Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə21/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   39

 

44 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

«QAYIT, SAHMANA SAL BU KAİNATI…» 



 

 

…Ölümlə aranda 



 O bircə qarış ki  

qalacaq, 

özünə yanma sən

belə bir mərdə yan, 

Mərd dayan! 

Əmr ver qəlbinə, 

Söylə, ey sən uşaq dərd, dayan, 

Analar qəlbində dərdə yan… 

 

 

 



 

 

 



 

Əli Kərim. 

 

 

 



Görüşməmişdən qabaq bir - birimizdən indiyəcən bəşərin gözü görmədi-yi 

möcüzə gözləyirdik.Elza elə bilirdi, özümlə Əli Kərimi də onun görüşünə 

gətirəcəyəm.Mən də elə bilirdim, Elza xanım Əli Kərimin mübarək üzünü bir dəfə, 

heç olmazsa bir dəfə yenidən mənə göstərəcək. 

 

Bizi Əli Kərimi görmək həsrəti görüşdürdü.Bilmirəm, Elza xanım hiss 



etdimi: onunla görüşəndə əvvəlcə Əli Kərimə salam verdim.Elə Elza xanım da 

əvvəlcə Əlinin salamını aldı, sonra - mənim. 

 

Biz üç nəfər söhbət edirdik: Əli Kərim, Elza xanım və bir də bu sətirlərin 



müəllifi.Xeyr, bu sətirlərin müəllifi mən deyiləm.Bunu siz özünüz də hiss edər-

siniz.Görüşə hərəmiz bir yerdən gəlirdik: Əli Kərim Göyçaydan, Elza xanım 

Bakıdan, mən isə Əli üçün doğma olan Sumqayıtdan.Ayrılanda Əli Kərim, 

nədənsə, yenə də Göyçaya qayıdırdı.Axı, o yaşıllıqlar qoynunda «dincəlməyi» çox 

sevirdi.Öz adını daşıyan parka qayıdırdı… 

 

İlk söhbətimiz iyulun 2 - də oldu.2 iyul.Bu rəqəmi Əli Kərimin taxtadan 



düzəldilmiş başdaşında görmüşdüm.2 iyul.Əvvəlcə Elza xanımla özümüzü elə 

apardıq ki, guya bilmirik, bu gün hansı gündür.Elza xanım Əli Kərimdən üzr 

istəyib dəstəyi götürürdü.Bir az söhbət etmişdik ki, yenə də telefon zəng çaldı.Elza 



 

45 


xanımın anasıydı.Deyirdi,Orxanın temperaturu qalxıb, evə tez gəl-sin.Elza xanım 

«bu dəqiqə gəldim» desə də,dediyi vaxt getmədi. Əli Kərim ondan da qabaq 

«getdi».Bu yeganə dəqiqələr idi: Əli Kərim yanımızda deyildi,Orxanın xəstə 

olduğunu eşidən kimi «getmişdi».Əli getdi, biz isə onun bu misralarını xatırladıq: 

«Dinmə, ey kədər! O, doğmadırsa - qayıdıb gələr». 

 

Əgər Əli Kərimin «qayıdıb gələcəyinə» inanmayanlar varsa, bu yazını 



oxumasınlar.Mən sizi Əli Kərimin ölməzliyinə inanmağa çağırmıram.Bu iş Əlinin 

öz öhdəsinə düşür.Mən sizi Əli Kərimin ölməzliyi haqqındakı söhbətə qulaq 

asmağa çağırıram.Mənə Əli Kərimin vəfat etdiyini heç kəs sübut edə bilməz.Heç 

kəs! Elə bil onun yox, öz ölümümü mənə xəbər verirlər: «Sən ölmüsən, xəbərin 

varmı?» Mən ölmüşəmsə, bəs bu sözü necə eşidirəm? «Mən» deyəndə, Əli 

Kərimin oxucusunu düşünürəm.Əgər Əlinin oxucusu varsa, o necə vəfat edə bilər? 

 

- Elza xanım, söhbətimizə başlamazdan əvvəl bir şeyi bilmək istərdim: mənə 



qədər Əli Kərimlə bağlı sizinlə söhbət edən olubmu? Məni düzgün başa düşün.Elə 

bilməyin, bunula «birinciliyimi» sübut etmək istəyirəm, xeyr.Bili-rəm, Əli Kərim 

haqqında sizinlə söhbət etmək, sizi kövrəltmək, həyəcanlan-dırmaq 

deməkdir.İstəmirəm eyni dəqiqələri bir neçə dəfə yaşayasınız. 

 

- Bir dəfə Əlinin qələm yoldaşlarından biri deyib ki, Əli haqqında mate-



riallardan ona verim.O adam ikinci dəfə…Sonra susdu. 

 

- Elza xanım, üzr istəyirəm, bilirəm, sizinçün çətindir bu haqda danış-



maq.Siz də elə bilməyin, mənimçün asandır bu haqda soruşmaq.Burada sizə yersiz 

görünən suallar olsa, onları da cavabsız qoymayın.Bu «yersiz» suallar  da yerində 

işlədilmək üçündür.Ömrünüz Əli Kərim ömrünə necə qovuşub? Bəlkə ilk 

tanışlıqdan, ilk görüşdən…Bunlar iki nəfərin həmişə gizli tutulası müqəddəs 

hissləri olsa da…axı şairlə bağlı heç nə pünhan qalmır.Bəlkə… 

 

- Sizə qəribə görünsə də, Əli ilə tanış olmağımızın bir neçə səbəbkarı 



var.Özü də mən onların heç birinə etiraz edib demirəm ki, xeyr, sizin yox, 

filankəsin xidməti daha çoxdur. 

 

Onda orta məktəbdə oxuyurdum.Sinif yoldaşım olan rəfiqəmgilə tez - tez 



gedərdim.Onun qardaşı Əlinin dostuymuş.Əli də onlara gəlirdi. 

 

Mənə bir söz də deməzdi.Ümumiyyətlə, elə bil Əli məndən utanırdı.Nə 



«dərdi» olsaydı, bacıma deyərdi.Elə sözlər var, mənə deməyib, bacıma deyib. 

 

Bir dəfə rus dilində olan bir sözün mənasını öyrənməkdə çətinlik çək-



dik.Kimdən soruşduqsa, dəqiq cavab vermədi.Bir nəfər dedi ki, mənim bir dostum 

var, istəyirsiz, ona zəng vurub öyrənin.O, mütləq dəqiq cavab ve-rər.Ürəyimə 

damdı ki, bu, Əli olacaq.Zəng etdik, doğrudan da, sözün dəqiq mənasını dedi.Nə 

bilim, bəlkə Əlinin dostları qəsdən işi belə qururmuşlar ki, biz tanış olaq.bundan 

sonra Əlinin əlinə bəhanə düşdü.Daha evimizə də zəng çalırdı. 

 

Tez - tez bizim evin yanına gələrdi.Acığım tutardı bundan.Deyirdim, niyə 



bura gəlirsən? Deyirdi ki, sənə görə gəlmirəm.Sən Lermantov küçəsində 

yaşayırsan, mən Lermantovu çox sevirəm, ona görə buraya gəlirəm.Dostu 

vardı:Arif Sultanov.İndi dəmiryolçudur.Gecələr bəzən gedib onların evində 

qalardı: sabah tezdən mən dərsə gedəndə bəlkə məni görə bilsin…Əlinin bir 

nəğməsi var: «Yar gəldi». 



 

46 


Oduna çox yanmışam, 

Başına çox dolanmışam 

Yolunda dayanmışam, 

Yar gəldi, yar gəldi, yar gəldi. 

 

 

Bacıma demişdi ki, bu şeri mənimçün yazıb.Amma ölənə qədər Əliyə bil-



dirmədim ki, bilirəm: Bu şeri mənə yazmısan.Çünki onun sükutuna sükutla cavab 

verəndə xoşu gəlirdi.Sonra uzun müddət telefon söhbətlərimiz olub.Mən instituta 

qəbul oldum.Ora da gələrdi.Çox vaxt bir neçə şair yoldaşı ilə birlikdə.Tək utanırdı 

gəlməyə. 

 

- Əli Kərim şeirlərindən yalnız birinin üstündə sizə ithaf etdiyini 



göstərib.Hansı şeir olduğunu Siz də bilirsiz, oxucular da.Amma bir oxucu kimi 

mən Əli Kərimin çox şeirini bilirəm ki, onları Sizə ithaf edib.məsələn, bax, bu 

şeirdə özünüzü «tanıyırsınızmı?» 

 

Ayrılıq zamanında 



anladım ki, bir sözük: 

onun gül adın kimi 

 ikicə hecası var. 

Biri snsən 

biri mən 

Görüşməsək, o sözdən, 

hansı bir məna qalar? 

 

 



- Əlinin şeirlərinin hamısının yaranma tarixini bilirəm.Onun şeirlərində mən 

daha çox vardım, nəinki dilində.Çox şeirləri mənimlə bağlıdır deyə, yalnız birinin 

üstündə adımı yazıb.mənimlə bağlı olan şeirlərin hamısını tanıyıram. 

 

Əli «Pillələr» romanın yazırdı.Biz onda hələ evlənməmişdik.Mən Şuşada 



dincəlirdim,Əli Bakıda.Mənə məktub yazmışdı.Orada yazırdı ki, «romanda sənə 

aid yerlər də var».Yaxşı yadıma düşdü, «Pillələr»dəki surətlərin hamısının 

prototipi var.Azər demək olar, Əlinin özüdür.Cavanşir qaraqaşlı akademik 

Məmməd Cəfərdir - Əlinin bu alimə böyük hörməti vardı, bizimlə qonşu idi.Bir 

dəfə Əliyə dedim ki, sən niyə məmmiəd Cəfr müəllimə demirsən ki, qarqaşlı 

odur.Əli dedi: «Məndən sonra özün deyərsən».Doğrudan da belə oldu.Əlinin 

vəfatından sonra ona bunu mən dedim. 

 

Təsadüfə bir bax.Bir dəfə rayondan Bakıya gələn bir nəfər qohum daya-



nacaqda Məmməd Cəfərdən soruşur ki, o şair Əli kərimi necə tapmaq olar? 

Məmməd Cəfər də kişini düz gətirib mənzilimizi göstərib.Yol uzunu da  Əlini şair 

kimi tərif eləyib.Kişi də məəttəl qalıb ki, Əli, doğrudan da, yaxşı şairdirmi? 

Nə əcəb onun harada yaşadığını hamı bilir… 

 

- Elza xanım, bir dəfə Əli kərim söhbət zamanı dedi ki, o sizin zövqünü-zə 



tam inanır.O, yazdıqlarını sizə oxuyurdumu? Necə deyərlər, sizin zövqünüzlə 

hesablaşırdımı? 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə