deyirdim: «Ay Əli, elə 

çağıranda de ki, mənə bir stəkan çay ver».Deyirdi: «Çay istəməyimi başqası eşitsə, 

qorxuram o gətirər.Ona görə belə edirəm». 

 

Əgər gecələr işim olsaydı, mən işimi qurtarmamış Əli yatmazdı.Elə bilir-di, 



tək qalsam, qorxaram. 

 

- Elza xanım, eşitdiyimə görə Əli sizdən küsəndə, anangilə 



gedərmiş.Düzdürmü? 

 

- Baxırdı günahın kimdə olmağına.Əli məndən küsməyi bacarmırdı.mən 



anamgilə gedən kimi bir də görürdüm Əli də gəldi.Anam heç vaxt ailə söhbət-

lərimizə qarışmazdı.Bir dəfə Əlidən bərk incimişdim.Onu danışdırmırdım.Kü-süb 

anamgilə getmişdim.bir neçə gün keçmişdi.bir dəfə qapıya bir məktub qoymuşdu: 

«Sən məni danışdırmasan, özümü öldürərəm».Qorxdum Əlinin sözündən.Bilirdim 

o, boş - boşuna danışan deyil.Günah onda olsa da, danış- 

dırdım… 


 

- Əli kərimin çap olunmayan əsərləri qalıbmı? 

 

- Var.Əksəriyyəti yarımçıq qalmış əsərlərdir.Onun Napaleon haqqında 



yarımçıq poeması qalıb.Şah İsmayıl Xətai haqqında poema yazmaq istəyirdi, o da 

yarımçıq qalıb.Uşaqlar üçün yarımçıq pyesi var.Amma özümə bir şeyi  

bağışlamıram ki, Əlinin seçilmiş əsərlərinə onun özünə  zəif görünən və heç vaxt 

kitabına  salmaq istəmədiyi şeirləri də daxil etmişəm.Bununçün Əli məni 

bağışlamaz.Paşa da buna görə mənimlə mübahisə edir.Amma mən bir şeyi dü-

şünmüşəm: Əlinin özünə zəif görünən şeirləri bəlkə də oxuculara zəif görün-

mədi… 

 

- Elza xanım,Əli Kərimin hansı şeiri daha çox xoşunuza gəlir? Hansı şeirini  



oxuyanda kövrəlirsiz? 

 

- Yadınızdadırmı Əlinin bu şeiri: 



 

…Nə xöşbəxt imişəm bir zaman, allah, 

Xəbərim olmayıb bu səadətdən. 

Nə xöşbəxt imişəm, nə xöşbəxt, xöşbəxt! 

Bu gün eşitmişəm bunu həsrətdən. 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə