Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə14/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   39

 

29 


 

Əli Kərim isə deyirdi: 

 

Ömür tənhalıqda bada gedərdi



Əgər olmasaydı gözəl insanlar. 

Mənimdir onların sevinci, dərdi, 

Mənə özüm kimi əzizdir onlar. 

 

 



 

 

«Əgər olmasaydı gözəl insanlar…»Bəli, onlarsız, doğrudan da, ömür 



tənhalıqda bada gedərdi.Belə adamlar bütün əsrlərin və bütün nəsillərin yaraşığı 

olub.Onlar insanlara ölümlərindən sonra da lazım olurlar.Kim deyir ki, vəfat edən 

adamın təsəlliyə ehtiyacı yoxdur.Məni yaxşı mənada heyrətləndirən odur ki, bizim 

indi Əli Kərim haqqında ehtiyatla işlətdiyimiz ifadələri Altay Məmmədov çoxdan 

deyib.Bəzilərimiz indi, Əli Kərimin vəfa-tından neçə il sonra oyanmışıq və deyirik 

ki, Əliyə vaxtında lazımi qayğı göstərilsəydi, yaxşı olardı.Altay Məmmədov isə Əli 

Kərim sağlığında bunu de-yirdi.Özü də Əlidən xəbərsiz! 

 

Örnək olası cəhət odur ki, Altay Məmmədov Əlinin qayğısına yalnız bir dost 



kimi qalmırmış.Onu xalqının oğlu kimi sevirmiş.İndi də sevir.Buna oxşar sözləri 

Elza xanım da bir dəfə mənə dedi.Göz yaşlarını ürəyində boğmağa çalışsa da 

bacarmadı… 

 

Bir dəfə tibb işçisi olan bir nəfər qadınla onun arasında belə bir söhbət olub: 



 

- Ay Elza bacı, deyirlər, Əli içirmiş.Düzdürmü? 

 

- Sən Məhəmməd Füzulini sevirsənmi? - deyə Elza xanım soruşur. 



 

- Sevirəm.  

 

- Bilirsənmi onun neçə arvadı, neçə uşağı varmış? Bilirsənmi, o içirmiş, ya 



içmirmiş? Sənə şairin şeiri lazımdır, yoxsa?..Mən Əli Kərimə xalqımın oğlu kimi 

baxıram, qiymətləndirirəm.Sonra uşaqlarımın atası kimi.Daha sonra həyat 

yoldaşım kimi.Necə istəyirsən, elə də başa düş… 

 

Əli Kərimin söhbətləri adama maraqlı əsər təsiri bağışlayırdı.O, 



danışdıqlarını, həyatda rast gəldiklərini nə vaxtsa bu və ya digər şəkildə yazıb 

oxuculara da təqdim edəcəkdi.Sizi bilmirəm, mənə elə gəlir,Əli Kərimin danış-dığı 

bu hadisələr adama ən təsirli səhnə əsərini xatırladır: 

 

- Mənim bir dostum var.Bir qədər içkiyə meyl edəndir.Demək olar hər gün 



çaxır köşkündə meyli çəkdiyi qədər içir.Yəqin ki, vərdiş eləyib.Bu da çox pis 

bəladır! Pulu olmayanda köşkdə  işləyəndən nisyə çaxır alır.Bunu onun dostu hiss 

edir.Müxtəlif vasitələrdən istifadə edib köşkü…tamam bağlatdı-rır!Bağlatdırır ki, 

bir tərəfdən dostu içməsin, o biri tərəfdən də çaxır köşkündə işləyən Karapet onu 

aldatmasın.Bilirsən, necə? Karapet görürmüş ki, filankəs çaxırı nisyə içir, ona görə 

də bir neçə həftədən sonra pulunu hesablayanda onu aldadaırmış… 

 

Sən təsəvvürünə gətirirsənmi, içkiyə meyl edən həmin adam iştahla  çaxır 



köşkünə gəlir və görür…nə Karapet var, nə də çaxır! Şeirdə bu, bəlkə də yaxşı 

səslənməz, amma səhnə əsəri üçün pis mövzu deyil. 




 

30 


 

Əli Kərim bu hadisəni elə danışdı ki, səhnə gözümün önündə canlan-

dı.Amma burada məni düşündürən içən adamın vəziyyəti yox, köşkü bağlatdı-ran 

dostun sədaqəti oldu.Yəqin ki, o bunu asnlıqla etməyib! 

 

Bu söhbətin üstündən təxminən on il keçmişdi.Həmin hadisəni mənə Əli 



Kərimin dostu Arif Sultanov da danışdı…Hiss elədim, Arif Sultanov nəinki bu 

hadisə haqqında bilirmiş, hətta…onun iştirakçılarından biriymiş. 

 

Əli Kərim danışırdı ki: 



 

- Bir kişi öz qadınını yaxın qohumlarından birinə qısqanır.Dərdini heç kəsə 

deyə bilmir, məcbur olur, haqlı olub - olmadığını özü yoxlasın.Bir gün qadınına 

deyir: «Mən indi filankəsgilin nömrəsini yığacağam.Sən ona deyəcək-sən ki, bəs, 

dur bizə gəl, ərim də evdə yoxdur.Görüm o sənə nə cavab verəcək.Artıq - əskik 

danışmayacaqsan: filankəs, salam, necəsiz? Dur bizə gəl, filankəs də evdə 

yoxdur.Vəssalam». 

 

Arvad deyir: - dəli olmusan, nədir? 



 

- Mən deyəni eləməsən, deməli, səni qısqanmaqda haqlıymışam. 

 

Kişi telefon nömrəsini yığıb dəstəyi qadına verir və gedib dəhlizdəki o biri 



telefonun dəstəyini götürür.Qadın telefonla qohumlarına deyir: 

 

- Hidayət, salam. «Bu Əbdül dəli olub, nədir, deyir ki, bizə gələsən... 



       Fikir verirsənmi qadının sözünə: «Bu Əbdül dəli olub, nədir».Deməli, Əbdül 

evdədir.Xəttin o tərəfindəki adam hər şeyi başa düşməlidir. 

 

 

 



 

 

 



 

*** 


 

 

Bir dəfə Yazıçılar İttifaqının katiblərindən biri Əli Kərimi yanına çağırıb 



deyir: 

 

- Əli, bala, sənə Montin qəsəbəsində ev vermək istəyirik.Oraya avtobus da 



işləyir, tramvay da, traleybus da.Səninçün yaxşı olar, razısanmı? 

 

Əli Kərim deyir: 



 

- Ona qalsa, Moskvaya da təyyarə işləyir. 

 

- Yaxşı, get, başa düşdüm. 



 

 

Bəziləri şöhrətləndikcə elə bil yerdən uzaqlaşır, başqaları üçün əlçatmaz 



olurlar.Əli Kərim şöhrətləndikcə özünü daha sadə aparırdı. 

 

Sağlığında ondan çox şeyi soruşmadım. «Vaxt var», - deyə az şey 



öyrəndim.Dünyanın bir çox böyük yazıçılarının nə vaxt və necə öldüyünü bili-

rəm.Bilirəm, Nazim Hikmət qapısındakı poçt qutusundan qəzetləri götürmək 

istərkən, demək olar, ayaq üstəcə ölüb.Bilirəm, Taqor ölərkən deyib: «Ah, həyat, 

həyat! Mübarizədən başlayır, mübarizə ilə də qurtarır».Və yaxud: Puşkin, 

Lermontov, Heminquey…Mən hələ də bilmirəm, Əli Kərim adlı bir şair necə 

ölüb.Bəlkə də bilsəydim, bu, kədərimi yüngülləşdirərdi.Bu haqda bir dəfə mənə 

danışmaq istəyiblər.Əsəblərim dözməyib…qulaq asmamışam. 

 

Əli Kərim həmişə sevdiyi şairlərin gözəl misralarını yadda saxlamağa 



çalışardı.İstəyirdi bu misraları hamı eşitsin.Öz şeirlərini əzbər bilmirdi.Həmişə 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə