Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə17/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   39

 

35 


qoyurdu.Deyirdi ki, bəlkə Eynşteyni də dahi eləyən onun sadədilliyi, sadə-

lövhlüyüdür. 

 

Əli Kərim başqa uşaqlardan eşitdiklərini öz övladlarının adına 



çıxmırdı.Onun belə bir şeiri var: 

 

Gecə düşür... 



susur bütün nəğmələr. 

susur şəhər,  

oğlum Paşa, 

oğlum Azər 

Deyirlər: 

Nəğmələr harda yatır,  

Yuvaları hardadır? 

Deyirəm ki: - Ay Paşa, 

Deyirəm ki: - Ay Azər, 

Sizin ürəyinizdə 

Gecələyir nəğmələr. 

Bir azdan oğlum Paşa,  

Bir azdan oğlum Azər 

Sevindirərək məni 

Yatır,  

          Ürəklərinin 

başına qoyub 

 təmiz,  

 balaca əllərini… 

  

 



 

    Bu sözləri, doğrudan da, Əlinin oğlanları soruşublar.Doğrudan da, Əli onlara 

şeirdəki cavabı verib.Yəqin fikir verdiniz:Əli Kərim «təmiz, balaca əl» deyəndə 

həmin əllərin günahsızlığını da nəzərdə tutur.Buna Əli Kərimin növbəti uşaq şeiri 

kimi baxmaq azdır.Bu şeir onun ömrünün bir parçasıdır. 

Uşaqlarına olan bu qədər məhəbbətin qarşısında, bilmirəm, Əli niyə onlardan tez 

ayrıldı.Bəlkə son günlərin ağrılarından balalarına etinasız olmuşdu? Xeyr.O, son 

dəqiqəyədək ideal ata məhəbbəti ilə yaşadı.Əli Kərim «Vəsiyyət» ində oğlanlarına 

necə yaşamağı vəsiyyət etmir, onlara nəsihət vermir.O, oğlanlarına müraciət etmir, 

onlar haqqında söhbət edir.Onun ürəyi dayanmaq ərəfəsində də uşaqları üçün 

döyünürdü.İndi Əlinin ürəyi oğlanla-rının ürəyində döyünür. 

Əli Kərim ömrü, necə deyərlər, düz xətt boyunca hərəkət etməyib.Əlinin elə bir 

sevincli və kədərli dəqiqələri yoxdur ki, yaradıcılığında əks olunma-sın.Məhəbbət 

şeirlərindən bir neçəsinə diqqət edək: «Xeyli vardır, bir sözün qoşa hecası kimi, 

ayrılmazdır qəlbimiz.Vüsalın tünd ətirli, bahar səltənətində xöşbəxt ömr edirik 

biz.Həyat adiləşibmi sevincin çoxluğundan?..»Və yaxud: «Sevgilim, səninlə mən 

gedəcəyik qol - qola, ömrün sonuna qədər». 



 

36 


Əli Kərim şeirlərindən birində deyir: «Şeirimin dayağı məhəbbətim-dir».O bu sözü 

təsadüfən demir.Mənə elə gəlir ,Əli Kərimin məhəbbət mövzusunda (xüsusən 

ayrılığa aid) yazdığı şeirlərinin əksəriyyəti onun «Qaytar ana borcunu», «Gəl, 

Azərim» şeirləri ilə yanaşı qoyulmağa layiqdir. 

Əlinin məhəbbət şeirlərində qəribə ardıcıllıq var.Bu şeirlərdə yad hiss,Əlinin 

özünün yaşamadığı hiss yoxdur.Əli Kərimin məhəbbət şeirləri sanki bir poemanın 

müxtəlif fəsilləridir. 

O, məhəbbət şeirlərində heç vaxt çoxları kimi «ey vəfasız», «ay etibarsız» deyə 

şikayətlənmir.Doğrudur, bəzən gileylənir, amma görün necə: 

Nə könlün ağlayır, 

Nə rəhmin gəlir, 

Bəlkə də dünyadan bir insan gedir. 

 

Və yaxud: 



Sən mənim qədrimi biləsən deyə 

Bu cavan yaşımda ölümmü indi? 

 

 

Yəqin ki,şairin müraciət etdiyi adam təşvişə düşəcək: «Allah göstərməsin, 



doğrudan da, gedib özünü öldürər?»   

 

Mənim tanıdığım, «mənim Əli Kərimim» heç vaxt kimisə özündən 



küsdürmək, onun sözünü yerə salmaq istəməzdi.Əli Kərim hamı ilə dostlaşa 

bilərdi.Bu sözü başqa cür də demək olar: hər kəs onunla dostlaşa bilərdi.Amma bu 

dostluğun ömrünün çox və yaxud az olacağına söz vermirəm.Müşahidəmə görə, 

Əli Kərim nəinki dostlarından, hətta adi tanışla-rından da bir iş üçün xahiş etməyə 

çəkinmirdi.Əgər birisi desəydi ki, filankəsə kömək etmək lazımdır, Əli həmin 

adamı tanımasaydı da, mütləq ona kömək etməyə çalışacaqdı. 

  

Bir dəfə tələbə dostlarımdan biri üçün iş tapmağı Əli Kərimdən xahiş 



etdim.Söz verdi, bir - iki günə cavabını deyər.Əli Kərim soruşmadı: dostum 

kimdir, nə iş bacarır? Arxayın oldum ki, yəqin Əli bilir: dostum curnalistdir.Bir 

neçə gündən sonra  Əli Kərim dedi ki, dostuma iş tapıb: meşə 

idarəsində.Qəribəydi: curnalist hara,meşə idarəsi hara! Əli Kərim pərt olmasın 

deyə ona yalan satdım: «Əli müəllim, narahat olmayın, özü iş tapıb..» 

 

Əli Kərimin bir şeiri var: «Söz dedim, sözümü yerə saldı.Özünü itirdim, 



kitabı qaldı.Oxudum.Xoşuma gəldi.Əvvəlki kimi, alqışladım.Həyatdakını yox, 

kitabdakı həmdəmi». 

 

Əlinin qəribə bir sözü vardı: «Anam da şeir yazmır, nə olsun?» Bununla Əli 



Kərim nə demək istəyirdi? Çox şey! Demək istəyirdi ki, yəni nə olsun, mən 

filankəslə dost deyiləm, bu o demək deyildir ki, onun yaxşı yazısını 

pisləməliyəm.Və yaxud nə olsun ki, filankəs yaxşı yazmır, bu o demək deyildir ki, 

onunla dostluq etməməliyəm. «Anam  şeir yaza bilmir deyə məgər mən onu az 

istəməliyəm?..» 

 

Bunu elə - belə xatırlamadım.Bəzən Əli Kərimi, zövqü onun zövqünə 



tamamilə zidd olan adamla görmüşəm.(Demirəm ha, dostluq edən görmü-şəm.)  

Mən buna təəccüblənmişəm, amma Əli Kərim…Ola bilsin, mənim Əli Kərimim 




 

37 


başqalarının tanıdığı Əli Kərimə bənzəmir.Əgər belədirsə, buna sevinirəm.Deməli, 

mən tanıyan Əli Kərimi heç kəs tanımır… 

 

Əli Kərimin sözlərini olduğu kimi yadda saxlamaq mümkündür.Bu sözləri 



deyərkən etdiyi hərəkətləri təkrar etmək isə mümkün deyil.Əgər Əlinin kim 

olduğunu bilmədən onunla tanış olsaydım, fikirləşərdim ki, bu adam 

aktyordur.Şəxsən tanımadığım adamlar haqqında Əlinin söhbətlərini ona görə 

unutmamışam ki, elə bil bu sözləri səhnədə aktyor ifasında dəfələrlə eşitmi-şəm… 

 

Əli Kərim danışırdı ki, bir dəfə necə olursa qonşuları M.öz qapısı ilə Əligilin 



qapısını səhv salır.Özü də Əlinin otağı birinci mərtəbədə, M.- gilinki  isə bir neçə 

mərtəbə yuxarıda imiş.Qonşu, Əli Kərimgilə girib onu görən kimi de-yir: 

 

- Ay Əli, sən bizə xoş gəlmisən.Nə əcəb səndən? Nə var, nə yox? 



 

…Moskvada Ədəbiyyat institutunda oxuyarkın bir dəfə imtahanlar 

ərəfəsində Əli Kərim qapını açıb görür ki, tələbə yoldaşı İ.imtahana hazırla-şır.O 

qədər papiros çəkib ki, otağa girmək mümkün deyil, tüstünü…əlləri ilə kənar edir 

ki, kitabdakı yazıları görə bilsin.O,Əlini görən kimi gileylənir: 

 

- Belə də iş olar? İmtahanlara hazırlaşa bilməmişəm.Sən öləsən, srağagün bir 



iş, dünən bir başqa kef…imtahanlar qaldı… 

 

Siz bilsəniz, Əli Kərim bütün bunları necə danışırdı!.. 



 

1969 - cu ilin iyun ayı idi.Universitetdə imtahan sessiyasında idim.Bir 

həftədən çox idi  Əlini görmürdüm.İyun ayının 30- da sonuncu imtahanım idi. 

Bir- iki gündən sonra mütləq Əlini görəcəkdim.Sən demə, mənim başım 

imtahanlara qarışıb, onunku əcəllə qovğaya. 

 

İmtahana bir saat qalmış xəbər yayıldı ki…İnanmadım.Yox. yox, bəlkə 



başqa Əlidir.Əli Kərim bu qədər vəfasızlıq etməz…Vaqif küçəsindəki 30 nöm-rəli 

evə imtahan otağından bir neçə dəqiqəlik yoldur.Gedib soruşmadım.Get-səydim, 

həyətdəki camaata baxıb inanardım.Getsəydim, Paşanın,Azərin, Orxanın təəccüblə 

camaata baxdığını görüb inanardım.Getsəydim, bir ananın, bir gəlinin gözlərindən 

Əli Kərim adlı göz yaşlarının axdığını görüb inanar-dım.Bu xəbərə 

inanmırdım.İnanmaq istəmirdim! 

 

Günahkar 1969 - cu il.Günahkar iyun.İmtahan vermək üçün bilet 



çəkirəm.Başım hərlənir, əllərim əsir.Axı müəllim də, tələbələr də bilir: bu fəndən 

qorxum yoxdur.Bəs niyə əllərim əsir? Suallara baxmadan dedim ki, heç bir şey 

bilmirəm. 

 

Müəllim: 



 

- Bəs onda nə edək? Sənə «2» verməyə əlim gəlməz! - dedi. 

 

- Bilmirəm, tez olun!.. 



 

Yəqin ki, sifətim ürəyimi qasırğa qabağına qatan o ağır xəbəri ifadə edirdi. 

 

Bu dəqiqə müəllimə deyəcəyəm: «Mən sizə Əli Kərimdən imtahan vermək 



istəyirəm».Lal kimi müəllimin üzünə baxıram.Deyə bilmirəm.Başa düşərmi 

müəllimim məni?.. 

 

 

 



 

 

 



*** 

 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə