Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə12/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   39

 

25 


 

Onun həyatında bəlkə də mən yoxam, amma onsuz mənim həyatım, 

tərcümeyi - halım yoxdur.Əli Kərim hamıya xeyirxahlıq göstərməyə, kömək 

etməyə hazır idi.Bununçün hamımız ona borcluyuq. 

 

Əli Kərim yaxından tanıdıqları adamların çoxu haqqında lətifəyəbənzər 



söhbətlər edərdi.Amma bu, istehza deyildi! Adamların unudulmaması üçün bəlkə 

də bir bəhanə idi.Əli Kərim bəhanəsi! Belə zarafatcıl adam özü haqqında çıxış 

etməkdən qaçardı. 

 

Sizə qəribə görünməsin bu sözlər: Əli Kərim sağlığında deyə bilmədiyi 



sözləri ölümündən sonra dedi.Sağlığında görə bilmədiyi işləri ölümündən sonra 

gördü.Elə bilməyin, söz deməyə, iş görməyə cəsarəti çatmadı!M.Lermantov kimi o 

da çoxlu kitab buraxdırmadan, A.Puşkin kimi heç bir xarici ölkədə olmadan vəfat 

etdi.Aleksandr Blokun belə bir fikri var: «Gözəlliyin, qəribəliyin yanımızda 

olduğunu biz çox gec başa düşürük».Mən-cə, bu, həmişə belə olmur.Daha doğrusu, 

hamı üçün belə olmur.Əli Kərimin sağlığında ona  olan məhəbbətimi 

bildirmişdim.İndi heç bir hərəkətim üçün peşman deyiləm. «Əgər o sağ olsaydı, 

mən belə edərdim» demirəm.Əgər Əli sağ olsaydı, sağlığındakı qədər onu 

sevərdim! Çox yox, eləcə sağlığındakı qədər! 

 

Kim Əli Kərim haqqında söz deyibsə - ürəkdən deyib.Az sözlə də olsa Əliyə 



böyük məhəbbətini çatdırmaq istəyib.Yeqor İsayev deyib: «O vaxt mərhum Əli 

Kərim də bizimlə oxuyurdu, gözəl şeirlər yazırdı.Əsl istedad idi».Başqa bir 

görkəmli şair - Mustay Kərim Əli Kərimin vəfatını eşitdikdə təbiidir, dərindən 

kədərlənib və deyib: «…Azərbaycan poeziyası mənimçün çox əzizdir, ona görə də 

onun hər bir itkisi məni kədərləndirir.Lakin bu itkidə mənə təsəlli verən odur ki, 

Əli Kərimin ardınca Azərbaycanın istedadlı gənc şairləri gedirlər». 

 

Bu sözləri yazdım və yadıma düşdü ki, doğrudan da, Əli Kərim özündən 



kiçiklər üçün heç vaxt köməyini əsirgəməyib.Bəziləri kimi onlara laqeyid 

olmayıb.Yadıma düşdü ki, bəziləri, guya Əliyə canıyananlıq edib deyirdilər: «Ay 

Əli, sən bu cavan yazanlara yaman üz vermisən.Əşi, qov onları, qoy get-sinlər, 

sənə mane olurlar».Amma bilmirdilər ki, elə Əlinin canı cavanlarda-dır.Necə ki, 

indi cavanlar onun qədrini bilirlər. 

 

Əli Kərimi kim görübsə, mütləq ömürlük onun yaddaşına həkk olub.Təkcə 



mənalı gözləri və sifəti ilə yox, «səhnələşdirdiyi» söhbətləri ilə.Doğ-rudur, bu 

söhbətlərin bəzilərinin, necə deyərlər, Əli Kərimə dəxli yoxdur.Amma onları Əli 

Kərim danışıb deyə, maraqlıdır, yaddaqalandır. 

 

…Sumqayıtda Əli Kərimin «Ürək güzgüsü» pyesi tamaşaya 



qoyulmalıydı.Rollar bölüşmüş, məşqlər gedirdi.Təbiidir, bu münasibətlə Əli Kərim 

tez - tez Sumqayıta gəlir, bəzən axşamlar da burada qalırdı.Bir neçə dəfə o, teatrın 

aktyorları ilə yataqxanada qalıb.Hidayət Ələkbərov həmin günləri belə xatırlayır: 

 

- Əli Kərim mənimlə bir otaqda gecələməli oldu.Söz yox, onun mənim 



otağımda gecələməsinə sevinirdim.Amma Əli müəyyən səbəblərə görə bir qədər 

narahat idi.O vaxtlar mən teatrda aktyor işləyirdim.Pyesin məşqləri zamanı biz 

aktyorlar, nədənsə, fikirləşirdik ki, Əli Kərim filan yeri başqa cür yazsa, daha yaxşı 

olar. 



 

26 


 

Demək olar, Əli Kərimə hərə öz bildiyi kimi «nəsihət» verirdi.Təəccüblü bu 

idi ki,Əli Kərim qətiyyən bizə qarşı çıxmırdı.Nə təklif edirdilər, sakitcə 

razılaşırdı.Başqası olsaydı, buna dözməzdi.Demə, o, aktyorların bu «nəsihət-ləri», 

özlərini necə aparmaları barədə gələcəkdə pyesə əlavələr etmək fikrinə düşübmüş! 

Doğrudur, nəhayətdə Əli Kərim teatrın kollektivi ilə razılaşmadı və pyes 

Sumqayıtda tamaşaya qoyulmadı… 

 

O vaxtdan illər keçir.Çox hadisələr, çox adamlar yaddan çıxıb.Amma Əli 



Kərimin söhbətlərini unutmaq olmur.Axşamlar gec yatardıq.Əli maraqlı söhbətlər 

edərdi.Hamısı da dəqiq yadda qalıb.Əli Kərim danışırdı ki: 

 

- Moskvada, Ədəbiyyat institutunda oxuduğumuz illərdə bir dəfə görüş 



vardı.Azərbaycanlı şairlərdən də bir nəfəri çıxış etməliydi.Ona söz verilən kimi 

sürəkli əl çaldıq.Çıxış edəcək şair də xitabət kürsüsündən başı ilə bizə razılığını 

bildirdi.Görünür, onun hərəkətləri, ya da çıxışı dekanın xoşuna gəlməmiş-di…Ona 

görə də həmin yoldaşı danladı: «Sən bizi biabır elədin, bu nə çıxış-dır?» Bizim şair 

dostumuz ona nə desə yaxşıdır: «Bura bax, rədd ol bura-dan.Sənin heç Puşkinin də 

belə alqışları görməyib».Məsələ burasındadır ki, biz ona zarafatla əl çalırdıq… 

 

…Əli Kərimin «Ürək güzgüsü» pyesinin tamaşasına baxmamışam.Söh-



bətlərdən yadımda qalan bu olub ki, lirik qəhərəman bütün əsər boyu çalışır, elə bir 

ürək güzgüsü düzəltsin ki, o, insanların keçmiş günahlarını da göstərə bilsin.Ora 

baxan kimi aydın olsun ki, sən keçmişdə hansı günahları işləmi-sən.Lirik 

qəhrəman belə bir güzgü düzəldir.Amma indi ona birinci kim ürək edib baxacaq? 

Axı, hərənin bir günahı var və istəmir ki, o günahdan başqaları da xəbər tutsun… 

 

Etiraf edirəm, o vaxta qədər rəssam V.Polenovun «Xristos və günahkar 



qadın» əsəri haqqında bir söz eşitməmişdim.Əli Kərimə isə elə gəlirmiş ki, kimsə 

onu bu əsərdən təsirlənməkdə təqsirləndirə bilər.O bu əsər haqqında bizə 

danışmaqla sanki başqalarına da bildirmək istəyirdi ki, elə bilməsinlər, ondan 

Əlinin xəbəri yoxdur: «Ərinə xəyanət etmiş bir qadını yəhudi keşişləri Xristosun 

yanına gətirirlər.Qaydaya görə həmin qadın daşla əzişdirilməliy-miş.Keşişlər 

soruşurlar ki, bu qadına nə cəza verək, Xristos da deyir: «Sizin hansınızın günahı 

yoxsa, qoy o qadına bir daş atsın».Xristosdan bu sözü eşi-dənlər hamısı geri 

çəkilirlər.Belə çıxır, günahı olmayan adam yoxdur». 

 

Əli Kərim çox oxuyub az yazan şairlərdən idi.Həm də onun «özünün» xüsusi 



müəllifləri vardı.Elə bil o bu müəlliflərin əsərlərində başqalarının oxumadığı 

yerləri oxuyurdu.Başqalarının görmədiyi yerləri görürdü.O, sevdiyi yazıçıların 

əsərlərini oxumağa qeyri - adi mənəvi ehtiyac hiss edirdi.Dostu Altay Məmmədova 

göndərdiyi teleqramın birində yazır: «Bu günlərdə Remar-kın kitabı çıxıb.Gələn 

görüşlərədək.Öpürəm».Və yaxud Əli Kərim Kislovod-skda dincələrkən Altay 

Məmmədova göndərdiyi teleqramda xahiş edir ki,ona kitab göndərsin.Əlbəttə, o, 

Bakıya qayıdacağını da gözləyə bilərdi.Gözləyə bilərdimi? Gözləyə bilsəydi, belə 

etməzdi… 

 

Mən çox istərdim Əli Kərimin Altay Məmmədovla dostluğu barədə xüsusi 



məqalə yazım.Bu dostluğa hansı bucaq altında baxırsansa bax, mütləq ülvi,ideal 

hisslərlə qarşılaşacaqsan.Bu dostluq sənə kiminləsə dostluq etməkdə yol göstərər, 

örnək ola bilər.Onların arasındakı dostluğu təmizliyinə görə nə büllur bulaqların 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə