Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə15/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   39

 

31 


üzündən oxuyardı.Şeir oxuyarkən yersiz əl - qol oynatmırdı.Çox vax sağ əlini yarı 

bükülü yuxarı qaldırıb şeir oxuyardı. 

 

Bir dəfə Əli Bakıdan gələndə özüylə bir kitab da gətirdi.Aleksandr Blokun 



gündəliyi idi.Çarpayıda uzanıb bəzi yerləri ucadan oxuyurdu.Həmin sözlərin bir 

neçəsini elə o zaman dəftərçəmə yazdım: «Ölməyincə, məni çap etməyəcəklər», 

«Biz ona görə poeziyadan belə maraqla danışırıq ki, biz hamı-mız pis şairlərik» və 

s.Bu sözləri Əli Kərim dönə - dönə oxuyurdu. 

 

…Günlərin bir günündə Əli Kərim Sumqayıta gəlmişdi.Özünə palto almaq 



istəyirdi.Biz: Oqtay Cəfərov, Vaqif İbrahim, bir də mən şəhərin bir neçə 

mağazasını gəzdikdən sonra Əliyə yaraşıqlı bir palto aldıq.Əlinin sonuncu 

paltosu.Əlinin köhnəlməmiş paltosu.O, paltonu geydikdən sonra güzgüdə pal-toya 

yox, üzünə baxıb, əli ilə çənəsini tutub dedi: - Pis deyil, eləmi, hə? 

 

Məni gülmək tutdu: - Əli müəllim, paltoya baxmaq lazımdır.Eninə - 



uzununa. 

 

Əli: - Paltar adama yaraşırsa, onun sifətə də təsiri olur.Siz enini - uzununu 



yoxlayın,mən də ki, belə də… 

 

İki dostun Əli Kərimdən ötrü mübahisəsini görmüşəm.Onlardan biri Əliyə 



şeir ithaf etmişdi.O birisi, şeir yazana sübut etmək istəyirdi ki, onun haqqı yoxdur 

Əliyə şeir yaza.O, Əlini yaxşı tanımırdı, Əlinin dostu deyildi.Nə olsun, bir neçə 

dəfə şeir məclisində onunla görüşmüşdü.Bunların hansı haqlı idi? - heç birisi! Bu, 

böyük bir şairə məhəbbətdən doğan oxucu qısqanclığıdır.Yaşasın belə qısqanclıq! 

Yaşasın Əli Kərimdən ötrü mübahisə edən, küsən - barışan belə dostlar! 

 

Bir dəfə (27 sentyabr 1967 - ci il) Əli Kərim Sumqayıta gəlmişdi.Həmin gün 



axşam Bakıda filarmoniyada Moskva şairi Eduard Asadov ilə görüş var-dı.Ona 

görə də biz yenidən Bakıya qayıtmalı olduq.Yolda Əli böyük türk şairi Nazim 

Hikmətdən danışırdı.Əli, Nazim Hikmətin yaradıcılığını çox sevirdi.O, təkrar - 

təkrar deyirdi: 

 

«Ben bir ceviz ağacıyam Gülhanə parkında, 



Nə sən bunun farkındasan, nə polis farkında». 

 

 



Əli çalışırdı bu beyti Nazim Hikmət ləhcəsiylə oxusun.Və oxuyurdu da.Əli deyirdi: 

- Mütləq «Ceviz ağacı» haqqında bir məqalə yazacağam. 

- Əli müəllim, bir şeir haqqında? 

- Bu şeir deyil, poemadır, romandır.Bəlkə də ondan böyük bir şey! 

Bilet alıb şairin görüşünə getdik.Asadovun çıxışları  müvəffəqiyyətlə ge-

dirdi.Ucaboylu, yaraşıqlı Asadov mayıf olduğuna görə hər iki gözünü qara 

məxmərlə bağlamışdı.Tez - tez papiros çəkirdi.Nədənsə, bu papiros çəkmək Əlinin 

xoşuna gəlmirdi. «Tamaşaçılar qarşısında papiros çəkmək ayıbdır».Amma 

Asadova güzəştə getmək olardı… 

Görüşdə axıradək qala bilmədik.Əlinin səbri çatmadı.Çıxıb filarmoniya-nın 

yanındakı bağda gəzirdik.Yolun ortasında oturmuş bir qadın gördük.Tə-əccüb 

etdik: bu vaxt qadın niyə burada oturub? Əli Kərim bir qədər əsəbi hal-da: 

- Ay xala, daha gecədir, dur get evinə, - dedi. 



 

32 


Arvad: 

- Oğlum, gedə bilmirəm, koram.Gəlib məni aparacaqlar. 

Əli: - Bəlkə yadlarından çıxmısan.Adresini de, səni maşınla aparaq. 

Arvad: - Ömrün uzun olsun, oğlum.Gedin, gedin, məni aparacaqlar. 

Əli rahat ola bilmirdi: «Görəsən, gəlib apardılarmı?..» 

 

Qadın hardan biləydi ki, bu qayğıkeşliklə dillənən adam «Qaytar ana 



borcunu» şeirinin müəllifidir… 

 

Əli Kərim! Bu imza bəziləri üçün qəzaya uğramış bir təyyarədir, bir də 



səmaya qalxmayacaq.Burası da var ki, bu imza səmadan enməyib! 

           Əli Kərim! Bu imza  ağıllı oxucu üçün «klassik», «dahi» sözlərinin 

sinonimidir.Bəzi şairlər üçün «o da bizim kimi yazırdı» iddiasıdır.Əli, belələri-ni 

bir - birindən xəbərsiz «mikrodahi», «mikroşair» adlandırırdı. 

 

Əli Kərim! Bu imza bir bacı üçün: «Bacının müşkül işi düşsə, qardaşa 



düşər» sözü; cavan bir gəlin üçünsə: «Bu harada qaldı, gəlib çıxmadı» adlı inti-

zardır.Gəlib çıxdı bu imza.İndi də - xatirələrdə. 

 

Əli Kərim! Bu ad, bir oğul,qardaş, ata, həyat yoldaşı kimi 38 il yaşa-



dı.Amma bu ad bir şair imzası kimi həmişə yaşayacaq! 

 

Əli Kərim bir neçə şeiri ilə də ədəbiyyatda qala bilərdi.Çünki o, ədəbiyyata 



kirayənişin kimi utana - utana, barmaqlarının ucunda yox, ev sahibi kimi inamla 

gəldi.Heç kəsin cürəti çatmazdı desin: «Bu haradan gəldi? Bu nə vaxt gedəcək?» O 

öz yerini tutmaq üçün gəlmişdi, getmək üçün gəlmə-mişdi…  

 

Əli Kərimlə şəxsi tanışlıqdan sonra onunla birlikdə kitabxanamda Əlinin 10 



il bundan qabaqkı yazılarını axtardıq.Gördük ki, harada Əlinin bir şeiri, şəkli 

gedibsə, onlar çox ehtiramla saxlanılır.Xoş təsadüf idimi? Xeyr.Bu, Əli Kərim 

yaradıcılığına olan böyük məhəbbət idi! Əli özü bu qəzet parçalarına heyranlıqla 

baxmazdı.Amma hiss edirdim, o sevinir.İnanır ki, biz onun yaradı-cılığını şəxsi 

tanışlıq, dostluq xatirinə yox, böyük poeziyaya məhəbbət xatirinə sevirik. 

 

Əli Kərimin son günü vəfat etdiyi gün deyil.Əlinin son günü 



yoxdur.Olmayacaq! Özünün dediyi kimi: «Köçərəm dünyadan, ölmərəm yenə, 

səsim torpaqdan da gələcək mənim».Fərq ondadır ki, ünvanını dəyişib.Əvvəlki 

ünvanlarını özü bilirdi: Göyçay, Bakı,Moskva, Tbilisi, Sonuncu ünvanı - 

ürəklərimiz! 

 

Əli Kərim vəfat etdikdən sonra daha çox oxunur,yad edilir, təbliğ olu-



nur.Vəfatından sonra onun haqqında çoxları yazıb.Yazırlar, yazacaqlar.Bu yazılar 

Əli Kərimlə şəxsi dostluğun nəticəsi olaraq yaranmır.Əlinin ən etibarlı dostu onun 

yaradıcılığıdır.Onun haqqında ən yaxşı sözü yaradıcılığı deyir.Bundan sonra da 

deyəcək. 

 

Əli Kərim son vaxtlar deyirdi: «Nə isə bir iş olmalıdır», «Bir iş» deyəndə, 



Əli ya özünün ən gözəl əsərini yaradacağını, ya da…ölümünü nəzərdə 

tuturdu.Əlbəttə, Əli Kərim tezliklə öləcəyi haqqında fikirləşmirdi.Özünün sözüdür: 

«Yəni əlli il də yaşamayacağam?» Əslində, bu sual deyildi.Əlinin sö-zündən belə 

çıxırdı ki, heç olmasa 50 il yaşayacaq - sözünü deməyə vaxtı var… 

 

Deyəcəksiniz, nə üçün son vaxtlar Əli Kərim ölüm haqqında çox 



yazırdı.Əlinin son vaxtlar ölümü yada salması (hətta gileylənməsi ki, ölüm niyə 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə