Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə9/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   39

 

19 


 

Əli Kərimi Bakıya yola saldıq.Tələsik qayıdıb qeydlərə baxdım.Onların 

bəziləri ilə sizi tanış edirəm: «Axı, Osmanlı niyə Azər onlara gələn kimi 

itir.Qonaqdan soruşmur ki, nə işdir». «Nədənsə, elə Azər qapıdan çıxan  kimi 

Zəriflə rastlaşır»; «Yox, inandırıcı deyil.Axı, Zərifə nə oldu ki, birdən - birə belə 

ilahiləşdi?»; «Bəs onun atası niyə axırda unuduldu» - bunlar mənim «tənqidi 

qeydlərim» in bir neçəsi idi.İndi də xoşuma gələn yerlərdən ikisi haqqında.Sizi öz 

qeydlərimlə yox, Əli Kərimin sözləri ilə tanış edəcəyəm.Curnalda işarə 

vurmuşdum ki, bu yerlər xoşuma gəlir: «Əsl dost! Bəzən biz səni görməmiş 

ölürük.Səni başqası ilə əvəz edirik. «Başqası» dediyimin isə gözəlliyi bizim öz 

təsəvvürümüzdən ibarət olur.Səni tapmaq planet kəşf etməkdən asan deyildir.Bəlkə 

mən dostum professor Məhəmmədli öləndən sonra səni axtarmalı idim? 

 

Əsl dost! Sən hər yerdə varsan.Bəlkə indi hansı iclasdasa, məclisdəsə, elmi 



müzakirədəsə məni, mənim fikirlərimi qoruyursan…» 

 

Romanın başqa bir yerində «tərifli sözlər» yazmışam.Bu parçanın yanın-da: 



«..insan» sözü ilə «dahi» sözü arasında sədd qoymaq lazım deyil.Hər normal 

adamda potensial dahilik vardır…Mənə görə birisinin qaşı çatılanda gərək maşınlar 

dayansın, adamlar ayaq saxlasın, hamı ora axışsın.Şəhərə səs - küy düşsün: Tez 

olun, tez olun! Deyirlər: haradasa bir adam kədərlənmişdir!..» 

 

Təsadüfən bu parçaları misal gətirmədim.Mənə elə gəlir, hər birimiz bu 



parçaları öz dəftərsçəmizə qeyd etməliyik.Mənə elə gəlir…hər birimiz bu 

sözlərdən xəbərdar olmalıyıq 

 

…Əgər ömrümü yenidən yaşamaq imkanı verilsəydi, bütün keçmiş 



günahlırmla, kədərlərimlə yaşamaqdan imtina etməzdim.Bir şərtlə: Əli Kərimin 

ölümü, 30 iyun 1969 - cu il buraya daxil edilməsin.Bu günü yenidən yaşay  a 

bilmərəm.Ömrümün bundan sonrakı illərindən imtina edərdim.Qan 

təzyiqli,müxtəlif xəstəlikli günlərimi, illərimi yenidən yaşayardım. Bircə  30 iyun 

1969 - cu ildən başqa… 

 

 



 

 

 



 

 

 



 

 

 



*** 

 

 



Bir dəfə Yazıçılar İttifaqında yığıncaq zamanı Əli Kərim arxa cərgədə 

oturur.Yazıçı yoldaşlarından biri ona deyir ki, ay Əli, özünü niyə çəkirsən, keçib 

qabaqda otursana.Əli Kərim deyir: 

 

- Mən özümü çəkmirəm siqaret çəkirəm… 



 

 

           Şair yoldaşlarından bir nəfəri maşın alıbmış.Əli Kərim onun maşın 



sürməyindən bərk ehtiyat edərmiş.Elə buna görə də yarızarafat - yarıciddi onun 

maşınını «səyyar tabut» adlandırarmış. 

 

 

Bir dəfə söhbət zamanı Əli Kərim dedi: 



 

- Moskvada oxuyanda bir dəfə heç yerə məni institutdan çıxarmaq 

istəyirdilər.Konstantin Simonovun yanına getdim.Ona deyən kimi, dəstəyi götürüb 

zəng etdi.İkicə söz dedi: «On poet.Dolcen uçitsya.Vse!» Əli Kərim bu sözləri rus 




 

20 


dilində dedi.Özü də çalışırdı ki, Simonov necə deyibsə, o da həmin tərzdə, olduğu 

kimi təkrar etsin. 

 

Soruşdum ki, Simonov sizi tanıyırdımı? Əli Kərim yalnız bunu dedi: 



 

- Haqqımda ona demişdilər… 

 

Əli Kərim heç vaxt özünü «gözümüzdə böyütmək» üçün söz deməzdi. 



 

Həssas oxucu üçün Əli Kərim heç kəsə bənzəmirdi.Doğrudur, bəzən onu 

«tanımayan» oxucu ilə rastlaşmışam.Amma elə ki, «Qaytar ana borcunu», «İki 

sevgi» ni xatırlatmışam, dərhal təəssüflənib: necə yəni, mən bu şeirləin müəllifini 

unutmuşam?..  

 

Əli Kərim heç vaxt bu və ya başqa yazıçının əsərini pisləməzdi.Yalnız işarə 



ilə, bircə sözlə bildirərdi: «Onun ədəbiyyata dəxli yoxdur!»  

     Gizli deyil ki, adətən,dostlar bir - birindən üz döndərəndə başlayırlar bir -  

birini pisləməyə.Bu, bəlkə də təbiidir.Çünki heç kəs günahı özündə görmək 

istəmir.Əli Kərimin də «keçmiş» dostları vardı.Belə dostlarından söz düşəndə, Əli 

Kərim onları pisləməzdi.Heç vaxt! Eləcə deyərdi: «Aramız bir az sərindir».Və 

başlayırdı həmin adamın yaxşı xüsusiyyətlərindən söhbət açmağa. 

 

Ortaboylu Əli Kərim mənimçün ucalıq rəmzi, dostluq rəmzi idi.O, dostluqda 



mənafe güdən adamlara nifrət edirdi.Əli Kərim «mən sənilə dostluq edirəm, ona 

görə ki, sənin yaxşı imkanların var» - dey  ə fikirləşən adamlara nifrət 

edirdi.Çatdırmaq istədyini sözlərilə yox, hərəkətləri ilə deyirdi. 

 

Heç kəsə həsəd aparmırdı.O, istedadlar haqqında danışmağı elə bil özünə 



borc bilirdi.Bir dəfə erməni şairi Paruyr Sevaka necə zəng etməsindən 

danışırdı.Deyirdi ki, Sevakın telefon nömrəsini bilmirmiş.Yerevana, ATS - ə zəng 

edib.Oradan deyiblər ki, sizə Sevakın ev telefonu lazımdır, yoxsa iş yerindəki? 

 

Sonra Əli Kərim heyrətini gizlətmədi: 



 

- Vallah, bizdə lap…- O məşhur bir yazıçının adını çəkdi, - telefon 

nömrəsini soruşsan da, bilməzlər… 

 

Bilirdim: Əli Kərim Paruyr Sevakla Moskvadakı Ədəbiyyat İnstitutundan 



tanışdır, onunla dostluq edir.Əlbəttə, dediyim kimi, Əli Kərim ona həsəd 

aparmırdı.O, oxucuların sənətkara diqqətindən danışırdı. 

 

 

 



 

 

 



*** 

 

 



Dostluqda tanışlıqda, adətən, çox işlədilən bir söz olur.Bu söz, necə deyərlər

bir növ parola çevrilir.Dostlar görüşəndə hətta bəzən salam əvəzinə həmin sözü 

işlədirlər.Bizim aramızda da belə bir söz vardı.Daha doğrusu, bu sözü həmişə Əli 

Kərim deyirdi.Bir dəfə hansı münasibətləsə dedim: «İçmək istəyirəm!» Əli bu sözə 

güldü.O gündən sonra Əli Kərimlə görüşəndə, zarafatla mənə deyərdi: «İçmək 

istəyirəm!» Əli Kərim deyirdi ki, bu sözü o, pyesində İxtiyar obrazının dilində 

işlədəcək.Göründüyü kimi, bu sözdə heç bir qeyri - adilik yoxdur.Nə üçün Əli 

Kərim onu təkrar etməyi xoşlayırdı? Mənə elə gəlir, sözün deyiliş tərzi Əli Kərimə 

xoş gəlmişdi.Daha doğrusu, artıq içə bilmək taqətində olmayan bir adamın «içmək 

istəməsi» ona gülməli görünür-dü…İnanın, o, bu iki sözdən bir səhnə yarada 

bilirdi…O bu sözdə bir səhnə görürdü… 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə