Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə27/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   39

 

59 


təbiidir.Dostoyevskinin arvadı, əri vəfat etdikdən sonra təxminən iki ay anlaşılmaz 

hallar keçirirmiş.O, evə tələsirmiş ki,yeməkdən ötrü əri çox gözləməsin.Onunçün 

şirniyyat alırmış; bir təzə xəbər eşidən kimi istəyirmiş ərinə çatdırsın, lakin bir 

dəqiqədən sonra yadına düşürmüş ki, əri vəfat edib… 

 

- Mən elə hal keçirməmişəm,amma həmişə işim dara düşəndə onun yeri 



görünüb.Tez - tez yuxuma girir.Həmişə də sağlığında olduğu kimi, həyatda necə 

vardısa, eləcə.mən son dəqiqələrdə onun nə demək istədiyini soruşmamı-şam.Bu 

mənə həmişə əziyyət verir.Axı, mən onun ölə biləcəyinə inanmırdım! Elə bilirdim, 

adam ölmək üçün qocalmalıdır.Özü də axı, mən necə barışa bilər-dim ki,onun son 

dəqiqələridir! Bəxtiyar Vahabzadə deyir ki, bir dəfə Əlini yolda görüb, hiss edib ki, 

«Əli…gedir».Amma mən bunu hiss etmirdim.Əlinin vəfatını Altay Məmmədova 

xəbər veriblər, inanmayıb.Elə bilib bunu Əlini, yaxud Altayı istəməyənlər qəsdən 

belə deyirlər.Ehtiyat üçün özüylə bir az da pul götürüb Bakıya gəlib.Deyib ki, əgər 

yalan olsa, pulu paylayar qabağına çıxan admlara.Evə gəlməmişdən qabaq qəzet 

alıb: bilib ki,xəbər düz olsa, qəzetlər nekroloq verəcək… 

 

Bir dəfə Əlini yuxuda gördüm.Gördüm ki, Kislovodskda dincəlirik; İsmayıl 



Şıxlı, Əliağa Kürçaylı da buradadırlar.Əslində, heç İsmayıl Şıxlı bizim evə gəlib - 

gedən deyildi.Deyirəm, ay Əli, axı mən səndən heç nə soruşma-mışam.Nə 

deyərdin? Əli deyir: «Nə deyəcəyəm, Orxandan muğayat ol, dərsə gedəndə yaxşı 

geyindir, qoy soyuq dəyməsin».Axı,Əli başqa nə deyərdi? O, nə özü nəsihət 

verməyi xoşlardı, nə də ona nəsihət verilməsini.Kassa da da pulu yox idi ki, desin: 

yarısı sənin,yarısı da filankəsin.Bir də sənə bir söz deyim.Adam bir əzizini itirəndə, 

onun pis gününə də həsrət çəkir.Elə Əlinin şeirində də bu var: 

İçdiyim o su da səadət imiş

İşə getməyim də, qayıtmağım da.  

 

 



- Əli Kərimlə bağlı elə hadisə, epizod varmı, Siz onu başqalarına da 

çatdırmaq istərdiniz.İstərdiniz ki, bu haqda onun dostları, oxucuları da bilsin? 

Bəlkə bu haqda soruşmağı unutmuşam? 

 

- Əli. Gözdən qaçan adam idi.Bunu onun dostları yaxşı bilir.Ağıllı qadın 



ərinin yaxşı və yaxud pis xüsusiyyətlərini car çəkməməlidir.Bunun başqaları üçün 

heç bir xeyri yoxdur.Bilirsən,Əli nə vaxt çox sevinərdi? Təzə şeiri olanda.Ailəmiz 

də buna sevinərdi.Evə qonaq gələndə Əlinin təzə şeiri olsaydı, mütləq onunçün 

oxuyardı.Bu, bizim ən böyük sevincimiz idi. 

 

Əlinin yaxşılıq etdiyi adamlara, onun dostlarına indi bir pislik edəndə, elə 



bilirəm Əliyə pislik edir; kədərlənirəm, əsəbiləşirəm.Bu, Əlinin öz yolu, öz 

tərbiyəsidir, biz gedirik. 

 

- Oğulları Əlini soruşublarmı? Nə cavab vermisiniz? 



 

- …Paşa ilə Azər hər şeyi başa düşürdülər, amma Orxan təxminən beş yaşına 

qədər elə bilib ki, atası işdədir.Özümüz ona belə deyirdik.Uşaqlar tez - tez Əlinin 

şəkillərinə baxırdılar.Rəfiqələrimdən biri dedi ki, Əlinin şəkillərini yığıb gizlədim, 

bəlkə onda unudarlar.Amma belə etmədim, qoy heç olmasa şəkillərinə doyunca 

baxsınlar! Bir dəfə azər orxanı vurdu,Orxan ağlaya - ağlaya qaçıb Əlinin böyük 




 

60 


şəklini götürdü və dedi: «Dədəsi, qoyma,Azər məni döyür».Bunu mən özüm 

görmüşəm!.. 

 

Orxan həmişə məndən tələb edirdi,onu iş yerimə aparım.Heç ağlıma da 



gəlmirdi, nə üçün iş yerimə getmək istəyir.bir dəfə özümlə onu işə apardım.iş 

yoldaşlarım onu əyləndirmək istəyirdilər.Orxan isə otağa diqqətlə baxdı və pərt 

halda keçib stullardan birində oturdu. Heç bir söz demədən başını aşağı salıb 

barmaqları ilə «söhbət etməyə» başladı.Gördüm, uşaq özündə deyil, bu qədər 

adamın heç birisinə məhəl qoymur.Dedim,Orxan, sənə nə oldu, o nə ca-vab versə 

yaxşıdır. «Bəs siz deyirdiz atam işdədir.Hanı atam?» Mən nə cavab verməliydim? 

Bilirsiniz, adama əl, ayaq, göz necə lazımdırsa, ata da elə lazımdır.Lap istəyirsən 

qabağında qırx nəfər qulluqçu işləyə, yenə də atanın yeri görünür.Ata ona görə 

lazım deyil ki, uşaqları ac qalmasın…Sən həyatın qarşısında gücsüz olanda atanın 

yeri görünür… 

 

Orxcan bağçaya gedirdi.Bir dəf müəlliməsi bir kişini ona göstərib deyir ki, 



Orxan, odur, atan gəlir.Müəllimə bilmirmiş ki, Orxanın atası vəfat edib.orxan da 

yüyürüb həmin kişinin üstünə.Kişi məcbur olub ki, uşağa bildirsin: onun atası 

deyil.Orxan başlayıb ağlamağa.Yaxşı ki, elə bu vaxt Or-xanın xalası bağçaya gəlib 

ki, onu evə aparsın.Bunu mənə orxan özü dedi.Am-ma kişinin nə etdiyini demədi

ağladı.Mən də soruşmadım. 

 

Bir dəfə mən Orxana yarızarafat, yarıciddi demişdim ki, o mənim iş 



yoldaşım Solmaz xanıma oxşayır.orxan solmaz xanımı gördükdən sonra məndən 

soruşdu: «Ana, atam da Solmaz xalaya oxşayırdı?»Uşaq atasına oxşar adam 

axtarırdı… 

Həmişə Əli haqqında veriliş olanda uşaqlar diqqətlə üzümə baxırdılar, görsünlər nə 

edəcəyəm.Axı, mən onların yanında ağlamamalıyam… 

- Əli kərimlə bağlı yerlərdən qaçırsınızmı? Yoxsa o yerlərə qayıtmaq istə-yirsiniz? 

- Onunla çox yerlərdə olmuşuq.Bir də həmin yerlərə qayıtmaq istəmirəm.Uşaqlar o 

yerlərə baxmaq istəyiblər.Bir dəfə Yessentukidə dincəlir-dik.Bir kişi atla çınqıl 

aparırdı.Necəoldusa, araba çayda batdı; kişi çətinlik çəkirdi çıxartmağa.Əli tez 

qaçıb suya girdi, kişinin köməyi olmadan atı sudan çıxartdı.Axı, Əlinin atası at 

minən olub.atı çıxaranda Əlinin ayağını nə isə bərk kəsmişdi, qanı axırdı.indi də 

uşaqların yadına düşür: ataları kişiyə necə kömək etdi. 

- Elza xanım. Əli kərimin hansı adəti, vərdişi daha çox yadınızda qalıb? 

- Əli tez - tez saçına əl çəkirdi.Paşada da elə xasiyyət var.Bir dəfə bir tanışımız 

xəstəxanada Paşanın saçını sığalladığını görür.(Atasının vəfatından sonra Paşa 

xəstəxanada yatdı.) Həmin tanışımız özünü saxlaya bilməyib ağlayır: Paşa eynilə 

atası kimi saçını sığallayırmış.Əli işləyəndə papirosu çox çəkirdi, amma axıra 

qədər papiros çəkməyi əməlli - başlı öyrənə bilmədi.Qə-ribə görünən xasiyyəti də 

vardı: ərimiş yağı içməyi xoşlardı…Amma sənə bir söz deyim: Əli adətinin qulu 

deyildi, ağasıydı.istəyəndə onu dəyişə də bilir-di.Məsələn, Əli bir yerə istirahətə 

gedəndə çalışırdı ki, orda içməsin.Ancaq yazmaqla məşğul olurdu. 

- Elza xanım, Əli kərim haqqında Sizmnlə ilk söhbətimizdən təxminən iki ay 

keçib.Təbiidir, bu vaxt ərzində həm yeni suallar yaranıb, həm də bəzi cavablarınızı 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə