Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə24/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   39

 

52 


Niyə yazmamışam o zaman, allah, 

Əlimə qələm də gəlməyir indi. 

De, niyə aradan küləklər əsir? 

Aramız, de, niyə belə sərindir? 

İçdiyim o su da səadət imiş

İşə getməyim də, qayıtmağım da. 

Ona baxmağım da xöşbəxtlik imiş, 

Onu yuxusundan ayıltmağım da… 

 

 

 



Mən şeiri bütöv demədim, sadəcə olaraq hansı şeir olduğunu xatırlat-maq 

istəyirdim.Əlinin daha bir şeiri: 

 

Ala gözün gülümsündü, 



Alovlandım alovundan. 

Sandım ki, göy günəş doğdu 

Mavi rəngə girdi cahan. 

 

Ala gözün soyuq baxdı, 



Necə deyim bu dərdi mən. 

Soyuq mavi baxışından 

Elə bil ki, göyərdim mən.    

 

 



Hər ikisi Əlinin, necə deyərlər, növbəti şeirlərindəndi.Amma, nədənsə, 

bunlar daha çox yadıma düşür.Səbəbini soruşmayın, deyə bilmərəm. 

 

- Bilirsiz ki, Elza xanım, böyük türk şairi Nazim Hikmət 14 il həbsxada 



qalıb.Həbsxanada olarkən arvadı Pirayə xanım Nazimə göndərdiyi məktubla-rın 

birində yazırdı: «Mən istərdim ki, səndən əvvəl öləm.Ancaq məni torpağa 

basdırmayın.Yandırın, küllərimi bir şüşə qaba töküb, masanın üstünə 

qoyun.Beləliklə, daima gözlərinin qabağında olaram.Sonra da sən ölərkən, sə-nin 

də küllərini mənim külümün üstünə tökərlər, orada birləşərik». 

 

Nazim bu məktubu oxuyarkən çox həyəcanlanır və arvadına yazdığı 



məktubunda «mən bu qədər gözəl şey oxumamışam» deyir. «İcazə ver, sənin bu 

məktubunu şeirə salım və nəşr ediləcəyi zaman ikimizin imzası ilə nəşr 

edilsin».Budur, həmin şeirdən bir parça: 

 

Səndən əvvəl ölmək istərəm 



Gedənin arxasından gələn 

Gedəni tapacaqmı, zənn edirsən? 

Mən zənn etmirəm bunu. 

Yaxşı olar ki, məni yandırarsan 

Otağında sobanın üstünə qoyarsan 

İçində bir şüşə qabın, 

Qab şüşədən olsun. 



 

53 


Şəffaf, ağ şüşədən olsun 

ki, içində məni görə biləsən. 

Fədakarlığımı anlayırsan: 

Vaz keçdim torpaq olmaqdan

Vaz keçdim çiçək olmaqdan, 

Sənin yanında qalmaq üçün, 

Və toz oluram. 

Yaşayıram yanında sənin, 

Sonra sən də ölüncə 

yanıma gələrsən, 

və orada bərabər yaşayarıq - 

Külümün içində külün, 

Təki bir israfçı gəlin, 

yaxud vəfasız bir nəvə 

Bizi oradan atana qədər… 

 

 



 

Bütün bunları təsadüfən xatırlamadım.Əli Kərimin kədərli dəqiqələrində onu 

həyəcanlandıran təsəlli verirdinizmi? Ümumiyyətlə,Əli daha çox nədən kə-

dərlənirdi? 

 

- O nə yaşamışdı ki, nədən də kədərlənəydi? Onun əsəbiləşdiyi vaxtlar 



olurdu, amma hər xırda şeydən ötrü kədərlənmirdi, gileylənmirdi.O ki qaldı 

məktubla təsəlliyə: biz bir - birimizdən uzaqda yaşamamışıq ki, ona məktubla 

təsəlli verim. 

 

- Elza xanım, bu suala daha ətraflı cavab almaq üçün nə vaxtsa Sizə bir də 



müraciət etməli olacağam.sizmnlm söhbətdə  bir neçə dəfə belə bir ifadə 

işlətmişəm: «Əlinin ölümü», «Əli Kərimin vəfatından sonra».Bununçün məni 

bağışlayın.Özüm də bilmirəm, bu ifadələri necə də soyuqqanlıqla işlətdim.Özü-nüz 

bilirsiz ki, Əli kərim haqqında bir neçə çap vərəqi yazım var və mən orada bir dəfə 

də olsun «ölüm» sözünü Əlinin adıyla yanaşı işlətmirəm.Hər yerdə yazmışam: «Əli 

Kərimin Göyçaya sonuncu səfərindən sonra».Fikir verirəm, siz söhbətdə Əlinin 

adını çox az çəkirsiniz.Həmişə deyirsiniz: «o», «onun».Sağlı-ğında olduğu 

kimi.Oxuculara aydın olsun deyə, bəzi yerlərdəhəmin ifadələri «Əli» sözüylə əvəz 

edəcəyəm… 

 

- Bunula bir şey dəyişilirmi? Əlinin bu misraları yadındadırmı? 



 

Köçüb getdim bu dünyadan,  

Sən ağladın, mən gülmədim. 

Sükutuma bir söz dedin - 

Aldat görüm ölümü sən. 

 

 



- Əli Kərimə yazılan oxucu məktubları haqqında nə deyə bilərsiz? 

 

- Demirəm gündə Əliyə qalaq - qalaq məktub gəlirdi.Ona gələn məktub-ları 



iş yerinə («Azərbaycan» curnalının redaksiyasına) və yaxud Yazıçılar İt-tifaqına 


 

54 


yazırdılar.Əli onların hamısını mənə göstərərdi.Qızlar daha çox yazar-dılar.Əli belə 

məktubların əksəriyyətini açmamış mənə verərdi ki, qoy onu qıs-qanmayım.Elə 

bilirdi qızların məktub yazmasını qısqanıram… 

 

Axır vaxtlar özün görürdün ki,Əlinin saçları bərk ağarıb.Zarafatla de-



yərdim: «Deyəsən, qızlar sənə məktub yazmırlar, ona görə dərd çəkirsən, saç-ların 

ağarıb?» Əli deyərdi: 

 

- Mənə heç kəs lazım deyil, kimə lazımamsa, o bəyənib. 



 

- Mən istərdim sənin saçların həmişə qara qalsın, qızlar da məktublarını 

kəsməsinlər. 

 

Əlbəttə, bizim aramızda tam anlaşma vardı.Əli bilirdi, onu yaxşı başa 



düşürəm.o da zarafat etdiyimi bilirdi.Ona qalsa, mən bilirdim, Əli mənə qədər 

başqa bir qızı  sevib,ona yazdığı şeiri də dəqiq bilirəm. «Pillələrdə» tək məndən 

yazmayıb, ondan da yazıb. 

 

- Madam ki, söhbətimizdə heç nəyi gizlətmirsiz  və gizlətməmlisiz, onda 



deyin görüm, Əli Kərimlə şəxsi tanışlığa qədər onun hansı şeirini eşitmişdiniz? 

 

- Heç birini. 



 

- Əli Kərim bir insan kimi hansı xüsusiyyətləri ilə sizə müsbət təsir edib? Siz 

ona nədə oxşamaq istərdiniz? 

 

-Elə bilmə, Əli həyatda yoxdur deyə onun pis cəhətini görmürəm.Məni 



bağışlamaz: haqqında həqiqəti deməsəm.Həqiqət odur ki, onun yalnız bir vər-dişi 

xoşuma gəlmirdi.Qalanlarında isə o özüydü.Bunu dostları da bilir, qo-humları da, 

qonşular da.Əli utancaq idi, amma haqqını tələb etməyə utanır-dı.Ona pislik edənlə 

sərt danışmağı bacarırdı. Bunu mənə özü danışıb.Bir dəfə vəzifəli yazıçılardan bir 

nəfəri   Əli ilə yolda rastlaşır.Bir məsələdən ötrü Əliyə haqsızlıq etdiyinə görə Əli 

ona salam vermədən yanından ötmək istə-yib.Həmin yazıçı özü Əliyə salam 

verib.Amma Əli onun salamını götürməyib. 

O soruşub: 

 

- Əli, niyə mənim salamımı almırsan? 



 

Əli deyib: 

 

- Əlimdən o gəlir. 



 

İstəyirəm, heç olmasa pula, əşyaya həris olmamaqda, onlara qiymət 

qoymamaqda Əliyə oxşayım.Buna çalışıram, amma Əliyə oxşamaq mümkün 

deyil.Məncə, belə xasiyyətli ikinci adam olmaz.Əli təsəlli verməyi bacarırdı.Bir 

dəfə onun yazıçı dostlarından bir nəfərinin əsərini bərk tənqid etmişdilər.Əli görür 

ki, dostu yaman fikir çəkir, heç kəsin təsəllisinə qulaq asmır.Əli onu inandırır ki, 

tənqid onun xeyrinədir.Yazıçı dostu Əliyə demişdi: «Madam ki, sən deyirsən, 

inanıram». 

 

Əli başqasının dərdini duyan idi.Ənvər Əlibəyli Əlinin xətrini çox 



istəyirdi.Qonşu idik.Yadıma gəlir,Ənvər Əlibəylinin vafatından sonra Əli onun 

arvadının gözünə görünməyə utanırdı.Biz bir yerə getməli olanda Əli mənə de-

yərdi:  «Elza, sən qabaqda get, mən də sənə çataram.Şövkət xanım (Ənvər 

Əlibəylinin həyat yoldaşı) bizi bir yerdə görər, yoldaşı yadına düşər».Evə 

qayıdanda da Əli başını qaldırmadan həyətə girərdi ki,eyvanda olan qonşu qadınlar 

görməsin.Şövkət xanım deyirdi ki, görürdüm,Əli Kərim  gəlir çalı-şır-dım gözünə 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə