Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə11/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   39

 

23 


birimizdən gizli yaşaya bilmərik…İndi…Əlinin şəkillərinə baxanda, heç bir 

fotoqrafın işini bəyənmirəm.Əli Kərim sadəliyi, Əli Kərim böyüklüyü şəkil-

lərdə…nədənsə məni qane etmir. 

 

O, daxilən böyük idi.O, daxilən qürurlu idi.Özündən yaşlıların yanında bir 



qədər qaradinməz, sakit idi.Bizim üçün isə söhbətcil, zarafatcıl idi.O bu və ya 

başqa bir adamın söhbətlərini, hərəkətlərini olduğu kimi təkrar edərdi, məəttəl 

qalardıq… 

 

Son dərəcə sakit təbiətli idi.Mübahisə etməyi sevmirdi.Həmişə astadan 



danışardı.İstedadsızlara gülmürdü, amma onları məzəmmət edirdi: «Kişi bildiyi 

işdən yapışmalıdır». 

 

1968 - ci il oktyabr ayının 20 -si.Sumqayıtda, mərkəzi şəhər kitabxana-sında 



gənc şair Əşrəf Şəfiyev ilə görüş vardı.Əlini də çağırmışdıq.Söz Əli Kərimə 

verildi.O, Əşrəfin şeirlərindən danışdı, sonra dedi ki, ədəbiyyata savad-

sız,istedadsız adamlar da gəlmək istəyirlər.Əli belə bir əhvalat danışdı: 

 

Bu yaxınlarda qatarda (Əli sonra evdə dedi ki, bu söhbət qatarda olmayıb, 



redaksiyada olub) bir yoldaşla rastlaşdım.Yaxşı vəzifədə işləyir.Xeyli söhbət 

etdikdən sonra o mənə dedi: «Bir az şeirim var, icazə versəniz, sizə 

oxuyardım».Düzü, bir az inanmadım.Bu vücudun da sahibi şeir yazır? 

Razılaşdım.Çox həvəslə oxudu.Belə bir beyt indi də yadımdadır: 

«Hər işimiz tamamlandı, 

Qoyun - quzu hamamlandı». 

 

  

  



Nə etmək olardı? Qafiyə də yerindəydi, vəzn də.Bircə kişinin ağlının yerində 

olduğuna şübhəm vadı… 

 

Əli bunu deyən kimi hamı gülüşdü.Elə bilməyin, qəsdən, oxucuları gül-



dürmək üçün bu əhvalatı danışdı.Xeyr.Əli ədəbiyyata, poeziyaya hörmətdən 

danışırdı.(Biz sonra öyrəndik ki, həmin şeirin müəllifi Əlidən narazı qalıb.Onun 

işlədiyi «Azərbaycan» curnalının redaktoruna şikayət edib ki, niyə şair bu cür 

«mükəmməl» şeiri bəyənməyib? Bunu bizə Əli özü danışdı.) Yadınızdadırsa, hətta 

Əlinin bu baradə şeiri də var: 

 

 



 

 

 



 

Şeir gətirdi, 

 

 

 



 

 

 



Həm şeirdir, 

 

 



 

 

 



 

Həm də ki, qoşma, qəzəl, bayatı, 

 

 

 



 

 

 



Aldım, baxdım, 

 

 



 

 

 



 

Nə gördüm: həftəbecər boyatı. 

 

 

 



 

 

 



Kəlmələr bir - birindən 

 

 



 

 

 



 

Xəbər verən xəfiyyə… 

 

Görüşdən sonra Əli dostu Altay Məmmədovu görmək üçün Sumqayıt-dakı 



Gənc Tamaşaçılar Teatrına getməli idi.Altay Məmmədov da Bakıdan Əli ilə 

birlikdə gəlmişdi.Teatrda onun «Yadındamı» pyesinin məşqləri gedirdi.Əli dedi ki, 

Altay Məmmədov teatrda işi olduğundan birbaşa oraya getdi.Mən evə qayıtmaq 

istəyirdim.Əli Kərim dedi: 




 

24 


 

- Bəs bu işin axırı nə olacaq, sən bizimlə getmirsən? - deyib tanış yoldaşlarla 

teatra, A.Məmmədovu görməyə getdi. 

 

Aradan bir neçə saat keçmişdi.Axşamüstü idi.Əli bizə qayıtdı.Məni görən 



kimi zarafatla dedi: «Qaçıb gəldin, elə bilirsən, tapa bilməyəcəyik?» 

 

Əli telefonla Bakıya danışmaq istəyirdi.Ümumiyyətlə, Sumqayıtda olan-da 



həmişə çalışardı evlərinə xəbər versin: ondan narahat olmasınlar. 

 

Əlinin öz evində telefon olmadığından biz ya onun qonşularına zəng 



vurardıq, ya da qayınatasıgilə.Sifariş verəndən sonra Əlini çağırdım.O, sevincək 

halda: 


 

- Hə, gəldim, - deyib telefon olan otağa keçdi.Həmişə olduğu kimi yenə də 

çox astadan, bir neçə söz deyib dəstəyi yerinə qoydu.Telefonla uzun - uzadı 

danışmağı sevmirdi.Hətta, bir neçə dəfə özü yox, biz zəng edib deyərdik ki, Əli 

bizimlədir. 

 

Onunla görüşlərimin bəzisinin dəqiq tarixini bilmirəm.Xüsusən son 



görüşlərimin.Bəzi zarafatları isə indi də xatirimdədir. 

 

1968 - ci il yanvar ayının 3 - ü idi.Universitetdə imtahan verirdim.Fasi-ləyə 



çıxmışdıq.Yeməkxanadaydım.Tələbə dostlarımdan Möhbəddin Səməd yaxınlaşıb 

dedi: «Tez ol,Əli Kərim səni gözləyir».Xörəyimi axıradək yeyə bilmədim.Çıxıb 

görüşdüm.Salamlaşdıqdan sonra Əli zarafatla dedi: 

 

- Sən buraya oxumağa yox, yeməyə gəlirsən.Tələbə, tənəffüsdə seminara 



hazırlaşmalıdır, sən isə… 

 

Tələbə dostlarımdan biri mənə demişdi ki, Əli Kərimin universitetə 



gəlməsini bəziləri düzgün başa düşməzlər.Elə bilərlər o məni müəllimlərə 

tapşırmaq üçün gəlir.Amma inanın, bu, nə Əli Kərimin, nə də mənim ağlıma 

gələrdi.Gizlətmirəm, bir dəfə dərsə gecikməyimdən narahat olduğumu görən Əli 

Kərim dedi ki, əgər lazım gəlsə…(o mənim müəllimlərimdən birinin adını çəkdi) 

deyərəm ki, üzürlü hesab etsin.Açığını deyim,əvvəlcə inanmadım ki,Əli Kərim 

həmin adamla dostluq edə. «Kəşfiyyat» apardıqdan sonra gördüm yanılırmışam… 

 

Biz tənəffüsü şəhərdə gəzirdik.Müəllimlərimdən biri ilə rastlaşdıq.Əli onu 



daha yaxşı tanıyırdı.Bu adamın müəllimliyi yazıçılığından da zəif idi.Biz ondan 

ayrılandan sonra Əli dedi: 

 

- Ondan da zəif yazmaq üçün Şekspir istedadı lazımdır.Az yox, Şekspir 



istedadı.(Nədənsə, Əli elə hesab edirdi ki, zəif yazmaq üçün də xüsusi «istedad» 

lazımdır.) 

 

- Əli müəllim, o mənim müəllimimdir, - deyə gedən adama işarə etdim. 



 

- Nə danışırsan, o sizə dərs deyir? Onun dərsinə necə qulaq asırsınız? Sən 

allah, o nədən danışır? Vay, vay… 

 

Burada bir cəhəti qeyd etmək istəyirəm.Əli həddindən artıq tələbkar şair olsa 



da, heç vaxt şəxsi münasibətlərinə görə bir yazıçının yaradıcılığını pisləməzdi.Əgər 

biz bu və ya başqa şairi insafsızcasına «rədd» edirdiksə, Əli deyirdi: 

 

- Yox, insafən, onun da özünə görə sözü var.Məsələn, onun… - Əli hə-min 



şairin müvəffəqiyyətli şeirlərinin adlarını çəkərdi.Misralarını əzbərdən deyərdi… 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə