Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə22/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   39

 

47 


 

- Əli yazdıqlarının hamısını mənə oxuyurdu.Bilirdi: mən ona sözün dü-zünü 

deyəcəyəm, heç nəyi gizlətməyəcəyəm. «Pillələr» romanını da ilk dəfə mən 

oxumuşam.Sonra verdilər Həsən Seyidbəyli və Ənvər Məmmədxanlı 

oxudu.Demək olar, bizim fikirlərimiz uyğun gəlmişdi. Hətta bir dəfə Əlinin şair 

dostlarından biri gileylənmişdi ki, arvadı onun şeirlərini düzgün qiymətləndirə 

bilmir, başa düşmür.Əli də demişdi: «Hər şeyi başa düşən qadından da heç nəyi 

gizlətmək olmur, o lap pisdir». 

 

- Bəs «Vəsiyyət» şeirindən nə vaxt xəbər tutdunuz?  



 

- bu şeiri Əli iyunun 3 - də yazıb.amma mən ondan 12 gün sonra xəbər 

tutdum.masanın üstündə kağız qalaqlarının içində təsadüfən onu 

gördüm.Oxuyanda çaşıb qaldım.Şeiri qonşumuzdakı rəfiqəmə də göstər-dim.Sonra 

Əliyə dedim ki, bu nədir yazmısan? Əli əsəbiləşdi ki, niyə bu şeiri oxumuşam.İlk 

dəfəydi yazdığını məndən gizlədirdi.Nə biləydim ki…Onu da deyim ki, Əlinin 

ölüm haqqında bir neçə şeiri vardı.Hələ indi də çap olunma-yıb.Ona görə də 

şübhəlnmədim…İndi də onun ölümünə inanmıram.Ölümünə təxminən bir neçə ay 

qalmışdı.bir dəfə Əli bərk öskürdü, az qala huşunu itirəcəkdi.Özünə gələndən sonra 

kədərli halda dedi: «Of, lap ölmüşdüm ki! Eybi yoxdur, mən ölsəm, altay 

uşaqlarıma dar ayaqda kömək edər». 

 

Təsadüfən Altay bizə gec gəldi.Gələndə Əlinin sözlərini ona dedim.Onu da 



deyim ki, Altay Məmmədov təkcə Əlinin övladlarına yox, vəfatından sonra onun 

irsinə də qayğı göstərib.Moskvada «Gül və çörək» kitabının nəşr olun-masına 

kömək edib.Ümumiyyətlə, Altay yaxşılığı gözə görünmək üçün etmir.Əlinin də 

xasiyyəti beləydi: kimə yaxşılıq edirdisə, üərəkdən edirdi.Kim də Əliyə yaxşılıq 

edirdi - ürəkdən edirdi. 

 

Əlinin ölümünü heç kəsə xəbər verməmişəm.Son günlər çox zəifləmiş-di.Nə 



qədər deyirdimsə, xəstəxanaya getmək istəmirdi.Elə bil xəstəxanya getməkdən 

qorxurdu.Demək olar, məcburi apardım.Təsadüfən Əlinin bacısı da bizdəydi:  

qiyabiçiydi, imtahan sessiyasına gəlmişdi.Xəstəxanaya gedəndə həyətdə Əli geriyə 

dönüb yaşadığımız binaya həsrətlə baxdı, ah çəkdi.Getmək istəmirdi.Deyirdi, ay 

Elza, Orxan mənsiz necə yatacaq? Bəlkə qalsın, sabah tezdən gedim.Nə isə razı 

olmadım.Bir az getmişdik ki, bacısı qolundan yapışmaq istədi.Çünki Əli yaxşı 

yeriyə bilmirdi.Dizindən aşağı hissədə birdən şiş əmələ gəlmişdi.Əli sərbəst 

yerimək istədiyindən bacısının qolunu itələdi.Və əsəbiləşdi ki, niyə onun qolundan 

yapışır… 

 

Gecə Əlinin bacısı da. Mən də palatada qaldıq.Əli gözlərini məndən 



çəkmirdi.Elə baxırdı, elə baxırdı ki…Gecə saat 2 olardı.bacısı elə bildi, Əli mənə 

nəsə demək istəyir.Durub palatadan çıxdı.Əli yenə də mənə həsrətlə, diqqətlə 

baxırdı.Şübhələnmirdim ölümündən.Gözləyirdim mənə nəsə deyəcək.Amma heç 

bir söz demədi.Səhər tezdən bacımın yoldaşını çağırmağı mənə tapşırdı.Mən Əlini 

doğmalıqdan başa düşmədim.Duymurdum, inanmırdım ki, Əli ölə bilər.Elə 

bilirdim, hər şey ötüb gedəcək.Doğrudur, həmişə deyərdi ki, mən çox az 

yaşayacağam.Bir sözü də vardı: «Yəni 50 il də yaşamayacağam?» Deyirdim, ay 

Əli, axı 50 yaş nədir ki? Sənin 50 yaşın olan-da, Paşanın cəmi 19 yaşı olacaq. 




 

48 


 

Ölümünə 10 - 15 dəqiqə qalmış həkimlər yanından getdilər.Deyəsən, onlar 

Əlinin nələr çəkdiyini bilirmişlər! Biz buna inanmırdıq! Əli son nəfəsinədək 

huşunu itirməmişdi, amma nəfəsi çatmırdı.Gördüm, Əli daha o Əli deyil.Həkimin 

ardınca qaçdım.Qayıdanda gördüm mənə necə baxırdısa, elə də…Tibbi bacısı 

mənə dedi ki, gözlərini qapayım, yoxsa…Öz əllərimlə gözlərini…Doqquza on 

dəqiqə qalırdı.İlahi, sən öz günahını nə ilə yuya bilər-sən ki, Əlinin 

gözlərini…qapamağa məni məcbur etdin?! Sən öz günahını nə ilə yuya bilərsən ki, 

balaca Orxanın gözünü yolda qoydun? Hər qapı döyüləndə fikirləşəcək ki, yəqin 

bu gələn «dədəsi» dir, amma yaxınlaşıb atasızlığı ilə üzləşəcək.İndi mən onlara bu 

xəbəri necə çatdırmalıyam, necə?... 

 

Ağlaya - ağlaya evə qaçdım.Qonşular srruşdular ki,Elza, ay qız, uşaqlara nə 



olub ki, ağlayırsan? Dedim, uşaqlardan olsaydı nə dərdim.Belə də 

demişəm.Uşaqlar isə bu vaxt heç nədən xəbərsiz oynayırdılar.Əvvəlkitəkdeyib - 

gülürdülər.Uşaqlar Əlini «dədəsi» deyə çağırırdılır.Qıymadım onlara deyəm ki, 

«dədəsi» bir də gəlməyəcək…Onun ölümünü heç kəsə xəbər vermədim.Bir də 

gördüm, xəstəxana adamla doludur.Dostlsrı onu xəstəxanadan diri adam kimi

qucaqlarında çıxartdılar.Əli vəsiyyətini yalnız şeirlə deyib, bununçün ölümünə heç 

kəs inanmırdı. «Vəsiyyət» şeirinin bir yerində də bu var: 

 

Heç kim inanmır ki,  



Öləcək… 

Elə mən də… 

Amam ölüm 

oğlanlarımın 

kədərli təbəssümüylə 

 

gülümsəyəndə, 



Onların, hələ dünyanı 

tamam yığa bilməmiş 

Gözləriylə baxanda 

onlarla bir oyanıb da 

bir oyananda 

Hər işdə onlardan  

geri qalmayanda 

sadiq köpək kimi 

girəni - çıxanı yoxlayıb 

Qapının yanından  

ayrılmayanda, 

İnandım öləcəyimə… 

Demədim heç kimə. 

 

 



 

 

- Elza xanım, vaxtilə Əli Kərimin zəng etdiyi bir telnfon nömrəsi məndə 



qalıb.Bəlkə sizə tanışdır? Bax, bu nömrə… 


 

49 


 

- atamgilin telefon nömrəsidir.Sonralar bu nömrə bir neçə dəfə dəyi-

şilib.Olmaya Əlidən şübhələnirdin? - deyə Elza xanım gülümsünür. - Yox,Əli-nin 

«başqa» nömrəsi ola bilməzdi… 

 

- Əli Kərim elə bir ömür yaşayıb ki, orada gizlədiləsi bir şey yoxdur və 



olmamalıdır.Bu ömür bizimçün müqəddəsdir.Əlinin xəstəliyi nə idi? 

 

- qara ciyəri yaxşı işləmədiyinə görə tromb əmələ gəlmişdi.Ölüm kağızın-da 



yazıblar ki, vena damarı partlayıb.Vəfatından sonra mənə dedilər,kürəyin-də bir az 

yer qara ləkə kimi qalmışdı.Yəqin, ürəyi partlayıb.Bunu mən özüm 

deyirəm.Həkimlər isə deyirdilər,Əlinin çox sağlam ürəyi var.Ağrılarından mənə 

şikayətlənmirdi… 

 

- Şeirlərindən birində Əli kərim yazır ki, qapını daldan bağlayıb şeir 



yazıram.Oğlanlarım isə tez - tez qapını döyürlər.Açıq otaqlar orda qalıb-lar,amma 

onlar bura girmək istəyirlər, elə bil məni izləyirlər.Şeirdən görü-nür,Əli kərim 

bundan əsəbiləşmir.Əksinə,oğlanlarına deyir ki, «mən açmasam, hirslənib bir 

qədər, Sındırın bağlı qapını.Oğlanlarım - Orxan! Paşa! Azər!» Şeir yazanda uşaqlar 

ona mane olurdularmı? 

 

- Əli bu şeiri anamgildə yazıb, onların otaqlarını nəzərdə tutur.Özü də şeirin 



ilk variantında orxanın adı yox idi.Sonradan əlavə edib - Orxan küsməsin deyə.Əli 

heç vaxt yazdıqlarını uşaqlardan gizlətmirdi.Şeir yazdığı vərəqlərin bir çoxunda, 

bəlkə də əksəriyyətində uşaqlar istədikləri şəkilləri çəkərdilər.Əli həmin vərəqləri 

dəyişməzdi, elə də saxlardı.Əli,adətən gecələr yazardı. 

 

- Oğlanlarından hansı Əli kərim xasiyyətdədir? 



 

- Üçü də Əliyə oxşayır.Paşa Əlinin eynidir.Xasiyyətində, davranışın-

da,geyiminə bir o qədər fikir verməməkdə.Paşa Əlidən də utancaqdır.Azər 

hazırcavablığında,Orxan xarici görkəmində atasına oxşayıb.Paşa hərdən məni 

atasının səsiylə, atasının avazıyla çağırır.Əsəbiləşirəm: o niyə belə edir?! 

 

Bütün atalar övladlarını çox istəyirlər.Amma inanmıram ki, Əli kimi 



uşaqlarını istəyən ikinci bir ata ola.Hiss edirdim, Azəri daha çox istəyir.Deyir-dim, 

niyə uşaqlara fərq qoyursan, əsəbiləşirdi.Deyirdi: «Ay Elza, heç mən fərq 

qoyuram? Azər bir az zəifdir, ona görə onu çox istəyirəm».Hansı oyuncaq 

çıxsaydı, gərək uşaqlarçün ondan alaydı.Deyirdi: «Hər oyuncaq uşaqçün bir 

kitabdır».Əli deyirdi, yalnız şeirlərini övladlarından çox istəyir.Hətta mən 

inciyirdim: niyə o belə deyir.Mənə deyirdi ki,Orxanı «Oxu» deyə çağırın, qoy 

yaxşı oxusun.Paşanın toyunu yaman arzulayardı.Deyirdi: mütləq Xan Şuşinskini 

gətirəcəyəm.Zarafatla deyirdim: «Ay Əli, axı, indi Xan dəbdə de-yil?» Deyirdi: 

«Xanı özümçün gətirərəm, sizinçün - dəbdə olanı! Yəni Xan da dəbdən düşə 

bilər?» Ailədə çox uşaq olmasını xoşlayırdı; xüsusən çox qardaşlı ailənin 

tərəfdarıydı.Deyirdi: bir - birlərinə köməkdilər, arxadılar. 

 

- Elza xanım, yaxın adamlarımızın vəfatının bizi sarsıtmağı bir tərəfə dursun, 



bəzən biz onlarınölümündən sonra nəyəsə təəssüflənirik.Deyirik: heyif ki, filan 

vaxt onun arzusunu yerinə yetirmədim, sözünə qulaq asmadım.Siz hansı günə 

təəssüflənirsiz? Əlinin hansı istəyinə əməl edə bilməmisiniz…nə zaman ona laqeyd 

olmusunuz?.. 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə